Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə10/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   6   7   8   9   10   11   12   13   ...   81

 
42 
TƏNƏFFÜS ORQANLARI 
Ağ ciyər bir orta həyat dövründə təqribən 500 milyon 
dəfə  nəfəs  alıb-verilməsini  təmin  edir.  Tənəffüs 
sistemində  yüz  minlərlə  vəzi  yapışqanlı  maye  ixrac 
etməklə  məşğuldur.  Bu  vəzilər  müxtəlif  zərrə  və 
tozların  orqanizmə  daxil  olmasının  qarşısını  alır.  Əgər 
bu  maye  olmasaydı,  həmin  zərrələr  qısa  bir  müddətdə 
nəfəs  borularını  tutardı.  Tənəffüs  borularındakı  mikro-
tükcüklər  daxil  olan  havanı  müxtəlif  zərrələrdən 
təmizləyir.  Bu  tükcüklər  bir  saniyə  ərzində  on  iki  dəfə 
artıq zərrələri təmizləyib həzm sisteminə göndərir.  
Bəli,  tənəffüs  sistemi  çox  kiçik  olmasına  baxmayaraq, 
olduqca  böyük  işlər  görür.  Bu  orqanın  fəaliyyətində 
Allahın rəhməti açıq-aşkar nəzərə çarpır.  
DƏRİ 
İnsan dərisində orqanizmin tənəffüs prosesində iştirak 
edən 
mikro-dəliklər 
mövcuddur. 
Bu 
dəliklərin 
tutulması ölümlə nəticələnə bilər.  
Dəridə  tər  ifraz  edən  vəzilər  mövcuddur.  Bu  vəzilər 
təri  ifraz  etməklə  bədənin  temperaturunu  həmişə  sabit 
saxlayır.  
Dəridə  mövcud  olan  yağ  vəziləri  tükləri  və  dərini 
yumşaq saxlamaqda xüsusi rol oynayır.  
Dəri  bədəni  zərərli  xarici  təsirlərdən  müdafiə  edir, 
mikrob hücumlarının qarşısını alır.  
Bədəndə  yaranmış  zəhərli  maddələr  məhz  dəri 
vasitəsilə tər şəklində xaric edilir.  
Bədəndə insan həyatı üçün zəruri olan bir çox mayelər 
məhz dəri vasitəsi ilə qorunur.  


 
43 
İsti-soyuğu, mexaniki təsirləri hiss edən üzvlər dəridə 
yerləşir.  
 
Ey çətin dərdlərin dəvasın qılan,  
Ey uzun yolları mənzilə salan, 
Xidmətində qul tək dayanmışam mən,  
Yerinə yetəcək hər an nə desən.  
Vücudum önündə səcdəyə düşmüş,  
Könlüm mələklərlə göydə görüşmüş.  
Nə bəla göndərsən qəbuldur yenə  
Təki qovmayasan özündən genə. 
Eşqinlə dövr edir damarda qanım,  
Döyünməz ürəyim sussa imanım.  
İnan, xəyalındır yaşadan məni,  
Sənsiz zəhər dadır ömrün hər dəmi.  
Başsız bir bədəndir varlığım Sənsiz,  
Sərsəm bir yolçuyam doğma vətənsiz. 
Əlbət ki, bir zaman şirin vüsalın  
Dəyişər ömrümün ruhun, camalın.  
Nə dünya istərəm, nə də can, ey Yar! 
Dünyam da, canım da eşq vardırsa, var!  
BƏDƏNİN MÜDAFİƏ SİSTEMİ 
Allah-Taala insanı yaradarkən onun cismini qorumaq 
üçün beş müdafiə xətti qərar verdi: 
1. Dəri insanın bədənini qala tək əhatə etmişdir.  
2. Limfa vəzləri dərinin altında yerləşir və orqanizm 
üçün  ikinci  istehkam  rolunu  oynayır.  İlk  müdafiə  xətti 
olan  dərini  keçən  təsir  limfa  qatında  müqavimətlə 
rastlaşır.  


 
44 
3. Selikli qişa pərdəsi orqanizmin bəzi üzvlərini əhatə 
edir və həmin üzvlə eyni rəngdə olur. Məsələn, ürəyin 
iki  selikli  qişa  pərdəsi  var.  Bu  pərdələrdən  biri  ürəyi 
kənardan, digəri isə daxildən əhatə edir.  
4.  Mədə  turşusu  bütün  müdafiə  xətlərini  keçib 
mədəyə daxil olmuş mikrobu məhv edir.  
5.  Ağ  qan  kürəcikləri  qana  daxil  olmuş  mikroblarla 
mübarizə aparır və onları zərərsizləşdirir.  
Bəli,  bütün  bu  incəliklər,  insanın  kənar  təsirlərdən 
həssaslıqla qorunması təsadüf deyil, “hər şeyi bürümüş 
rəhmətin” nümunəsidir.  
BİTKİLƏR VƏ ONLARIN FAYDALARI  
Saysız-hesabsız  bitkilər,  bitki  orqanizmlərindəki 
vitaminlər  insan  həyatının  davamında  müstəsna  rol 
oynayır.  Nəbatat  aləminin  əsl  dəyəri  yalnız  Allaha 
məlumdur.  Bitkilər  də  başqa  mövcudlar  kimi  “kulli 
şəy’’”ə  ,  yəni  duada  zikr  olunan  “hər  şeyə”  aiddir. 
Demək, nəbatat da ilahi rəhmətə bürünmüşdür.  
Havanın  tərkibində  olan  oksigen  bütün  canlı 
orqanizmlərin  hərarətini  qoruyan  əsas  amildir.  Nəfəs 
alınan zaman oksigen ciyərə daxil olub qana qatılır. Qan 
tənzimləyən  sistem  bu  oksigeni  orqanizmin  bütün 
nöqtələrinə  çatdırır.  Oksigen  müxtəlif  hüceyrələrdəki 
qidanı  alışdıraraq  həyat  üçün  zəruri  olan  enerjini 
istehsal  edir.  Bu  prosesdə  yaranan  zəhərli  karbon  qazı 
qan  vasitəsi  ilə  ağ  ciyərə  qaytarılır  və  tənəffüs  yolu  ilə 
havaya xaric olur.  
Burada  belə  bir  sual  yaranır:  bütün  canlı  orqanizmlər 
oksigeni qəbul edib karbon buraxmaqla məşğuldurlarsa, 
nə üçün atmosferdəki oksigen tükənmir – hər bir insan 


 
45 
sutka ərzində tənəffüs vasitəsilə 250q. xalis karbon xaric 
edir. Təsəvvür edin ki, altı milyard insan və bir o qədər 
də  heyvan  fasiləsiz  olaraq  havanı  karbon  qazı  ilə 
zəhərləyir. Bəs bu zəhərli qazlar hara gedir? 
Allah-Taala  öz  rəhməti  sayəsində  bu  müşkülü 
asanlıqla  həll  etmişdir.  O,  insanın  tənəffüs  prosesinin 
tam  ziddinə  olan  tənəffüsə  malik  nəbatat  aləmini 
yaratmışdır.  Bu  aləm  insan  nəslinin  əksinə  olaraq 
tənəffüs  zamanı  karbonu  qəbul  edib,  havaya  oksigen 
qaytarır. Nəticədə havanın tərkibindəki oksigen-karbon 
nisbəti nizamlanır.  
Bitkilər yarpaq vasitəsilə havadan karbonu qəbul edir. 
Bitki  orqanizminin  mühüm  bir  hissəsini  karbon  tutur. 
Bəli,  ilahi  rəhmət  hər  bir  bitki  yarpağını  belə  əhatə 
etmişdir.  Bitkinin  gövdəsi,  budaqları,  yarpaqları, 
qönçələri,  çiçəkləri  ilahi  rəhmət  ağuşundadır.  Bunu 
görməyən  kəs  kor,  bunu  düşünməyən  kəs  cahildir. 
İnsan Allahın ona verdiyi əql vasitəsilə ətrafdakı bütün 
nemətlərdən öz ehtiyaclarını ödəmək üçün istifadə edir.  
 
 
Bəsirət gözünü açıb nəzər sal,  
Görünməyə’ni gör, eşq ilə kam al.  
Döyünsə ürəyin eşq ilə bir an  
Görərsən ki, dünya tamam gülüstan. 
Aldanma çəp gözə’ yalanı çoxdur,  
Həqiqi bildiyi çox şey nahaqdır.  
Könül sevəsidir gözün gördüyün,  
Göz də görəsidir könül dərdiyin. 
Həqiqət gözündə miskinlər xaqan,  


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə