Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə16/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

 
66 
Heyif ki, diqqətsiz yaşayır insan. 
Yalın ayağını çalan tikanda  
Şəfa var, təsiri qısa zamanda.  
Dərd varsa, dərmanın verənimiz var,  
Ehsan süfrəsini sərənimiz var.  
Ehtiyacı olan baxsa dörd yana  
İnan, axtardığın tapar bir ana. 
Nemət yağışını yağdıran o kəs  
Həqiqi aşiqə verəsidir səs.  
Bir kimsə lütfünə qovuşa bilsə  
Qiyamətdə geyər nurdan əlbisə.  
Kimsənin könlünə salmasa işıq,  
Şübhəsiz, işləri düşər dolaşıq.  
 
«Və biizzətikəl-ləti la yəqumu ləha şəy» 
(«Səni  and  verirəm  qarşısında  bir  şeyin  dura 
bilməyəcəyi izzətinə») 
 
Hər  şeyi  qüdrəti  ilə  yaradıb  rəhmətinə  bürümüş, 
bütün çatışmazlıq və nöqsanları cəbərut sifəti ilə aradan 
qaldırmış  müqəddəs  vücud  qarşısında  nə  dayana 
bilər?!  Tərkibi  yer  və  göydən  götürülmüş  bütün 
mövcudlar  yerlə  göy  arasında  qərar  tutmuşdur. 
Onların varlığı qadir Yaradanın varlığının olduqca cüzi 
bir  nümayişidir.  Bu  cüzi  yaranmış  Yaradanın  əzəli  və 
əbədi, sonsuz qüvvəsi qarşısında necə dura bilər?! 
“İzzət”  güc  və  qüdrət  mənasındadır.  Bütün 
mövcudlarda bu izzətin şüası vardır. Bir zərrə qığılcım 
hara,  əzəli  və  əbədi  nur  mənbəyi  hara!  Bəli,  “bütün 
izzətlər Ondandır” (“Fatir”, 10). Hər kəsə layiq olduğu 


 
67 
qədər  verilir.  Layiq  olmayanlar  isə  bu  izzətdən 
məhrum  edilir.  Demək,  Onun  qarşısında  heç  bir 
müstəqil izzət, qüdrət yoxdur. İlahi izzət qarşısında isə 
kimsə tab gətirə bilməz. O, sarsılmayan qüvvə’ məğlub 
olmayan qalibdir.  
 
«Və biəzəmətikəl-ləti mələət kullə şəy» 
(«Səni hər şeyi doldurmuş əzəmətinə and verirəm») 
FAİLİN ÖZ FELİ İLƏ TANINMASI (İŞ GÖRƏNİN 
ÖZ İŞİ İLƏ TANINMASI
Aydın məsələdir ki, hər bir fel, yəni iş öz faili, yəni bu 
işi görən haqqında müəyyən məlumatlar verir. Yüz on 
təbəqədən  ibarət  olan  göydələn  (bina)  asiman,  sözsüz 
ki, öz yaradıcısının əzəmətindən danışır.  
“Əsfar”  və  digər  məşhur  kitabların  müəllifi  olan 
Sədrül  Mütəəllihinin  şəxsiyyəti  və  ali  düşüncəsi  onun 
kitablarından bəlli olur. Əlbəttə ki, bu gün dünyamızın 
gecələrini  işıqlandıran  elektrik  enerjisi  bu  enerjinin 
ixtiraçısının  dərin  düşüncəyə  malik  olduğunu  təsdiq 
edir.  
Biz  çox-çox  məhdud  və  kiçik  varlıq  olduğumuzdan 
Allahın  əzəmətini  bir  o  qədər  də  dərk  edə  bilmirik. 
Amma  varlıq  aləminə  diqqət  etməklə  bu  əzəmətin 
cilvələri aydın olur.  
MÜXTƏLİF CAHANLARIN YARANIŞI 
Müxtəlif  mötəbər  mənbələrdə  eləcə  də  Səduqun 
“Xisal”  kitabının  2-ci  cildinin  639-cu  səhifəsində  İmam 
Sadiq  (ə)-dan  belə  bir  rəvayət  nəql  olunur:  “Allah-
Taalanın 12 min aləmi vardır. Onların hər biri yeddi qat 


 
68 
göy  və  yerdən  daha  böyükdür.  Bu  aləmlər  bir-birinin 
varlığından xəbərsizdirlər.” 
Müasir  astronomlar  deyirlər:  “Varlıq  aləmi  minlərlə 
aləmdən təşkil olunmuşdur. Onların hər birinin səması 
və  yeri  bizim  səmamız  və  yerimizdən  böyükdür.” 
Müxtəlif  mənbələrdə  mövcud  aləmlərin  sayı  bildirilsə 
də əslində bu aləmlər sonsuzdur. 
GÜNƏŞ SİSTEMİ 
Seyyid Nemətullah Cəzairi Həzrət Peyğəmbər (s)-dən 
belə bir rəvayət nəql edir: “Allah-Taala 100 min qəndil, 
yəni  işıq  mənbəyi  xəlq  edib  Ərşdə  yerləşdirmişdir. 
Başımız  üstəki  səma  və  ayağımız  altındakı  yer,  yerlə 
göy  arasında  olanlar,  hətta  Behişt  və  Cəhənnəm 
arasında  olanlar  bir  qəndilə  yerləşmişdir.  Digər 
qəndillərdə  də  nə  olduğu  yalnız  Allaha  məlumdur.” 
Əllamə  Şəhristani  bildirir  ki,  qəndil  ilə  Günəş  sistemi 
arasında  bir  sıra  oxşarlıqlar  vardır.  İstər  qəndil,  istərsə 
də  Günəş  sistemi  yumurta  formasındadır.  Qəndil  lətif 
bir  cism  olub  işığı  mərkəzdən  ətrafa  yaydığı  kimi, 
Günəş  sistemində  də  işıq  mərkəzdə  dayanmış 
Günəşdən  ətrafa  yayılır.  Qəndil  havadan  asıldığı  kimi, 
Günəş sistemi də fəzada asılmışdır. İstər qəndil, istərsə 
də  Günəş  sisteminin  işıqlanmasını  təmin  edən  nöqtə 
həqiqi mərkəzdə yerləşmir.  
Uyğun  oxşarlıqlardan  aydın  olur  ki,  yuxarıda  zikr 
olunmuş  rəvayət  qədim  fəlsəfə  ilə  təzad  təşkil  edir. 
Eləcə  də  sübut  olunur  ki,  Günəş  sistemindən  də  əlavə 
minlərlə ulduz sistemləri vardır.  


 
69 
HƏR BİRİ BİR GÜNƏŞ OLAN SAYSIZ-HESABSIZ 
ULDUZLAR 
İyirminci  əsrin  əvvəllərində  məlum  oldu  ki,  yalnız 
bizim  kəhkəşanda  30  milyondan  çox  ulduz  görünür. 
Böyük  heyrətlə  qarşılanan  bu  məlumat  dövrümüzün 
elmi  nailiyyətləri  tərəfindən  bir  daha  təsdiqləndi  və 
sübut olundu ki, yalnız bizim kəhkəşanda 10(4) milyon 
ulduz mövcuddur.  
Adi  gözlə  gecələr  müşahidə  zamanı  ulduzlar  aləmi 
bir o qədər də əzəmətli görünmür. Amma böyük optik 
cihazlarla, 
məsələn, 
“Vilson”dağ 
rəsədxanasının 
müşahidə  borusu  ilə  kəhkəşana  nəzər  salsaq,  ulduzlar 
aləminin əzəmətinə heyran qalarıq.  
Bizim  kəhkəşandakı  ulduzlar  bir-birlərinin  ardınca 
elə  düzülmüşdür  ki,  onları  dəqiq  saymaq  qeyri-
mümkündür. 10 (4) rəqəmi də təxminlərə əsaslanır. Bu 
ulduzlar  arasında  bizim  Günəşdən  10  milyon  dəfə 
böyük  ulduzlar  mövcuddur.  Kainatda  milyonlarla 
kəhkəşanlar  vardır  və  bu  kəhkəşanlar  arasındakı 
məsafə  iki  milyon  işıq  ilinə  çatır.  Bu  gün  dünyanın  ən 
güclü 
müşahidə 
borusu 
ABŞ-ın 
Polumer 
rəsədxanasındadır.  Bu  optik  cihaz  10³  milyon  işıq  ili 
məsafəsində  yerləşmiş  kəhkəşanları  müşahidə  etməyə 
imkan  verir.  Günəş  sisteminin  daxil  olduğu  kəhkəşan 
Günəşdən  165x  10³  milyon  dəfə  ağır  çəkiyə  malikdir. 
Bütün  varlıq  aləminə  səpələnmiş  bu  əzəmətli  cisimləri 
nəhayətsiz boşluqlar əhatə edir. Bizimlə ən yaxın ulduz 
arasındakı məsafə 40x10 (6) milyon kilometrdir.  Varlıq 
aləmindəki kəhkəşanların əzəmətini dərk edə bilməyən 
insan  Allahın  sonsuz  əzəmətini  dərk  edə  bilərmi?  Bu 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə