Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə4/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   2   3   4   5   6   7   8   9   ...   81

 
18 
hakimi tərəfindən İraqa vali təyin olunmuş Həccac ibn 
Yusif  daim  Kumeyli  təqib  etmiş  və  məhz  Əhli-beyt 
məhəbbətinə  görə  onu  qətlə  yetirmişdir.  Kumeyl 
Həccac ibn Yusifdən gizlənərdi. Onu tapa bilməyən vali 
Kumeylin  bütün  yaxınlarını  sıxıntıya  salıb,  onların 
hüquqlarına təcavüz edir. Yaxınlarının əzab-əziyyətinə 
dözməyən  Kumeyl  birbaşa  valinin  yanına  gəlir  və 
deyir: -”Əlindən gələni et. Ömrümdən bir şey qalmayıb. 
Tezliklə  mən  də  sən  də  Allahın  hüzuruna  qayıdasıyıq. 
Mövlam  mənə  xəbər  verib  ki,  qatilim  sənsən.”  Zalım 
Həccacın  əmri  ilə  bu  doxsan  yaşlı  müqəddəs  insanın 
boynu  vurulur.  Onun  qəbri  Nəcəf  və  Kufə  şəhərləri 
arasında yerləşir.  
KUMEYL DUASI 
Aşiq  ariflər  və  arif  aşiqlər  bütün  dualar  içərisində 
“Kumeyl” 
duasının 
məqamını, 
insanın 
bütün 
yaranmışlar  arasında  olan  məqamı  kimi  bilmişlər. 
Varlıq  aləmində  bütün  mövcudların  ən  şərəflisi  insan 
olduğu  kimi,  duaların  da  ən  şərəflisi  “Kumeyl” 
duasıdır.  Tanınmış  alim  Əllamə  Məclisi  “Kumeyl” 
duasını ən üstün dua hesab edir. Mərhum alim Seyyid 
ibn  Tavusun  “İqbal”  kitabına  əsaslanaraq  özünün 
“Zadul – Məad” kitabında yazır: “Kumeyl deyir ki, bir 
gün  Bəsrə  şəhərində  Mövlam  Əlinin  yanında 
oturmuşdum. Şəbanın on beşinci gecəsindən söz düşdü. 
Həzrət Əli (ə) buyurdu ki, hər kəs bu gecəni oyaq qalıb 
ibadət  etsə  Həzrət  Xızrın  (ə)  duasını  oxusa,  duası 
hökmən  qəbul  olar.  Sonra  Həzrətin  xidmətinə  gedib 
xahiş  etdim  ki,  bu  duanı  mənə  öyrətsin.  O  buyurdu: 
“Ey  Kumeyl!  Elə  ki,  bu  duanı  öyrəndin,  ya  hər  cümə 


 
19 
axşamı,  ya  ayda  bir  dəfə’  ya  ildə  bir  dəfə’  ya  da 
ömründə  bir  dəfə  onu  oxu.  Bu  dua  səni  düşmənlərin 
şərrindən  qoruyar,  sənə  ruzi  yetirər  və  günahlarını 
bağışladar.  Ey  Kumeyl!  Belə  bir  nemət  və  kəramətlə 
ucalmağının 
səbəbi 
uzun 
müddət 
göstərdiyin 
xidmətlərdir.  Otur,  yaz...”  Rəbbani  alim  Mərhum 
Kəfəmi  “Misbah”  kitabında  yazır  ki,  Həzrət  Əli  (ə)  bu 
duanı səcdə halında oxuyardı.  
Bu  duanı  oxuyan  şəxs  bir  sıra  şərtlərə  əməl  etməklə 
yanaşı  üzü  qibləyə  olmalı,  müti  görkəm,  sınıq  qəlb, 
xalis  niyyət,  ağlar  göz  və  qəmli  səslə  oxumalıdır. 
Sözsüz  ki,  bu  halda  oxunan  duanın  qəbuluna  ehtimal 
çoxdur.
21
  
Ağlar göz Allah hüzurunda böyük etibara və dəyərə 
malikdir. Göz yaşı  günahların bağışlanmasına, Allahın 
qəzəbinin  soyumasına  və  ilahi  rəhmətə  qovuşmağa 
səbəb  olur.  İmam  Sadiq  (ə)  buyurur:  “Bir  damla  göz 
yaşı  dəryalarca  atəşi  söndürür.  Göz  yaşardığı  vaxt 
zülmət və xarlıq çöhrədən çəkilər. Göz yaşı axıdan kəsə 
Allah Cəhənnəmi haram edər. Doğrudan da gözü ağlar 
bir ümmət hər halda mərhəmətə çatar.”
22
 Həzrəti İmam 
(ə)  başqa  bir  hədisdə  buyurur:  “Yalnız  üç  göz 
Qiyamətdə  ağlamaz:  Allahın  haram  buyurduğuna 
qapanan  göz,  Allah  yolunda  yuxusuz  qalan  göz,  gecə 
yarı Allah qorxusundan ağlayan göz.” 
                                                 
21
 “Məhəccətül-bəyza”, 2-285. 
22
 “Kafi”, 2-481. 


 
20 
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM 
“Kumeyl”  duasının  sonsuz  nur  mənbəyi  olan 
“bismillah” ilə başlanmasının bir neçə səbəbi var: 
1.  Həzrət  Əli  (ə)  Həzrət  Peyğəmbər  (s)-dən,  Həzrət 
Peyğəmbər  (s)  isə  Allah-Taaladan  rəvayət  etmişdir  ki: 
“Hər hansı böyük bir iş Allahın adı ilə başlanmazsa puç 
və nəticəsizdir.”
23
  
2.  Mərhum  Təbərsi  “Məkarimul  -  əxlaq”  kitabında 
nəql  edir  ki,  Həzrət  Musa  ibn  Cəfər  (ə)  buyurmuşdur: 
“Qəm-qüssəyə düşmüş şəxs üzünü göyə tutub üç dəfə 
“bismillahir-rəhmanir-rəhim” 
deyərsə 
mümkün 
deyildir  ki,  Allah  onun  narahatlığını  və  qəm-qüssəsini 
aradan qaldırmasın. Əgər Allah istəyərsə!” 
3.  Mühüm  bir  hədisdə  buyurulur:  «Bismillahir-
rəhmanir-rəhim»  ilə  başlayan  dua  Allah  dərgahında 
rədd edilməz.
24
  
4. Həzrət Peyğəmbər (s) Cəhənnəm odunun dillərinin 
sayının  on  doqquz  olduğunu  bildirmişdir.  Həzrət  (s) 
buyurur ki, bu on doqquz dildən qurtulmaq istəyən kəs 
on  doqquz  hərfdən  ibarət  olan  “bismillahir-rəhmanir-
rəhim”  kəlmələrini  oxumalıdır.  Mehriban  Allah  bu 
kəlmələrin  hər  bir  hərfini  Cəhənnəm  odunun  bir  dili 
qarşısında sipər edər.  
5.  İslam  Peyğəmbəri  (s)  buyurmuşdur:  “Əgər  bir 
müəllim 
bir 
uşağa 
“bismillahir-rəhmanir-rəhim” 
öyrədərsə Allah-Taala bu uşağa, bu uşağın ata-anasına 
və müəlliminə Cəhənnəmdən qurtuluş vəsiqəsi verər.” 
                                                 
23
 “Vəsailüş – şiə”, 7-107. 
24
 “Müstədrəkül-vəsail”, 5-304. 


 
21 
6.  Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Qiyamət  günü 
ümmətimi  əməllərin  hesab  yerinə  gətirər  və  əməllər 
tərəziyə qoyular. Yaxşı əməl pis əməllərdən ağır gələr. 
Qədim  ümmətlər  fəryad  qopararlar  ki,  «nə  üçün 
yaxşılıqlar  az  olduğu  halda  pisliklərdən  ağır  gəldi?» 
Onların  peyğəmbərləri  cavab  verərlər  ki,  bu  ümmət 
sözə üç haqq adla, “Allah”, “Rəhman”, “Rəhim” adları 
ilə  başladığından  tərəzinin  bu  adlar  olan  gözü  bütün 
əməllərin yığıldığı o biri gözdən ağır gəlir.” 
7.  İmam  Riza  (ə)  buyurur:  “bismillahir-rəhmanir-
rəhim” 
“ismi-əzəmə” 
gözün 
qarasının 
ağına 
yaxınlığından  daha  yaxındır.  Şəksiz  ki,  dua  ismi-
əzəmlə başlayarsa, Allah-Taala tərəfindən qəbul olunar.  
“Bismillah”  vəsfə  gəlməyən  hal  yaradan  pak  bir 
şərbətdir.  Bu  şərbətin  təsiri  ilə  məşuqun  cazibəsinə 
düşən  aşiq  vüsal  yolunu  yorğunluq  bilmədən 
addımlayır.  
 
Bu eşq şərbətindən məst olasıyam,  
Bir baxışla lalə tək solasıyam. 
Büdrəyib ucaboy sərvin başından,  
Parça-parça olub alçalasıyam.   
 
O sevimli yarın qəmzəsi olsa,  
Badədən içməmiş məst olasıyam. 
Əlimdən çıxsa da bu nurlu şərbət,  
Yenə də torpağa üz salasıyam.   
 
Ayaqlarım gücdən düşsə də bil ki,  
Əlimlə sürünüb kam alasıyam.  


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə