Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə3/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   2   3   4   5   6   7   8   9   ...   81

 
14 
Ayələrdə 
təkrar-təkrar 
tapşırılır 
ki, 
Allahın 
rəhmətindən məyus olmayın.
12
  
Allahın  Rəsulu  (s)  buyurur:  “Allaha  ümidini 
itirməmiş  günahkar  ümidini  itirmiş  abiddən  ilahi 
rəhmətə daha yaxındır.”
13
  
İmam  Sadiq  (ə)  buyurur:  “Allaha  ümidsizliyin 
soyuğu şiddətli şaxtadan da sərtdir.”
14
  
İslam dinində Allahın rəhmətindən ümidsizlik böyük 
günahlardan  sayılır  və  belə  bir  günah  müqabilində 
cəhənnəm  əzabı  vəd  edilir.  Duanın  dərhal  qəbul 
olmaması insanı məyus etməməlidir. Çünki insan üçün 
nəyin  daha  xeyirli  olduğunu  yalnız  Allah  bilir.  Allah-
Taala  dua  edən  kəsin  axirət  məqamını  yüksəltmək 
üçün  onun  istəyinin  qəbulunu  yubada  da  bilər. 
Ümidsizlik  nə  ağıl,  nə  şəriət,  nə  əxlaq,  nə  də  insanlıq 
baxımından  qəbul  edilə  bilməz.  Həqiqi  mömin  heç  bir 
vəchlə Allahdan ümidini üzmür.  
Dua  və  onun  qəbulu  haqqında  mötəbər  mənbələrdə 
çoxlu  rəvayətlər  mövcuddur.  Əba  Əbdillah  (ə) 
buyurmuşdur  :  “Bəndə  dua  edər,  sonra  Allah  iki 
mələyə  buyurar:  “Mən  onun  duasını  qəbul  etdim. 
Amma hələlik istəyinin yerinə yetirilməsini yubadın ki, 
duasına  davam  etsin.  Çünki  onun  səsini  eşitmək 
xoşdur.”  Amma  elə  bəndə  də  var  ki,  o  dua  etdikdə 
Allah buyurar: “Onun istəyini tez yerinə yetirin. Çünki 
o, nifrət doğurur.” 
                                                 
12
 “Zumər”, 53. 
13
 Kənzul - əmmal, 5869. 
14
 “Müstədrəkül-vəsail”,12-59. 


 
15 
Mənsur Səyqəl İmam Sadiq (ə)-dan soruşur ki, bəzən 
dualar  qəbul  olur,  bəzən  isə  bir  müddət  təxirə  düşür. 
Görəsən,  bu  təxirdən  məqsəd  duanı  davamlı 
etməkdirmi? İmam buyurur ki: -”Bəli”.
15
  
DUANIN ŞƏRTLƏRİ 
Etdiyi  duanın  qəbul  olmasını  istəyən  şəxs  duanın 
şərtlərinə  əməl  etməlidir.  Əhli-beytin  (ə)  bu  mövzuda 
buyurduqları 
“Üsuli-kafi”, 
“Məhəccətül-bəyza”, 
“Vəsailüş-şiə”  və  digər  mötəbər  mənbələrdə  nəql 
olunmuşdur. Duanın aşağıdakı şərtləri vardır:  
-Şəri təharət (dəstəmaz, qüsl, təyəmmüm); 
-Həqqun-nas, yəni xalqın haqqını ödəməkdə paklıq;  
-İxlas, yəni səmimiyyət və xalislik; 
-Duanın mətnini düzgün oxumaq; 
-Halal qazanc; 
-Sileyi- rəhm, yəni yaxın adamları yoxlamaq; 
-Duadan qabaq sədəqə vermək; 
-Allaha müti olmaq; 
-Günahdan çəkinmək; 
-Əməllərin islahı; 
-Səhər vaxtı dua etmək; 
-«Vətr» namazında dua; 
-Fəcr, yəni sübh ağaran zaman dua; 
-Günəş doğarkən dua; 
-Həftənin  çərşənbə  günü,  günorta  və  ikindi  arasında 
dua; 
-Duadan qabaq salavat.
16
  
                                                 
15
 “Kafi”, 2-489. 
16
 “Kafi”, 2-466. 


 
16 
CÜMƏ AXŞAMI 
Əhli-beyt  rəvayətlərində  dua  üçün  ən  münasib  vaxt 
cümə  axşamı  hesab  olunur.  Cümə  axşamı  öz  dəyərinə 
görə ən xeyirli gecə olan «qədr» gecəsinə oxşadılır. Din 
böyükləri  deyirlər:  “Çalışın  cümə  axşamını  namaz, 
dua,zikr,  tövbə  ilə  sübh  edin.  Allah-Taala  cümə  gecəsi 
iman  əhlinin  kəramətini  artırmaq  üçün  mələklərini 
birinci səmaya endirər.” 
İmam  Sadiq  (ə)-dan  nəql  olunmuş  bir  rəvayətdə 
buyurulur  ki,  bəzən  Allah  xeyir  olaraq,  möminin 
duasını təxirə salıb, cümə vaxtı qəbul edər.
17
  Elə həmin 
mənbədə  başqa  bir  hədisdə  buyurulur:  “Oğlanları 
Həzrəti Yəqubdan günahlarının bağışlanması üçün dua 
istədikləri  vaxt,  o  bu  duanı  cümə  axşamınadək  təxirə 
saldı.” 
İmam  Baqir  (ə)  buyurur:  “Allah-Taala  hər  cümə 
axşamı bir mələyə göstəriş verir ki, gecənin əvvəlindən 
sonunadək  Onun  adından  belə  nida  etsin:  “Sübh 
açılmamış  dünya  və  axirəti  üçün  bir  mömin  bəndə 
məni  çağıracaqmı  ki,  duasını  yerinə  yetirim?  Sübh 
açılmamış bir mömin bəndə günahdan tövbə edəcəkmi 
ki,  onun  tövbəsini  qəbul  edim?  Sübh  açılmamış  bir 
mömin  bəndə  ruzi  istəyəcəkmi  ki,  onun  ruzisini 
artırım?  Sübh  açılmamış  bir  xəstə  mömin  istəyəcəkmi 
ki,  ona  şəfa  verim?  Görəsən  bir  məhbus  mömin 
sübhdən  qabaq  dua  edəcəkmi  ki,  onu  zindandan 
qurtarım?  Görəsən  haqqında  zülm  edilmiş  bir  mömin 
sübhdən qabaq Məni çağıracaqmı ki, zalımdan intiqam 
                                                 
17
 “Biharul - ənvar”, 86-273. 


 
17 
alıb,  onun  haqqını  qaytarım?”  Bəli,  bu  mələk  sübh 
açılanadək nida edər.”
18
  
Cümə  axşamı  üçün  bir  sıra  namazlar,  dualar  və 
zikrlər 
müəyyənləşdirilmişdir. 
Dualar 
arasında 
“Kumeyl” duasının xüsusi yeri vardır.  
KUMEYL İBN ZİYAD 
İstər şiə’ istərsə də sünni alimləri Kumeyl ibn Ziyadı 
böyük  iman,  qüdrətli  ruh,  pak  düşüncə  xalis  niyyət, 
gözəl əxlaq və saleh əməl sahibi kimi tanıyırlar. Bütün 
din alimlərinin fikrincə Həzrət Əli (ə) və İmam Həsənin 
(ə)  xüsusi  səhabələrindən  olan  Kumeyl  ədalətli  və 
kəramətli bir şəxsdir. Həzrət Əli (ə) Kumeyli ən etibarlı 
yaxınından  biri  hesab  etmişdir.
19
   Kumeyl  Həzrət  Əli 
(ə)-ın  ən  yaxın  şiələrindən  və  aşiqlərindən  biri 
olmuşdur.
20
  
Həzrət  Əli  (ə)-ın  Kumeylə  olan  tapşırıq  və 
vəsiyyətləri  onun  iman  və  mərifətindən  danışır.  Əhli-
beyt  ardıcıllarına  qarşı  dost  münasibətdə  olmayan 
sünnilər  Kumeyli  bütün  cəhətlərdən  etibarlı  sayırlar. 
Ariflər, Allah aşiqləri Kumeyli Həzrət Əli (ə)-ın sirdaşı 
kimi tanıyırlar.  
Kumeyl  on  yeddi  il  İslam  Peyğəmbərinin  (s)  nurani 
dövründə  yaşamış  və  bu  nurdan  faydalanmışdır.  Bu 
böyük insan Həccac ibn Yusif Səqəfinin əli ilə şəhadətə 
yetirilmişdir.  Bu  şəhadət  haqqında  Həzrət  Əli  (ə) 
Kumeylə  əvvəlcədən  xəbər  vermişdi.  Zalım  əməvi 
                                                 
18
 “Biharul - ənvar”, 86-282. 
19
 «Rəsail», Seyyid Mürtəza. 
20
 “Biharul - ənvar”, 33-399. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə