Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə15/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

 
62 
bəndəsinin  dünya  və  axirət  istəklərini  yerinə  yetirmək 
Onun  üçün  heç  bir  çətinlik  törətmir.  Çətin  vaxtında 
Allahın qüdrətindən başqa qüdrət tanımayan bəndənin 
duası qəbul olunmaya bilərmi? Heç vaxt! 
Hər  zəif  və  gücsüz  mövcud  bizim  istəyimizi  yerinə 
yetirə  bilməz.  Yalnız  geniş  rəhmət  və  sonsuz  qüdrətə 
malik  Allah  bütün  bəşəriyyətin  dualarını  qəbul  etmək 
gücündədir.  
“Səhifeyi-Səccadiyyə”nin 13-cü duasında belə deyilir: 
“Yaratdıqlarını  ehtiyaclı  etmisən.  Onlar  da  “nə  üçün, 
niyə”siz  Sənə  möhtacdırlar.  Öz  həyat  müşküllərinin 
həllini  Səndən  istəyən  insan  doğru  yoldadır.  Amma 
istəklərinə çatmaq üçün özü kimi yaranmışlara üz tutan 
şəxs Sənin ehsanından məhrum olasıdır.  
Böyük  bir  şövqlə  Sənə  üz  tutub,  yəqinliklə  ümidimi 
Sənə  bağlamışam.  Bilirəm  ki,  nə  qədər  böyük  şey 
istəsəm  də  bu  şey  Sənin  dəryanda  damla  da  deyil. 
Sənin  qüdrətin  qarşısında  bütün  istəklər  çox-çox 
kiçikdir. Sənin rəhmət və qüdrət dairən bütün istəkləri 
əhatə edir.  
Sənin  rəhmət  və  qüdrətin  sayəsində  imkansız 
görünən  işlər  gerçəkləşir.  Heç  kəs  Səndən  kənarda 
müstəqil  ola  bilmir,  alnına  yazılmış  möhtaclıqda  xar 
olur.” 
Nəhayətsiz qüdrət qarşısında insanın öz qüdrətindən 
danışıb  “mənəm-mənəm”  deməsi  layiqli  iş  deyil.  Bir 
ovuc  torpaqdan,  bir  üfürümlük  ruhdan  ibarət  olan 
varlıq  hansı  əsasla  qürrələnə  bilər?!  Ən  kiçik  hacətləri 
qavramaqda  aciz  olan  ağıl  sahibi  hər  şeyi  əhatə  etmiş 
rəhmət  sahibi  Rəbbinə  qarşı  təkəbbür  göstərməkdə 


 
63 
yanılır. İnsanın bu sayaq özünə güvənməsi onu rəhmət 
ehsanından  məhrum  edir,  nəhayət,  əbədi  əzaba 
qovuşdurur.  
 
«Və bi cəbərutikəl-ləti ğələbtə biha kullə şəy» 
(«Səni vasitəsi ilə hər şeyə qələbə çaldığın cəbərətuna 
and verirəm») 
 
“Cəbərut” lüğət baxımından mübaliğə siğəsində yəni 
şiddətli  mənadadır.  “Cəbərut”  dedikdə  ehtiyacların  və 
nöqsanların  ali  həddə  təmini  və  bərpası  başa  düşülür. 
Bütün 
mövcudlar 
ilkin 
yaranış 
mərhələsində 
nöqsanlıdır.  Bütün  bu  nöqsanlar  cəbərut  vasitəsilə 
tamlaşır, kamilləşir.  
MEHRİBAN ALLAH NÖQSANLARI ARADAN 
QALDIRIR 
Allah-Taala 
tərəfindən 
nöqsanların 
aradan 
qaldırılması  diqqət  nəticəsində  mümkün  olur.  Elmi 
kitablardan  imanımızı  gücləndirəcək  bəzi  nümunələrə 
nəzər salaq: 
GÜNƏŞ ENERJİSİNİN BƏRPASI 
Yerin enerjiyə olan ehtiyacının əsas təminatçısı Günəş 
varlıq  aləminin  kiçik  bir  nöqtəsidir.  O,  olduqca  böyük 
istiliyə  malikdir.  Günəşin  səthində  6093º  c.  istilik 
mövcuddur.  O,  hər  saniyədə  fəzaya  12 400 000  t.  enerji 
buraxır.  Günəşin  bir  dəqiqədə  buraxdığı  enerji 
679x10(15)  t.  daş  kömürün  yanmasından  ayrılan 
enerjiyə  bərabərdir.  Maraqlıdır  ki,  bu  qədər  enerji 
ayıran  mənbə  kənardan  qidalanmadığı  halda  nə  üçün 


 
64 
sönmür?  Əgər  Günəş  xalis  daş  kömürdən  hazırlanmış 
olsaydı, hər dəqiqə enerjisi azalmaqla 60 əsrə sönərdi.  
Bu suala yalnız Allahın “Cəbərut” sifətinin köməyi ilə 
cavab  vermək  olar.  Allah-Taala  Günəşi  böyük  qaz 
kütləsindən  yaratmışdır.  Bu  qaz  kütləsində  buraxdığı 
enerjini  geriyə  qaytarmaq  xüsusiyyəti  vardır.  Bu  nəticə 
məşhur  dünya  fiziklərinin  uzun-uzadı  zəhmətləri 
nəticəsində  əldə  edilmişdir.  Bəli,  Rəbbimiz  əşyanın 
itirdiyi  enerjini  müxtəlif  vasitələrlə  “cübran”  edir,  yəni 
onun özünə qaytarır. Bu, Allahın “cəbərut” sifətidir. 
XƏZƏR DƏNİZİNDƏ QABARIB-ÇƏKİLMƏNİN 
ƏVƏZİ 
Xəzər  dənizinin  səviyyəsi  azad  dəniz  səviyyəsindən 
27.6  m.  aşağıdır  və  onun  dünya  sularına  çıxışı  yoxdur. 
Bu  səbəbdən  də  okean  qabarıb-çəkilmələri  ilə  Xəzər 
arasında  əlaqə  müşahidə  edilmir.  Xəzər  dənizi  kiçik 
olduğundan  Ayın  cazibə  qüvvəsi  ona  bir  o  qədər  də 
təsir  göstərmir.  Əslində  bu  təsirdən  kənarda  qaldığı 
üçün  Xəzərin  suları  bulaşmalı  və  o,  ölü  dənizə 
çevrilməlidir. Bəs nə üçün Xəzərdə canlılar yaşayır? 
Bu  dənizi  yaradan  Rəbbimiz  onun  nöqsanlarını  da 
müəyyən  vasitələrlə  aradan  qaldırmışdır.  Bulanmanın 
qarşısını almaq, dənizin sularını hərəkətə gətirmək üçün 
“xəzri”  və  “gilavar”  adlı  küləklər  fəaliyyət  göstərir.  Bu 
küləklər 
vasitəsilə 
buludlar 
dənizin 
şimalından 
cənubuna doğru qovulur. Nəticədə sahil ərazidə  yağan 
yağışlar  canlı  təbiəti  oyadır.  Lilli,  ölü  sular  Ənzəli 
sahillərində 
“dirilmə” 
prosesindən 
keçir. 
Gilan 
çaylarının gətirdiyi toxumlar bu sulara qatılır və cücərir. 
Amma  bu  gölməçə  min  ildir  ki,  qurumur.  Nə  üçün? 


 
65 
Çünki, dənizin bu hissəsində sel suları fəaliyyət göstərir. 
Eləcə  də  dənizin  şor  suyu  bitki  toxumlarının  ifrat 
cücərməsinin  qarşısını  alır.  Buludları  cənuba  qovan 
“xəzri”  külək  sakitləşən  kimi  “gilavar”  küləklər 
hərəkətə  başlayır.  Bu  küləklər  gil  dolu  sahilyanı 
gölməçələrin gilini dənizə govub onu durulaşdırır. 
MEYVƏ TOXUMU QITLIĞININ ƏVƏZİ 
Meyvə toxumları nə qədər ki, əkilməyib, nə  qədər ki, 
Allah-Taala  onların  cücərməsi  üçün  mövcud  maneələri 
aradan qaldırmayıb, onlar cücərə bilmir. 
Qarşımızdakı  alma  ağacı  nə  vaxtsa  kiçik,  cansız  bir 
toxum  formasında  idi.  Bu  toxum  nə  qədər  ki,  torpağa 
əkilib, hava, işıq, su və istilikdən faydalanmamışdı, ölü 
halında  qalmışdı.  Amma  bir  gün  Allahın  iradəsi  ilə 
maneələr aradan qaldırıldı və kiçik toxum qollu-budaqlı 
ağaca çevrilib, öz dadlı meyvələrini insanların ixtiyarına 
verdi.  Allahın  «cəbərut»  sifətilə  daha  dərindən  tanış 
olmaq  üçün  bəzi  nöqtələrə  nəzər  salaq.  Almanın 
tərkibində  olanlar:  protein  və  amin  turşuları,  yod  və 
kalsium kimi mədən maddələri, nişasta və şəkər, yağlar, 
boyalar,  vitaminlər  və  84%  su.  Diqqət  edin  Yaradanın 
qüdrətinə! 
 
Daşa bir etibar verər ki, bu daş  
Tacları bəzəyər, bil, yavaş-yavaş. 
Torpağı qaldırar elə hörmətə 
Çəkərlər gözə ki, gələ qüdrətə.  
Dərədə cücərmiş ən görkəmsiz ot 
Yuxusuza layla çalıb deyər “yat”.  
Hər bitki bir dərdə çarədir inan,  


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə