Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə14/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

 
58 
sevir, mələk Cəbrail (ə) onu ziyarət etmək istəyirdi. Bu 
ziyarət  üçün  icazə  istəyən  Cəbrail  Allahdan  belə  bir 
cavab  aldı:  “Bax,  gör  Lövhi-Məhfuzda  onun  adı 
haradadır.”  Abidin  adını  bədbəxtlər  siyahısında  tapan 
Cəbrayıl  heyrətə  gəldi  və  belə  ərz  etdi:  “İlahi,  sənin 
hökmün  qarşısında  durmağa,  bu  təəccüblü  işləri 
müşahidə  etməyə  güc  yoxdur.”  Allah-Taala  belə 
buyurdu:  “Çoxdan  onunla  görüş  arzusundasan.  Get 
onunla görüş və gördüklərini ona de.” 
Cəbrail  abidin  ibadət  yerinə  endi.  Abid  zəif  bir 
bədənlə  ibadətə  məşğul  idi.  Onun  qəlbi  ilahi 
məhəbbətdən  alovlanır,  ah-naləsi  ərşə  qalxırdı.  Cəbrail 
ona salam verib dedi: “Ey abid! Lövhi-Məhfuzda adını 
bədbəxtlər səhifəsində görmüşəm, özünü artıq əziyyətə 
salma.” Bu sözləri eşidən abidin çöhrəsi çiçək tək açıldı, 
dodaqlarına  təbəssüm  qondu  və  xoş  bir  dillə  “Həmd 
olsun Allaha” dedi. Cəbrail heyrətə gəlib dedi: “Bu cür 
qara  xəbəri  eşidib  “Əlhəmdulillah”  deyirsən?!  Bu 
şadlığın  səbəbi  nədir?”  Abid  belə  cavab  verdi:  “Mən 
bəndəyəm,  O  isə  ağadır,  ağanın  istəyi  qarşısında 
bəndənin  nə  istəyi  ola  bilər?  Qüdrət  Onun  əlindədir, 
hara istəsə oraya da aparar!” 
Abidin  sözlərini  eşidən  Cəbrail  riqqətə  gəlib  öz 
məqamına  qayıtdı.  Buyuruldu  ki,  “Bax,  gör  Lövhi-
Məhfuzda  nəqqaş  nə  nəqşələyib,  rəssam  necə  rəng 
salıb.” 
“Allah  (həmin  Kitabda)  istədiyi  şeyi  məhv  edər, 
istədiyini  də  sabit  saxlayar.”
40
   “Allah  istədiyini 
edər.”
41
  
                                                 
40
 “Rəd”, 39. 


 
59 
Cəbrail  bu  dəfə  baxanda  abidin  adını  xoşbəxtlər 
siyahısında  gördü.  O,  heyrətə  gəlib  ərz  etdi:  “İlahi,  bu 
nə möcüzədir?” Allah-Taala buyurdu: “Ey Əmin, abidi 
onu  gözləyən  pis  aqibətdən  xəbərdar  etdiyin  zaman 
peşman  olmadı,  səbir  yolunu  seçib,  Mənim  iradəmə 
razı 
oldu, 
“Əlhəmdulillah” 
dedi. 
Həmin 
“Əlhəmdulillah”  xatirinə  onun  adını  bədbəxtlər 
siyahısından xoşbəxtlər siyahısına keçirdim.” 
 
İlahi, rəhmətin sonsuz dəryadır 
Kamala yetməyə damlası çatır. 
Bütün günahları yusaq da onda 
Bulanmaz, durular qısa zamanda.  
Bir rəhmət damlası yuyar min qanı,  
Bürüyər işığa bütün dünyanı. 
Ya Rəbb, şər içində qovruluruq biz,  
Yığılsa günahlar, yaranar dəniz. 
Var ikən günahdan heçə dönmüşük,  
Şər karvanda fani köçə dönmüşük.  
Ümidimiz bircə rəhmətindədir, 
Rəhm etmək istəsən - əlində nədir! 
 
«Və bi quvvətikəl-ləti qəhərtə biha kullə şəy’» 
(«Səni vasitəsilə hər şeyə qalib gəldiyin qüvvənə and 
verirəm.») 
 
Allahın  mübarək  zatının  eyni  olan  Onun  qüdrət  və 
qüvvəsi  bitib-tükənməzdir.  Bütün  qüdrətlər  bu 
qüdrətin  qarşısında  puçdur.  Ümumiyyətlə  hansısa  bir 
                                                                                                     
41
 “İbrahim”, 27. 


 
60 
müstəqil  qüdrətdən  danışmağa  dəyməz.  Bütün 
qüdrətlər ilahi qüdrətin şüalarıdır.  
Əvvəlki  araşdırmalardan  aydın  oldu  ki,  “kullə  şəy”, 
yəni  “hər  şey”  dedikdə  Allah-Taalanın  yaratdığı  sayı-
hesabı  bilinməyən  bütün  məxluqlar  nəzərdə  tutulur. 
Əlbəttə  ki,  kainatda  mövcud  olan  milyonlarla  varlığın 
sayını,  heyvanların,  quşların,  sürünənlərin,  amöblərin, 
virusların,  mikrobların,  bitkilərin  qədərini  Allahdan 
başqa  kimsə  bilməz.  Mehriban  Allah  öz  qüdrəti  ilə 
bütün  bu  şeylərə  hakimdir  və  kimsə  Onun  qüdrət 
dairəsindən  kənarda  deyildir.  Göy  təbəqələri  və  onda 
olanlar,  kəhkəşanlar  və  ulduzlar  itaətkarlıqla  Allahın 
göstərdiyi 
yollarda 
hərəkətdədirlər. 
Bütün 
bu 
mövcudlar 
orbitini 
itirməkdən, 
parçalanıb 
dağılmaqdan  hifz  olunmaq  üçün  Allahın  qüdrətinə 
sığınırlar.  
 
«Və xəzəə ləha kullu şəy və zəllə ləha kullu şəy’» 
(«Onun (qüvvəsinin) qarşısında hər şey baş əymiş və 
hər şey xar olmuşdur.») 
 
Allah-Taalanın  qüdrət  və  qüvvəsi  qarşısında  qeybi 
mövcudlardan  şuhudi  mövcudlaradək,  ən  böyük 
varlıqlardan 
ən 
kiçik 
varlıqlaradək, 
əzəmətli 
kəhkəşanlardan  atomlaradək  hər  şey  baş  əyib  xar 
olmuşdur.  Onun  hikmətli  göstərişləri  qarşısında  hər 
şey  itaətdədir.  Heç  bir  varlıqda  itaətsizlik  və  üsyan 
müşahidə edilmir.  
Arifanə  bir  duada  oxuyuruq:  “Heç  şübhəsiz,  Sən  o 
Allahsan ki, qüdrət və qüvvənlə hər şeyi zəlil etmisən. 


 
61 
Sənin əzəmətin qarşısında hər şey boyun əymişdir. Sən 
istədiyin  varlığa  istədiyini  edirsən.  Hər  şeyi  yaradıb 
qüdrət əli ilə idarə edən müqəddəs zat Sənsən. Sən hər 
şeyin  mövlasısan  və  hər  şey  Sənin  qüdrətin  qarşısında 
məğlubdur. Sən Əziz və Kərimsən.” 
 
 
Yerdə-göydə nə zərrə varsa, inan 
Allah hüzurunda verir imtahan.  
Küləyi gördünmü Ada (Ad tayfasına) neylədi,  
Sular qalxdı, gedişatı əylədi. 
Fironu qərq edən olmadımı su,  
Torpaqda yarıldı Qaruna quyu.  
Babildə gördünmü filin işini,  
Nəmrudun başında çibin dişini?! 
Üç yüzə bölünmüş Davud daşını,  
Düşmənin al qana qəltan başını?!  
Lut qövmünə göydən yağan kəsəyi,  
Tük ürpədən səsdən çıxan bəbəyi?! 
Elçilər söylədi sözün gözəlin,  
Qoy öpsün şairlər onların əlin.  
Kaş doğru deyimlər elə çoxalsın 
Qırx dəvə bu yükü aparmaz olsun.  
 
Bəli,  Sənin  rəhmətin  hər  şeyi  bürümüş,  sonsuz 
qüdrətin  hər  şeyi  məğlub  etmiş,  mübarək  vücudunun 
qarşısında  hər  şey  zəlil  olmuşdur.  Cümə  axşamı  kimi 
bir  vaxtda  göz  yaşları  və  səmimiyyətlə  dua  edən 
bəndəsinin  duasını  qəbul  etmək  Onun  üçün  çox-çox 
asandır.  Göy  və  yer  qoşunlarını  səfərbər  edib 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə