Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə13/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

 
54 
həqarətlə  baxdığı  üçün  bu  günədək  etdiyi  bütün  xeyir 
əməlləri  onun  əməl  naməsindən  pozduq.  O  günahkar 
fasiqə  müjdə  ver  ki,  hüzurumuzda  çəkdiyi  həsrət  və 
peşmançılığa görə onun üçün qurtuluş qapısı açdıq.” 
GÜNAHKAR CAVAN 
Molla 
Fəthullah 
Kaşani 
“Mənhəcus-sadiqin” 
təfsirində və Ayətullah Kəlbasi “Ənisül-ləyl” kitabında 
nəql edir:  
Malik  Dinarın  dövründə  günahkar  bir  cavan 
dünyasını  dəyişdiyi  vaxt  camaat  onun  cənazəsini 
gətirib bir zibilliyə atdı.  
Həmin gecə Malik Dinara yuxuda buyuruldu: “Bizim 
bəndəmizin  bədəninə  qüsl  ver,  onu  kəfənə  bürü  və 
salehlərin  qəbristanlığında  dəfn  et.”  Malik  soruşdu  ki, 
«bu  qədər  günaha  batmış  insan  necə  bağışlana  bildi?» 
Cavab  verildi  ki,  «o,  can  verdiyi  vaxt  ağlar  gözlə  belə 
deyirdi: “Ey dünya və axirət sahibi, rəhm et o kəsə ki, 
nə dünyası var, nə axirəti.” (“ya mən ləhud-dünya vəl-
axirətu  irhəm  mən  ləysə  ləhud-dünya  vəl-axirətu”). 
Malik! Qapımıza gəlmiş hansı dərdliyə dəva qılmadıq?! 
Kim bizim dərgahımıza üz tutub nalə çəkdi və istədiyi 
qəbul olunmadı?!»
37
  
QƏBUL OLMUŞ DUA 
Böyük  alim  Mənsur  ibn  Əmmar  dövründə  varlı  bir 
şəxs  günah  məclisi  qurmaq  üçün  öz  quluna  dörd 
dirhəm  verib  onu  bazarlığa  göndərdi.  Qul  yoldan 
ötərkən Mənsur ibn Əmmarın məclis keçirdiyini gördü. 
                                                 
37
 “Ənisül – ləyl”, 45. 


 
55 
Söhbəti  eşitmək  üçün  onlara  yaxınlaşdı.  Qul  gördü  ki, 
Mənsur miskin bir şəxsin əlindən tutub ətrafındakılara 
deyir:  “Kim  bu  şəxsə  dörd  dirhəm  sədəqə  versə  ona 
dörd  dua  edəcəyəm.”  Qul  düşündü  ki,  əlindəki  dörd 
dirhəmə  pozğun  bir  məclis  üçün  təam  və  şərab 
almaqdansa,  bu  pulu  fəqirə  verib,  Mənsurun  duasına 
nail  olmaq  daha  yaxşıdır.  Beləcə  dörd  dirhəmi  fəqirə 
verib,  Mənsurdan  vəd  olunmuş  duaları  istədi.  Mənsur 
soruşdu ki, hansı işlərinə dua edim? Qul dedi: “Əvvəla, 
dua  et  ki,  Allah  məni  əsirlikdən  azad  etsin.  İkincisi, 
ağama tövbə qismət etsin. Üçüncüsü, bu dörd dirhəmin 
əvəzi  əlimə  yetişsin.  Dördüncüsü,  mən  və  ağamın 
məclisindəkilər bağışlansınlar.” 
Dörd istəyinə dua etdirən qul boş əllə ağasının yanına 
qayıtdı.  Ağa  soruşdu  ki,  haradaydın?  Qul  cavab  verdi 
ki  -”dörd  dirhəmə  dörd  dua  almışam”,  və  həmin 
duaları  sadalamağa  başladı.  Ağa  buyurdu:  “Əvvəla 
səni azad etdim. İkincisi, günahlarımdan tövbə edirəm. 
Üçüncüsü, verdiyin  dörd dirhəmin əvəzinə  al bu dörd 
dirhəmi. Amma dördüncü duanın yerinə yetməsi, yəni 
mənim,  sənin  və  məclis  əhlinin  bağışlanması  mənim 
öhdəmdə  deyil.”  Ağa  yatıb  yuxuda  Cənab  Haqq 
tərəfindən  belə  bir  buyuruq  eşitdi:  «Ey  bəndə  sən  öz 
fəqir halınla vəzifələrinə əməl etdinsə necə ola bilər ki, 
Biz  sonsuz  kərəmimizlə  həmin  istəyə  əməl  etməyək?! 
Biz  səni,  sənin  qulunu  və  bütün  məclis  əhlini 
bağışladıq.»  
ALLAHA DOĞRU 
Hikmətli  bir  şəxs  yoldan  keçərkən  bir  qrup  insanın 
günahkar  bir  gənci  məntəqədən  çıxardığına  və  bir 


 
56 
qadının  kənardan  baxıb  ağladığına  şahid  olur.  Həmin 
şəxs  bu  qadının  kimliyini  soruşur.  Bildirirlər  ki,  bu 
qadın həmin günahkar gəncin anasıdır. O xahiş edir ki, 
günahkar gənci bu dəfə bağışlasınlar.  
Bir  müddət  sonra  həmin  yerdən  keçən  hikmətli  şəxs 
nalə səsi eşidir. Zənn edir ki, yəqin həmin oğlanı yenə 
də qovublar və anası ağlayır. Səs gələn qapını döyür və 
oğlu  haqqında  soruşur.  Ana  belə  cavab  verir:  “Oğlum 
dünyasını dəyişdi. Can verdiyi zaman dedi ki, ana can, 
qonşuları  çox  incitmişəm,  istəmirəm  ki,  mənim 
dəfnimdə  iştirak  etsinlər.  Ölümümü  onlara  xəbər 
vermə.  Məni  özün  dəfn  et.  Üzərində  “bismillahir-
rəhmanir-rəhim”  yazılmış  bu  üzüyü  mənimlə  dəfn  et. 
Qəbrimin yanında durub, Allahdan məni bağışlamasını 
istə...  «Oğlumun  bu  vəsiyyətlərinə  əməl  etdim.  Sonra 
mənə əyan oldu ki, oğlum belə deyir: “Ana can, narahat 
olma. Mən Kərim Allahın hüzurundayam.»
38
  
TÖVBƏ ARDINCA TÖVBƏ 
Əttar “Məntiqüt-təyr” kitabında belə rəvayət edir: Bir 
şəxs  xeyli  günah  etdikdən  sonra  tövbə  qılmağa 
müvəffəq  olur.  Amma  nəfsinin  istəkləri  yenidən  onu 
günaha  sövq  edir.  Bununla  belə  Allahın  yardımı  ilə 
yenidən  tövbə  edir.  Amma  yenə  də  tövbəsini  pozub 
günaha  batır.  Nəhayət,  anlayır  ki,  günah  içində 
keçirdiyi  ömrünü  başa  vurmaqdadır.  Lakin  yenidən 
tövbə  etməyə  üzü  gəlmir.  Tavada  qovrulan  buğda 
dənəsi tək yanıb-yaxılır. Xoşbəxt bir səhər çağı qulağına 
qeybdən  səs  gəlir:  “Ey  günahkar,  mehriban  Allah 
                                                 
38
 “Təfsiri-ruhul-bəyan”, 1-337. 


 
57 
buyurur  ki,  sən  təkrar-təkrar  tövbələrini  pozduğun 
zaman  intiqam  ala  biləcəyim  təqdirdə  səni  bağışlayıb 
möhlət  verdim.  Əgər  yenə  tövbə  etmək  istəyirsənsə 
yubanma. Bil ki, tövbəni qəbul edərəm.”
39
  
AZĞININ DUASINA CAVAB 
Eyni mənbədə başqa bir rəvayətdə nəql olunur:  
Bir  gecə  «Sidrətül-müntəha»da  olan  Ruhul-Əmin 
Allahın  “ləbbeyk”  nidasını  eşidir.  O,  Allahın  cavab 
verdiyi şəxsi tanımaq istəsə də göydə və yerdə bir kəsi 
tapa  bilmir.  Nə  qədər  axtarırsa,  layiqli  bir  bəndə  görə 
bilməyib,  belə  ərz  edir:  “İlahi!  Məni  cavab  verdiyin 
bəndəyə yönəlt.” Xitab olunur ki, Rum torpağına nəzər 
sal.  İntizarda  olan  mələk  nəzər  salıb  görür  ki,  bir 
bütpərəst  öz  bütünü  çağırır.  Ruhul-Əmin,  yəni  mələk 
Cəbrayıl (ə) gördüyü mənzərədən heyrətə gəlib Allaha 
ərz edir: “İlahi, qarşımdan hicabı qaldır. Necə ola bilər 
ki,  bütü  çağıran  bütpərəstə  cavab  verirsən?”  Xitab 
olunur:  “Bəndəmin  qəlbi  qaraldığından  doğru  yolu 
itirib. Amma çağırışındakı səmimiyyət o qədər xoş oldu 
ki,  ona  “ləbbeyk”deyə  cavab  verdim.  Bu  cavab  onun 
doğru yolu tapıb Mənə üz tutmasına səbəb oldu.” 
BƏDBƏXTLƏR SİYAHISINDAN XOŞBƏXTLƏR 
SİYAHISINA KEÇƏN AD 
Məşhur  irfan  və  elm  kitabı  olan  “Təfsiri-Fatihətül-
Kitab” əsərində belə bir rəvayət nəql olunur: 
Bəni-İsrail  tayfasında  xalqdan  kənarlaşıb  tənhalığa 
çəkilmiş  bir  abid  var  idi.  İbadətinə  görə  mələklər  onu 
                                                 
39
 “Ənisül – ləyl”, 45. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə