Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə22/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

 
90 
heç  bir  fərqi  yoxdur.  İbadət,  xalqa  xidmət,  ticarət  və 
sair  sahələrdə  bağlanmış  istənilən  müsbət  əhd-
peymana əməl etmək vacib, onu pozmaq isə haramdır. 
“Nəhl”  surəsinin  91-ci  ayəsində  buyurulur:  “Əhd 
bağladığınız  zaman  Allahın  əhdinə  vəfa  edin”. 
“Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: “O kəslər 
ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın 
birləşdirilməsini buyurduğu şeyləri parçalayır  və yer 
üzündə  fitnə-fəsad  törədirlər,  məhz  belələri  ziyana 
uğrayanlardır”. “İsra” surəsinin 34-cü ayəsində isə belə 
buyurulur:  “Əhdə  vəfa  edin.  Doğurdan  da,  əhd 
barəsində  soruşulacaqdır”.  “Maidə”  surəsinin  1-ci 
ayəsində oxuyuruq: “Ey iman gətirənlər, əhdlərə sadiq 
olun”. 
İslam  Peyğəmbəri  (s)  buyurmuşdur:  “Hər  kəsdə  üç 
xüsusiyyət olsa, o, münafiqdir - hətta namaz qılıb oruc 
tutsa,  özünü  müsəlman  bilsə  də:  onu  əmin  bildikləri 
halda  xəyanət  edər,  ağzını  açanda  yalan  danışar, 
verdiyi  vədə  vəfa  etməz.”
66
 
  İmam  Sadiq  (ə)  buyurur: 
“Xalqla  rəftarında  zülmə  yol  verməyən,  onlara  yalan 
danışmayan,  vədini  pozmayan  insanın  mürüvvəti 
kamil,  qeybəti  haram,  ədaləti  aşkardır  və  onu  din 
qardaşı bilmək lazımdır”.
67
 
 
AŞKAR GÜNAH 
Qurani-Məcid  xalqı  aşkar  və  gizli  günahdan 
çəkinməyə çağırır (“Ənam” surəsi, ayə 151). 
                                                 
66
 “Kafi”, 2-ci cild, səh.290. 
67
 “Kafi” 2-ci cild, səh.239. 


 
91 
Aşkar  günah  həyasızlıq  və  ədəbsizlik,  İslam 
cəmiyyətinin  qanunlarına  hörmətsizlik  nişanəsidir. 
İslam dinində ictimai mühitin  çirkləndirilməsi olduqca 
sərt  məzəmmət  edilir.  İslam  ümmətinin  həyatında 
qarışıqlıq salanlar üçün ciddi cəzalar nəzərdə tutulur. 
Mömin  insanlar,  xüsusilə  ictimai  asayiş  keşikçiləri 
cəmiyyətdəki əxlaqsız və həyasız hərəkətlərin qarşısını 
almalıdırlar.  Cəmiyyətdəki  aşkar  günahlar  qorxulu 
mikrob  kimi  xalqın,  xüsusi  ilə  də  gənc  nəslin  həyatını 
məhv  edir.  Əmr  be  məruf  və  nəhy  əz  münkərin,  yəni 
yaxşıya  dəvət  və  pisdən  çəkindirmənin  əsas  rolu 
cəmiyyəti  aşkar  günahkarlıq  bəlasından  qorumaqdır. 
Əgər  təlim-tərbiyə  mərkəzlərində  və  ailədə  gənclər 
həyalı  və  iffətli  tərbiyə  olunarsa,  nə  gizli,  nə  də  açıq 
günahkarlığa yer qalmaz. 
 Həya,  Allaha  diqqət,  günahın  nəticəsini  düşünmək 
insanı  günahdan  çəkindirən  ən  təsirli  vasitədir.  İmam 
Sadiq  (ə)  buyurur:  “Həya  imandandır,  iman  isə 
behiştədir”.  İslam  Peyğəmbəri  (s)  buyurur:  «Allahdan 
həya  edib,  bu  haqqı  yerinə  yetirin.  Hər  biriniz  ölüm 
gözlərinin  qarşısında  gecəni  sübh  etməklə  göz,  qulaq 
və  dili  haramdan  hifz  etməklə  qarını  haramdan 
gözləməklə  qəbir  və  bədənin  onda  çürüməsini 
xatırlamaqla  bu  haqqı  gözləyin.  Axirəti  istəyən  kəs 
dünya həyatının aldadıcı bər-bəzəyini boşlayar.»
 68
 
Bir  şəxs  Həzrət  Peyğəmbərdən  (s)  nəsihət  istədiyi 
vaxt Həzrət (s) buyurdu: “Qövmünün layiqli şəxsindən 
həya etdiyin kimi Allahdan həya et.”
69
  
                                                 
68
 “Biharul-ənvar”, 68-ci cild, səh.333. 
69
 “Biharul-ənvar”, 68-ci cild, səh.336. 


 
92 
İMANLI QADININ HƏYASI 
İmam Səccad (ə) buyurur: 
Bir  şəxs  ailəsi  ilə  birlikdə  dəniz  səfərində  ikən  gəmi 
qəzaya  uğrayır  və  onun  arvadından  başqa  bütün 
müsafirlər  həlak  olur.  Qadın  bir  taxta  parçasından 
yapışıb, yaxındakı adalardan birinə çıxa bilir. 
Bu adada yaşayan günahkar bir quldur ölümdən xilas 
olmuş qadınla rastlaşır. “Sən insansan, yoxsa cin”, deyə 
qadından  soruşur.  Qadın  cavab  verir  ki,  «insanam». 
Zalım quldur qadınla bir söz danışmamış ona öz arvadı 
kimi  yaxınlaşır.  Qadın  onun  bu  hərəkətindən 
həyəcanlanıb,  titrəməyə  başlayır.  Quldur  soruşur  ki, 
«nə üçün narahatsan?» Qadın əli ilə yuxarıya işarə edib, 
“ondan  qorxuram”  deyir.  Quldur  sual  verir:  “Nə 
etmisən  ki,  Ondan  qorxursan?”  Qadın  elə  bir  iş 
görmədiyinə  and  içir.  Quldur  deyir:  “Sən  elə  bir  iş 
görmədiyin  halda  Allahdan  qorxursan,  səni  ki,  bu  işə 
mən  məcbur  edirəm.  Ona  görə  də  mən  daha  çox 
qorxmalıyam”.  Quldur  bu  sözləri  deyib,  qadına 
toxunmadan ondan uzaqlaşır. 
Bir gün bu şəxs yolda bir rahiblə yoldaş olur. Günəşin 
yandırıcı  şüaları  hər  iki  yolçunu  taqətdən  salır.  Rahib 
öz yoldaşına deyir: “Dua et ki, Allah bir bulud yetirib, 
bizi  günəşin  istisindən  qorusun”.  Gənc  cavab  verir: 
“Mənim  elə  bir  yaxşı  əməlim  yoxdur  ki,  Allahdan  nə 
isə istəməyə cürət edim”. Rahib deyir: “Onda mən dua 
edim,  sən  “amin”  de”.  Rahib  dua  edir,  gənc  “amin” 
deyir.  Tezliklə  başlarının  üzərində  görünən  bulud 
onların  üstünə  kölgə  salır.  Günün  yarısını  kölgədə 
gedən  yolçular,  nəhayət  yol  ayrıcına  çatırlar.  Bulud 


 
93 
gəncin  getdiyi  yola  yönəlir.  Rahib  gənci  çağırıb  deyir: 
“Sən  məndən  üstünsən.  Duamız  da  sənə  xatir  qəbul 
oldu.  Mənə  bu  üstünlüyün  sirrini  aç”.  Gənc,  qadınla 
adada  olan  görüşünü  açıb  söyləyir.  Rahib  deyir:  “Sən 
Allahdan  qorxduğun  üçün  günahların  bağışlanıb. 
Bundan sonra gələcəyini düşün”.
70
  
YALAN 
Həzrət  Peyğəmbər  (s),  Həzrət  Sadiq  (ə)  və  Həzrət 
Riza  (ə)  yalanı  ən  böyük  günahlardan  hesab  etmişlər. 
(“Kafi”,  2-ci  cild,  səh-338).  Yalanın  ən  çirkini  Allah, 
Peyğəmbər (s) və İmam (ə) adından yalan danışmaqdır. 
Çünki  bu  yalanlar  böyük  kütlələri  doğru  yoldan 
azdırır. 
Kafirlər  və  onların  azğın  başçıları  açıq-aşkar  yalana 
uğramış  insanlardır.  Bu  yalançı  qövm  tarix  boyu  öz 
yalanlarını  sistemləşdirib  elm  adı  ilə  bəşəriyyətin 
Allaha 
doğru 
hərəkətində 
maneə 
yaratmağa 
çalışmışlar.  Bu  hiyləgər  şeytanlar  öz  şirin  yalanları  ilə 
milyon-milyon 
insanları 
cəhənnəm 
oduna 
sürükləmişlər.  Onlar  öz  yalanlarına  həqiqət  donu 
geyindirməklə insanları əsil həqiqətdən yayındırmışlar. 
Səmavi 
kitablar 
inkar 
olunmuş, 
ilahi 
ayələrə 
müqavimət 
göstərilmiş, 
bu 
göstərişlərin 
Allah 
tərəfindən nazil olmadığı iddia olunmuşdur.
71
  
Kafirlər  insanları  ilahi  hidayət  feyzindən  məhrum 
etmək, 
onları 
dünya 
və 
axirət 
səadətindən 
uzaqlaşdırmaq 
üçün 
peyğəmbərlərə 
böhtanlar 
                                                 
70
 “Kafi” 2-ci cild, səh.69. 
71
 “Yasin” surəsi, ayə 15. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə