Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə21/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

 
86 
İmam  Sadiq  (ə)  buyurur:  “Allah  dostlarına  qara 
yaxılan yerdə oturan kəs Allaha itaətsizlik etmişdir.”
60
  
Həzrət 
Məsih 
(ə) 
buyurmuşdur: 
“Allahla 
dostluğunuzu  günahkara  pis  münasibətinizlə  göstərin 
və  onlardan  uzaqlaşıb  Allaha  yaxınlaşın.  Onların 
qəzəbi  əvəzində  Allahın  razılığını  istəyin.”  Soruşdular 
ki,  belə  isə  kiminlə  yoldaşlıq  edək?  Həzrət  İsa  (ə) 
buyurdu: “O şəxslə əyləşin ki, görüşü Allahı xatırlatsın, 
danışığı  elminizi  artırsın,  rəftarı  ilə  sizi  axirətə 
rəğbətləndirsin.”
61
  
Bəli, təqva, paklıq, təvazö’, sədəqə ibadət insanla bəla 
arasında pərdə çəkirsə alkoqol, qumar, təlxəklik, qeybət, 
böhtan  bu  pərdələri  aradan  qaldırır.  Əlbəttə  ki,  şeytan 
vəsvəsələrinə və nəfsinin istəklərinə uyan insan min bir 
günaha  batmaqla  öz  əli  ilə  bəlaların  qarşısını  almış 
pərdələri yırtır.  
 
Bu dərdə mübtəla olmayan insan 
Çətin iki dünyada tapsın aman. 
Hər kimsənin batin gözü kor olsa,  
Çöl gözüylə çətin ki, görsün nəsə. 
O çiçəyin ətrini almayan kəs 
Sinəsində qəlbi gəzdirir əbəs. 
Ey eşqdən, sevgidən dəm vuran könül,  
Bəlaların qoynundadır yerin, bil. 
Od içində yanmağa layiq olan 
Sultan sarayından uzaqdır, inan. 
Çalış uzaq dayan zənni-gümandan,  
                                                 
60
 “Kafi”, 2-379. 
61
 “Məhəccətül–bəyza”, 3-288. 


 
87 
Zənnə uyan sorğu günü peşiman.  
 
 
 
“Allahumməğfirliyəz-zunubəl-ləti tunzilui-niqəm” 
 (“Pərvərdigara!  Cəzaları  endirən,  yaxınlaşdıran 
günahlarımı bağışla”) 
 
Bir  çox  günahlar  əməllərin  cəzasını  yaxınlaşdırır, 
tezləşdirir.  “Məanil-əxbar”da  nəql  olunmuş  bir 
rəvayətdə  İmam  Səccad  (ə)  doqquz  belə  günah 
sadalayır:  
1. Zülm (bəğy); 
2. Başqalarının hüququna təcavüz; 
3. Allahın bəndələrinə məsxərə etmək; 
4. Əhdi pozmaq; 
5. Aşkar günah; 
6. Yalanı açmaq; 
7. Dinə zidd mühakimə; 
8. Zəkat ödəməmək; 
9. Ölçüdə çəkidə əskiklik. 
“BƏĞY” 
“Bəğy”  dedikdə  həqiqət  qarşısında  itaətsizlik,  ilahi 
hədlərin  pozulması,  fəsad,  günah  nəzərdə  tutulur. 
“Qəsəs” 
surəsinin 
76-cı 
ayəsində 
buyurulur: 
“Doğrudan  da  Qarun  Musa  qövmündən  idi  və  onlara 
zülm  etmişdi”.  “Şura”  surəsinin  27-ci  ayəsində 
oxuyuruq:  “Əgər  Allah  bəndələrinin  ruzisini  gen-bol 
edərsə  onlar  yer  üzündə  fəsad  törədərlər”.  “Məryəm” 
surəsinin  28-ci  ayəsində  isə  belə  buyurulur:  “Ey 
Harunun bacısı! Atan pis, anan isə zinakar deyildi.” 


 
88 
İslam Peyğəmbəri (s) buyurmuşdur: “Doğrudan da ən 
üstün  yaxşılıq  xalqa  yaxşılıq,  ən  böyük  pislik  isə 
başqalarının hüququna təcavüz etməkdir.”
62
  
İmam  Sadiq  (ə)  buyurur:  “Mömində  altı  xüsusiyyət 
olmaz: acizlik, xəsislik, düşmənçilik, yalan, həsəd, xalqa 
zülm”.
63
  
XALQIN HÜQUQUNA TƏCAVÜZ 
Allah-Taala 
insanlar 
arasında 
hüquqlar 
müəyyənləşdirmişdir  ki,  bu  hüquqlara  riayət  etmək 
vacib,  onları  pozmaq  isə  günahdır.  Qurani-Kərim 
ayələri  və  Əhli-beyt  hədislərində  ata-ananın  övlada, 
övladın  ata-anaya,  qohumluq  və  qonşuluq  hüquqları, 
xalqın  hökumət,  hökumətin  də  xalq  qarşısında 
vəzifələri,  varlıların  kasıblar  qarşısındakı  məsuliyyəti 
ətraflı şəkildə bəyan olunur. Hüququn ən kamil şəkildə 
bəyan  olunduğu  risalə  İmam  Zeynəl-abidin  (ə)-ın 
hüquq  risaləsidir.  Bu  risalə  ilə  yaxından  tanışlıqdan 
sonra  insan  müsəlman  hüququ  qarşısında  özünü 
vəzifəli  hiss  edir.  Bu  hüquqlardan  hər  hansı  birini 
pozmaq aşkar günahdır və onun cəzası vardır.  
ALLAH BƏNDƏLƏRİNƏ MƏSXƏRƏ 
İnsanların  geyiminə  kasıblığına,  əqidəsinə  sənətinə 
məsxərə  etmək  böyük  günahdır  və  bu  günahın  dünya 
və axirət cəzası vardır. İnsanı məsxərəyə qoymaq onun 
şəxsiyyətini  təhqir  etmək  deməkdir.  Qurani-Məcid 
                                                 
62
 “Biharul - ənvar”, 72-273. 
63
 “Biharul-ənvar”, 72-273. 


 
89 
məsxərə  edənləri  münafiq,  zalım,  günahkar  adlandırır 
və onlara dərdli əzab vəd edir.  
“Bəqərə”  surəsinin  14-cü  ayəsində  oxuyuruq:  “Onlar 
möminlərlə  qarşılaşdıqları  zaman  “biz  də  iman 
gətirdik” deyirlər. Öz şeytanları ilə təklikdə qaldıqda 
isə “biz də sizinləyik, biz onlara ancaq istehza edirik” 
deyirlər”.  
İslam  Peyğəmbəri  (s)  bildirir  ki,  Allah-Taala  belə 
buyurmuşdur: “Mənimlə dostluqdan çəkinən, mənimlə 
döyüş üçün pusqu qurmuşdur”.
64
  
İmam  Sadiq  (ə)  buyurmuşdur:  “Qiyamət  zamanı  bir 
nida  ucalar:  “Mənim  dostlarımdan  üz  çevirənlər 
haradadırlar?”  Üzündə  ət  olmayan  bir  dəstə  insan 
ayağa  qalxar.  Bu  zaman  deyilər:  “Bunlar  iman  əhlinə 
əziyyət  verənlər,  onlarla  düşmənçilik  edənlər,  onlara 
inad  göstərib,  onların  dininə  məsxərə  edənlərdir”. 
Sonra əmr olunar ki, onları Cəhənnəmə aparsınlar”. 
İslam  Peyğəmbəri  (s)  buyurmuşdur:  “Allah-Taala 
buyurur:  “Mömin  bəndəmi  xar  edən  şəxs  Mənimlə 
döyüşə  qalxmışdır.”
65
   Bəli,  insanlara  rişxənd  etmək 
onları kiçik saymaqdır. Qurani-Kərim bu işi pisləyir və 
tövbə etməyənləri zalım adlandırır.  
ƏHDİ POZMAQ 
Əhd–peyman  və  ona  vəfa  etmək  Qurani-Məcid  və 
əhli-beyt buyruqlarında diqqət mərkəzində olan əxlaqi 
və 
insani 
həqiqətlərdir. 
Əhd-peymanın 
Allah, 
Peyğəmbər (s), imamlar (ə) və ya xalqla bağlanmasının 
                                                 
64
 “Kafi”, 2-351. 
65
 “Kafi”, 2-351. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə