Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə20/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

 
82 
bir yerdən başqa yerə daşıyan, onu təhvil götürən, onu 
satan, onu alan, onun qazancını yeyən. Şərab içən şəxs 
Qiyamət  günü  Məhşər  səhnəsinə  üzü  qara,  ağzı  əyri, 
dili çıxmış, susuz halda gətirilər. Ona zinakarların çirki 
ilə dolmuş quyudan içirərlər.
52
  
Həzrət Əli (ə)-dan soruşurlar: “Siz buyurmusunuz ki, 
şərab  oğurluq  və  zinadan  pisdir?”  Həzrət  (ə)  buyurur: 
“Bəli, demişəm.Çünki zinakar növbəti günaha getməyə 
də bilər. Amma şərab  içən şəxs zina da edər, adam da 
öldürər, namazı da atar.”
53
  
İslam Peyğəmbəri (s) buyurur: “Allah mənim dilimlə 
şərabı  haram  elan  etdikdən  sonra  şərab  içən  şəxs 
elçiliyə gəldikdə ona müsbət cavab vermək layiq deyil. 
Şərab  içənin  şəfaəti  qəbul  olunmaz,  dedikləri  təsdiq 
edilməz.  Ona  əmanət  tapşırmaq  olmaz.  Şərab  içənə 
əmanət  tapşıran  kəsə  Allah  tərəfindən  zəmanət 
yoxdur.”
54
  
QUMAR 
Böyük  günahlardan  biri  də  qumardır.  Vəsailüş-şiə 
kitabının  17-ci  cildində  nəql  olunmuş  bir  rəvayətdə 
İmam  Sadiq  (ə)  qumarı  böyük  günahlara  aid  edir. 
“Bəqərə”  surəsinin  219-cu  ayəsində  buyurulur: 
«Səndən  məstedici  maye  və  qumar  haqqında 
soruşurlar.  De  ki,  məstedici  maye  və  qumar  böyük 
günahdır.» 
                                                 
52
 “Vəsailüş-şiə”, c.25. 
53
 “Kafi”, 1-403. 
54
 “Vəsailüş-şiə”, c.25. 


 
83 
Qumar  alətlərini  düzəltmək,  onları  düzəltmək  üçün 
haqq  almaq,  onları  satmaq  və  almaq  haramdır.  Böyük 
şiə  fəqihlərinin  əksəriyyəti  hətta  udub-uduzmadan  bu 
oyunları  oynamağa  icazə  vermir.  Bu  alətləri  saxlamaq 
haram,  məhv  etmək  isə  vacibdir.  Qumar  məclisində 
oturub  tamaşa  etmək  haram  və  bu  məclisdən 
uzaqlaşmaq vacibdir.  
XALQI GÜLDÜRMƏK ÜÇÜN GÖRÜLƏN BOŞ 
İŞLƏR 
Boş işlər dedikdə bu  işi görən və bu işə tamaşa edən 
insanlar  üçün  dünya  və  axirət  faydası  olmayan, 
qiymətli ömrü puça çıxaran işlər nəzərdə tutulur. İnsan 
unutmamalıdır  ki,  ömrün  hər  dəqiqəsi  milyardlarca 
amil hesabına başa gəlir.  
Şübhəsiz  ki,  qiymətli  ömrünü  boş  yerə  xərcləmək 
naşükürlükdür. Ömür Allah-Taalanın insana verdiyi ən 
böyük nemətdir. Bu nemətin şükrü onun hər dəqiqəsini 
qiymətli bilib ibadət və saleh işlərə sərf etməkdir.  
Mühəddis Qumi “Mənazilül – axirət” kitabında yazır: 
“İbn Səməd adlı bir şəxs günün böyük hissəsini özünü 
hesaba  çəkərdi.  Bir  gün  ona  məlum  oldu  ki,  ömrünün 
altmış  ili  arxada  qalıb.  Altmış  il  21900  gün  edirdi.  İbn 
Səməd fəryad çəkərək öz-özünə dedi: “Vay olsun mənə 
əgər  gündə  bir  günah  etmiş  olsam,  Allahın  görüşünə 
21900 günahla gedəsiyəm”. Bu sözlərdən sonra huşunu 
itirdi və dünyasını dəyişdi”. 
XALQIN EYİBLƏRİNİ AÇMAQ 
İslam  dinində  müsəlmanların  və  möminlərin  təmiz 
adını  qorumaq  vacibdir.  Möminin  abır-həyası  onun 


 
84 
qanı  kimi  möhtərəm  sayılır.  Əgər  xalqın  abır-həyasına 
zərbə dəyərsə cəmiyyətdəki etibar viran qalar.  
Yalnız  peyğəmbərlər,  imamlar  və  övliyalar  eyibsiz 
olmuşdur.  Bütün  qalan  insanların  gizli  eyibləri  vardır. 
Çox  az  insanlar  üçün  təmiz  ad  əhəmiyyətsizdir.  Əksər 
insanlar  eyibləri  açıqlandığı  zaman  narahat  olurlar. 
Başqalarının istənilən bir eybini açıb-ağardanlar böyük 
günaha yol verir və axirət əzabı qazanırlar. İmam Baqir 
(ə)  və  İmam  Sadiq  (ə)  belə  buyurmuşlar:  “İnsan  üçün 
küfrə  ən  yaxın  əməl  odur  ki,  bir  şəxslə  din  əsasında 
qardaşlıq  əqdi  bağlayıb,  onun  səhvlərini  öyrənsin  və 
sonradan bu səhvləri açıb-ağartmaqla danlaq vursun.”
55
  
İmam  Sadiq  (ə)  nəql  edir  ki,  Həzrət  Peyğəmbər  (s) 
buyurmuşdur:  “Ey  dildə  İslamı  qəbul  edib,  qəlbinə 
iman  nüfuz  etməyənlər!  Müsəlmanları  məzəmmət 
etməyin, 
onlarda 
eyib 
axtarmayın. 
Hər 
kəs 
müsəlmanlarda  eyib  axtarsa,  Allah  da  onda  eyib 
axtarar,  Allahın  eyib  axtardığı  kəs  isə  evində  belə 
rüsvayçılıqdan gizlənə bilməz”.
56
  
GÜNAHKARLA YOLDAŞLIQ 
Hər bir insan oturub-durduğu şəxsin təsiri altına daha 
tez  düşür.  Ona  görə  də  Qurani-Məciddə  və  Əhli-beyt 
(ə) rəvayətlərində dost seçiminə münasibətdə çox ciddi 
göstərişlər  vardır.  İslam  kitabxanasında  sırf  bu 
mövzudan bəhs edən kitablar kifayət qədərdir.  
İslam  dini  insanları  kafir,  müşrik,  günahkar 
şəxslərdən  uzaqlaşmağa  çağırır.  Məqsəd  möminlərin 
                                                 
55
 “Kafi”, 2-354. 
56
 “Kafi”, 2-354. 


 
85 
mədəniyyətini,  əxlaqını,  xarakterini  şeytani  təsirlərdən 
qorumaqdır.  
İmam  Sadiq  (ə)  buyurur:  «Əgər  mömin  şəxs  Allaha 
itaətsizlik  olunan  məclisin  istiqamətini  dəyişməkdə 
gücsüzdürsə bu məclisdə oturmaq ona yaraşmaz (layiq 
deyil).»
57
  
Əbu  Haşim  Cəfəri  deyir:  “Həzrət  Riza  (ə)  mənə 
buyurdu:  “Nə  üçün  səni  Əbdürrəhman  İbn  Yəqubla 
görürəm?”  Dedim:  “O  mənim  dayımdır.”  İmam 
buyurdu:  “O,  Allah  haqqında  qeyri-məqbul  sözlər 
danışır. Onun sözləri Quran və Əhli-beyt göstərişləri ilə 
uyuşmur. O, Allahı əşya kimi təsvir edir. Sən ya onunla 
qalıb bizdən uzaqlaşmalısan, ya bizimlə qalıb onu tərk 
etməlisən.” Ərz etdim ki, o hər nə deyirsə desin. Mən ki, 
onun  dediklərini  təkrar  etmirəm.  Həzrət  (ə)  buyurdu: 
“Ona 
gəlmiş 
əzabın 
səni 
də 
bürüyəcəyindən 
qorxmursanmı? Özü Həzrət. Musa (ə), atası isə Fironla 
dost  olanın  əhvalatını  eşitməmisən?  Fironun  qoşunu 
Musa  və  onun  ardıcıllarını  təqib  edib  çaya  yetişdikləri 
vaxt oğul atasını nəsihət etmək üçün ona yaxınlaşdı. Bu 
an Fironun qoşununa gələn bəlaya oğul da düçar oldu. 
Bu  xəbəri  eşidən  Həzrət  Musa  (ə)  buyurdu: 
“Günahkara gələn bəla onun yanındakıları da bürüyər. 
Amma mömin oğul Allahın rəhmətindədir.”
58
  
Həzrət  Əli  (ə)  buyurmuşdur:  “Allah  və  Qiyamət 
gününə 
imanı 
olan 
kəs 
şəkk-şübhəli 
yerdə 
dayanmamalıdır.”
59
  
                                                 
57
 “Kafi”, 2-374. 
58
 “Kafi”, 2-374. 
59
 “Kafi”, 2-377. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə