Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76



Yüklə 281 Kb.
səhifə9/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
x001

1. Şəxsi məqsədlər

    1. istirahət, tətil və əyləncə

    2. dostların və qohumların ziyarəti

    3. təhsil və peşə hazırlığı

    4. müalicə və sağlamlıq

    5. dini ziyarətlər

    6. bazarlıq (şopping) məqsədilə

    7. tranzit

    8. digər məqsəd.

2. İşgüzar və peşə məqsədilə


  1. Şəxsi məqsəd. Bura biznes və peşə fəaliyyəti ilə əlaqədar olmayan digər turizm məqsədləri daxildir.

İstirahət, əyləncə və tətil. Bura gəzməli, görməli yerlərə baş çəkilməsi ( təbii və ya insan tərəfindən yaradılmasından asılı olmayaraq), mədəni və idman tədbirlərində iştirak, qeyri-peşəkar idmanla məşğul olunması (xizəklə suruşmə, at sürmə, golf, tennis, dayving (suya dalma), sörfing, piyada turist səfərləri (hiking və treking, dağa dırmanma və s.), çimərlilklərdən, üzmə hovuzlarından və eləcə də digər növ istirahət və əyləncə qurğularından istifadə edilməsi, kruiz səyahəti, qumar və mərc oyunları, gənclər üçün yay düşərgələrində iştirak, bal ayı səyahəti, ixtisaslaşdırılmış otellərdə dincəlmə, fitneslə məşğul olma ( müalicə məqsədi ilə çıxılmaq şərti ilə) məqsədilə edilən səfərlər, eləcə də ev təsərrüfatlarının sahib olduğu və ya kirayə götürdüyü istirahət (bağ) evlərinə edilən səfərlər daxildir.

Dostların və qohumların ziyarəti. Bu kateqoriyaya qohumlara və dostlara baş çəkilməsi, toylarda, dəfn mərasimlərində və digər ailə tədbirlərində iştirak; yaşlı və xəstələrə qısa müddətli qulluq edilməsi məqsədli səfərlər daxildir.

Təhsil və peşəkarlıq hazırlığı. Bu kateqoriyaya işəgötürənlər və ya digər təşkilatlar (şəxslər) tərəfindən haqqı ödənilmiş qısa müddətli kurslarda iştirak (işgüzar və peşəkar məqsədlər kateqoriyasına aid edilən istehsalatdan ayrılmadan peşə hazırlığı istisna edilməklə), hər hansı bir elm sahəsinin fərdi proqram əsasında öyrənilməsi (formal və ya qeyri-formal olaraq) və yaxud da rəsmi şəkildə təşkil olunmuş kurslar vasitəsilə xüsusi bilik və bacarıqların əldə edilməsi məqəsdilə edilən səfərlər daxildir. Bura pullu təhsil, dil, peşə və digər ixtisaslaşdırılmış kurslar, akademik məzuniyyət və s. daxildir.

Sağlamlıq və müalicə. Bu kateqoriyaya xəstəxanalardan, klinikalardan, sağlamlaşdırıcı müəssisələrdən, daha ümumi şəkildə sağlamlıq və sosial təşkilatların göstərdiyi tibbi xidmətlərin alınması, tibbi məsləhət əsasında talossoterapiya*, SPA** və sağlamlıq kurortlarında müalicə alınması və kosmetik əməliyyatların aparılması məqsədilə edilən səfərlər daxildir. Bu kateqoriya qısamüddətli müalicə kurslarını əhatə edir, belə ki, uzunmuddətli müalicə bir il və daha artıq müddəti əhatə etdiyindən o turizm səfərlərinə aid edilmir.

Dini ziyarətlər . Bura müqəddəs və dini yerlərə ziyarət, dini mərasimlərdə, tədbirlərdə və s. iştirak edilməsi məqəsdilə həyata keçirilən səfərlər daxildir.

Şopping (bazarlıq). Bu kateqoriyaya şəxsi istehlak və ya digər şəxslərə hədiyyə edilmək məqsədi ilə və sonradan istehsal prosesində istifadə edilməyən və üçüncü tərəfə satılmayan (əks halda bu biznes və professional məqsədlə edilmiş səfər hesab olunacaq) istehlak mallarının alınması üçün edilən səfərlər daxildir.

Tranzit. Bu kateqoriyaya səyahət edərkən hərəkət marşurutunun üzrərində olan hər hansı bir ərazidə heç bir başqa məqsəd olmadan dayanması halları ilə meydana çıxan səfərlər aid edilir.

Digər məqsədlər. Bura könüllü fəaliyyət, işləmək və miqrasiya imkanlarının öyrənilməsi; müvəqqəti olaraq haqqı ödənilməyən və digər kateqoriyalara aid edilə bilinməyən fəaliyyət və s. daxil edilir.


Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə