Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76



Yüklə 281 Kb.
səhifə5/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   2   3   4   5   6   7   8   9   ...   18
x001

Səyahət axınlarının ölçülməsi

Bəzi ölkələr edilən səfərlərin turist səfərləri olub-olmamasını respondentlərin öz öhdələrinə buraxırlar, yəni onların cavabları əsas götürülür. Buna baxmayaraq, ölkə daxilində turistlərin müəyənləşdirilməsinin müqayisəliliyini təmin edilməsi məqsədilə milli statistika idarələrinə, milli turizm təşkilatlarına və turizm statistikasını aparan digər təşkilatlara “adi yaşayış mühiti” anlayışına milli meyarların tətbiq edilməsi lazımdır.

Ziyarətçi axınları və bununla əlaqədar bütün digər göstəricilər adi yaşayış mühiti anlayışının müəyyənləşdirilməsi ilə bağlı olduğuna görə qonşu dövlətlərin və beynəlxalq təşkilatlara daxil olan ölkələrin müqayisə olunan statistikasının yaradılması məqsədilə qarşılıqlı müzakirələrin aparılmasına ehtiyac vardır.

Ölkələr arasında əhalinin sıxlığı, nəqliyyatın əlverşliliyi, milli adət-ənənələr, inzibati sərhədlərin yaxınlığı baxımından fərqlər mövcuddur. Bu fərqlər hər hansı bir şəxsin adi yaşayış mühiti anlayışının vahid beynəlxalq təsnifatının müəyyən edilməsinə mane olur. Buna baxmayaraq adi yaşayış mühiti anlayışı müəyyən edilərkən aşağıdakı meyarlar əsas götürülür.

a) səfərlərin tezliyi (bağ evlərinə səyahət istisna olmaqla);

b) səfərlərin davamiyyət müddəti(uzunluğu);

c) inzibati və milli sərhədlərin keçilməsi;

d) daimi yaşayış yerindən uzaqlıq.

Adi yaşayış mühitinin müəyyənləşdirliməsi məqsədi ilə səfərlərin tezliyi və davamiyyət müddəti kimi meyarların istifadə olunması ilə yanaşı, təcrübədə inzibati sərhədlərin keçilməsi və yaşayış yerindən uzaqlıq meyarlarının vəhdətliyini də nəzərə almaq tövsiyə edilir ki, bunun da aşağıdakı səbəbləri vardır:

a) inzibati vahidlər hətta bir ölkə daxilində belə ərazisinin sahəsinə görə müxtəliflik təşkil edə bilər;

b) böyük şəhərlərin ərazisi inzibati sərhədlərdən geniş ola bilər, amma onlar (böyük şəhərlər) kompakt və ya qonşu olan coğrafi əraziyə də malik ola bilərlər;

c) bəzi şəxslərin daimi yaşadıqları ərazi inzibati sərhədlərin yaxınlığında yerləşə də bilər. Lakin onların sərhəddi keçməsi halı turizm sahəsinin təhlilinə aid edilməyə də bilər.

Gələn səyahətçilər və onların kateqoriyalar üzrə sayının müəyyən edilməsi milli hesablar və tədiyə balansını tərtib edənlər üçün də maraq kəsb edir. Buna görə də ölkələrin milli turizm idarələrinin, milli statistika idarələrinin, mərkəzi banklarının, sərhəd xidmətinin və digər qurumların bu göstəricilərin ölçülməsi və keyfiyyətinin yüksəldilməsinə birgə səy göstərməsi məqsədəuyğundur. Eyni zamanda müxtəlif mənbələrin məlumatlarını kompleks metodlarla kombinələşdirmək lazımdır (məsələn, inzibati nəzarət məlumatları ilə müayinə nəticəsində əldə olunan göstəriciləri).

Sərhəd nəzarətinin ləğv edildiyi və səyahətçilərin sərhəddə müayinəsinin aparılması mümkün olmayan ölkələrdə turistlərin yerləşdirilmə vasitələrində müayinəsi ilə paralel olaraq digər mənbələrdə də müayinə aparılması tövsiyə olunur (məsələn, tanınmış turizm zonalarında və digər təyinat yerlərində). Gələn turist axınlarını müşahidə etmək mümkün olduqda isə inzibati nəzarət vasitələrindən olan gəliş/gediş kartlarının səyahətçilər ölkəni tərk edən zaman onların sərhəddə (və ya sərhəddə yaxın ərazidə) müayinəsi zamanı doldurulması tövsiyə olunur.

Şəkil 2-də ölkə sərhədlərini keçən ziyarətçilər və digər səyahətçilər göstərilmişdir: onların bir qismi ölkədə daimi yaşamır, bir qismi isə daimi yaşayır. Köçərilərin və qaçqınların isə xüsusi statusu vardır və onlar ayrıca nəzərə alınmalıdır.



Şəkil 2



Turizm statistikasının əsas məqsədlərindən biri də ziyarətçiləri səyahət edən şəxslər kateqoriyasından seçib ayırmaqdır. Bununla əlaqədar statistikanın aparılması və göstəricilərin təhlil edilməsi məqsədləri üçün tədqiq olunan ölkədə yaşamayan səyahətçi kateqoriyasının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır:

-xaricdə daimi yaşayan ölkə vətəndaşları;

-tranzit şərnişinlər;

-ekipaj/heyət;

-kruiz gəmilərinin və yaxtaların sərnişinləri;

-sərhəddi tez-tez keçən şəxslər;

-təhsil alanlar;

-müalicə alanlar;

-işgüzar və peşə məqsədləri ilə gələnlər.

Xaricdə daimi yaşayan ölkə vətəndaşları. Miqrasiya xidməti ölkəyə gələn bu qrup qeyri-rezidentlər üzrə informasiya toplamaqda maraqlı olmadığı üçün bir çox ölkələr milli pasport və ya şəxsiyyəti təsdiq edən sənəd göstərildiyi təqdirdə bu qrup şəxsləri gəliş/gediş kartlarını doldurmaq öhdəliyindən azad edir. Buna baxmayaraq bu şəxslər baxılan ölkə nöqteyi nəzərindən qeyri-rezident hesab olunur və qeyri-rezident səyahətçilərin sayına əlavə olunmalıdır. Təhlil məqsədlərinə ehtiyac yarandıqda səyahətçilərin bu altkateqoriyası ayrıca nəzərə alına bilər.

Tranzit səyahətçilər. Prinsip etibarilə dayanacaq etmək şərti ilə ölkənin hüquqi və iqtisadi sərhədlərini keçən şəxslər ziyarətçilər (turistlər) sayılır və onların səfərinin məqsədi də tranzit kimi nəzərə alınmalıdır. Gəldikləri ölkədə gecələməyən şəxslər ekskursantlar, bu ölkədə heç olmazsa bir gecə qalan şəxslər isə turist hesab olunur.

Müntəzəm və ya qeyri- müntəzəm reyslər həyata keçirən ictimai nəqliyyat növlərinin ekipajı (heyəti) öz adi yaşayış mühitində olanlar kimi qəbul edilməli və ziyarətçilər kateqoriyasından çıxarılmalıdır. Xüsusi nəqliyyat vasitələrinin (korporativ təyyarələr, yaxtalar) komanda heyəti və ya ekipajı isə ziyarətçi hesab edilir.

Bir çox ölkələr üçün kruiz gəmilərinin və yaxtalarının sərnişinləri öz həcminə görə turizm bazarının əsas hissəsini təşkil edir. Yaşayış yeri və iqtisadi ərazi terminlərini milli hesablar sistemi və tədiyə balansında istifadə edilən anoloji anlayışlarla uzlaşdırmaq məqsədilə turizm statistikasında bu anlayışların uçotu sərnişinlərin səyahət etdikləri kruiz gəmilərinə nəzərən istifadə edilməklə aparılır.



Sərhəddi müntəzəm olaraq keçən şəxslər. Quru sərhədləri olan ölkələrdə müxtəlif səbəblərdən (ailəyə baş çəkmək, iş axtarışı, şəxsi istifadə üçün alış-veriş aparmaq (şopping)) insanların tez-tez sərhəddi keçməsi müşahidə olunur ki, bu da turizm fəaliyyəti baxımından bu axınların ölçülməsi və təsnifatlaşdırılmasında nəzəri və praktiki cəhətdən problem təşkil edə bilər. Nəzəri baxımdan adi yaşayış mühiti anlayışını həmsərhəd olan ölkə ilə razılaşdırılmış şəkildə istifadə etmək tövsiyə olunur. Praktiki cəhətdən çətinliklər o zaman meydana gələ bilər ki, sərhəddə yaxın ərazidə yaşayan əhali çox zaman gəliş/gediş kartlarını doldurmaqdan azad edilir və yaxud gömrük işçiləri və miqrasiya orqanlarının nəzarəti olmadan sərhəddi keçir. Nəticədə belə yerdəyişmələrin müşahidə olunması çox zaman kifayət etmir və yalnış təsnifatlaşdırmaya gətirib çıxara bilər. Zərurət yarandıqda bu tip səyahətçilərin altkateqoriyaları təhlil məqsədləri üçün ayrıca qeyd şəklində nəzərə alınır.

Səyahətçilərin bu altqruplarından başqa, digər növ ziyarətçilərin ümumi səyahətçilərin tərkibindən ayrılması məqsədilə səyahətin əsas məqsədi haqqında arayışdan daha artıq informasiya tələb etmək olar. Bunlara səyahətlərin məqsədi kimi “təhsil almaq və ixtisas hazırlığı”, “müalicə və sağlamlaşdırıcı prosedurlar”, və ya “ işgüzar və peşə”ni göstərənlər aid edilir.



Tələbələr. Qısamüddətli təlim kursu keçən şəxslər ziyarətçilər sayılır, lakin bir il və ya daha artıq müddətə təhsil almağa gedənlər isə təhsil aldıqları yerdə öz adi yaşayış mühitlərində hesab edilirlər və ziyarətçi kateqoriyasına aid edilmirlər, baxmayaraq ki, hər iki halda onlar qeyri-rezident hesab olunurlar. Əgər miqrasiya orqanları tərəfindən toplanılan məlumatlar ölkədə təhsil alan xarici vətəndaşlar haqqında faktiki vəziyyətin necə olduğu barədə məlumat əldə etməyə imkan vermirsə (ən çox da bu şəxslərdə təzələnə bilən illik viza olarsa) bu zaman digər məlumat mənbəyi tələb olunacaq. Bundan başqa, belə hesablamaları təhsil alanların qısa müddətə öz ölkələrinə və ya digər yerlərə getməsi halları da əlavə olaraq çətinləşdirir, amma yenə də təhsil aldıqları yer onların adi yaşayış mühiti hesab edilir.

Müalicə alan şəxslər. Eyni cür problemlər uzunmüddətli müalicə alan şəxslərlə də yaranır. Tədiyə balansı və milli hesablar sistemində bu şəxslərə onların müalicə aldıqları yerdə qaldıqları müddətdən asılı olmayaraq öz ölkələrinin rezidentləri kimi baxılır. Turizm statistikasında isə bu şəxslərin müalicə olunduqları yer onların adi yaşayış mühiti hesab edilir (müalicə bir il və daha artıq davam edərsə). Lakin müalicə müddəti bir ildən az olan şəxslər ziyarətçi (turist) hesab edilir. Bu cür halların aydınlaşdırılması metodları miqrasiya orqanları ilə əməkdaşlıq etməklə işlənib hazırlanmalıdır.

Işgüzar və peşə məqsədləri ilə gələn şəxslər. İşgüzar və peşə məqsədləri ilə gələn şəxslərin digər səyahətçilərdən, yəni işləmək məqsədləri ilə gələnlərdən (ziyarətçi hesab olunmayanlar) ayrılması üçün gəliş və gediş kartlarındakı məlumatlardan daha əhatəli informasiya toplanılması tələb olunur. İlk növbədə sərhəddi müntəzəm keçmələri səbəbindən sərhədyani ərazidə işləyən işçiləri ayırmaq lazımdır. Ziyarətçi hesab olunmayan digər qısamüddətli işçilər rezident-işəgötürənlə mövcud və ya fərz edilən əmək müqaviləsinin olması ilə xarakterizə edilirlər. Əmək münasibətlərinin mövcudluğu adətən müəyyən bir vizanın alınması tələbi ilə müşayət olunsa da, gizli əmək münasibətlərinin müəyyən edilməsi isə daha çətindir.


Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə