Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76



Yüklə 281 Kb.
səhifə2/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   2   3   4   5   6   7   8   9   ...   18
x001

Səyahət və turizm

Səyahət - səyahətə çıxan şəxslərin səyahət zamanı fəaliyyətlərinin məcmusu deməkdir. Səyahətə çıxmış şəxs hər hansı bir məqsəd və hər hansı bir müddətə müxtəlif coğrafi məkanlar arasında hərəkət edən şəxsdir. Ölkədə daimi yaşayanların öz ölkəsi ərazisi daxilində səyahətləri daxili səyahətlər, ölkəyə daimi yaşamayanlar tərəfindən edilən səyahətlər gəlmə səyahətlər, ölkədə daimi yaşayanlar tərəfindən ölkə xaricində (digər ölkədə) edilimiş səyahətlər getmə səyahətlər adlandırılır. Daxili, getmə və gəlmə səyahətləri həyata keçirən səyahətçilər müvafiq olaraq, daxili, getmə və gəlmə səyahətçilər adlandırılır.

Səfər dedikdə hər hansı bir şəxs tərəfindən daimi yaşayış yerini tərk etdiyi andan geri qayıdanadək etdiyi səyahət başa düşülür. Səfər müxtəlif yerlərə baş çəkilməsidir. Gəlmə səfərlər hər hansı bir ölkəyə gəlmə və onun tərk edilməsi səyahətlərinə uyğun gəlirsə, daxili və getmə səfərlər daimi yaşayış yerini tərk etmə və geri qayıtma səyahətlərini əhatə edir. Daxili turizmdə əsas təyinat məntəqəsi səyahətçilərin daimi yaşadığı ölkədədirsə, getmə turizmdə əsas təyinat nöqtəsi ölkədən kənarda hesab olunur.

Ziyarətçi öz daimi yaşayış yerindən kənara bir ildən çox olmamaq şərti ilə hər hansı bir məqsədlə (səfər etdiyi ölkənin rezidentləri tərəfindən muzdlu işə cəlb olunmamaq şərti ilə ) səfər edən səyahətçidir. Ziyarətçilər tərəfindən həyata keçirilən bu cür səfərlər turizm səfərləri adlanır. Turizm ziyarətçilərin fəaliyyətinin məcmusudur.

Daxili, gəlmə və getmə səfərə çıxan səyahətçilər müvafiq olaraq daxili, gələn və gedən ziyarətçilər adlandırılır. Eləcə də daxili, gələn və gedən ziyarətçilərin səfərləri daxili, gəlmə və getmə turizm səfərləri adlandırılır.

Turizm səyahətin, ziyarətçi isə səyahətçilərin alt sistemini təşkil edir və ya tərkib hissəsidir. Səfər edən (daxili, gəlmə və ya getmə) getdiyi yerdə bir gündən artıq qaldığı halda turist hesab olunur, əks halda gecələmədikdə o bir günlük ziyarətçi və ya ekskursiyaçı kimi qeydiyyata alınır.

Turizm statistikasının əsas anlayışları aşağıdakılardır:


  • tədqiq edilən iqtisadiyyat;

  • tədqiq edilən ölkənin iqtisadi ərazisi;

  • yaşayış yeri;

  • yaşadığı ölkə, daimi yaşayış yeri (ölkə daxilində);

  • vətəndaşlıq və milliyyət;

  • fərdin adi yaşayış mühiti;

  • səfərlər və turizm səfərləri;

  • turizm və səfər olunan ölkə rezidentləri tərəfindən muzdlu işə cəlb olunma.

Coğrafi və iqtisadi ərazi anlayışlarının turizmlə əlaqələrinin müəyyən edilməsi zamanı meydana çıxan fərqli yanaşmaların aradan qaldırılması üçün istifadə olunan terminlərin dəqiq müəyyənləşdirilməsinə ehtiyac vardır. “İqtisadi ərazi” termini tədqiq edilən ölkəni coğrafi ərazi baxımından xarakterizə edir. İqtisadiyyat dedikdə isə, milli hesablar sistemi və tədiyə balansında müəyyənləşdirilmiş və ya izahatı verilmiş iqtisadi əsaslanma başa düşülür, yəni təhlil olunan ölkədəki təsərrüfat subyektləri aid edilir. Geniş mənada iqtisadi ərazi dedikdə statistik məlumatların tələb olunduğu coğrafi rayon və ya inzibati-hüquqi ərazi başa düşülür. İqtisadiyyat konkret baxılan ölkənin bütün rezidentlərinin - instutisional vahidlərinin məcmusundan ibarətdir.

Yaşayış yeri konsepsiyası turistləri gəldikləri ölkələr üzrə təsnifatlaşdırmağa və təyinat məntəqəsini xarakterizə etməyə imkan verir ki, bu da turizmin müxtəlif növlərini fərqləndirmək imkanı yaradır. Ev təsərrüfatlarının daimi yaşadığı ölkə termini tədiyə balansı və Milli hesablar sistemində olduğu kimi müəyyənləşdirilir. Bu sistemlərdə nəzərdən keçirilən xüsusi hallar və istisnalar turizm statistikasında da tətbiq edilir. Bunun nəticəsində müxtəlif məlumat mənbələrindən alınmış məlumatların mübadiləsi həyata keçirilir və onların müqayisəsi aparılır. Eyni zamanda beynəlxalq səyahətçi axınları və onların xərcləri kimi bir-bir ilə bağlı olan mövzular üzrə də əlaqələndirilmiş işlər aparmaq olar.

Milli səviyyədə daxili turizmin öyrənilməsi və tədqiq edilməsi baxımından tədqiq edilən ölkənin rezidentlərinin təsnifatı ev təsərrüfatlarının müayinəsində olduğu kimi onların yaşayış yerinə müvafiq olaraq aparılmalıdır. Ev təsərrüfatlarının daimi yaşayış yerini və müvafiq olaraq hal-hazırda yaşadıqları mənzili müəyyənləşdirmək heç də asan iş deyil. Belə ki, bir çox ev təsərrüfatları uzun müddət eyni bir yerdə yaşamırlar (məs. təqaüdçülər) və müvafiq olaraq bir neçə yerli iqtisadiyyatla əlaqəli ola bilərlər.

Səyahətçinin daimi yaşadığı ölkə anlayışı onun milliyyəti və vətəndaşlığından fərqlənir. Səyahətçinin milliyyəti və ya vətəndaşlığı ona hökuməti tərəfindən verilmiş pasporta (və ya şəxsiyyəti müəyyən edən hər hansı bir sənəd) əsasən müəyyənləşdirilir. Səyahətçinin bir neçə pasportu, yəni bir neçə vətəndaşlığı ola bilər. Bəzi ölkələrdə sərhəddə və ya digər yerlərdə statistik müşahidələr zamanı yalnız səyahətçi tərəfindən təqdim edilən pasportda göstərilən milliyyəti nəzərə alınır. Buna baxmayaraq vətəndaşlıq anlayışından çox istifadə olunsa da o turizm statistikasının tələbləri və ya əsas müddəaları siyahısına daxil deyildir. Səyahətçinin milliyyəti onun pasportuna əsasən, yaşadığı ölkə isə sorğu yolu ilə müəyyənləşdirilir (adətən hazırki ev ünvanının göstərilməsi yolu ilə. Amma bu bəzən kifayət etməyə bilər). Səyahətçiləri (və ziyarətçiləri) onların daimi yaşadıqları ölkəyə əsasən təsnifatlaşdırmaq tövsiyə olunur.

Hər hansı bir fərdin adi yaşayış mühiti anlayışı turizm sahəsinin əsas anlayışlarından biri olub fərdin gündəlik həyat tərzini sürdüyü coğrafi region (rayon ) başa düşülür. Bu xarakteristika yalnız fərdə aid olub, milli hesablar sistemində və tədiyə balansında istifadə olunan daimi yaşadığı ölkə və ev təsərrüfatları statistikasında istifadə edilən daimi yaşadığı yer anlayışlarını tamamlayır. Fərdin adi yaşayış mühiti anlayışının daxil edilməsinin əsas məqsədi səyahətçilərin ümumi sayından öz daimi yaşayış yerindən mütəmadi olaraq işə, təhsil müəssisələrinə, yaxud gündəlik həyat tərzinin bir hissəsi olaraq gedilən yerlərə (məsələn dostların və qohumların evinə, ticarət mərkəzlərinə, dini, tibbi və digər müəssisələrə) baş çəkən ziyarətçilər kateqoriyasını fərqləndirməkdir. Bu müəssisələrin onların daimi yaşadığı evdən kifayət qədər uzaqlıqda və ya digər inzibati ərazi vahidində yerləşməsinə baxmayaraq tez-tez və müntəzəm olaraq ziyarət edilir.

Beynəlxalq metologiyada ölkədə mövcud olan nəqliyyat vasitələrinin hərəkət marşurutlarını nəzərə almaqla hər bir ölkəyə öz turizm statistikası kontekstindən çıxış edərək, mütəmadi və tez-tez terminlərinin daha dəqiq müəyyənləşdirilməsi tövsiyə edilir. Hər hansı bir şəxsin adi yaşayış mühitinə onun üzvü olduğu ev təsərrüfatının daimi yaşayış yeri, işlədiyi, təhsil aldığı və ya həmin şəxs tərəfindən mütəmadi və tez-tez baş çəkdiyi yerlər daxildir, baxmayaraq ki, bu yerlər onun daimi yaşayış yerindən uzaqda və ya digər yaşayış məntəqəsində yerləşir. Hər bir ev təsərrüfatının yaşadığı müddətə əsasən müəyyən olunan əsas mənzili vardır ki, həmin mənzilin yerləşdiyi əraziyə əsasən ev təsərrüfatının və onun üzvlərinin daimi yaşadığı ölkə və daimi yaşayış yeri müəyyən edilir. Digər yaşayış evləri (ev təsərrüfatının mülkiyyətində olan və ya kirayə edilmiş) ikinci yaşayış evi kimi nəzərə alınır.

Bağ evi (bəzən istirahət evi də adlandırılır) ev təsərrüfatının üzvləri tərəfindən istirahət və məzuniyyətin keçirilməsi üçün nəzərdə tutulur. İkinci adi yaşayış mühitinə çevrilməməsi üçün bağ evinə edilən səfərlər müntəzəm xarakter daşımamalıdır və orada keçirilən vaxt əsas yaşayış yerində keçirilən vaxtdan çox olmamalıdır. Bağ evlərinə səfərlər adətən turizm səfərləridir. Bu cür səfərlərin miqyasının artdığı ölkələrin sayının çoxalması və xərclərin və fəaliyyətin spesifik xüsusiyyətləri nəzərə alınmaqla turizm statistikasında bu səfərlər təhlil və müqayisəlilik məqsədləri baxımından ayrıca hesablanır. Taymşer* razılaşmaları şəklində istirahət evlərinə sahib olmanın innovativ formalarından istifadə edilməsi isə bu cür mülklərin təsnifatı, sayının hesablanması və təhlili şərtlərinə əlavə tələbləri meydana çıxarır. Bu səbəbdən də ölkələr istirahət evlərinə səyahətlərin dövriliyini sənədləşdirməli və bu növü turizm statistikasının metaməlumatlarının tərkib hissəsinə daxil etməli olmuşlar.


Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə