Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76


Turist səfərlərinin məqsədlər üzrə təsnifatı



Yüklə 281 Kb.
səhifə8/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
x001

Turist səfərlərinin məqsədlər üzrə təsnifatı

Səfərin əsas məqsədi dedikdə bu səfərin həyata keçirilməsinə səbəb olan başlıca məqsəd nəzərdə tutulur. Səfərin əsas məqsədi eyni zamanda həyata keçirilən səfərin turuzm səfəri olması, eləcə də səyahətçinin turist kimi təsnifatlaşdırılmasında yardımçı vasitə kimi çıxış edir. Bəzən səyahət dövrü ərzində ziyarətçi qaldığı müddətdə müəyyən qazanc əldə edə bilər Buna baxmayaraq əgər səyahət işə düzəlmək və gəlir əldə etməkə məqsədilə həyata keçirilsə onda o turizm səfəri hesab edilmir. Həmin şəxs isə turist kimi yox, digər səyahətçi kimi qeydiyyata alınır.

Turizm səfərlərinin məqsədləri haqqında məlumat turizm xərclərinin təhlili zamanı daha çox istifadə olunur. Eləcə də o turizm təlabatının əsas seqmentinin formalaşdırlması zamanı infrastrukturun planlaşdırılması, marketinq və reklam məqsədləri üçün istifadə olunmasında vacib rol oynayır. Qrup halında həyata keçirilən səyahətlər zamanı hər bir qrup üzvünün ayrı-ayrı məqsədləri ola bilər. Bu zaman səyahətin həyata keçirilməsinə səbəb olan qərar səfərin əsas məqsədi kimi götürülür.

Səfərlərin məqsədə görə təsnifatlaşdırılması səfər müddətində səyahətçilərin əsas fəaliyyətləri ilə əlaqədardır. Bu meyarı əsas götürsək işəgötürənlər tərəfindən işçilərin əməyinin mükafatı olaraq təşkil edilmiş və dəyəri ödənilmiş insentiv turlar (haradakı iştirakçılar istirahət edir, əylənir və idman fəaliyyəti ilə məşğul olur) istirahət, əyləncə və tətil kateqoriyasına aid edilir. Mümkün olduğu zaman isə insentiv səfərlər ayrıca göstərilməlidir.

Hər bir turizm səfərinin yalnız bir əsas məqsədi ola bilər, baxmayaraq ki, ziyarətçi səfər etdiyi zaman bir neçə başqa fəaliyyətlə də məşğul ola bilər. Hər bir əsas məqsəd (1.7 punktundakı tranzit məqsəd çıxılmaq şərti ilə) səfər zamanı aşağıda göstərilmış əsas fəaliyyət qrupundan biri ilə əlaqədar olmalıdır:

Əsas məqsədlərinə görə turist səfərlərinin təsnifatı




Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə