Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76


Turizm xərcləri. Turizm xərclərinin əhatə dairəsi



Yüklə 281 Kb.
səhifə11/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
x001

Turizm xərcləri. Turizm xərclərinin əhatə dairəsi

Turizmin iqtisadiyyatda rolunu müəyyən etmək üçün xərclərlə bağlı göstəricilərdən istifadə etmək lazım gəlir. Bu bölmədə turizm xərclərinin əhatə dairəsi təsvir edilmiş və bu xərclərin müxtəlif təsnifat və kateqoriyaları verilmişdir. Turizm xərcləri ifadəsi altında turist səfərləri və turist səfərinə hazırlıq ərəfəsində şəxsi istehlak mallarının və xidmətlərin əldə edilməsinə sərf olunan məbləğ və öz istifadəsi və ya başqası üçün alınan qiymətlilərə çəkilən xərclərin həcmi başa düşülür. Bu xərclərə turistlərin özləri tərəfindən ödənilən məbləğ və həmçinin onlar üçün digər şəxslər tərəfindən əvəzsiz ödənilən xərclər də daxil edilir. Lakin, bu xərclərə turistlərin xeyrinə olan natural formada bəzi sosial transfertlər,
(xüsusi bağ evləri, tanışların, qohumların evi) interpolyasiya (sonradan başqası tərəfindən əlavə) daxil edilmir. Göstərilən xərclər turizm köməkçi hesablarında (satellit) turistin istehlakını əhatə edən ümumi konsepsiyaya daxil edilir.


2008-ci il Milli Hesablar Sisteminə uyğun olaraq bütün konkret mal (şəxslərin ehtiyaclarının ödənilməsində istifadə edilən mal və xidmətlər) və ya xidmətlər turizm xərclərinə aid edilir. Bura yalnız standart xidmətlər deyil, həmçinin nəqliyyat xidmətləri, yerləşmə, qidalanma və qiymətindən asılı olmayaraq səyahət zamanı uzun müddətli istifadə üçün alınan əşyalar (kompüter, avtomobil) da daxil edilir. Alınmış malların yerli və ya xarici, miqdarından, hazır məhsul və ya yarımfabrikat olmasından asılı olmayaraq bütün bunlar turizm xərclərinə aid edilir.

Turizm xərclərinə turistlərin istehlak mallarına və xidmətlərə xərclədiyi pul ilə bərabər aşağıdakılar da aid edilir:


a) işgüzar səfərdə olan işçilərə sahibkar (iş verən) tərəfindən istehlak malları və xidmətlər üçün ödənilən pul məbləği;
b) üçüncü şəxs tərəfindən əvəzi ödənilmiş pul xərcləri – sahibkar, (şirkətlər, hökumət, qeyri kommersiya təşkilatları, ev təsərrüfatı), sair ev təsərrüfatı və ya sosial sığorta çərçivəsində ödənilən pul xərcləri;
c) hökumət və qeyri-kommersiya təşkilatlarının təqdim etdikləri subsidiyalar vasitəsilə, ev təsərrüfatları tərəfindən göstərilən konkret xidmətlərə görə turistlər tərəfindən ödənilən məbləğ. Bu xidmətlərə təhsil, səhiyyə, muzeylərə baş çəkmək, incəsənət və s. kimi sahələr daxildir;
d) turist səfəri zamanı öz işçiləri və onun ailə üzvləri üçün işəgötürən tərəfindən maliyyələşdirilən kiçik xərclər. Bu xərclərə nəqliyyat, yerləşmə, istirahət evlərində yerləşmə və digər xidmətlər daxildir;
e) idman və ya hər hansı mədəni tədbirlərə dəvət edilmiş turistlər üçün onu təşkil edənlər tərəfindən edilən ödənişlər.

Turist xərclərinə səfər ərəfəsində həyata keçirən bəzi xərclər daxil edilmir:

a) turistlər tərəfindən əldə edilmiş məhsulun alış qiymətinə daxil olmayan vergi və yığım;
b) bütün növ faiz ödənişləri, o cümlədən səfər zamanı və ya ona hazırlaşan zaman yaranan xərclərə görə;

c) torpaq və daşınmaz əmlak da daxil edilməklə maliyyə və qeyri maliyyə aktivlərin alınması, (maddi qiymətlilərdən başqa);

d) üçüncü tərəfə, istehsalçılara və digər şəxslərə və ya öz hesabına satış üçün alınan mallar;

e) istehlak mallarının və xidmətlərinin alınması deyil, xeyriyyə və ya digər şəxslərə bağışlamaq məqsədi daşıyan (əsasən ailə üzvlərinə və qohumlara) bütün növ nağd köçürmələr.


2008-ci il Milli Hesablar sisteminə uyğun olaraq mənzil, daşınmaz əmlak almaq və onların təmir edilməsi və yaxşılaşdırılması ilə əlaqədar bütün xərclər balansda kapital xərcləri bölməsində əks etdirilir və ona görə də “istehlak” anlayışı kimi başa düşülür. Turizm xərclərindən onu çıxarmaq tövsiyə edilir. Bağ evlərinin təmiri isə cari xərclərə aid edilir, adətən sahibkar tərəfindən ödənilir, ona görə də turizm xərclərinə daxil edilmir.

Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə