Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76



Yüklə 281 Kb.
səhifə6/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   2   3   4   5   6   7   8   9   ...   18
x001

Daxili ziyarətçi axınları

Son illərdə daxili turizmin iqtisadi əhəmiyyətinin ciddi surətdə artmasına baxmayaraq bəzi ölkələr daxili turizm statistikasını, onun iqtisadiyyata təsirinin hesablanmasını sonrakı mərhələlərə saxlamışlar. Lakin turizm köməkçi hesablarının (satellit hesablar) işlənib hazırlanmasından da göründüyü kimi, adətən daxili turizmin iqtisadiyyata təsiri gəlmə turizmin təsirindən daha çox olur. Daxili turizmdə sərhəddin keçilməsi faktı mövcud olmadığı üçün daxili ziyarətçi axınlarının müşahidə olunması üçün digər statistik metodlardan istifadə edilməlidir. Gecələyən turistlərə gəldikdə isə, daxili və gəlmə turistlər haqqında vacib informasiya mənbəyi kimi yerləşmə vasitələri statistikası çıxış edir. Buna baxmayaraq ziyarətçilərin digər səyahətçilərdən və daxili ziyarətçilərin gəlmə ziyarətçilərdən ayrılması zamanı bu statistikada müəyyən problemlər yaranır. Bu zaman ev təssərrüfatlarında müəyyən müddətə səfərdə olan insanların sorğu edilməsi yolu ilə aparılan müayinələr əsas informasiya mənbəyi ola bilər.

Ev təsərrüfatlarının məkan, demoqrafik və sosial-iqtisadi meyarlara əsasən qruplaşdırılması yolu ilə müayinəsinin aparılması daxili turizm sferasında fəaliyyət növləri və onunla əlaqədar olan xərclərin hesablanılmasında effektiv və əlverişli vasitə kimi çıxış edir. Bu zaman həm birgünlük, həm də gecələyən ziyarətçilər (turistlər) haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Seçmənin miqyası və forması hesablanması nəzərdə tutulan göstəricilərin əhəmiyyəti və dəqiq müəyyənləşdirilməsi ilə sıx əlaqədardır. Daxili turizmin təhlil olunması məqsədilə aparılan müayinə planlaşdırılarkən 2 amili nəzərə almaq lazımdır: ölkə ərazisində turizmin qeyri-bərabər paylanması və turizm sferasında əhalinin hərəkət tərzlərinin müxtəlifliyinin yüksək dərəcəsi.

Ev təsərrüfatlarının müayinəsi çərçivəsində ziyarətçilər tərəfindən həyata keçirilən ikitərəfli (dairəvi) səfərləri müşahidə etmək imkanı mövcuddur. Ziyarətçilərin müşahidəsi zamanı isə yalnız onların səfər zamanı baş çəkdikləri müəyyən məntəqələri ziyarət etmələri müşahidə olunur. Birinci hal səyahətçinin ziyarətçi kimi təsəvvür edilməsi barədə daha geniş anlayış yaratmağa imkan verir.

Turizm mövzusu üzrə ev təsrrüfatlarının müayinəsində əsas göstərici “səfər” anlayışıdır. Yerləşdirmə vasitələrinin statistikasında isə gecələmələrin sayı kimi göstərici hesablanır ki, bu da ölkə daxilində səyahətlərin miqyasının (həcminin) göstəricisidir. Belə ki, bu göstərici ziyarətlərin həyata keçirilməsi faktını əks etdirməklə yanaşı, səyahətin müddəti haqqında da təsəvvür yaratmağa imkan verir.

Yerləşmə vasitələri statistikası çox zaman pullu yerləşdirmə xidmətləri göstərən müəssisələrin siyahıya alınmasına əsaslanır, lakin çox zaman başlanğıc kimi çarpayı-yer və ya nömrələrin sayı kimi göstəricilərdən də istifadə olunur. Bu zaman pulsuz yerləşmə vasitələrində gecələmələr qeydiyyata alınmır (məsələn dostların, qohumların evində gecələmələr, yaxud şəxsi bağ evinə edilən səyahətlər və s.).

Yerləşmə vasitələrinin statistikası daxili və gəlmə səyahətlərin qiymətləndirilməsi üçün qısamüddətli göstəricilər əldə etməyə imkan verir. Belə ki, məlumatlar çox tez əldə olunur. Bu statistik məlumatlar əsasən siyahıyaalma yolu ilə əldə edildiyindən daha dərin regional bölgüyə əsaslanan məlumatlar da əldə etmək mümkündür. Yerləşdiyi yaşayış məntəqələri üzrə yerləşdirmə xidməti təqdim edən müəssisələr haqqında məlumatları mövcud reyestrlərdən istifadə edilməklə (respondentlərin üzərinə heç bir əlavə hesabat yükü qoymadan) əldə edilən məlumatlarla əlaqləndirmək yolu ilə (məsələn səyahət marşrutlarının keçdiyi yaşayış məntəqələrinin növləri haqqında məlumatlarla) tamamlamaq olar.



Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə