Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76



Yüklə 281 Kb.
səhifə17/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   ...   10   11   12   13   14   15   16   17   18
x001

Yerləşmə vasitələri
Turistlər gecələmək üçün yerləşmə vasitələrinin hər hansı bir növdən istifadə etməli olurlar və bəzən ümumi xərclərin çox hissəsini yerləşmə vasitələrinə çəkilən xərclər təşkil edir. Turizm sahəsində əsas siyasətlərdən biri mehmanxana və digər yerləşmə vasitələrinin tikilməsidir, bununla əlaqədar turizmə cavabdeh təşkilatlar turistlərin qısa müddətə istifadə etdiyi yerləşmə vasitələri statistikasının və yerləşmə vasitələrinə olan tələbatın (proqnozun) öyrənilməsində maraqlıdır.

Qısa müddətə istifadə edilən yerləşmə vasitələri ya kommersiya (bazar) əsasında təqdim edilə bilər, yəni xidmətlərin dəyəri ödənilməklə, hətta ziyarətçi subsidiya (maddi yardım) əsasında ödəmiş olsa belə, yaxud qeyri-kommersiya əsasında, yəni xidmət ailə üzvlərinə, dostlara, və ya qohumlara pulsuz və ya öz hesabına (mülkiyyətçi tərəfindən tutulmuş bağ evləri) verilmiş formada. Turistlər həmçinin təqdim edilən hər hansı yerləşmə vasitələrində xidmətlərindən imtina edə bilər. Məsələn, piyada turist yürüşləri, açıq hava altında gecələmələr və s. zamanı bu hallar mümkündür.

Baxmayaraq ki, uzun müddət bağ evlərinin və ya şəhər kənarında olan evlərin alınması yerləşmə vasitələrindən istifadə üçün alternativ hal hesab edilirdi, indi isə istirahət etmək üçün icarəyə götürmək kimi yeni forma yaranmışdır. Bu formaya birgə icarəyə götürmək (taymşer), mənzil tipli mehmanxanadan, xüsusi klublardan və sairə birgə istifadə etmək aiddir, bu hallarda turistlər pullu yerləşmə vasitələri ilə daşınmaz əmlak və ya bağ evlərinə sahib olmaq kimi fikirlər arasında qalırlar. Xidmətin mürəkkəbliliyi turistlərdə yerləşmə vasitələrinin müəyyən etmək çətinliyi yaradır və onlar tərəfindən istifadə edilmiş yerləşmə vasitələrinin növləri və xidmətləri barədə dəqiq məlumat əldə etmək olmur.

Beynəlxalq statistika BSST (Beynəlxalq Standart Sahə Təsnifatı) çərçivəsində turistlərə 13 növ qısa müddətli yaşamaq üçün xidmət vasitələri təqdim edir:



  • mehmanxanalar;

  • kurort mehmanxanaları;

  • mənzil tipli mehmanxanalar;

  • motellər;

  • çox mərtəbəli şəhər motelləri;

  • gəlmələr üçün evlər (qonaq evləri);

  • pansionatlar;

  • “gecələmə və qəlyanaltı” tipli mehmanxanalar;

  • qısa müddətli yaşamaq üçün mənzillər və birmərtəbəli yay evləri;

  • müqavilə ilə qısa müddətə sahib olmaqla yaşayış mənzilləri (taymşer);

  • istirahət evləri;

  • kottec (şəhər kənarında birailəlik kiçik ev) və yığışdırma xidmətinə malik olan ev;

  • gənclər üçün yataqxana və ya dağlarda komalar (evlər).

Ümumdünya Turizm Təşkilatı (ÜTT) mütəxəssisləri tərəfindən hazırlanmış turistlərin yerləşdirmə vasitələrinin standart təsnifatına uyğun olaraq bütün yerləşdirmə vasitələri iki qrupa bölünür: kollektiv və fərdi obyektlər. Birinci qrupa mehmanxana və sair ixtisaslaşdırılmış yerləşmə vasitələri aid edilir. İkinci qrupa turistlər tərəfindən icarəyə götürülmüş və ya kirayə edilmiş şəxsi mənzillər (mənzil, villa, kottec və s.) aiddir. Turizmin köməkçi hesabları çərçivəsində ÜTT BMT-nın Statistika komissiyası və Avrostat ilə birlikdə turistlərin yerləşdirilməsi üzrə xidmətlərin siyahısı müəyyən edilib. Xidmət siyahısı aşağıdakı səkkiz qrupda göstərilmişdir:

  • müvəqqəti yaşayışla bağlı mehmanxana və motellərin göstərdikləri xidmətlər - bu xidmətlərə müvəqqəti yaşayış yeri ilə təmin etmə üzrə göstərilən xidmətlər və mehmanxana, motel, karvansara və müvəqqəti yaşayışla bağlı müəssisələrin göstərdikləri qarışıq xidmətlər;

  • sağlamlaşdırma mərkəzlərinin və istirahət evlərinin xidmətləri - bu xidmətlərə müvəqqəti yaşayış yeri ilə təmin etmə üzrə göstərilən xidmətlər, eləcə də ailələr və böyüklər üçün istirahət düşərgələrinin, bağ evlərinin və analoji istirahət evlərinin göstərdikləri qarışıq xidmətlər aiddir;

  • mebellə təchiz olunmuş yaşayış yerinin icarəyə verilməsi üzrə xidmətlər - bu xidmətlərə müvəqqəti yaşayış yerilə təmin etmə üzrə göstərilən xidmətlər və mebellə təchiz edilmiş otaq, mənzil tipli mehmanxana, pansionat, şəxsi mənzillər və evlər, fermer evləri və analoji yaşayış yerləri vasitəsilə göstərilən qarışıq xidmətlər aiddir. Belə müəssisələrin çoxu yalnız mənzil təklif edir, lakin bəziləri isə yeməklə təmin etmək xidmətini də daxil edirlər;

  • gənclər üçün yataqxanaların xidmətləri - bu xidmətlərə müvəqqəti yaşayış yeri ilə təmin etmə üzrə göstərilən xidmətlər və gənclər üçün yataqxanalarda və analoji yaşayış yerlərində, eləcə də dağ sığınacaqlarında təqdim edilən qarışıq xidmətlər aiddir. Bu mehmanxanalar göstərilən xidmətlərin nisbətən az olması ilə fərqlənir;

  • uşaq idman və turist düşərgələrinin xidmətləri - bu xidmətlərə müvəqqəti yaşayış yerilə təmin etmə üzrə göstərilən xidmətlər və uşaq və gənclər üçün turist düşərgələrində təqdim edilən qarışıq xidmətlər aiddir. Bura bu tip düşərgələr vasitəsilə müvəqqəti yaşayış üçün göstərilən bütün digər xidmətlər daxil edilir.

  • kempinqlər və səyyar evlərin dayanacaqları - bu xidmətlərə müvəqqəti yaşayış yerilə təmin etmə üzrə göstərilən xidmətlər və kempinqlərdə, şəhərdən kənara səyahətə çıxmaq üçün səyyar evlərin və avtomobillərin dayanacaqlarında göstərilən qarışıq xidmətlər aiddir;

  • yataqlı vaqon və digər nəqliyyat vasitələrində analoji xidmətlər - tələbə yataqxanalarında göstərilən xidmətlər, bura yataqlı vaqon və digər nəqliyyat vasitələrində analoji xidmətlər, məsələn bərədə və həmçinin tələbə yataqxanalarında olan xidmətlər aiddir;

  • yerləşmə ilə əlaqədar “taymşer” (daşınmaz əmlak) şərtləri əsasında köməkçi xidmətlər.

Adətən yerləşmə vasitələri qısaldılmış iki əsas təsnifatından istifadə edilir:

  • mehmanxanalar (o cümlədən, turist və mənzil tipli) və analoji yerləşdirmə vasitələri (motellər, müalicə xidməti göstərməyən pansionatlar, gəlmələr üçün yataqxanalar );

  • ixtisaslaşdırılmış yerləşdirmə vasitələrinə sanatoriya–kurort müəssisələri (sanatoriya, müalicə-profilaktika müəssisələri, müalicə xidməti göstərən pansionatlar, sağlamlaşdırma düşərgələri və s.), istirahət müəssisələri (pansionatlar, bazalar, kempinqlər, və sair istirahət müəssisələri) və həmçinin turist bazaları və turist teploxodları da daxil edilir.

Yerləşdirmə vasitələri infrastrukturunun əsasını yaşayış üzrə müvəqqəti xidmətləri təmin edən hər hansı bir obyekt (ayrıca bina və ya kompleks bina) kimi başa düşülən mehmanxanalar təşkil edir. İstehsalın müəyyən növlərinin, mehmanxana məhsulunun paylaşdırılması və istehlakının da daxil edildiyi mehmanxana biznesi iqtisadi baxımdan iqtisadiyyatın bir hissəsi hesab edilir. Dünya iqtisadiyyatı çərçivəsində mehmanxana biznesi inkişafı bir fəaliyyət sahəsi olaraq, daxili səbəblərlə deyil, dünya iqtisadiyyatında baş verən proseslərlə əlaqədardır. Turizm xidmətlərini ixrac və idxal edən mehmanxana sektoru çox ölkələrin iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Mehmanxana sahəsinin inkişafı yeni iş yerlərinin yaranmasına kömək edir, investisiyaların yüksək səviyyədə səmərəliliyini və tez bir zamanda ödənilməsini, mədəni irsin qorunmasını təmin edir, turistlərin fəal hərəkət etmə qabiliyyətini stimullaşdırır.

Beləliklə, mehmanxanalar yerləşmə vasitələri infrastrukturunın “özəyi” sayılır. Bu obyektlər istirahət əyləncə, işgüzar və digər məqsədlə gələn turistlərin əsas hissəsini özündə toplayır. Turizm sənayesinin əsas elementlərdən biri sağlamlaşdırma məqsədi ilə gələn turistlər üçün nəzərdə tutulan ixtisaslaşdırılmış kollektiv yerləşmə vasitələridir. Kurort-sağlamlaşdırma infrastrukturunu təşkil edən əsas ixtisaslaşdırılmış müəssisələr kimi kollektiv yerləşdirmə vasitələri üç qrupa bölünür:



  • müalicə xidməti göstərən sanatoriyalar və pansionatlar - müalicə-profilaktika müəssisələridir, onlar çarpayılarla təchiz edilmişdir və xəstələrin müəyyən müddət ərzində sağalmasını təmin edir, əsasən təbii müalicəvi üsullardan (iqlim, mineral sular, digər müalicə vasitələri.) istifadə edir. Bu müəssisələrin hamısı ixtisaslaşdırılmışdır (bir və ya bir neçə profil üzrə) və bir qayda olaraq kurort yerlərində və müalicə-sağlamlaşdırma yerlərində yerləşmişdir;

  • sanatoriya–profilaktikalar çarpayılarla təchiz edilmiş müalicə-profilaktika müəssisələrdir, işdən ayrılmamaqla asudə vaxtlarında müalicəvi-sağlamlaşdırma tədbirlərini təmin edən müəssisələrin nəzdində fəaliyyət göstərir;

  • evlər, pansionatlar, bazalar və digər istirahət müəssisələri, turist bazaları – bu müəssisələr istirahət edənləri müəyyən müddətə yerləşdirmə ilə və yeməklə (bəzən yalnız yerləşdirilir) təmin edir və həmçinin ekskursiya xidməti də göstərir. Bir qayda olaraq belə müəssisələr kurort yerlərində, müalicəvi-sağlamlaşdırma yerlərində və şəhərdən kənar yerlərdə yerləşmişdir.

Turistlərin ixtisaslaşdırılmış yerləşdirmə vasitələrinin xidmətlərindən əsasən istirahət, müalicə və sağlamlığı bərpa etmək məqsədilə, mehmanxana xidmətlərindən isə peşəkar və işgüzar məqsədilə istifadə etmələrinə baxmayaraq müasir bazarın xüsusiyyəti çoxfunksionallığa doğru meyllər yaradır. Bir tərəfdən əhalinin istirahət və əyləncəyə tələbatının artması sanatoriya-sağlamlaşdırma müəssisələrinin də əyləncə profilinə doğru dəyişməsinə səbəb olur. Bu sanatoriya-kurort strukturunu sadələşdirir və nəticədə sanatoriyaları, istirahət evlərini, pansionatları müalicə xarakterli mehmanxana tipli müəssisələrə çevirir. Digər tərəfdən mehmanxana tipli kollektiv yerləşdirmə vasitələri yerləşmə və yaşamaq kimi xidmətlərdən başqa kompleks sağlamlaşdırma xidmətlərini təklif etməyə başlayır.



Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə