Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76



Yüklə 281 Kb.
səhifə4/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   2   3   4   5   6   7   8   9   ...   18
x001

Turizmin növləri

Tədqiq edilən ölkə üçün turizmin aşağıdakı formaları fərqləndirilməlidir.



Daxili turizm dedikdə ölkənin daimi yaşayan ziyarətçilərinin ölkə daxilində və getmə turizm səfərləri zamanı ölkə hüdudlarındakı fəaliyyətləri başa düşülür.

Gəlmə turizm baxılan ölkədə daimi yaşamayanların ölkəyə səfəri zamanı fəaliyyətlərinin məcmusunu özündə əks etdirir.



Getmə turizm dedikdə tədqiq edilən ölkədə daimi yaşayanların həmin ölkənin hüdudlarından kənarda səfəri zamanı, ya da daxili turizm səfəri zamanı həyata keçirdiyi fəaliyyətlərin məcmusu başa düşülür.

Daxili termini turizm və milli hesablar kontekstindən baxıldıqda müxtəlif mənalara malikdir. Turizm sferasında daxili termini “marketinq” sahəsində işlənilən ilkin mənasını qoruyub saxlayır. Yəni tədqiq edilən ölkənin hüdudları daxilində yaşayan ziyarətçilərin fəaliyyətini göstərir. Milli hesablar sistemində isə daxili termini ölkədə daimi yaşayan istehlakçıların onların fəaliyyət göstərdikləri yerdən asılı olmayaraq fəaliyyətlərini əhatə edir. Məhz bu səbəbdən milli hesablar sistemində işlədilən daxili turizm termini turizm statistikasında işlədilən milli turizm termininə uyğun gəlir.

Yuxarıda sadalanan turizm növləri öz aralarında müxtəlif formada birləşməklə turizmin digər növlərini yarada bilər ki, onlar da aşağıdakılardır:

a) ölkə sərhədləri daxilində turizm. Bura daxili və gəlmə turizm aid edilir, yəni daxili və beynəlxalq turizm səfərləri çərçivəsində baxılan ölkədə yaşayan və yaşamayan ziyarətçilərin ölkə hüdudları daxilində turizm fəaliyyətidir.

b) milli turizm özündə daxili və getmə turizmi birləşdirir. Yəni, mövcud ölkədə daimi olaraq yaşayanların ölkə ərazisində və ölkə sərhədlərindən kənarda turizm səfərləri zamanı fəaliyyətlərinin məcmusunu əhatə edir.

c) beynəlxalq turizm gəlmə və getmə turizmi özündə birləşdirir. Yəni, ölkədə daimi olaraq yaşayan ziyarətçilərin həmin ölkənin hüdudlarından kənarda daxili və ya getmə turizm səfərləri çərçivəsində fəaliyyətlərinin və həmin ölkədə daimi yaşamayan ziyarətçilərin həmin ölkənin hüdudları daxilində gəlmə turizm səfərləri çərçivəsində fəaliyyətlərinin məcmusunu əhatə edir.

Beynəlxalq səyahətlər gəlmə və getmə səyahətləri özündə birləşdirir və hər iki halda səyahətə çıxan şəxsin daimi yaşadığı yer ilə onun səfərə getdiyi ölkə bir-birindən fərqlənməlidir. Beynəlxalq səyahətə çıxan şəxslərə beynəlxalq səyahətçilər deyilir. Tədqiq edilən ölkə baxımından beynəlxalq səyahətçilər ya gəlmə səyahətçilər, ya da ölkədən gedən səyahətçilərdir. Tədqiq edilən ölkə nöqteyi nəzərindən beynəlxalq səyahətçi aşağıdakı hallarda beynəlxalq ziyarətçi hesab olunur

a) o turist səfərinə çıxmış olsun;

b) səyahət etdiyi ölkənin vətəndaşı olmasın və ya nəzərdən keçirilən ölkənin vətəndaşı olaraq onun hüdudlarından kənarda səyahətə çıxmış olsun.

Beləliklə, sərhədi keçən beynəlxalq səyahətçilər iki kateqoriyaya ayrılır: ölkəyə qayıdan ölkə vətəndaşları və ya ölkəyə gələn xarici vətəndaşlar və turizm sferasına aid edilməyən digər səyahətçilər. Beynəlxalq səyahətçilər səfərlərinin məqsədinə görə, digər səyahətçilər isə turistlərin (ziyarətçilərin) kateqoriyasından çıxarılma səbəblərinə görə fərqlənir: a) muzdlu əmək münasibətlərində olanlar (sərhədyanı, mövsümi və digər qısamüddətli işçilər); b) öz adi yaşayış mühiti dairəsində olanlar.

Daimi yaşamaq üçün öz ölkəsini dəyişənləri xüsusi qeyd etmək lazımdır: onları turizm sferasına aid etmək olmaz, bu həm qanuni əsaslarla gələnlərə, həm də sərhəddi rəsmi icazə olmadan keçənlərə aiddir. Hərçənd, ikinci kateqoriyanı praktiki cəhətdən aşkara çıxarmaq qeyri-mümkündür.

Milli hesablar və tədiyə balansı prinsiplərinə görə diplomatlar, konsulluq işçiləri, xarici dövlətlərin hərbiçiləri (yerində muzdla tutulanlar istisna olmaqla) eləcə də onları müşayət edən və onlarla birlikdə gələn ailə üzvləri ölkənin iqtisadi ərazisinə gələnlər kimi hesaba alınmır. Belə ki, onlar təmsil etdikləri dövlətin eksterritorial ərazisinin rezidentləri hesab olunurlar. Nəticədə onlar ezamiyyə olunduqları ölkədə səyahətçi kimi nəzərə alınmırlar.

Köçərilər və qaçqınlar xüsusi kateqoriyaya aid olunur. Köçərilər üçün onlar tərəfindən baş çəkilən yerlər onların adi yaşayış mühitinin tərkib hissəsi hesab edilir. Qaçqınlara və daimi yaşayış yerində qeydiyyatda olmayan şəxslərə gəldikdə isə, onların da getdikləri yerlər onların adi yaşayış mühiti sayılır və onlar da ziyarətçilər hesab olunmurlar.

Tədiyə balansının kriteriyalarına müvafiq olaraq manevrlərdə iştirak edən hərbiçilər də istisna edilməlidir. Şəkil 1-də gəlmə səyahətçilər gəlmə ziyarətçilər və digər səyahətçilər kimi təsnifatlaşdırılır. Gəlmə ziyarətçilər də öz nöbəsində turistlərə və birgünlük ziyarətçilərə ayrılır. Daha sonra turistlər isə iki yerə ayrılır: daimi olaraq xarici ölkədə yaşayan ölkə vətəndaşları və ölkəni ziyarət edən digər qeyri-rezidentlər. Ən nəhayət bütün daxili ziyarətçilər səfərlərin məqsədinə görə təsnifatlaşdırılır.

Tədqiq edilən ölkə nöqteyi nəzərindən daxili səyahətçi o zaman daxili ziyarətçi hesab edilir:

a) o turist səfərinə çıxmış olsun;

b) səfər etdiyi ölkənin vətəndaşı (orada daimi yaşayış yeri olan) olsun.

Şəkil 1




Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə