Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76


Turizm xərclərinin kateqoriyaları



Yüklə 281 Kb.
səhifə14/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   ...   10   11   12   13   14   15   16   17   18
x001

Turizm xərclərinin kateqoriyaları

Turizmin üç növünə uyğun olaraq turizm xərclərini daimi yaşayış yerindən asılı olaraq aşağıdakı üç kateqoriyaya ayırmaq olar:


a) daxili turizmə aid edilən xərclər –ziyarətçilərin rezidenti olduğu iqtisadiyyat çərçivəsindəki turizm xərcləridir;

b) gəlmə turizmə aid edilən xərclər –ziyarətçinin rezidenti olmadığı iqtisadiyyat çərçivəsindəki turizm xərcləridir;

c) getmə turizmə aid edilən xərclər – ziyarətçinin rezidenti olduğu iqtisadiyyat hüdudlarından kənarda olan turizm xərcləridir.

Konkret səfər ilə əlaqədar xərclərin hamısı eyni kateqoriya altında olmur. Belə turizm xərclərinə daxili və gəlmə turizm xərcləri aid edilə bilər belə ki, digər iqtisadiyyatdan idxal edilmiş malların alınması xərcləri turizm xərclərinə daxil edilir.

Daxili turizmin digər problemlərindən biri də beynəlxalq təchizatçıdan malların (nəqliyyat və ya müxtəlif ticarət xidmətləri) internet vasitəsi ilə alınmasıdır. Bu halda qeyri- rezidentin təqdim etdiyi xidməti (nəqliyyat və ya digər ticarət xidmətləri) müşahidə etmək olar, belə ki, ölkənin sərhədləri tərk olunmadığına görə intuitiv olaraq daxili turizmə aid olduğu üçün turizm xərcləri hesab etmək olar. Baxmayaraq ki, turist dövlət sərhəddini keçmir konseptual uyğunluğa görə rezident və qeyri-rezident arasındakı sövdələşməyə əsasən belə xərclər getmə turizmə aid edilir.

Gəlmə turizm xərclərinə yalnız tədqiq olunan iqtisadiyyatda əldə edilmiş mal və xidmətlərə çəkilən xərclər daxil edilir. Hər hansı səfərlə əlaqədar gəlmə turizmə aid edilən xərclərin cəmini digər iqtisadiyyatda həyata keçirilən xərclərlə müqayisə etmək üçün siyasi maraq kəsb edə bilər.

Getmə turizmdə turistlərin əldə etdiyi bütün mal və xidmətlər bu kateqoriya turizm xərclərinə daxil edilmir, bura turistlər tərəfindən ölkənin hüdudlarından kənarda digər iqtisadiyyatda mal və xidmətlərə çəkilən xərclər daxil edilir, ölkə ərazisində əldə edilmiş mal və xidmətlər isə daxili turizm xərclərinə aid edilir.

Beləliklə, əvvəllər qeyd edildiyi kimi turizm xərclərinin üç əsas növlərinə əsaslanaraq aşağıdakı kateqoriyaları əldə etmək olar:

a) Ölkə hüdudlarında turizm xərclərinə, mövcud iqtisadiyyat çərçivəsində istər ölkə rezidenti, istərsə də qeyri-rezident olan ziyarətçilər tərəfindən çəkilən bütün xərclər aid edilir. Onlar daxili və gəlmə turizmin xərclərinin cəmini özündə əks etdirir. Ziyarətçilərin əldə etdiyi və tədqiq edilən ölkə iqtisadiyyatından idxal edilən mal və xidmətlər də bura aid edilir. Bu göstərici nəzərdə tutulan iqtisadiyyatda turizm xərclərinin hərtərəfli ölçülməsini təmin edir.

b) Milli turizm xərclərinə nəzərdə tutulan iqtisadiyyatın rezidenti olan ziyarətçilərin bu iqtisadiyyatın həm daxilində həm də xaricindəki bütün turizm məqsədli xərcləri aid edilir. Daxili və getmə turizmə aid olan bütün xərclərin cəmini özündə əks etdirir.

Beynəlxalq turizmə aid olan xərcləri də müəyyən etmək olar, lakin onların heç birinin real iqtisadi mənası yoxdur, belə ki, bu nəzərdə tutulan iqtisadiyyat çərçivəsində (ixrac) qeyri rezident–ziyarətçilərin və nəzərdə tutulan iqtisadiyyatdan kənarda (idxal) rezident-ziyarətçilərin turizm xərclərinin birləşməsidir.
Turizm xərclərinin qiymətləndirilməsi mal və xidmətlərin əldə olunma formasından asılıdır. Bazar münasibətləri razılaşmasına görə qiymətləndirmə zamanı turistlər tərəfindən ödənilən mal vahidinin qiymətinə uyğun olan istehlak qiymətlərindən istifadə etmək lazımdır. Bura bütün məcburi vergilər və həmçinin restoran və mehmanxanalarda könüllü verilən çay pulları da daxil edilməlidir. Qeyri rezidentlərə münasibətdə, satışdan vergi və ya əlavə dəyər vergisinə görə güzəştləri sərhəddə baş verib-verməməsindən asılı olmayaraq nəzərə almaq lazımdır, belə ki, onlar turistlər tərəfindən ödənilən qiyməti faktiki olaraq aşağı salırlar.


Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə