Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76



Yüklə 281 Kb.
səhifə3/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   2   3   4   5   6   7   8   9   ...   18
x001

Turizm səfərləri və ziyarətlər

Ziyarətçilər tərəfindən həyata keçirilən səfərlər turizm səfərləri adlanır. Daxili və ya getmə turizm səfərləri ziyarətçilərin daimi yaşayış yerini tərk etdiyi andan geri qayıtdığı ana qədər olan səyahəti nəzərdə tutur. Gəlmə turizm səfərləri dedikdə isə turistin hər hansı bir ölkəyə gəlməsi və onu tərk etməsi anına qədər səfəri nəzərdə tutulur. Turist səfərləri əsas təyinat məntəqəsinə görə xarakterizə edilir. Əsas təyinat məntəqəsi dedikdə turistin səfəri həyata keçirmək qərarını verməsinə səbəb olan yer nəzərdə tutulur. Əgər belə bir yerin turist tərəfindən müəyyənləşdirilməsi mümkün deyilsə bu zaman həmin turistin daimi yaşayış yerindən nisbətən uzaq məsafədə olan məntəqə əsas təyinat məntəqəsi kimi müəyyənləşdirilir.



Daxili səfərlər- əsas təyinat məntəqəsi ziyarətçinin daimi yaşadığı ölkənin sərhədləri daxilində yerləşən səfərlərdir. Getmə və ya gəlmə turizm səfərləri- əsas təyinat məntəqəsi ziyarətçinin daimi yaşadığı ölkə ərazisinin hüdudları xaricində olan səfərlərdir. Daxili turizm səfərləri turistin daimi yaşadığı ölkənin hüdudları xaricində olan yerlərə ziyarətini özündə əks etdirdiyi kimi, getmə turizm səfərləri də ölkə hüdudları daxilində olan yerlərin ziyarətini özündə əks etdirə bilər. Gəlmə səfərlər yalnız baxılan ölkənin sərhədləri daxilində olan yerlərə edilən səfərləri özündə birləşdirir.

Turist ziyarətləri (baş çəkmə) dedikdə turist səfərləri zamanı turistlərin getdiyi yerlər nəzərdə tutulur. Ziyarətçinin müəyyən yerlərə baş çəkməsi heç də orada gecələməklə həyata keçirilmir. Ziyarətçilər hər hansı bir coğrafi ərazidə müəyyən bir müddətə dayandıqda bu ziyarət adlana bilər. Dayanmaların ziyarət hesab olunması üçün onların müddətinin minimum həddini müəyyənləşdirmək lazımdır. Turist səfərlərinin və ziyarətlərinin müşahidə olunması heç də bütün səyahət edənlərin axınlarının müşahidə olunması demək deyildir. Belə ki, bir şəxs müşahidə zamanı bir dəfədən artıq səfər və ya ziyarəti həyata keçirə bilər. Turizm statistikasında “turist səfərləri” və ya “turist ziyarətləri” terminlərinin əvəzinə çox vaxt “ziyarətçi” termini işlənir.

Hər hansı bir şəxsin əsas məqsədi getdiyi ölkədə qeydiyyatdan keçmiş müəssisədə işə düzəlmək, habelə sərf etdiyi əmək müqabilində müəyyən məbləğ almaqdırsa (həmin məntəqə adi yaşayış mühiti hesab olunmasa və səfərin müddəti 12 aydan az olsa da) bu səfərlər heç bir halda turizm səfərləri hesab oluna bilməz. Lakin işə düzəlmə və əməyin haqqının ödənilməsi yalnız səyahət zamanı yaranan əlavə amillər olduqda bu səyahətçi ziytarətçi kimi qeydiyyatdan keçir və bu səfər turist səfərləri kimi təsnifləşdirilə bilər. Səyahətçinin muzdlu işçi kimi hesab olunmasının əsas şərti həmin şəxslə bu şəxsi işə götürən rezident müəssisə arasında muzdlu əmək münasibətlərinin olmasıdır. Bu öz əməyini təklif edənlərlə istehsalçılar (şirkətlər, dövlət, ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatları) arasında bağlanan formal əmək müqavilələri anlayışından daha geniş anlayış olmaqla səyahətçi ilə səyahətçinin səfər etdiyi ölkənin rezident müəssisəsi arasında bağlanan müqavilələrə uyğun gəlir. Müqavilənin mövcudluğu tədiyə balansı və əmək statistikasında istifadə olunan meyarlara əsaslanmalıdır ki, burada da əsas məqsəd muzdlu işçiyə çəkdiyi əmək xərcləri müqabilində aparılan ödəmələrin kompensasiya kimi hesab olunması hallarının müəyyənləşdirilməsidir.

Müəyyən edilmiş meyarların tətbiq edilməsi nəticəsində ziyarətçilərə aşağıda göstərilmiş şəxsləri aid etmək olmaz:

a) dövlət (və ya inzibati ) sərhədləri daimi yaşamadıqları ölkədə (inzibati ərazidə) işləmək üçün mütəmadi olaraq keçən şəxslər (sərhədyanı işçilər);

b) daimi yaşamadıqları ölkədə qısamüddətli əmək müqaviləsi əsasında işləməyə gələnlər (bura kənd təsərrüfatında, tikintidə çalışan mövsümi işçilər, mehmanxana, restoran biznesində və digər xidmət sahələrində çalışan işçilər, eləcə də digər işçilər aiddir). Bu zaman bir halı da nəzərə almaq lazımdır ki, bu səayhətçilər daimi yaşamadıqları ölkənin rezident müəssisəsi ilə əmək münasibətlərinə cəlb edilmiş olmalıdırlar.

Digər tərəfdən ziyarətçilərin tərkibinə adi yaşayış mühiti xaricində işgüzar məqsəd və biznesin təşkili ilə əlaqədar olaraq dövlət və ya inzibati sərdhədləri keçən aşağıdakı səyahətçiləri əlavə etmək lazımdır:

a) qeyri-rezident müəssisələrin (gedilən ölkənin və ya regionun), eləcə də fərdi sahibkarların avadanlığın quraşdırılmsı, təmiri və bu sahədə müəyyən məsləhətlərin verilməsi kimi işləri yerinə yetirmək üçün qısa müddətə (bir ildən az) gəlmiş muzdlu işçiləri ( əgər bu zaman rezident müəssisə ilə guman edilən muzdlu əmək münasibətləri mövcud deyilsə).

b) səfər edilən ölkənin və ya regionun rezident müəssisələri ilə işgüzar danışıqların aparılması və yaxud işgüzar imkanların öyrənilməsi, o cümlədən alqı-satqı məqsədilə gələnlər.


Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə