Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası 2010



Yüklə 57,88 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü57,88 Kb.
#8437


 

 16


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

ƏDƏBİYYATŞÜNASLIQ 

 

 

Ə.HAQVERDİYEV VƏ XALQIN MİLLİ ÖZÜNÜDƏRKİ 

 

M.С.HƏSƏNOVA  

Bakı Dövlət Universiteti 

M.Hasanova@mail.ru 

 

 

Məqalədə Azərbaycan maarifçi realist ədəbiyyatının görkəmli simalarından olan 

Ə.Haqverdiyevin yaradıcılığı yeni məfkurə nöqteyi-nəzərindən dəyərləndirilir. M.F.Axundov 

ideyalarının davamçısı olan Haqverdiyev irsinin xalqın milli şüurunun təşəkkülünə xidməti 

analitik təfəkkürlə qiymətləndirilir. Müəllifin  əsərinin ideya-bədii xüsusiyyətləri və dil 

zənginlikləri də tədqiq obyektinə çevrilir.  

 

 



XIX yüzilliyin sonunda dramaturgiyamızda maarifçiliyin M.F.Axundov və 

N.Vəzirovdan sonrakı  mərhələsini  Ə.Haqverdiyev başa çatdırır.  Ədəbiyyatımıza 4 

böyük faciə  əsəri (“Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Ağa Məhəmməd  şah Qacar”, 

“Pəri Cadu”) bəxş edən Haqverdiyev üçün bədii yaradıcılıq xalqı təkamülə yetirmək 

üçün bir vasitə idi. O, ədəbiyyata maarifçi realizmin aydın proqramı ilə  gəlmişdir. 

Maarifçiliyin  əsas meyarı olan ağıl onun bütün əsərlərinin ölçü vahidi olur və 

“Müsibəti-Fəxrəddin”dən sonra məhz “Dağılan tifaq” ikinci maarifçi faciə kimi öz 

missiyasını uğurla yerinə yetirir.  

 Maarifçi 

mütəfəkkirin hər bir əsərində mühitin və millətin ağrı-acısı duyulur. 

Bu milli ağrıların əsl vətəndaşlıq nisgili ilə şərhi, təhlili və ifşası onun yaradıcılığının 

məğzini təşkil edir.  

 

Mərhum tənqidçimiz Y.Qarayevin göstərdiyi kimi, mülkədar dudmanlarının 



dağılması “Dağılan tifaq”da da məhz maarifçi ideallara xəyanətin təbii, zəruri cavabı 

və  cəzası kimi təsvir, təhlil olunur. Qaçılmaz bəla olan nadanlıq bu əsərdə  də milli 

bəyliyin  şəxsi və sosial faciəsinin səbəbi və motividir. Maarifçilər üçün əxlaq nor-

malarını, ictimai münasibətləri yaxşılaşdırıb ideal insan, ideal cəmiyyət yaratmaq 

lazım idi. Onlar üçün mühüt mikrocəmiyyət olan ailədən başlayırdı.  

 

Əsərdə Nəcəf bəyin faciəsi elə inandırıcı təsvir edilmişdir ki, onun maddi və 



mənəvi iflası oxucuya tarixin qanuni hökmü kimi təsir bağışlayır. Nəcəf bəyin tragik 

vəziyyəti onun zahiri təzahür formaları ilə göstərilsə  də, hadisələrin real məntiqi, 

onların yaranma səbəbləri haqqında müəyyən təsəvvür doğurur.  

 Müəllif süqut etməyə başlamış mülkədarlığın faciəsini realist qələmlə göstərə 

bilmişdir. Tragik qəhrəman kimi canlı  və qüvvətli göstərilən Nəcəf bəyi müəllif bir 

xarakter kimi mürəkkəb və ziddiyyətli təsvir etmişdir.  




 

 17


 Professor 

T.Mütəllibov Ə.Haqverdiyevə həsr etdiyi fundamental tədqiqatında 

haqlı olaraq Nəcəf bəyi müxtəlif tragik vəziyyətlərə salan müəllifin onun istismarçı 

təbiətini lazımınca açmadığını vurğulayır və bu cəhəti obrazln qüsuru kimi qiy-

mətləndirir.  

 

Nəzərə alsaq ki, rejim dövrü ədəbiyyatı  bəyliyin istismarçı  təbiətini ifrat 



dərəcədə şişirdirdi, onda Haqverdiyevin obyektivliyinə inamımız artar.  

 

Əsərdə  Nəcəf bəyin arvadına qarşı kobudluğu nəzərə çarpmasa da, Sona 



xanımın  şikayətlərindən və  ərinin onunla amiranə münasibətindən biz bu qadının 

hüquqsuz vəziyyətini anlayırıq.  

 Maarifçilər insanın xoşbəxtliyi və  bədbəxtliyini onun şəxsi keyfiyyətlərinin 

məhsulu sayıb, bütün məsuliyyəti fərdin öz üzərinə yıxırdılar. Ə.Haqverdiyev də Nə-

cəf bəyin faciəsinə  məhz bu aspekdən yanaşmışdı. Nəcəf bəyin son özünümüdafiəsi 

Allaha, İslama sığınmasıdır.  

 

“O adamlar ki, mənəm-mənəm dedilər, hamısının axırı belə oldu. Pərvər-



digara, məsləhət sənindir. Evlər yıxmışam, yetim uşaqların gözlərinin yaşını tökdür-

müşəm. Övrətlər başıaçıq, ayaqyalın müsəlləyə çıxıb üstümə nalə töküblər, heç birinə 

qulaq verməmişəm. Demişəm, mənim kefim kök olsun. Cəmi insan tayfası belədir. 

İstərik həmişə öz qardaşımızdan üstün olaq. Ondan ötrü öz qardaşımızın ayağının 

üstünə  çıxıb, başından basırıq. Amma demirik ki, qardaş başından basanın da allah 

başından basar. Allah divanını yada salmırıq, qiyaməti yada salmırıq...”  

 M.F.Axundovun 

dinə,  İslama qarşı (daha çox fanatizmə) yönələn məfkurəsi 

N.Vəzirov və  Ə.Haqverdiyevdə formasını  dəyişir. Onların qəhrəmanları son anda 

İslama, Allaha sığınırlar: “...Xudaya! Dərgahında günahdan savayı bir iş tutmamışam, 

amma indi sidqlə  əl götürmüşəm dərgahına, ümid əlimi naümid qaytarma. Xudaya! 

Bilirəm, o dünyada mənim üçün cəhənnəmdir. Amma ikinci cəhənnəmi bu dünyada 

mənə çəkdirmə. Pərvərdigara, ucuz ölümünü məndən əsirgəmə. Məni insan yanında 

üzüqara etmə. Qiyamətdə hər nə tənbeh etsən, hamısına layiqəm”. 

 Arvadı Sona xanımın kölgəsi ondan imarətlərini tələb etdikdə, Nəcəf bəy 

daha aydın dərk edir ki, tövbə ilə günahlarını yumaq qeyri-mümkündür. Bu zaman o, 

ikinci etirafını söyləməli olur: “İndi ölmək istəmirəm. Mən  əziyyətə layiq adamam. 

Gərək Allah mənə dünyada çoxlu ömür versin və çoxlu əzab...” 

 Mülkədarlığın iyrəncliyini ifşa edən bu qüdrətli ittihamnamə onun son tə-

səllisidir. Pyesin əsas ideyası bu hissədə öz bədii təsdiqini tapmış olur. İnsanın təka-

mülü budur! Mənən dəyişən, zənginləşən, özünü dərk edən və saflaşan insan! Son 

anda həyatı anlayan və bunun çox gecikdiyini anlayan fərd. 

 “Bəxtsiz cavan”da (1900) müəllif idealının ifadə  tərzi daha aydındır. 

Azərbaycan maarifçilərinin işıqlı ideyalarına mane olan istismarçı cəmiyyətin ifşasına 

bu əsərdə də Haqverdiyev tam nail olmuşdur.  

 

Əsərin qəhrəmanı  Fərhadın xarakterindəki maarifçi xüsusiyyətləri tarixi hə-



qiqətlərə uyğun canlandıran müəllif, qəhrəmanın gələcək arzularını da gizlətmir. 

Gimnaziyanı bitirməklə kifayətlənməyən Fərhad Xarkovda ali məktəbin tibb fakül-

təsində təhsilini davam etdirmək niyyətindədir. Onun bu qətiyyəti atalığı və qəyyumu 

Hacı Səmədağanı ona görə qorxudurdu ki, nüfuzlu həkim olub qayıtsa, Fərhadın ma-

likanələri qəyyumun  əlindən çıxa bilər. Deməli, konfliktin əsasında mülkiyyət mə-

nafeyi durur. Fərhadı zorən evləndirməklə ailə-məişət buxovu vasitəsilə onun maarif-

çilik fəaliyyətinə  əngəl yaratmağa çalışırlar. Bu əngəldən xilas üçün yeganə çarəni 



 

 18


Fərhad intiharda tapır. Lakin təsadüfən güllə  qəyyuma dəyir. Beləliklə,  əmisi ilə 

Fərhad arasında süjet ənənəvi sərvət və mülkiyyət münaqişəsi xətti ilə davam edir.  

 

Bədii ideyaya sosial-maarifçi vüsətini və sanbalını isə Fərhadla, Hacı Səməd-



ağa ilə kəndlilər arasındakı münasibətlərin məzmunu aşılayır. Gimnazıst bəy onlarla 

ünsiyyətdə yeni ziyalı maarifçi mədəniyyətinin bütün normalarını  dərhal real işdə, 

əməldə tətbiq etməyə can atır: kəndliləri ağa mülkünə dəvət edir, onlarla qeyri-adi bir 

sadəlik və səmimiyyətlə söhbət edir. Maarifçi münasibətinin ənənəvi çərçivəsi buraya 

qədər hələ pozulmamışdır. Çərçivə o vaxt pozulur ki, mənəvi ünsüyyətə aşkar sosial 

notlar qarışır. Qəyyum qəzəblə irəli atılanda əxlaqı çərçivədən əsər-əlamət qalmır; o 

kəndliləri itələyib otaqdan çölə tullayandan sonra Fərhadla  əmisi arasında kəskin 

mübahisə başlayır. “Kəndli adamdır, yoxsa heyvan? – dialoqun bu “problemə” qə-

dərki davamı hələ o qədər də dramatik və “fəlsəfi” deyil, sosial fəlsəfə onda başlayır 

ki, opponentlər konkret ictimai (maarifçi) detallara gəlib çıxırlar. Fərhad yada salır ki, 

kəndlilərə barama qurdunu elmi əsaslarla necə çoxaltmaq barədə bir kitab verirlər və 

bütün kənddə bu kitabı oxuya bilən tapılmır: kəndli uşağı gərək kitab oxusun, barama 

qurdunun da, mülkədar ağanın da hər üzünü görüb tanıya bilsin (barama qurdu ifadəsi 

məncə qəsdən seçilib. Niyə məhz barama qurdu), başa düşsün ki, torpağa heç kimin 

sahiblik haqqı yoxdur. Allahdan başqa hətta bəy də bir tikə çörəyi öz halal zəhməti ilə 

qazanıb yeməli, yoxsulun uşağına “atalıq edib” onu oxutmalıdır. Yoxsa gec-tez qisas 

alınacaq və avam xalq “acgöz vəhşiləri” öz yolundan qoparıb kənara atacaqdır. Bu-

rada diapazon çox genişdir və səhnədə sinfi ziddiyyətdən, sosial inqilabdan açıq da-

nışılır. Bütün bunlardan sonra gənc Fərhadın təklifi odur ki, gərək uşaqlar təhsil alsın 

və  kəndli barama barədə elmi məlumatdan xəbərdar olsun. Onun bütün davranışı, 

xarakteri, mübarizə proqramı inandırır ki, Fərhadın nə inqilabi-demokratik, nə  də 

liberal-maarifçi  şüarları real fəaliyyətlə,  əməli-işlə tamamlana bilməyəcək və  gənc 

maarifpərvər zadəganlıq kənddə əməli islahata hələ hazır deyil.  

 “Pərvərdigara, sən özün məzlumları zalımların  əlindən xilas elə” - deyə 

Fərhad allaha yalvarır və bir maarifçi kimi cəmiyyətin mübarizəsiz inkişafına inanır. 

“Fərhadın “baxtsızlığı” - maarifçi proqramın  əməldə, işdə gücsüzlüyüdür. 

İslahatçı ictimai demokratiya ideyalarının hələ maarifçi konteksdə davamı, “bətn 

dövrü” deyəndə biz bunu nəzərdə tuturuq” (Y.Qarayev). 

Amma bu həm də o deməkdir ki, kənddə ictimai ziddiyyət kəskin həddə çat-

mışdır. Mülkədar da, ziyalı da eyni güllənin qurbanına çevrilir. Fərhad ölsə  də, ilk 

dəfə ucadan elan etdiyi islahatçı, demokratik ideyalar yaşayır. 

 Azərbaycanda sovet dövrünə  qədərki Haqverdiyev nəsrinin  əsas tərkibini 

“Marallarım”, “Xortdanın cəhənnəm məktubları” silsiləsi, “Şeyx Şaban” povesti təş-

kil edir. Onun nəsrində realist gülüş, maarifçi satira daha sabitdir. Bu süjetlər üçün ib-

rətli felyeton, novella və lətifə vəziyyətləri səciyyəvi, naqis əxlaq problemi aparıcıdir. 

Haqverdiyev yaratdığı surətlərin daxili aləminə dərindən nüfuz edə bilir, onların özü-

nəməxsus konkret mənəvi dünyasını həyata, insanlara, cəmiyyət hadisələrinə baxışını 

dəqiq müəyyənləşdirir. Bu isə onları orjinal fərd kimi təbii, həyati və canlı göstərir. 

 “Xortdanın cəhənnəm məktubları”nın cəhənnəməqədərki hissəsində  Bərdə 

bazarlarından danışılarkən bir hampa müəllimi ilə kənd müəlliminin mübahisəsi gös-

tərilir. Hampa müəllimi axtaran inspektora – “gedib dərs gətirməyə” dediyi üçün 

müəllimin qəzəbinə  gəlib. Məlum olur ki, bütün günü veyil-veyil kəndləri gəzən 

müəllimdən kim harda olduğunu soruşduqda “getmişdim dərs gətirməyə” – deyirmiş. 



 

 19


Hampanın dili ilə müəllimin dərs metodu gülüş hədəfinə çevrilir. Etirafetmə üsulunun 

kütləvi formasından istifadə edən müəllif hər surətin daxili aləmi, xarakteri haqqında 

konkret təsəvvür yaradır.  

 Hekayə yaradıcılığında zahirən C.Məmmədquluzadə kimi milli varlığın 

keçmişini təsvir etsə də, əslində bu formasını dəyişib saxlanmış mahiyyətdir, “köhnə 

dünyanın bu günüdür”. C.Məmmədquluzadə satirasındakı ehyamlı, tikanlı, atmacalı 

üslubla Ə.Haqverdiyevdəki baməzəlik, şuxluq xeyli fərqlidir. Müdrük və şaqraq şərq 

gülüşündən yararlanan müəllif heç vaxt tam müsbət və ya tam mənfi qəhrəman 

yaratmağı planlaşdırmır. O, müəyyən məqsədli, müəyyən arzulu, qüvvətli xarakter 

yaradır, onu ciddi maneələrlə qarşılaşdırır, həyat imtahanları qarşısında qoyur, güclü, 

zəif cəhətlərinin meydana çıxarır və orijinal xarakterli, düşünüb-daşınan, uğurlu-

uğursuz həyat yaşayan canlı insan surəti yarada bilir (T.Mütəlimov). 

 Etirafetmə üsulunun kütləvi formasından istifadə edən müəllif hər surətin 

daxili aləmi, xarakteri haqqında konkret təsəvvür yaradır. Amma hər kəsin gülüşü 

fərdi, özünəməxsusdur.  

“Xortdanın cəhənnəm məktubları”nda ədib yazır: “Günahkar cəhənnəmə dü-

şən kimi Qəllaz və  Şəddad adında məlakələr, rus kazakları  əlsiz-ayaqsız füqəranın 

üstünü alan kimi, onun üstünü alıb başlayırlar onları odlu dəyənəklərlə vurmağa və 

zəncir bağlayıb odun içində sürüməyə”. Nə  qədər qüvvətli bir bənzətmə! Cəhən-

nəmdə günahkarın ətini didib, sümüklərini sındıran 70000 barmaqlı qaradovoylar da 

bizim qaradovoylara bənzədilir. 

- Xülasə, nə  ərz edim. Lap bizim qaradavoylar! Ədib xalqın incə yeri olan 

dindən istifadə etməklə onların diqqətini milli məsələyə, özünüdərk məsələsinə 

yönəldir və  məqsədinə nail olur. Bu əsərdə  Ə.Haqverdiyev Allaha, islama qarşı 

çıxmır. Rejim dövrünün ədəbi tənqidində çox şişirdilmiş formada təqdim olunsa da, 

qətiyyətlə deyərdik ki, ədib islama ləkə gətirən və onu hörmətdən salan “yalançı din 

xadimləri”ni məzhəkəyə qoyur. Fazil Dərbəndi kimi ruhani din xadimlərinin  əməl-

lərinin nəticəsi kimi, yerlərini cəhənnəmdə görürük. Bu özü islamın əxlaq kodeksi ilə 

tərbiyələndirmə metodudur. Cəmiyyətdən qorxub çəkinməyənləri müəllif Allah xofu 

vasitəsilə naqisliklərindən döndərməyə çalışır, cəhənnəm qorxusu ilə qorxudur. 

“Xortdanın cəhənnəm məktubları”nın niyyəti zahirən “İlahi komediya”nı (Dante) 

xatırlatsa da, bədii sujetin mahiyyəti etibarilə o, “Qulliverin səyahətləri” ilə, həmçinin 

fantastik fabulası, kəskin satirik mübarizəsi ilə seçilən digər maarifçi – realist po-

vestlərlə bir tipologiyaya daxil edilir. Əsərdə dələduzluqla məşğul olub bəd əməllər, 

bais işlər görənlərin cəhənnəmdə hansı  əzablara düçar olduqları konkret faktlarla 

göstərilir.  Əsər milli özünüdərk, pak əməl, tanrı  dərgahına inam aşılamaqla yanaşı, 

dini xürafata, din adından alver edən mömünlərə nifrət oyadır və onları  məsxərəyə 

qoyur.  Əsərin sonunda rus qoşununun cəhənnəmə dolması faktı ilə bağlı müəllifiin 

mükaliməsi maraqlıdır. Ordakılardan biri: 

-Bundan sonra gərək hamımız cəhənəmdən baş götürüb qaçaq. Odabaşıya 

dedim: 

-Əmi oğlu, tez olun buradan məni çıxardın. Bunlar ki, buraya sahibləndilər, 



məni başburtsuz görüb əziyyət edəcəklər. Tez olun, qardaşım. Şərhə ehtiyac yoxdur. 

“Maralların” silsiləsi – milli gerçəklərə, tarixi həqiqətlərə bütöv bir yanaşma 

tərzidir. Silsilə bütünlükdə struktur məzmunu və kompozision əhatəsi ilə söz deyir, 

fikir söyləyir. Həm də satirik məqamda: 




 

 20


 “Qulaqlar  hər biri bir qarış, yaranıblar eşitməyə. Amma nə? Mərsiyyə, qəsidə, 

mütrüb nəğməsi... Hər biri bir çatdaq boyda gözlər? Dünyada heç bir şey görmə-

yən...” milli-müsəlman həyatının bütöv bir qatının tənqid-təsiviri nəzərdə tutur. Ədib 

milli tühafların böyük bir sırasını  cəm eliyib “hamısına birdən gülmək” niyyətində-

dir:... Gedərsən İrana, Hindistana, Türküstana, Ərəbistana, İrəvana, Naxçıvana, Qara-

bağa və s. ... Hər yer mənim marallarım ilə doludur... Burda bir sizi deyib gəlmişəm 

... məqamı da var: -Gözəl marallarım, göyçək marallarım, hər biri bir can maralla-

rım... Keçəl marallarım, qotur, bitli marallarım... Başları qapazlı, üzləri tüpürcəkli 

marallarım. 

Əzizləmə başlanğıcı  ərkyanalığa, yaxınlığa yer qoyur. Müəllif məhz bu 

məqamdan qəhrəmanlarının aləminə daxil olur.  

 Dünyanın gedişatını laqeyd izləyən, bir yanda xoş  əxlaqlı, saf təbiətli, o 

yanda məzəli, qayğıları  əyləncəyə, problemləri tədbirə çevirə bilən... dəcəl insanlar 

yurdu “Dəccələbad”.  

 

Əsr irəllilədikcə milli ideyalar daha gerçək məzmun kəsb edir, konkret millət 



problemi  şəklində qabarır. Millət özünüdərk mərhələsini yaşayır və bu ədəbiy-

yatımızda özünü daha çox büruzə verir.  

 

Ə.Haqverdiyevin “Ata və  oğul” hekayəsi (1906) milli müsəlman həyatının 



“proza”sını verən ibrətli bir əsərdir. Müsəlman həyatını diriliyi, səbatı, özünəxаs 

üstünlükləri nədədir? Müsəlmanın güzəranı, tərəqqi və səadəti nə ilə bağlıdır?  

 “Əvvəla, bala, bu gündən ömürünün axırınadək sən bunu heç xəyalından 

çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin  şəriətinin hökmlərinə  həmişə 

itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən savayı, dünya xoşbəxtliyi də 

səninlə olar və Allahın  əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz... Bacar 

dünyada hamıya yaxşılıq elə...” Ata vəsiyətində yığcam şəkildə ehtiva olunmuş mü-

səlmanın bu həyat kodeksi əsərdə iki rakursdan sınanır. Atanın simasında bunun ideal 

gerçəkliyi verilir: - Hacı  Xəlil ömrü boyu islami dəyərlərə tapınıb, səadətini tapır: 

oğlunun timsalında real həyat həqiqəti görk olunur: - Əhməd ata vəsiyyətinə göz 

yumur, bundan uzaqlaşdıqca iflasa uğrayır, məhv olur. Hacı  Xəlilin ömrü halallıq 

üzərində  qərar tutmuşdur. “Yalan”, “günah” Əhmədin uçuruma yuvarlanan ömrünü 

səciyyələndirən amillərdir. Hacı  Xəlilin övrəti oğlunun dərdindən bir neçə günün 

içində  əriyib sönür. Kərbəlayi Qulaməli ağasının ardınca Sibirə getməyə hazırlaşır: 

“Qurbanın olum, əlacım nədir. 40 il atasının çörəyini yemişəm,  əgər onun yaman 

günündə gözdən qoysam, o çörək mənim gözlərimə durar”. Milli-mənəvi dəyərlərə 

hörmətin  ən ali forması budur. “Ata nəsiyyəti”ndə Hacı  Xəlil oğluna deyir: “Yüz 

zəhmətlə  səni mən bu boya yetirmişəm. Hərçənd uşqoladan yarımçıq çıxıbsan”... 

Müəllif diqqəti bu “uşqoladan yarımçılıq” bəlasının nə olduğuna, sağlam təhsilə 

yönəldir. Hacı  Xəlil mollaxana təhsili almış  şəxsdir: “Bu dövlətin binası  mənim 

savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma...” Məhz bu “uşqoladan 

yarımçılıq” qapalı müsəlman dünyasının dağılmasına səbəb olur. Bütünlükdə  həyat 

tərzi başqalaşır. Milli-mənəvi dəyərlər qiymətdən düşür. Milli cəmiyyət istər ideal, 

istərsə  də real planda tipik münasibətləri, tipik xarakterləri ilə onun hər bir heka-

yəsində yenidən canlanır. Xeyirxahlıq və  bədxahlıq, doğruluq və yalan, dostluq və 

hörmət, hiylə, məkr və sevgi, inam və inamsızlıq, nəhayət, təbiətən saf işıqlı insanlar. 

– Mirzə  Səfər, Usta Zeynal, Şeyx  Şabanlar və milli tühaflar – “marallarım” burada 

yanaşı gəlir, birgə, ədəbi qonşuluqda yaşayır (T.Əlişanoğlu). 




 

 21


“Mirzə  Səfər” hekayəsində  əsrin  əvvəlləri Azərbaycan türkünün “həyat 

tarixçəsi” verilir. Mərd, saf əxlaqa malik türk xarakteri geniş dünyagörüşlü, vətəndaş 

siması, övlad tərbiyəsində milli dəyərləri yaşatması ilə təqdim və təsvir olunur.  

Mirzə  Səfər kimi qəhrəmanların daxili bütövlüyü Həsən ağaların cılızlığına 

üstün gəlir.  

“Ayın  şahidliyi” hekayəsində müəllif ayın dilindən öz əsas məqsədini 

açıqlayır: “Amma indi bu millətin  əhvalına nəzər etdikcə deyirəm ki, lal olub 

danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. 

Xeyr! O, qara ləkə deyil, belə  mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyətin hər 

cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxarıram!”.  

Ə.Haqverdiyev nəsrinin realizmi - dolğun realizmdir. Realizmin başlıca prin-

sipi olan xarakterlərin sosial gerçəklərə uyğun təqdim-təsviri burada aparıcıdır. 

Ə.Haqverdiyevin milli müsəlmanı konkret müsəlman cəmiyyətinin övladıdır, bütöv 

bir ictimai münasibətlər daşıyıcısıdır. Realizmin digər əlamətinə - tarixiliyə gəldikdə 

isə bu, Haqverdiyevin nəsrində özünəməxsus tərzdə  təzahür edir. Tarix şərti olaraq 

fonda, konteksdə, ümumi ideya xəttində də vardır. Yazıçının yaratdığı dünya gerçək 

tarixin bir hissəsi olmayıb, onun alternativi kimi təzahür edir.  

 

ƏDƏBİYYAT 

1.

 

Qarayev Y. Realizm, sənət və həqiqət. Bakı: Elm, 1980, 255s. 



2.

 

Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2 cilddə. I, II c. Bakı: Lider, 500s 



3.

 

Mütəllimov T.Ə. Haqverdiyevin poetikası. Bakı: Yazıçı, 1988, 323 s. 



4.

 

Əlişanoğlu Т. Əsrdən doğan nəsr. Bakı: Elm, 1999, 117s. 



 

А.АХВЕРДИЕВ И НАЦИОНАЛЬНОЕ САМОСОЗНАНИЕ НАРОДА 

 

М.С.ГАСАНОВА 

 

РЕЗЮМЕ 

 

В  статье  оценивается  новая  точка  зрения  в  творчестве  одного  из  выдающихся 

личностей  азербайджанской  просветительной  и  реалистической  литературы  А.Ах-

вердиева. Оцениваются заслуги ахвердиевского наследия в возрождении национального 

самосознания  народа  и  аналитических  мышлений  как  продолжители  идей  М.Ф.Ахун-

дова.  Идейно-художественные  особенности  и  богатство  словарного  запаса  является 

основным объектом исследования автора. 

 

A.ЩАGВЕРДИЙЕВ АНД THE PEOPLE’С NATIONAL SЕЛФ-ЪОНСЪИОUСНЕСС  



 

М.С.ЩАСАНОВА 

 

СУММАРЙ 

 

The артиъле elucidates a new point of view in the creativity of one of the most remarkable 

figures in the Azerbaijan enlightening – realistic literature. As a successor of 

M.F.Akhundov’s ideas, the role of Hagverdiyev’s literary heritage in the development of 

the people’s national self-consciousness is estimated by analytic thinking. The idea-

artistic features and rich linguistic value of the writer’s work are also the object of 



research in the article.

 

Yüklə 57,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə