Dövlət satınalmaları haqqında


Dövlət satınalmalarının planlaşdırılması15



Yüklə 128,38 Kb.
səhifə5/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

Maddə 4-1. Dövlət satınalmalarının planlaşdırılması15


4-1.1. Satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır.
4-1.2. Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.
4-1.3. İllik satınalma planında aşağıdakı məlumatlar əks olunur:
4-1.3.1. satınalan təşkilatın adı;
4-1.3.2. satın alınacaq malların (işlərin və xidmətlərin) adı, həcmi, miqdarı və ölçüsü;
4-1.3.3. satınalmanın ardıcıllığı, təqvim ili üzrə bölgüsü və satınalma üsulu;
4-1.3.4. malların göndərilməsinin, işlərin görülməsinin, xidmətlərin göstərilməsinin planlaşdırılan yeri və müddətləri.
4-1.4. Satınalan təşkilat ayda bir dəfədən çox olmamaq şərtilə satınalma planında dəyişiklik edə bilər. Satınalan təşkilat tərəfindən satınalma planında dəyişiklik edilməsi haqqında qərar qəbul olunduqdan sonrakı 5 bank günü ərzində bu barədə məlumat, dəyişikliyə səbəb olmuş hüquqi əsas göstərilməklə, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilir.
4-1.5. Bu Qanunun 4-1.1-ci – 4-1.4-cü maddələri müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün keçirilən satınalmalara şamil edilmir.
4-1.6. Satınalan təşkilat təsdiq edilmiş satınalma planına uyğun olaraq satınalma prosedurlarını təşkil edir. Satınalma planına daxil edilməyən hər hansı malların (işlərin və xidmətlərin) satın alınmasına təcili tələbat yarandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etməsi şərtilə satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirə bilər.
4-1.7. Bu maddəyə uyğun olaraq satınalma planının dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi təkliflərin cəlb edilməsi mənasını daşımır, satınalan təşkilatın üzərinə təklifləri cəlb etmək öhdəliyini qoymur, malgöndərənlərə (podratçılara) bununla əlaqədar hər hansı hüquq vermir.


Maddə 5. Satınalma müqaviləsinin qüvvəyə minməsi və bu haqda məlumatın ictimaiyyətə çatdırılması

5.1. Tender prosedurlarının tətbiqi zamanı tender təklifinin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi bu Qanunun 40-cı maddəsinə uyğun həyata keçirilir.


5.2. Satınalmaların bütün digər metodlarının tətbiqi zamanı malgöndərənlərə (podratçılara) satınalma müqaviləsinin qüvvəyə minmə qaydaları haqqında məlumat satınalan təşkilat tərəfindən təkliflərə, ofertalara və ya kotirovkalara dair sorğunun alındığı vaxt verilir.
5.3. Tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir. Dövlət satınalmalarının şərtləri və nəticəsi qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.16


Maddə 6. Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər

6.1. Bu maddə satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün tətbiq olunur.


6.2. Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
6.2.1. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
6.2.2. satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
6.2.3. öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
6.2.4. müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
6.2.5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;17
6.2.6. satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
6.2.7. müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.18
6.3. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) əqli mülkiyyətlərini və ya kommersiya sirlərini qorumaq hüququnu nəzərə almaqla, onlardan bu Qanunun 6.2-ci maddəsində göstərilmiş meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar və ya digər məlumatlar tələb edə bilər.
6.4. Bu maddəyə uyğun tələblər ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində (əgər ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirilirsə) və ya tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh olunur və bütün malgöndərənlərə (podratçılara) eyni dərəcədə şamil edilir. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri barədə bu maddədə nəzərdə tutulmayan hər hansı digər meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirə bilməz. 19
6.5. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində və tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirir
6.6. Bu Qanunun 8.1, 36.9, 44.2-ci maddələri nəzərə alınmaqla, satınalan təşkilat malgöndərənlər (podratçılar) arasında ayrıseçkilik salan meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirmir.
6.7. Satınalan təşkilat hər hansı bir anda malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin malgöndərəni (podratçını) tenderdən kənarlaşdırır.
6.8. Malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri barədə mahiyyətcə əhəmiyyətsiz dərəcədə qeyri-dəqiq və natamam verdiyi məlumat satınalan təşkilatın tələbi ilə bu Qanunda nəzərdə tutulmuş qaydada dərhal aradan qaldırıldıqda həmin malgöndərən (podratçı) tenderdən kənarlaşdırıla bilməz.
6.9. Satınalan təşkilat satınalma prosedurları zamanı iddiaçının ixtisas göstəricilərini əks etdirən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada təsdiq olunmasını və rəsmiləşdirilməsini tələb edə bilər.


Maddə 7. Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi20

7.1. Satınalan təşkilat tender təkliflərinin və ya ofertaların təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurlarını keçirə bilər. Tender elanı verildikdən sonra ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirilə bilməz. 21


7.2. Satınalan təşkilat ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurları keçirirsə, müraciət etmiş və iştirak haqqını ödəmiş (əgər nəzərdə tutulubsa) malgöndərənə (podratçıya) bu prosedurlara dair sənədlər toplusunu verir və ya göndərir. Sənədlər toplusunun təqdim edilməsi üçün satınalan təşkilat tərəfindən ən azı 10 bank günü müddət müəyyən edilir.22
7.3. İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurlarına dair sənədlər toplusuna aşağıdakılar daxil edilir:
7.3.1. ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurların dair təkliflərin hazırlanması və təqdim edilməsi haqqında təlimat;
7.3.2. satınalma prosedurları nəticəsində bağlanmalı olan satınalma müqaviləsinin əsas şərtlərinin xülasəsi;
7.3.3. malgöndərənlərin (podratçıların) öz təkliflərini hazırlanmasına və təqdim etməsinə konkret gün və saat göstərilməklə ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün sənədlərin təqdim olunmasının üsulu, yeri və son müddəti;
7.3.4. satınalmalar haqqında qanunvericilik aktlarına uyğun olaraq, satınalan təşkilatın ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün sənədlərin təqdim edilməsinə və prosedurların keçirilməsinə hazırlıqla bağlı digər tələblər;
7.3.5. bu Qanunun 26.1.1, 26.1.2, 26.1.7 - 26.1.10 və 26.1.13-cü maddələrinə uyğun tenderdə iştirak üçün dəvətdə göstərilməli olan məlumatlar;
7.3.6. bu Qanunun 42.1.1 - 42.1.3, 42.1.6, 42.1.14, 42.1.17-ci maddələrində nəzərdə tutulan məlumatlar;
7.4. Satınalan təşkilat malgöndərənin (podratçının) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün öz təklifini təyin olunmuş müddətdə təqdim etməsinə imkan yaratmaq məqsədi ilə onun istənilən sorğusuna 3 bank günü ərzində cavab verməlidir. Hər hansı sorğuya verilən cavab ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üzrə sənədləri almış malgöndərənlərə (podratçılara) sorğunu kimin verdiyi bildirilmədən göndərilir.
7.5. Satınalan təşkilat ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün təklif vermiş malgöndərənin (podratçının) ixtisas göstəriciləri haqqında qərar çıxararkən, yalnız bu Qanunla müəyyənləşdirilmiş meyarlara əsaslanır.
7.6. Satınalan təşkilat malgöndərənə (podratçıya) ixtisas uyğunluğunun əyyənləşdirilməsi üçün sənədlərin son təqdim edilməsi tarixindən sonra 10 bank günündən gec olmayaraq ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsinin nəticələri barədə məlumat verir. İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurundan keçmiş malgöndərənlər (podratçılar) tenderlərdə iştirakı davam etdirə bilərlər. 23
7.7. Satınalan təşkilat ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurundan keçə bilməmiş malgöndərənlərə (podratçılara) bu barədə əsaslandırılmış məlumat verir.
7.8. Satınalan təşkilat ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurundan keçmiş malgöndərəndən (podratçıdan) öz ixtisas göstəricilərini yenidən təsdiq etməyi tələb edə bilər. İxtisas göstəricilərini yenidən təsdiq etməyən malgöndərən (podratçı) tenderdən kənarlaşdırılır. İxtisas göstəricilərini yenidən təsdiq etmək haqqında sorğu almış və buna cavab göndərmiş hər bir malgöndərənə (podratçıya) onun ixtisas göstəricilərinin satınalan təşkilatı nə dərəcədə təmin etməsi barədə dərhal məlumat verilir.


Maddə 8. Malgöndərənlərin (podratçıların) dövlət satınalmalarında iştirakı

8.1. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Tikinti, tikinti quraşdırma və istehsal sahələrinin qurulması ilə bağlı tender qalibi olan qeyri-rezident hüquqi və ya fiziki şəxslərlə malların (işlərin və xidmətlərin) satınalması müqaviləsi həmin şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış daimi nümayəndəlikləri və daimi nümayəndəlik yaratmayan bölmələri olduğu halda bağlanılır.24


8.2. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) satınalma prosedurlarında iştirakını dövlət mənsubiyyətinə görə məhdudlaşdırdıqda, buna əsas vermiş səbəbləri satınalma prosedurları haqqında hesabatda şərh etməlidir.
8.3. Bu Qanunun 8.1-ci maddəsinin müddəalarını nəzərə almaqla, satınalan təşkilat malgöndərənləri (podratçıları) satınalma prosedurlarında iştiraka dəvət etdikdə, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz.


Maddə 9. Satınalma prosedurlarına dair məlumat vermə formaları

9.1. Satınalan təşkilatla malgöndərənlərin (podratçıların) bir-birinə göndərdikləri sənədlər, bildirişlər, qərarlar və bu Qanunda nəzərdə tutulan digər məlumatlar yazılı formada təqdim olunur.


9.2. Malgöndərən (podratçı) və ya satınalan təşkilat bu Qanunun 7.4, 7.6, 11.4, 28.4, 32.2, 33.3, 36.1, 36.2, 40.1, 41.3, 47.1 və 47.2-ci maddələrində nəzərdə tutulan məlumatları onların məzmununun yazılmasını imkan verməyən rabitə vasitələri ilə ötürə bilərlər. Bu halda məlumatın yazılı təsdiqi dərhal qəbul edən tərəfə çatdırılır.
9.3. Satınalan təşkilat satınalmalarla bağlı sənədlərin, bildirişlərin, qərarların və digər məlumatları hansı formada göndərməsindən və ya almasından asılı olmayaraq malgöndərənlər (podratçılar) arasında ayrıseçkiliyə yol vermir.

Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə