Dövlət satınalmaları haqqında



Yüklə 128,38 Kb.
səhifə2/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

satınalma - malların (işlərin və xidmətlərin) bu Qanunla müəyyənləşdirilmiş üsullarla dövlət vəsaiti hesabına əldə edilməsi;6
satınalan təşkilat - malları (işləri və xidmətləri) dövlət vəsaiti hesabına satınalan dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar;7
tender - satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə;8
mallar - müəyyən kəmiyyət və keyfiyyət xüsusiyyətlərinə malik olan məhsullar, bərk, maye və ya qaz halında olan məmulatlar, avadanlıqlar, xammal, habelə elektrik enerjisi;
işlər - binanın, qurğunun və ya obyektin layihələşdirilməsi, tikintisi, yenidən qurulması, sökülməsi, təmiri, o cümlədən tikinti meydançasının hazırlanması, avadanlığın qurulması, inşaat, quraşdırma, tamamlama və ya torpaq işləri, habelə bunlarla əlaqədar qazma, geodeziya, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş, nəşr və çap işləri, seysmik tədqiqat və satınalma müqaviləsinə əsasən digər işlər;
xidmətlər - mallardan və işlərdən başqa, hər hansı digər satınalma predmeti;
malgöndərən (podratçı) - satınalan təşkilatla bağlanan satınalma müqaviləsinin potensial və ya real tərəfi;
iddiaçı - tender şərtlərinə əsasən təklif verən, tenderdə iştirak haqqını ödəyən hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslərin birliyi;9
tender təklifinin təminatı - iddiaçının tender təklifi üzrə satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə verilən təminat. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər;
tender komissiyası - satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvəqqəti işçi qrupu;

Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə