Dövlət satınalmaları haqqında


tenderin əsas şərtlər toplusu



Yüklə 128,38 Kb.
səhifə3/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

tenderin əsas şərtlər toplusu - satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd;
satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;
satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı - tender qalibinin (qaliblərinin) satınalan təşkilata təqdim etdiyi və satınalma müqaviləsi üzrə öhdəliklərinin icrasına verdiyi təminat. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər;
güzəştli düzəliş - satınalan təşkilatın yerli malgöndərənlər (podratçılar) üçün bu Qanunun 36.9-cu və 44.2-ci maddələrinə əsasən tətbiq etdiyi güzəşt;10
dövlət vəsaiti - Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər, qrantlar, xarici yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaiti və qanunvericiliklə dövlət vəsaitinə aid edilən digər vəsaitlər;
emitent - malgöndərənin (podratçının) tender təklifinə, satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə təminatlarına və digər ödəniş sənədlərinə zəmanət verən maliyyə qurumu;
malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti - satınalan təşkilat tərəfindən tenderin elan olunmasından əvvəl mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların (işlərin və xidmətlərin) müəyyənləşdirilən orta bazar qiyməti;
dövlət satınalmalarının vahid internet portalı – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan və fəaliyyəti təmin edilən, satınalma prosedurları haqqında dəvətlər və həmin prosedurların nəticələri dərc edilən, satınalma müqavilələrinin və etibarsız malgöndərənlərin (podratçıların) vahid reyestri aparılan, dövlət satınalmalarının elektron vasitələrlə həyata keçirilməsini təmin edən, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyi əks etdirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə inteqrasiya olunan vahid internet portalı;

Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə