Dövlət satınalmaları haqqında



Yüklə 128,38 Kb.
səhifə6/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

9.4. Satınalan təşkilat malgöndərənləri (podratçıları) satınalma prosedurlarına cəlb edərkən, onları aşağıdakılar barədə məlumatlandırmalıdır:
9.4.1. məlumatların ötürülməsinin forması;
9.4.2. məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün tələblər;
9.4.3. satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsinin üsulları;
9.4.4. yazılı formada məlumatlarla və imzalarla əlaqədar bu Qanunda nəzərdə tutulmuş tələblərin təmin olunması üsulları.
9.5. Satınalan təşkilat hər hansı konkret satınalmalar zamanı malgöndərənlərlə (podratçılarla) rahat əlaqəni təmin edən rabitə üsullarından istifadə edir. Malgöndərənlərlə (podratçılarla) hər hansı iclas və ya görüş zamanı satınalan təşkilat onlar üçün tam və bərabər iştirak imkanlarını yaradır.25


Maddə 10. Satınalma prosedurları haqqında hesabat

10.1. Satınalan təşkilat satınalma prosedurları haqqında aşağıdakı məlumatların göstərildiyi hesabatı tərtib edir:


10.1.1. satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri;
10.1.2. tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti;
10.1.3. tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri haqqında məlumat və ya belə məlumatın olmadığına dair qeyd;
10.1.4. satın alınan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti və ya onun müəyyənləşdirilməsinin əsası, hər bir tender təklifinin, ofertanın, kotirovkanın və satınalma müqaviləsinin digər əsas şərtlərinin qısa xülasəsi;
10.1.5. bu Qanunun 36.9-cu və 44.2-ci maddələrinə uyğun hər hansı güzəştli düzəlişin tətbiqi də daxil olmaqla tender təkliflərinin ofertaların və ya kotirovkaların qiymətləndirilməsinin və müqayisəsinin qısa təsviri;
10.1.6. bu Qanunun 11-ci maddəsinə uyğun olaraq bütün tender təklifləri, ofertalar və ya kotirovkalar rədd edildikdə müvafiq əsaslar göstərilməklə bu barədə məlumat;
10.1.7. açıq tenderdən başqa digər satınalma metodlarının tətbiqi ilə keçirilən satınalma prosedurları nəticəsində satınalma müqaviləsi bağlanmadıqda, müvafiq əsaslar göstərilməklə bu barədə məlumat;
10.1.8. tender təklifi, oferta və ya kotirovka bu Qanunun 12-ci və ya 13-cü maddələrinə əsasən rədd edildikdə, bu barədə məlumat;
10.1.9. bu Qanunun 16.2 və 16.3-cü maddələrinə uyğun satınalma metodundan istifadə edildikdə, satınalan təşkilatın istifadə olunan satınalma metodunu seçmək üçün əsas götürdüyü halların şərhi;
10.1.10. bu Qanunun 8.2-ci maddəsinə uyğun olaraq satınalan təşkilat malgöndərənlərin (podratçıların) satınalma prosedurlarında iştirakını dövlət mənsubiyyətinə görə məhdudlaşdırdıqda, satınalan təşkilatın bu cür məhdudiyyətin tətbiqi üçün əsas götürdüyü halların şərhi;
10.1.11. ixtisas uyğunluğu sənədlərinin və ya tender sənədlərinin izahı barədə istənilən sorğunun, həmçinin belə sorğulara cavabların, eləcə də bu sənədlərdəki hər hansı dəyişikliyin xülasəsi;
10.1.12. bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan hallarda elektron satınalma vasitəsilə açıq tender və ya kotirovka sorğusu keçirilmədən digər satınalma üsullarının tətbiq edilməsi barədə qərar qəbul olunduqda, onu əsaslandıran səbəblər və şərtlər; 26
10.1.13. dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalmalar həyata keçirildikdə elektron satınalmanın açılması və başa çatması vaxtı və tarixi barədə məlumat.27
10.2. Bu Qanunun 35.2-ci maddəsi nəzərə alınmaqla, satınalma prosedurları haqqında hesabatın 10.1.1 və 10.1.2-ci maddələrində göstərilən hissəsi, şəraitdən asılı olaraq tender təklifi, oferta və ya kotirovka aksept edildikdən yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma prosedurları qurtardıqdan sonra sorğu əsasında marağı olan şəxsə verilə bilər.
10.3. Bu Qanunun 35.2-ci maddəsi nəzərə alınmaqla, satınalma prosedurları haqqında hesabatın 10.1.3 - 10.1.7 və 10.1.11-ci maddələrdə göstərilən hissəsi tender təklifi, oferta və ya kotirovka aksept edildikdən yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma prosedurları qurtardıqdan sonra sorğu əsasında tender təklifi, oferta və ya kotirovka təqdim etmiş və ya ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün təklif vermiş malgöndərənlərə (podratçılara) verilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, satınalan təşkilat aşağıdakı məlumatları açıqlamır: 28
10.3.1. açıqlanması dövlət maraqlarına uyğun gəlməyən, tərəflərin kommersiya mənafelərinə zərər vuran və ya ədalətli rəqabətə mane olan məlumatı;
10.3.2. bu Qanunun 10.1.5-ci maddəsində nəzərdə tutulan məlumatın xülasəsindən başqa, tender təkliflərinin, ofertaların və kotirovkaların öyrənilməsinə, qiymətləndirilməsinə və müqayisəsinə aid olan məlumatı.


Maddə 11. Tenderin baş tutmaması və onun davamından imtina

11.1. Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.29


11.2. Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;
tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;
tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.
Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Satınalan təşkilat tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənin (podratçının) sorğusu ilə ona bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etməsi barədə məlumat verir.
11.3. Satınalan təşkilat bu Qanunun 11.1 və 11.2-ci maddəsinin tətbiqi üçün tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənlər (podratçılar) qarşısında heç bir məsuliyyət daşımır.
11.4. Tender təkliflərinin, ofertaların və kotirovkaların rədd edilməsinə dair bildiriş onları təqdim etmiş bütün malgöndərənlərə (podratçılara) dərhal göndərilir.
11.5. Tenderin davamından imtina və ya bütün tender təkliflərinin, oferta və kotirovkaların rədd olunduğu halda satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınması üçün yeni tender elan edə yaxud satın alınan malların (işlərin və xidmətlərin) xüsusiyyətlərinin imkan verdiyi təqdirdə, mahiyyətini dəyişdirməməklə onları hissələrə bölərək, hər hissə üzrə ayrıca tender keçirə bilər. Bölünən hissələrin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş məbləğdən aşağı ola bilməz.


Maddə 12. Dövlət satınalmalarında saxtakarlıq halları

Satınalan təşkilat satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin (podratçının) saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə və bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdə:


həmin malgöndərənin (podratçının) təqdim etdiyi tender təkliflərini, ofertaları və kotirovkaları rədd edir;
malgöndərənin (podratçının) gələcək satınalma prosedurlarında iştirakını qeyri-müəyyən müddətə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi müddətə qadağan edir;
saxtakarlıq hallarının araşdırılması üçün məlumatları müvafiq səlahiyyətli orqanlara təqdim edir;
tender təklifinin, ofertanın və ya kotirovkanın rədd edilməsini və bunun səbəblərini satınalma prosedurları haqqında hesabatda göstərir və dərhal malgöndərənə (podratçıya) bildirir.


Maddə 13. Dövlət satınalmalarında maraqların ziddiyyəti

13.1. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.


13.2. Aşağıdakı şəxslər satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər:
13.2.1. satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar;
13.2.2. satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar.
13.3. Malgöndərənin (podratçının), onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər.
13.4. Bu maddə göstərilən səbəblərə görə tender təklifinin, ofertanın və ya kotirovkanın rədd edilməsi və bunun səbəbləri satınalma prosedurları haqqında hesabatda göstərilir və dərhal malgöndərənə (podratçıya) bildirilir.



Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə