Dövlət satınalmaları haqqında



Yüklə 128,38 Kb.
səhifə4/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

elektron satınalma – qalib təklifin seçilməsi üçün satınalan təşkilat tərəfindən tətbiq edilən, real vaxt rejimində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən, malgöndərənlərin (podratçıların) təqdim etdikləri təkliflərin avtomatik qiymətləndirilməsini təmin edən satınalma proseduru;
satınalma planı – satınalan təşkilat tərəfindən tərtib edilən, bu Qanuna uyğun olaraq bir büdcə ili ərzində satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, həcmi, miqdarı və ölçüsü barədə məlumatı, satınalmanın ardıcıllığını və təqvim ili üzrə bölgüsünü əks etdirən və elektron formada dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən sənəd;
təkliflərin cəlb edilməsitenderdə, ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunda, təkliflər sorğusu prosedurunda və ya elektron satınalmada iştirak etmək üçün verilən dəvət;11
iştirak haqqı – tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən ödənilən vəsait; 12
kotirovka sorğusu şərtləri – satınalan təşkilatın kotirovka şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd.
Maddə 3. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Dövlət satınalmaları ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları ilə tənzimlənir.




Maddə 4. Dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanı

4.1. Dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanı dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirir və bu məqsədlə:


4.1.1. Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak edir. Dövlət satınalmalarına dair qaydaları, təlimatları, digər sənədləri hazırlayır və təsdiq edilmək üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir;
4.1.2. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarını 7 bank gününədək dayandırır və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırır;
4.1.3. dövlət satınalma prosedurlarında mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulduğu hallarda bu Qanunun müddəalarına uyğun tədbirlər görür;
4.1.4. dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir, mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar yaradır, seminarlar və konfranslar keçirir, müvafiq tədris-metodiki materialları hazırlayır;
4.1.5. dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirir, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir;
4.1.6. dövlət satınalmaları üzrə illik hesabatları hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir.
4.1.7. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri barədə məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını (bundan sonra — rəsmi internet saytı) yaradır;13
4.1.8. satınalan təşkilatların, malgöndərənlərin (podratçıların) dövlət satınalmalarının vahid internet portalından istifadə etmələri üçün onlara metodiki köməklik göstərir, məsləhətlər verir;
4.1.9. dövlət satınalmalarının vahid internet portalında mövcud olan informasiya resurslarının təhlükəsizliyinin qorunması üçün tədbirlər görür.14
4.2. Dövlət satınalmaları üzrə icra hakimiyyəti orqanının vəzifəli şəxsləri və digər məsul işçiləri öz xidməti vəzifələrini yerinə yetirmədikdə müvafiq qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.



Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə