Dövlət satınalmaları haqqında


SATINALMA METODLARININ TƏTBİQİ ŞƏRTLƏRİ



Yüklə 128,38 Kb.
səhifə8/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

SATINALMA METODLARININ TƏTBİQİ ŞƏRTLƏRİ


Maddə 16. Satınalma metodları

16.1. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir.31


16.2. Malların (işlərin) satın alınması zamanı satınalan təşkilat açıq tender prosedurlarından əlavə, digər satınalma metodlarından yalnız bu Qanunun 18, 19, 20 və 21-ci maddələrində nəzərdə tutulmuş şərtlər əsasında istifadə edə bilər.
16.3. Aşağıdakı hallar istisna olmaqla satınalan təşkilat xidmətlərin satın alınması zamanı V fəsildə müəyyənləşdirilmiş satınalma metodundan istifadə edir:
16.3.1. xüsusiyyətlərin müfəssəl tərtibi əməli cəhətdən mümkün olduqda və satın alınan xidmətlərin texniki xarakterinə görə açıq tender prosedurlarının həyata keçirilməsi daha məqsədəuyğun olduqda;
16.3.2. bu Qanunun 18-21-ci maddələrində nəzərdə tutulmuş satınalma metodlarından istifadə edilməsi daha məqsədəuyğun olduqda, həm də onlardan istifadə şərtləri yerinə yetirildikdə.
16.4. Satınalan təşkilat bu Qanunun 16.2 və 16.3-ci maddələrinə uyğun hər hansı satınalma metodundan istifadə edirsə, satınalma prosedurları haqqında hesabata həmin metodun seçilməsi üçün əsas götürülmüş halların şərhini daxil edir.


Maddə 17. Açıq tender

17.1. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır.


17.2. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan məbləğdən aşağı olduqda, satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edir. Satınalan təşkilat bu maddənin tətbiqi üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə (yəni ayrı-ayrı qismlərə) bölə bilməz.32
17.3. Ehtimal olunan qiyməti bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan məbləğdən yuxarı olan malların (işlərin və xidmətlərin) digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının əyyən etdiyi orqanın (qurumun) təsdiq etməsi şərti ilə aparıla bilər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsinə əsasən digər satınalma metodlarının tətbiqi barədə qərarını müraciət daxil olduğu gündən 10 bank günü ərzində qəbul edir.33


Maddə 18. İkimərhələli tender və ya təkliflər sorğusu

18.1. Aşağıdakı hallarda satınalan təşkilat satınalma zamanı bu Qanunun 46-cı maddəsinə uyğun ikimərhələli tender prosedurlarından və ya 48-ci maddəsinə uyğun təkliflər sorğusundan istifadə edə bilər:


18.1.1. malların (işlərin və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə, satınalan təşkilat satınalmalara dair tələbatını ödəmək üçün ən məqbul qərarı qəbul etmək məqsədi ilə:
öz tələbatının ödənilməsinin müxtəlif mümkün üsulları ilə əlaqədar tender təkliflərini, təkliflər sorğularını və ya ofertaları cəlb edir;
malların (işlərin) texniki xarakteri və ya xidmətlərin xüsusiyyətləri ilə əlaqədar malgöndərənlər (podratçılar) ilə müzakirələr aparır.
18.1.2. satınalan təşkilat elmi-tədqiqatlar, eksperimentlər, axtarışlar və ya araşdırmalar aparılması məqsədi ilə müqavilə bağlamaq istədikdə (müqavilədə mənfəətin təmin edilməsi və ya tədqiqatlara və araşdırmalara çəkilən xərclərin ödənilməsi üçün kifayət qədər mal istehsal edilməsinin nəzərdə tutulduğu hallar istisna olmaqla).
18.2. Satınalan təşkilat qeyd olunanlarla yanaşı, satınalma zamanı təkliflər sorğusu metodunu əlavə olaraq aşağıdakı halda tətbiq edə bilər:
18.2.1. yaranmış tələbatın satınalan təşkilat tərəfindən satınalma prosesinin bilərəkdən uzadılmasının nəticəsi olmadığı və belə vəziyyətin yaranacağını əvvəlcədən görməyin mümkün olmadığı şəraitdə malların (işlərin və xidmətlərin) alınması üçün təcili tələbat yarandıqda və açıq tender prosedurunun və ya satınalmanın digər metodlarının tətbiq olunması praktiki cəhətdən məqsədəuyğun olmadıqda.


Maddə 19. Məhdud iştiraklı və qapalı tender

19.1. Satınalan təşkilat məhdud iştiraklı və ya qapalı tenderi bu Qanunun 47-ci maddəsinə uyğun olaraq keçirir;


19.2. Aşağıdakı hallarda məhdud iştiraklı tenderdən istifadə olunur;
19.2.1. həddən artıq mürəkkəb və ya xüsusi xarakterli olduğuna görə müvafiq mallar (işlər və xidmətlər) yalnız məhdud sayda potensial malgöndərənlərdə (podratçılarda) olduqda;
19.2.2. çoxsaylı tender təkliflərinə baxılması və onların qiymətləndirilməsi üçün tələb olunan vaxt və xərclər satın alınacaq malların (işlərin və xidmətlərin) dəyəri ilə mütənasib olmadıqda;
19.3. Mallar (işlər və xidmətlər) müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda satınalan təşkilat qapalı tenderdən istifadə edir. Həmin ehtiyaclar üçün geyim, ərzaq, əşya, inventar, tibb avadanlıqları, dərman ləvazimatları, xidməti nəqliyyat vasitələri, təmir-tikinti işləri üzrə satınalmalar açıq tender üsulu ilə aparılır.34


Maddə 20. Kotirovkalar sorğusundan istifadə şərtləri

20.1. Satınalan təşkilat mövcud bazarı olan və ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınması üçün bu Qanunun 49-cu maddəsinə uyğun kotirovkalar sorğusundan istifadə edə bilər.


20.2. Bu Qanunun 20.1-ci maddəsinə istinad, satınalan təşkilat üçün satınalmaları ayrı-ayrı müqavilələrə (yəni malları, işləri və xidmətləri ayrı-ayrı qismlərə) bölməyə əsas ola bilməz.


Maddə 21. Bir mənbədən satınalma metodundan istifadə şərtləri

21.1. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər:


21.1.1. satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda;
21.1.2. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda;
21.1.3. fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda;
21.1.4. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə.

III fəsil



Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə