Dövlət satınalmaları haqqında



Yüklə 128,38 Kb.
səhifə14/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

37.7. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilmiş satınalmaların nəticələri bu Qanunun 25.1-1-ci maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan dərhal sonra qiymət təklifinin ardıcıllığına uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Tender komissiyası 1 bank günü ərzində bu Qanuna uyğun olaraq tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək təklifi bu Qanunun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir və qərarı həmin gün dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.63


Maddə 38. Tender komissiyasının məsuliyyəti

38.1. Tender komissiyasının sədri və üzvləri bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış edirlər.


38.2. Tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər.
38.3. Tender komissiyası sədrinin və ya üzvünün (üzvlərinin) qanunsuz hərəkəti nəticəsində iddiaçıya (iddiaçılara) maddi zərər dəymişsə və bu, məhkəmə tərəfindən təsdiq edilmişsə, zərəri satınalan təşkilat ödəyir və bu barədə tender elanının dərc olunduğu mətbuat orqanında məlumat verir. Təqsirli bilinən tender komissiyası sədrinin və ya üzvünün (üzvlərinin) maddi məsuliyyəti və zərərin ödənilməsi məsələləri qanunvericiliyə uyğun həll edilir.


Maddə 39. Malgöndərənlərlə (podratçılarla) danışıqların qeyri-rəsmi görüşlərin qadağan edilməsi64

39.1. Tender prosedurları zamanı verilmiş tender təklifi, habelə bu Qanunun 30.1-ci maddəsində nəzərdə tutulan sorğu ilə əlaqədar satınalan təşkilatla tenderdə iştirak edən malgöndərən (podratçı) arasında danışıqlar aparılmasına yol verilmir.65


39.2. Satınalan təşkilatla tenderdə iştirak edən malgöndərən (podratçı) arasında qeyri-rəsmi görüşlərin keçirilməsi qadağandır.66


Maddə 40. Tender təkliflərinin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi

40.1. Bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib müəyyən olunmuş tender təklifi aksept edilir. Satınalan təşkilat həmin tender təklifini vermiş malgöndərənə (podratçıya) tenderin əsas şərtlər toplusunda göstərilmiş təklifin qüvvədə olma müddəti qurtaranadək 3 bank günü ərzində bildiriş və hazırlanmış satınalma müqaviləsini göndərir. 67


40.1-1. Elektron satınalma vasitəsilə açıq tenderin və kotirovka sorğusunun keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik qaydada dərhal göndərilir.68
40.2. Tenderin qalibi təqdim olunmuş satınalma müqaviləsini 5 bank günü ərzində imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. 69

Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə