Dövlət satınalmaları haqqında



Yüklə 128,38 Kb.
səhifə9/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

SATINALMALARIN TƏŞKİLİ


Maddə 22. Satınalmaların hazırlanması mərhələləri

22.1. Satınalmaların təşkil olunması üçün satınalan təşkilat:


tender komissiyasını formalaşdırır;
tenderin əsas şərtlər toplusunu hazırlayır;
tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc etdirir və ya malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərir.35
22.1-1. Satınalan təşkilat satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkilini təmin edir.36
22.2. Satınalan təşkilatın dövlət satınalmaları sahəsində təcrübəsi olmadıqda tenderin təşkili üçün yerli və xarici mütəxəssisləri və ya məsləhətçi şirkətləri bu Qanunla müəyyənləşdirilmiş qaydada cəlb edə bilər.


Maddə 23. Tender komissiyasının formalaşdırılması


23.1. Tender komissiyasının tərkibi tək sayda (ən azı 5 nəfər) olmaqla, satınalan təşkilatın mütəxəssislərindən və əlaqədar təşkilatların nümayəndələrindən ibarət formalaşdırılır. Tender komissiyasının sədri satınalan təşkilatın vəzifəli şəxslərindən (rəhbəri istisna olmaqla) təyin olunur. Tender komissiyasının tərkibini satınalan təşkilatın rəhbəri (onun vəzifəsini icra edən şəxs) təsdiq edir.37
23.2. Tender predmetinin ehtimal olunan qiyməti 5 milyard manat, büdcədən maliyyələşdirilən təşkilatlarda isə 1,5 milyard manat və ya müvafiq olaraq sərbəst dönərli valyuta ilə buna ekvivalent məbləğdən yüksək olduqda, tender komissiyasının tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının vəkaləti ilə onların nümayəndələri daxil edilir.
23.3. Tender komissiyasına tenderin əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi üçün ekspertlər cəlb edilə bilər.


Maddə 24. Tenderin əsas şərtlər toplusu

24.1. Tenderin əsas şərtlər toplusunda aşağıdakı məlumatlar göstərilir:


24.1.1. tender təkliflərinin hazırlanmasına dair təlimatlar;
24.1.2. malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin bu Qanunun 6-cı maddəsinin müddəalarına uyğun qiymətləndirilməsi, həmçinin bu Qanunun 36.13-cü maddəsinə əsasən ixtisas göstəricilərinin təkrar təsdiqinin prosedurları və meyarları;
24.1.3. malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini təsdiq edən sənədlərə və ya digər məlumatlara aid tələblər;
24.1.4. bu Qanunun 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla malların (işlərin və xidmətlərin) zəruri texniki və keyfiyyət xüsusiyyətləri, o cümlədən planlar, çertyojlar və eskizlər, malın miqdarı (həcmi), əlavə xidmətlər, malların göndərilməsinin (işlərin görülməsinin, xidmətlərinin göstərilməsinin) yeri və müddətləri;
24.1.5. qalib gələn tender təklifinin müəyyənləşdirilməsi üçün bu Qanunun 36.7, 36.8 və 36.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla təyin edilmiş meyarlar və onların nisbi qiyməti;
24.1.6. tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi şərtləri (səmərəli olduğu sübut olunarsa);
24.1.7. satınalma müqaviləsinin şərtləri və tərəflərin imzalayacaqları müqavilənin forması;
24.1.8. tender təklifinin alternativ variantına yol verildikdə, bu barədə məlumat, həmin təkliflərin müqayisəsi və qiymətləndirilməsi üsulunun təsviri;
24.1.9. tender təklifinin malların (işlərin və xidmətlərin) bir hissəsi üçün təqdim olunmasına icazə verildikdə həmin hissənin (hissələrin) təsviri;
24.1.10. malların (işlərin və xidmətlərin) qiymətinə onların dəyərindən başqa, digər xərclərin (nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilə biləcəyi haqqında məlumat, tender təklifinin qiymətinin hesablanması və ifadə olunması üsulu;
24.1.11. tender təklifinin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta (valyutalar);
24.1.12. tender təkliflərinin hazırlandığı dil (dillər);
24.1.13. tender təklifinin və satınalma müqaviləsinin yerinə yetirilməsi təminatlarının formaları, məbləği, emitenti, təsdiqləyici tərəf (əgər tələb olunursa) və digər şərtləri;
24.1.14. tender təklifləri verilməsinin qaydası, yeri və son müddəti;
24.1.15. iddiaçılara tenderin əsas şərtlər toplusu ilə bağlı izahat verilməsi üsulu, habelə bu mərhələdə satınalan təşkilatın iddiaçılarla görüş keçirmək niyyətinin olub-olmaması;
24.1.16. tender təkliflərinin qüvvədə olma müddəti;
24.1.17. tender təklifləri zərflərinin açılması yeri, günü və saatı;
24.1.18. tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün istifadə olunacaq valyuta;
24.1.19. dövlət satınalmalarına dair normativ hüquqi aktlara istinadlar;
24.1.20. satınalmaların təşkili ilə bağlı məlumat almaq üçün tender komissiyasının əlaqələndirici şəxsinin (şəxslərinin) adı və vəzifəsi;
24.1.21. tender komissiyasının qərarından, üzvlərinin hərəkətlərindən (hərəkətsizliyindən) malgöndərənin (podratçının) şikayət etmək hüququ;
24.1.22. tender komissiyasının bütün tender təkliflərini rədd etmək hüququna dair qeyd;
24.1.23. tender təklifinin akseptindən sonra satınalma müqaviləsinin qüvvəyə minməsi üçün tələb olunan sənədlər və onların tərtibi müddətləri;
24.1.24. malların (işlərin və xidmətlərin) sığortalanması qaydası və şərtləri;
24.1.25. satınalan təşkilatla tenderin qalibi və ya iştirakçıları arasında mübahisələrin həlli qaydaları;
2.4.1.26. satınalma müqaviləsinin yerinə yetirilməsi müddətində bu Qanunun 51.1 və 51.2-ci maddələrinin tələblərinə uyğun olaraq müqavilə qiymətində dəyişiklik edilməsi qaydaları.


Maddə 25. Tender təkliflərinin cəlb edilməsi

25.1. Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməlidir.38


25.1-1. Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü, kotirovka sorğusunun keçirilməsi barədə elan isə kotirovkaların qiymətləndiriləcəyi gündən azı 10 bank gü əvvəl dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunur.39
25.2. ikimərhələli tenderin elanı respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında, tender zərflərinin açılması günündən azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü əvvəl verilməlidir.
25.3. Satınalan təşkilat elan verməklə yanaşı, malgöndərənlərə (podratçılara) satınalmada iştirak üçün fərdi dəvət göndərə bilər. 40
25.4. Satınalmaların digər metodlarında təkliflərin və ofertaların cəlb olunması üçün tender komissiyası tərəfindən kifayət qədər sayda (üçdən az olmamaq şərti ilə) potensial malgöndərənlərin (podratçıların) siyahısı tərtib edilir və onlara fərdi dəvət göndərilir. 41
25.5. Fərdi dəvətdə bu Qanunun 26-cı maddəsində göstərilən məlumatlar əks etdirilir.


Maddə 26. Elanın (dəvətin) məzmunu42

26.1. Elanda (dəvətdə) aşağıdakılar göstərilir: 43


26.1.1. satınalma keçirən haqqında məlumat; 44
26.1.2. satınalma prosedurlarının başlanması vaxtı və yeri;
26.1.3. satınalma müqaviləsi ilə əlaqədar vergi və rüsum güzəştləri (əgər nəzərdə tutulubsa);
26.1.4. satınalmada iştirak üçün tələb olunan sənədlər;
26.1.5. əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi;
26.1.6. tender təklifinin təminatı şərtləri;
26.1.7. göndəriləcək malların adı, miqdarı (həcmi), çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, göstəriləcək xidmətlərin təsviri və yeri;
26.1.8. malların göndərilməsinin və işlərin başa çatdırılmasının tələb olunan müddətləri və ya xidmət göstərilməsinin qrafiki;
26.1.9. bu Qanunun 6.2-ci maddəsinə uyğun malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyarlar və prosedurlar;
26.1.10. malgöndərənlərin (podratçıların) satınalma prosedurlarında iştirakını dövlət mənsubiyyətinə görə məhdudlaşdıran şərtlər;
26.1.11. iştirak haqqının məbləği və ödənilməsi qaydası;

Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə