Dəryadan bir damla1


Peyğəmbər dövrünün xüsusiyyətləri



Yüklə 1,68 Mb.
səhifə5/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   2   3   4   5   6   7   8   9   ...   20

Peyğəmbər dövrünün xüsusiyyətləri



İslamdan öncəki dövrün xüsusiyyətləri

Cahiliyyətin ümumiliyi

Ozamankı dünyada çoxlu ölkə və hökumətlər olsa da, elm və bilik nurunun saçdığı hissədə iki böyük güc hakim idi. Bu iki gücün biri İran və Sasanilər, digəri isə Orta Şərq və Avropa regionunun böyük hissəsinə hakim olan Roma imperatorluğu idi. Əlbəttə, dünyada bunlardan başqa mədəniyyətlər də vardı: Hindistan mədəniyyəti, Çin mədəniyyəti. Onların da böyük keçmişləri vardı. Lakin bəşər mədəniyyətinin əsas mərkəzi sayılan, dünyanın böyük bir hissəsinə hökmranlıq edən bu iki imperiya idi və onların vəziyyəti də son dərəcə pis idi. Bu ölkələrdə elm çırağı sönmüşdü. Peyğəmbərdən əsrlər öncə alim və həkimlər yaşasalar da, onların təlimlərinin bu cəmiyyətlərdə qalan təsiri çox az idi. Bu imperiyalarda mənəviyyat, insani paklıq, ictimai ədalət, elm nuru və elmə təmayül yox idi. Uzun əsrlər ötsə də, o dövrün tarixinə müraciət etsək, indi də bunu aydın görərik. Hələlik Avropa barədə danışmırıq. Avropa o zaman həqiqətən, vəhşi bir bölgə idi. Avropalılar öz dövrlərinin ən vəhşi və ən mərifətsiz insanlarından idilər. Orada ümumiyyətlə, işıq, elm və mənəviyyat yox idi. Elə böyük Roma imperatorluğunun özü çox azğınlıq içərisində yaşayırdı; təbəqələr arasında böyük uçurum vardı, əxlaq fəsadı kəskin idi, hakim qüvvələrin zülmü, özbaşınalığı vardı. Əgər o zaman Romada bir növ demokratiya vardısa da, əsla xalq hakimiyyəti və xalqın öz taleyini seçmək ixtiyarı demək deyildi. O dövrdən qalmış romanlardan, tarix kitablarından xalqın necə pis vəziyyətdə yaşadığını yaxşı anlamaq olar. Cəmiyyətin yoxsul və məhrum təbəqələri əksəriyyəti təşkil edirdilər. Onlar da maddi yoxsulluqdan əlavə mənəvi və əxlaqi yoxsulluqda da yaşayırdılar. Bəlkə də Romada qulların üsyanına başçılıq edən Spartak haqda eşitmisiniz. Spartakın tarixi bir qədər əfsanələrlə qarışsa da, onu oxuyanda ozamankı xalqın mənəvi, əxlaqi, elmi, mental və ictimai vəziyyətini yaxşı dərk etmək mümkündür.

Mübarək Yasin surəsinin "(Ey Peyğəmbər!) Sən onlara o şəhər əhlini (antakyalıları) misal çək! O zaman ki, onlara elçilər gəlmişdi. O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik!” (Antakyalılar:) “Siz də bizim kimi ancaq adi bir insansınız. Rəhman (sizə) heç bir şey (kitab, möcüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!” – dedilər"194 ayələri Roma imperiyasının bir şəhəri olmuş Antakya barədədir. Bu ayələr peyğəmbərlərlə rastlaşan xalqın fikir tərzini göstərir. Allah-Taala iki peyğəmbər göndərir, lakin onlar xalqın təkzibi, istehzası, təhqiri və etinasızlığı ilə üzləşirlər. Sonra üçüncü adamı da göndərir. O, xalqla söhbət edir, xalq çox daşürəklilik, etinasızlıq və mərifətsizliklə bu peyğəmbərləri ələ salır və axırda onlara deyirlər: "Dedilər: “Biz sizdə bir nəhslik gördük"195. Ümumiyyətlə, sizin varlığınızı pis əlamət sayırıq. Siz peyğəmbərlər bizim cəmiyyətimizə bədbəxtlik gətirirsiniz.

...Roma imperiyasında çox ağır və qəddar quldarlıq, qorxunc və dəhşətli formalarda cinsi fəsad yayılmışdı. İnsanın Roma imperiyası haqda təsəvvürü heç bir hidayət nurunun, yaxşılığa doğru heç bir ümid və fəaliyyətin mövcud olmadığı bir cəmiyyəti göstərir. Əgər bu imperiyanı bugünkü fəsadlı dünya ilə müqayisə etsək, fərq həqiqətən, yerlə-göy qədərdir. Yəni bugünkü dünyada əxlaqi fəsad və pozğunluq olsa da, hər halda, elm, məntiq, əsaslandırma, müəyyən həddə azadlıq, eşidən qulaq və ayıq qəlb də var. Hakimiyyət pis olsa da, belə cəmiyyətlərdə xeyir ümidi tapmaq olar, lakin o zaman bu xeyirlərin heç biri yox idi; nə ağıl, nə elm, nə inkişaf, nə xeyirxahlıq vadı, müxtəlif fəsadlar tüğyan edirdi, anlamaq üçün eşidən qulaq yox idi, nə yuxarı, nə aşağı təbəqələr həqiqəti dərk edə bilirdilər. Belə cəmiyyətdə yaxşılığa doğrudan da heç bir ümid qalmır.

...Çox geniş əhatəsi olan İranın vəziyyəti də Romadan pis olmasa da, yaxşı deyildi. Orada da mütləq monarxiya hakim idi. Ümumi yoxsulluq, təbəqələr arasında uçurum və adi insanlar üçün təhsil imkansızlığı vardı. Yəqin ki, Firdovsinin Şahnaməsində çəkməçinin əhvalatını oxumusunuz. Çəkməçi oğluna təhsil icazəsi almaq üçün böyük məbləğdə pul verməyə razı olur. Dövrün böyükləri isə buna qarşı çıxıb deyirlər ki, xeyr, çəkməçinin oğlu təhsil alsa, sabah mirzə və katib olub bizim övladlarımızın yanında oturacaq və bu bizə təhqirdir. O dövrün düşüncə səviyyəsi belə idi. Həqiqətən, Sasani dövrünün fəsadı, diktatorluğu və ayrıseçkiliyi barədə nə qədər desək, azdır. Hətta Sasani dövründən qabaqkı bəzi sülalələr də onlardan yaxşı olublar. İran tarixində köçəri və vəhşi xüsusiyyətləri ilə məşhur olan Həxaməneşilərin bir çox xislətləri Sasanilərdən yaxşı idi. İranda bir neçə əsr hakim olmuş Sasanilər xalqın məişət vəziyyətini ağırlaşdırmaqda həqiqətən, misilsiz idilər.

Peyğəmbərin dövründə mövcud olan cahiliyyət Ərəbistan yarımadasına məxsus deyildi. Ozamankı dünyanın hamısı cahiliyyətə qərq olmuşdu. Peyğəmbərliyin başlanğıcından, yəni Adəmin dövründən bütün peyğəmbərlər bəşəriyyəti bu həddə çatdırmışdılar. Bəşəriyyət daha irəliyə bir addım ata bilmirdi. Son peyğəmbərin gəlişi ərəfəsində bəşəriyyətdə zəif şəkildə mövcud olan əxlaq və mənəviyyat ilahi hidayət çırağının son işartısı idi.

...Zaman-zaman bəşəriyyətə kömək edib kamilliyə bir neçə addım yaxınlaşdıranlar peyğəmbərlər olmuşlar. Bəşərin kamilliyə sarı irəliləmək gücü qalmayanda sonrakı peyğəmbərin növbəsi çatır. İslam peyğəmbərinin dövründə bəşəriyyət həqiqətən, iflic olmuşdu. Kamilliyə sarı heç bir hərəkət mövcud deyildi, dünyaya mütləq qaranlıq çökmüşdü.

Əgər Hindistan, Çin və ucqar mədəniyyətlər barədə də danışmaq istəsəm, söz var. Hindistanda da qədim bir mədəniyyət və qədim dillər vardı. Lakin əsrlər ötdükcə güman ki, ilahi kökü və dərin irfanı olmuş Brahmanizm dini ən pis vəziyyətə düşmüşdü. Yol əsnasında bir neçə yeni din və peyğəmbər də gəlmişdi; məsələn, Caynizm, Buddizm və digərləri. Lakin onlar da tənəzzülə uğramışdı, oraların cəhalət, zülmət və azğınlıq vəziyyəti dünyanın böyük imperiyalarından daha geridə, daha pis idi.

İslamın gəldiyi dövr haqda Nəhcül-bəlağədə ondan artıq yerdə bəhs olunur. Nəhcül-bəlağəni şərh edənlərin çoxu bunun Ərəbistan yarımadasına aid olduğunu düşünmüşlər, əslində isə bu baxımdan Ərəbistanla digər yerlər arasında fərq yox idi. Ərəbistan yarımadası da fəsad içində və pis durumda idi, əxlaqi tənəzzül və çoxlu cahillik vardı, lakin digər yerlərdən pis deyildi. Xalqın yaşayış səviyyəsi aşağı idi, amma ozamankı Ərəbistan əhalisinin Roma xalqından azğın və pis olmasına dair heç bir dəlil yoxdur. Bəlkə də onlarda bəzi cəhətlərdən yaxşılıq əlamətləri qalmışdı, digərlərində isə bu da yox idi.

Əmirəlmöminin bu xütbədə196 və digər xütbələrdə xalqın vəziyyətini elə təsvir edir ki, insan belə bir şəraitdə onların necə yaşaya bildiklərinə təəccüb edir: fitnələr xalqın bütün həyatını əhatə etmiş, zehinlər qaralmış, yəqin axarları xalqın üzünə bağlanmışdır; maddi baxımdan xalqın durumu acınacaqlıdır; xalqın yuxusu ayıqlıq kimidir, yəni fiziki rahatlıq və asayişləri də yoxdur; xalqın göz yaşı qanlıdır; vəhşi bir atın insanı öz dırnaqları altında tapdadığı kimi, bu fitnə də xalqı əzir və tapdayır. Belə bir şəraitdə, dünyanın ən qaranlıq nöqtələrindən birində - yəni Ərəbistan yarımadasında, Məkkədə Allah evinin yanında İslam nuru saçmağa başlayır və iyirmi üç il davam edir.197

Bu problemlərin Ərəbistan yarımadasına məxsus olduğunu düşünmək səhvdir. Xeyr, dünyanın ozamankı sivilizasiya beşiyində - yəni Romada da belə idi. O zaman iddia edirdilər ki, demokratiya və Senat məclisləri var, lakin xalqa istibdad və fəsad hakim idi. Siz bu mövzuda yazılmış kitabları oxusanız, özünüzdən xəcalət çəkərsiniz. Bəşəriyyətin nə vaxtsa belə bir süquta uğraması utancvericidir. Qədim İran da bu cəhətdən Romadan yaxşı deyildi. Onlarda zor, xəncər, nizə, cəngavərlik, qəhrəmanlıq və bu tip işlər vardı, lakin təbəqələr arasında məsafə, zülm, ayrıseçkilik, fəsad, hegemonluq, cəhalət və xurafat da hədsiz idi. Belə bir şəraitdə bu mübarək körpə və ilahi elçi bəşəriyyətin xilası üçün varlıq aləminə qədəm qoydu.198

Bəşəriyyət zülm, cəhalət və ayrıseçkilik içində idi. Dünyanın böyük dövlətləri olan İran və Romada aristokratiya, məntiqsiz xəncər, cəhalət və fəsad hakim idi. Ərəbistan yarımadasındakı kimi daha kiçik dövlətlər onlardan da pis idilər və cahiliyyət dünyanı sarmışdı.199

İslamın yarandığı zaman xalqın həyatını ağırlaşdıran cahiliyyət ümumi idi. O zaman bütün regionlarda yorucu fitnələr mövcud idi. Elm, öz dövrünə görə sivilizasiya, şah rejimlərinə xas nizam-intizam və totalitarizmdən irəli gələn qaydalar da vardı. Olmayan isə insaniyyət, dəyər və bəşərin zəruri ehtiyacları idi - yəni insani mühit, rəhmli və ədalətli cəmiyyət. O zaman az tapılan ədalət idi, zəifin əl-ayaq altda tapdanmaması idi, sərvətlərin bir qisim xüsusi və güclü insanların əlində cəmləşib digərlərinin səfil qalmaması idi. Bəşərin böyük dərdləri bunlar idi. Sasanilər dövlətində də belə idi, Roma imperiyasında da; lakin fərqli formalarda. Bədəvi həyata malik olan ozamankı Hicazda da başqa bir formada idi.200

Bütün dünyada elm qürbət içində idi və cəhalət hər yeri bürümüşdü. Cahiliyyət təkcə ərəb regionuna hakim deyil. O zamanın iki böyük imperiyasında - Sasanilər İranı və Roma imperiyasında da həmin cahiliyyət mövcud idi, oralarda da ədalətdən əsər-əlamət yox idi, ayrıseçkilik vardı. İranda təhsil haqqı xüsusi təbəqələrə aid idi, adi camaatın belə bir hüququ yox idi. Quldarlıq, zəiflərlə rəftar, qadın məsələsi, qadınların cəmiyyətdə iştirakı və qadınlarla rəftar ən çirkin və ən təhqiramiz formada idi. Hər yerdə cahiliyyət vardı və elm qərib idi.201

Cahil cəmiyyətdə xalqın bəndəliyi də yox idi. Tağut vardı, günah vardı, ədalət mövcud deyildi, hər yer zülm və ayrıseçkilik içində idi. Əmirəlmöminin Nəhcül-bəlağədə cahiliyyət dövrünün zülm və ayrıseçkiliyini təsvir edərkən həqiqətən, bir sənət əsəri olan gözəl sözlər işlədir: "Fitnələr xalqı möhkəm dırnaqları altında tapdamış, məhv etmişdi".202 Mərhəmət yox idi, öz qızlarını torpağa gömürdülər. Hansısa qəbilədən olduğuna görə günahsız insanı öldürürdülər: "Sən bizim qəbiləmizdən birini öldürmüsən, biz də sizin qəbilənizdən birini öldürürük!" Qatil olsun, yaxud olmasın, günahkar olsun, yaxud olmasın; mütləq cəfa, mütləq rəhmsizlik, mütləq duyğusuzluq!203
Daxili ixtilaflar

Ərəbistan yarımadasında söz birliyi yox idi; bəziləri müşrik idilər, bəziləri yəhudi, bəziləri məsihi. Bütün bunlar da ixtilaf və çəkişmədə idilər; yəhudilər müşriklərlə, müşriklər yəhudilərlə və hər ikisi məsihilərlə. Müşriklərin öz aralarında da çoxlu qəbilə və hətta qəbilədən də kiçik ixtilaflar daim vardı. Yəni müxtəlif qruplar daim müharibədə, çəkişmədə idilər. Bu baxımdan, İslamın gəlişindən öncə hər tərəfdə müharibə, qan və ixtilaf vardı.204


Elm və düşüncə baxımından nisbi təkamül

Əziz Peyğəmbərin doğulduğu zaman bütün bəşəriyyətin iki bariz xüsusiyyəti vardı: Biri bu idi ki, elm, məntiq və düşüncə baxımından keçmiş insanlara nisbətən çox mütərəqqi idi. Filosoflar, alimlər meydana çıxmışdı, böyük riyaziyyatçılar, həkimlər, mühəndislər və bəzi sivilizasiyalar peyda olmuşdu. Bu sivilizasiyalar hər halda elmsiz yarana bilməzdi. Qərbdə akademiyalar, Şərqdə hikmətxanalar, Çin mədəniyyəti, Misir mədəniyyəti və böyük tarixi mədəniyyətlərin hamısı gəlmiş, bəşər nisbətən kamilləşmişdi.205


Əxlaqi tənəzzül

Bəşər o zaman əxlaqi baxımdan ən aşağı vəziyyətdə, belə demək mümkünsə, tənəzzülün dibində idi. Elm və biliyə malik olan həmin bəşər kəskin şəkildə təəssübkeşliyin, xurafatın, eqoizmin, zülmün, xalqı öldürən antibəşəri hökumətlərin əsirinə çevrilmişdi. Dünyaya belə bir vəziyyət hakim idi. İnsan tarixə nəzər salsa, o dövrdə bütün bəşəriyyətin əsir olduğunu, fitnənin, sıxıntının, problemlərin və qardaş qırğınının son həddində çabaladığını görər. Bəşər acı həyat sürürdü. Həmin xütbədə Əmirəlmöminin buyurur ki, insanların gözünə rahat yuxu getmirdi.206

Qüreyş kafirləri savadı, əxlaqı olmayan, qızlarını torpağa basdıran, büt önündə səcdə edən və çoxlu insan öldürən zalımlar idilər.207
Sərgərdanlıq və yoxsulluq

Cahil cəmiyyətdə xalqın bilgisi yox idi, heyrət və cəhalət içərisində yaşayırdılar.208

O zaman Ərəbistan yarımadasında cəhalət və təəssübkeşliyin xalqın həyatına hakim etdiyi bəlalar yoxsulluq, savadsızlıq, elmi gerilik, daxili istibdad, hegemon qüvvələrin hökmranlığı və daxili ixtilaflar idi.209

O zaman insanların çoxu cəhalət, yaxud eqoist təəssübkeşlik üzündən bəşərin bu nur və hidayət amili ilə vuruşdular. Halbuki Peyğəmbər bəşəriyyərin üzərindən yükü götürmək üçün gəlmişdi: "Onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar"210. O zaman bəşərin üzərində necə ağır yüklər vardı! Bəşərin boynuna necə ağır zəncirlər vurulmuşdu!211


Tağutların hakimiyyəti

Peyğəmbərin dövründə azğın zadəganlar, hegemonlar, məzlum və yoxsul təbəqələrin düşmənləri, bu təbəqələrə zülm edənlər və qəlblərində xəstəlik olan münafiqlər Peyğəmbərin dəvətinə qarşı çıxdılar.212

Ozamankı dünyanın eybi bu idi ki, dünyanın hər bir yerində cəmiyyətlər Allahdan qeyrilərinin, tağutların hökmranlığına, zülm hakimiyyətinə və təbəqələrarası uçuruma vərdiş etmişdilər. Bunların qarışısında kimlər dayanmalı idilər? Prinsipcə, məzlumlar. Məzlumların özləri də zülm hakimiyyətinin bərqərar olunmasına inandıqda isə islaha ümid itir. Xalqı, dünyanı və bəşəriyyəti oyatmaq əziz Peyğəmbərin və onun dəvətinin böyük missiyası idi: "O (Quran), aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir xatırlatmadır"213. O, zikrdir, xatırlatmadır, xəbərdarlıqdır, bütün bəşəriyyətə “diqqət” komandasıdır. O həzrətin özünün bu komandanın icraçısı və daşıyıcısı olduğu yer ən çətin yerlərdən idi. Təəssübkeşliklər, qəbiləçiliklər, şəxsi ambisiyalar o həzrətin işini çətinləşdirirdi. O, çətin işlərə dözdü və bəşərin belə çıxılmaz vəziyyətində yol açıb nəhəng qayanı yara bildi. Ondan sonra bu günə qədər kim hansı iş görmüşsə, onun ardınca, o yolun davamında və bu uca insanın işinin köməyi ilə görmüşdür.214
Zülm və ədalətsizlik

Bütün cəmiyyət zülmə, ayrıseçkiliyə, güclünün zəifə, kişinin qadına, sərvətlinin kasıba, ərbabın qula qarşı hegemonluğuna əsaslanırdı. Həmin ərbablar da öz növbələrində şah və hakimlərin hegemonluğunu qəbul edirdilər. Hegemonluq üzərinə hegemonluq əlavə olunurdu. Xalqın həyatı bütünlüklə zülm, ayrıseçkilik və hegemonluqdan ibarət idi. Cahil həyatın xüsusiyyəti belədir. Harada belədirsə, deməli, cahiliyyət var.215

Nəhcül-bəlağədə İslamın gəldiyi dövrün vəziyyətinə dair çox açıq sözlər var. Buyurur ki, dünya işıqsız idi, hiylə və kələklə dolmuşdu.216 Yaxud başqa bir yerdə buyurur: "Fitnələr xalqı möhkəm dırnaqları altında tapdamış, məhv etmişdi"217. İnsaniyyəti özünün ilkin problemlərinə məşğul edib yolunu bağladılar... Bəşər pak deyildi, zülm hakim idi. Böyük güclər tərəfindən zəiflərə qarşı hegemonluq vardı, qardaş qırğını vardı, fəsad və əxlaqsızlıq vardı.218

Fitnələr hər tərəfdən xalqı sıxırdı: dünyagirlik, şəhvətpərəstlik, zülm, təcavüz, əxlaqi qəbahətlər, güclülərin azad şəkildə zəiflərə təcavüzü. Bu təcavüz təkcə Məkkədə və Ərəbistan yarımadasında yox, dünyanın ozamankı ən üstün sivilizasiyalarında - böyük Roma imperiyasında və İran şahlığında da vardı, zülmət bütün bəşər həyatını qaraltmışdı.219


Ərəbistan yarımadasının xüsusiyyətləri

Böyük mədəniyyətlərlə əlaqə

Dünya çox pis və dözülməz vəziyyətdə idi; maddiyyata təmayül, heyvani xislətlər, güclü və hegemonların özbaşınalığı, ayrıseçkilik, fəsad, zülm və azad ehtiras dünyası idi. Bu vəziyyət yalnız Hicaza aid deyildi, Ərəbistan regionunu əhatə edən iki böyük dövlət - yəni Sasanilər İranı və Roma imperiyası da bu problemlər içində idi.220

Allahın işlərindən biri budur ki, son elçisini böyük və imkanlı sivilizasiyalardan seçmədi, zalım və istismarçı qüvvələrin sayəsi altında dünyaya gətirmədi. O, Tisfunda, yaxud Sasani imperiyasının hər hansı tərəfində və ya Roma imperiyasında doğulsaydı, bəlkə də bu yeni ağacın kök salmasına əsla imkan verməz, onu məhv edərdilər. Allah-Taala bu gözəl ağacı elə bir yerdə əkdi ki, kök salmağa imkanı olsun və böyük güclər nə olduğunu, nə baş verdiyini anladıqda daha iş işdən keçmiş olsun. Bu, həqiqətən, ilahi kələklərdən biridir: "Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi"221; "Həqiqətən, (Məkkə müşrikləri) hiylə qururular. Mən də onların hiyləsinə əvəz verirəm"222. O zaman Hicaz elə vəziyyətdə idi ki, dünyanın adi dövlətləri kimi müstəqil və mərkəzli bir hökuməti yox idi. Orada hakimiyyət qəbilələrin əlində idi və bölünmüşdü. Nizam-intizamlı bir qurum yox idi ki, hər bir işi tez görə bilsin.223
Böyük ilahi dinlərin nümayəndələri

Ərəbistan yarımadasında söz birliyi yox idi. Bəziləri müşrik idilər, bəziləri yəhudi, bəziləri isə məsihi.224


Bütpərəstliyin yayılması

Bir zaman hörmətli Məkkədə kimsə Məscidül-hərama daxil olsaydı, gözü ilk növbədə bütlərə, ya da kahinlərə düşərdi. Quranın "Onların şərikləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə şəriklərinə çatardı"225 ayəsində "şəriklər" sözündə məqsəd kahinlərdir. Heç bir şey əldə etməyən yazıq bütlərin müridləri və müşriklər də onların qarşısında səcdə edir, pul və sədəqə verir, onlarla adət-ənənələrə uyğun rəftar edirdilər. Məkkədə vəziyyət belə idi.226

Sonuncu peyğəmbər olan həzrət Məhəmməd ibn Abdullahın (s) doğulduğu zaman dünyanın əksər cəmiyyətlərində bütpərəstlik və insan köləliyi hakim idi. Dünyanın əksər xalqları bütpərəstlik və şirk içində idilər. İslam peyğəmbəri gözlənilmədən bütpərəstliyin çürük kökünə elə zərbə endirdi ki, bütün dünyanı lərzəyə gətirdi, fərdpərəstliyin, insanpərəstliyin, pulpərəstliyin, heyvanpərəstliyin və daşpərəstliyin bünövrəsini uçurdu.227
Məkkənin xüsusiyyətləri

Kəbənin mövqeyi

Böyük tövhid carçısı olan İbrahim və övladı İsmayıl ucqar və quru dağ-dərələr arasında Kəbənin əsasını qoyanda ən uzaqgörən bəşəri gözlər də onun səmimi iman və ümid ocağı, qəlb və cisimlərin qibləsi olacağını təsəvvür edə bilməzdi.228

İndi on dörd əsrdən artıqdır ki, İbrahim Xəlilin Məhəmməd Mustafa (s) boğazından çıxan nidası hər il bu mərasimdə Allah evinin qonaqlarını mənəviyyat və vəhdət mərkəzinə çəkir, tövhid mərkəzi ətrafında əbədi axınla birgə yüksəlməyə, təvaf etməyə və İbrahim məqamı arxasında Məhəmməd (s) Kəbəsinə sarı namaz qılmağa çağırır.229

Hikmətli və Qüdrətli Allaha şükür olsun ki, bəndələrinə lütf edib Öz evi ətrafında toplaşmağa çağırdı və böyük Peyğəmbərini tarixin minarəsində həcc azançısı təyin etdi; oranı əmin-amanlı etdi, cahiliyyət bütlərindən təmizlədi, möminlərin təvaf yeri, uzaq düşənlərin qayıdış nöqtəsi, birlik təcəssümü, əzəmət sərgisi və ümmətin toplanış məkanı etdi; Kəbə qulluqçularının, təvaf və səy xidmətçilərinin ilkin cahiliyyət dövründə ticarət bazarına, özlərinin rəislik və ağalıq dükanına çevirdikləri Allah evini xalqa məxsus və onların qazanc mənbəyi bildi, inhisarçıların istəyinin əksinə olaraq, gəlmələri sakinlərlə bərabər tutdu, həcci müsəlmanların vəhdət və əzəmət rəmzi, onlar arasında əlaqə vasitəsi etdi.230


Zadəganların və böyüklərin hakimiyyəti

Məkkədə vahid bir hökumət yox idi. Bir qrup təkəbbürlü zadəgan, güclü və nüfuzlu insan bir yerdə Məkkəni idarə edirdilər. Onların bir-biri ilə ixtilafları vardı, lakin yeni doğulmuş uşaq – yəni İslam qarşısında əlbir olmuşdular.231

Əziz Peyğəmbər dövrünün zülmət dünyası qarşısında təşvişə düşmədi... Məkkədə yalqız olduğu, yaxud kiçik bir qrup olan müsəlmanların onu əhatə etdiyi, qarşısında isə təkəbbürlü ərəb başçılarının, Qüreyş dilavərlərinin və hegemonların kobud rəftarla və qüdrətli əllə durduğu gün onlardan, yaxud elmdən heç bir bəhrəsi olmayan avam insanlardan qorxmadı, öz haqq sözünü dedi... sıxıntı və əzablara dözdü və böyük bir qrupu müsəlman etməyi bacardı.232
Ticari mərkəz

Məkkə böyüklərinin həyat damarları, yəni iqtisadiyyat və sərvətləri Kəbə evinin müqqədəsliyinə görə idi. Bəlkə bilirsiniz ki, Kəbə bütün yarımada ərəblərinin böyük mərkəzi idi. Oraya hörmət gözü ilə baxırdılar. Ziyarət məqsədilə hər il haram (hörmətli) ayda oraya gedir və bu gün həcdə gördüyünüz bəzi ayinləri icra edirdilər. Yarımadanın ətrafından Kəbəyə gələn ərəblər təkcə ziyarət məqsədilə gəlmirdilər, bundan əlavə, ora həm də alış-veriş bazarı idi. Məkkənin əsasən, Əbu Ləhəb, Əbu Cəhl, Əbu Süfyan, Ütbə və digər böyüklərdən ibarət tacirləri ildə iki dəfə etdikləri ticarət səfərlərində Məkkəyə gətirdikləri malları həcc mərasimində ətraf qəbilələrə və şəhərlilərə satır və bundan çoxlu qazanc götürürdülər. Deməli, Məkkə ticarət mərkəzi kimi oranın böyükləri və Qüreyş başçıları üçün gəlir mənbəyi idi. Peyğəmbərin dəvəti bu evin hörmət və müqəddəsliyinə zərər yetirəcəkdisə, onda belə böyüklərin maliyyə vəziyyətinə olduqca böyük ziyan toxunacaqdı.233





Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə