Microsoft Word Tedqiqat 1-hisse erc doc



Yüklə 300,96 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü300,96 Kb.
#69171


                                                                         

 

 

 

EHTİYAT BÜDCƏ FONDLARI  

BEYNƏLXALQ TƏCRÜBƏDƏ 

 

Giriş 

Azərbaycan Respublikasının büdcə qanununda nəzərdə tutulan və digər ölkələrin 

müvafiq büdcə  bəndlərindən bir sıra zəruri cəhətlərinə görə  fərqlənən büdcə 

maddələrindən biri Ehtiyat fondlar və onun tərkib hissəsi olan Azərbaycan Prezidentinin 

ehtiyat fondu ilə bağlı bənddir. Bir çox ölkələrin büdcə qanunlarının müvafiq bəndləri ilə 

müqayisədə Azərbaycan Respublikasının büdcə qanunda bu xərc maddəsi büdcənin 

nisbətən daha böyük hissəsini (7%) əhatə edir. Ehtiyat fondun tərkibində “Prezidentin 

ehtiyat fondu”-nun ayrıca nəzərdə tutulması halına isə, demək olar ki, heç bir ölkənin 

büdcə qanununda rast gəlinmir. Bu baxımdan, beynəlxalq təcrübədə ehtiyat fondlar, 

onlardan istifadə qaydaları və şəffaflıq və hesabatlılığın təmin olunması mexanizmlərinin 

öyrənilməsi Azərbaycan Respublikası büdcəsinin müvafiq bəndini təhlil etmək 

baxımından zəruri əhəmiyyət kəsb edir.   

Araşdırma bir sıra ölkələrin büdcə qanununda nəzərdə tutulan ehtiyat fondlarının 

təhlilinə  və beynəlxalq təcrübədə ehtiyat fondların müəyyənləşdirilmə, xərclənmə, 

şəffaflıq və hesabatlılıq mexanizimlərinin təqdim olunmasına həsr olunub. Araşdırma 

məqsədilə Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Beynəlxalq 

Maliyyə Fondu (BMF) kimi dünyanın nüfuzlu maliyyə institutlarının büdcə sistemi və 

milli büdcə qanunları ilə bağlı tövsiyyələrindən, eləcə də, 20-yə qədər müxtəlif dövlətin 

büdcə qanunlarından istifadə olunub. Reprezentativliyi qorumaq məqsədilə araşdırmaya 

inkişaf etmiş  və inkişaf etməkdə olan, post-sovet və post-sosialist, habelə  əsas gəlir 

mənbələrini mədən sənayesi təşkil edən dövlətlər cəlb olunub.  



 

 

 



 

 

1.  Milli büdcə qanunlarında nəzərdə tutulan ehtiyat fondların 



müqayisəli təhlili: beynəlxalq təcrübədə ehtiyat fondların 

məqsədləri, həcmi, istifadəsi və bu fondlar üzrə hesabatlılıq 

 

1.1

 

Ehtiyat fondlar: Məqsədləri 

 

Bir çox dövlətlərin büdcə sistemi haqqında qanunları və digər müvafiq qanunvericilik 



aktları, qaydaları  və normaları büdcə xrəclərindən istifadədə  səlahiyyəti olan dövlət  

orqanlarına konkret situatsiyalarda büdcədə  nəzərdə tutulandan artıq xərcləmələrə yol 

vermələrini  əks etdirir. Milli büdcə sistemi qanunlarına dair mütəmadi araşdırmalar 

aparan və öz tövsiyyələrini hazırlayan beynəlxalq təşkilatlar da büdcədə  əvvəlcədən 

planlaşdırılması  çətin olan bəzi xərclər üçün xüsusi ehtiyat fondlarının ayrılmasını 

məqsədəuyğun hesab edirlər. Bununla belə, beynəlxalq təşkilatlar bu cür büdcə maddələri 

üzrə  səlahiyyətli orqanların öz səlahiyyətlərindən sui-istifadə hallarının qarşısını almaq 

məqsədilə, bu cür maddələr üzrə məhdudiyyətlərin nəzərdə tutulmasının zəruri olduğunu 

qeyd edirlər (İƏİT 2004: 111-112). Ümumiyyətlə,  İƏİT (2004) və BMF (2007) kimi 

beynəlxalq təşkilatlar bu cür xərclərdən istifadəni xüsusi hallarla, fövqəladə hallar, təbii 

fəlakətlər və digər bu cür vəziyyətlərlə  məhdudlaşdırırlar. Beynəlxalq Maliyyə Fondu 

hətta bu cür xərc maddələrini büdcənin 1-3% həcmində müəyyənləşdirilməsini və bu 

fond üzrə  səlahiyyətlərin müvafiq ölkələrin maliyyə nazirlərinə  həvalə edilməsini 

tövsiyyə edir (BMF 2007: 13).  

Bir sıra dövlətlərin milli büdcə qanunlarını müqayisə edərkən ehtiyat fondların həcmi 

və onlar üzrə səlahiyyətin hansı orqana həvalə edilməsi ilə bağlı bir sıra fərqli cəhətlərin 

müşahidə olunmasına baxmayaraq, ümumilikdə milli büdcələrdə nəzərdə tutulan ehtiyat 

fondlarının əsas məqsədləri beynəlxalq maliyyə qurumlarının bununla bağlı tövsiyyələri 

ilə üst-üstə düşür. Başqa sözlə, demək olar ki, əksər dövlətlərin milli büdcə qanunlarında 



ehtiyat fondlar büdcədə  əvvəlcədən nəzərdə tutulmayan və ya proqnozlaşdırılmayan, 

lakin büdcə ili ərzində baş verə biləcək hər hansı bədbəxt hadisələrin, fövqəladə halların 

və bu kimi vəziyyətlərin aradan qaldırılması  məqsədilə  nəzərdə tutulur. Bu cür 

müddəalara Kanada, Almaniya, İspaniya, Yaponiya, İngiltərə  və bu kimi inkişaf etmiş 

dövlətlərin büdcə qanunlarında, siyasi quruluşu və iqtisadi inkişaf yolu Azərbaycana 

yaxın olan post-sovet və post-sosialist ölkələrinin (məs: Ukrayna, Gürcüstan, Ermənistan, 

Moldova və Bolqariya), eləcə də neft və digər təbii ehtiyatlarla zəngin olan dövlətlərin 

(məs: Qana, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela) büdcə qanunlarında da açıq 

şəkildə rast gəlmək mümkündür. 

 

 



1.2

 

Ehtiyat fondlar: Həcmləri 

 

Ayrılmış büdcə  xərclərindən səmərəli istifadə etmək və büdcə maddələri üzrə 



səlahiyyətə malik orqanların artıq xərclərə yol verməsinin qarşısını almaq məqsədi ilə, 

ehtiyat fondların məbləğinin mümkün qədər büdcənin kiçik bir hissəsi həcmində 

müəyyənləşdirmək zəruridir.BMF (2007) bu məqsədlə ehtiyat fondların həcminin ümumi 

büdcə xərclərinin 1-3%-i həcmində müəyyənləşdirməyi tövsiyyə edir. Buna baxmayaraq, 

bir sıra dövlətlərin büdcə qanunlarının təhlili göstərir ki, ümumilikdə milli büdcə 

qanunlarında nəzərdə tutulan ehtiyat fondların həcmi ümumi büdcənin 1-5%-i həcmində 

dəyişir. Aşağıdakı diagramda müxtəlif dövlətlər üzrə ehtiyat fondların ümumi büdcədə 

həcmi əks olunub: 

 

DİAQRAM 1 

 



Dövlət Büdcəsində ehtiyat fondların həcmi

3%

5%

5%

2%

5%

3%

2%

2%

2%

1%

5%

Albaniya

Ermənistan

Bəhreyn

Gürcüstan

İraq

Makedoniya

Cənubi Africa

İspaniya

Türkiyə

Ukrayna

Vyetnam

 

  

 



Buna baxmayaraq, bir sıra dövlətlərin (məs: Bolqarıstan, Xorvatiya, Moldova və 

Birləşmiş Ərəb Əmirlikləri) büdcə sistemi haqqında qanunlarında ehtiyat fondların həcmi 

konkret olaraq göstərilmir və bu cür xərc maddələri hər ilin büdcə ilinin əvvəlində 

müvafiq orqanlarla müzakirələr nəticəsində müəyyən edilir. Bəzi dövlətlər (məs: Fransa) 

isə fövqəladə halların baş verdiyi zaman müvafiq orqannın göstərişınə  əsasən bu cür 

halların aradan qaldırılması məqsədilə büdcəyə müvafiq dəyişiklik edilir.  

 

 

 



1.3

 

Ehtiyat fondlar üzrə səlahiyyətlər 

 

Bir sıra dövlətlərin büdcə sistemi qanunlarının təhlili göstərir ki, ehtiyat fondlardan 



istifadə səlahiyyətləri həmin qanunlarda açıq şəkildə müvafiq dövlət orqanlarına həvalə 

olunur. Hər hansı bir orqanın öz hüquqlarından sui-istifadə etməsinin qarşısını almaq və 

hesabatlılığı artırmaq məqsədilə bu cür xərclərdən istifadə zamanı iki və daha artıq dövlət 

orqanının belə xərclər üçün razılıq verməsi və təsdiqləməsi tələb olunur. Təhlillər göstərir 

ki,  əksər dövlətlərdə ehtiyat fondları üzrə  səlahiyyət maliyyə nazirliyinə, nazirlər 

kabinetinə və ya parlamentə həvalə olunur. Bir çox hallarda isə ehtiyat fonddan istifadə 

səlahiyyətinə malik müvafiq orqan bunun üçün parlamentin və ya nazirlər kabinetinin 

yaxud ali icraedici orqanın razılığını alır.  




 

CƏDVƏL 1 



ÖLKƏNİN ADI 



EHTİYAT FONDLARDAN 

İSTİFADƏ SƏLAHİYYƏTİNƏ 

MALİK ORQAN 

EHTİYAT 

FONDLARDAN 

İSTİFADƏYƏ RAZILIQ 

VERƏN ORQAN 

1 Almaniya 

Müvafiq 

büdcə icraçıları Maliyyə Nazirliyi 

2 Yaponiya 

 

Nazirlər kabineti 



Parlament 

3 Korea 


Nazirliklər Parlament 

və Prezident 

Albaniya  



Müvafiq büdcə icraçıları Maliyyə Nazirliyi və Nazirlər 

Kabineti 

5 Ermənistan Müvafiq 

büdcə icraçıları Nazirlər kabineti 

6 Bəhreyn Nazirliklər Nazirlər kabineti 

7 Bolqarıstan Müvafiq 

büdcə icraçıları Nazirlər Kabineti 

8 Xorvatiya 

Nazirliklər Baş Nazir, Maliyyə Naziri və 

Parlament 

9 Gürcüstan 

Nazirliklər Prezident 

və Parlament 

10 


İraq Nazirliklər Maliyyə Naziri və Nazirlər 

Kabineti 

11 Makedoniya 

Maliyyə Nazirliyi 

Nazirlər kabineti 

12 Moldova 

Prezident 

Parlament 

13 Cənubi Afrika 

Nazirlik 

Milli Gəlir Fondu 

14 


İspaniya Nazirlik 

Xəzinə Nazirliyi və Nazirlər 

Kabineti  

15 Türkiyə Maliyyə Naziri 

16 Birləşmiş Ərəb Əmirlikləri Nazirlik 



Nazirlər Kabineti 

17 Ukrayna 

Nazirlər kabineti 

Müvafiq  olaraq,  Nazirlər 

Kabineti, Krım Muxtar 

Respublikasının Nazirlər 

Şurası, Yerli Dövlət 

Adminsitrasiyasının və  İcra 

Orqanlarının müvafiq 

radaları 

18 Venesuela 

Prezident 

Nazirlər Şurası 

 

Bəzi dövlətlərdə isə ehtiyat fondlardan istifadə nisbətən ümumi 



qanunauyğunluqdan fərqlidir. Belə ki, Serbiyanın büdcə qanununun 49-cu maddəsinə 

əsasən, milli icraedici orqan və yerli idarəetmə orqanlarının rəhbərləri maliyyə nazirinin 

və ya yerlərdə maliyyə  məsələlərinə  məsuliyyət daşıyan hər hansı orqanın təklifi ilə 

ehtiyat fondlardan istifadə edə bilər, lakin milli icraedici orqanın və ya yerli 

özünüidarəetmə orqanlarının ehtiyat fondlardan bu cür istifadəsi ümumi fondun 10%-ə 

qədər məbləği ilə  məhdudlaşdırılır.  İstifadə olunacaq məbləğ ehtiyat fondların 10%-ni 

keçdiyi təqdirdə, bu cür xərclər parlament vəyaxud yerli  özünüidarə orqanları şurasının 

qərarı ilə istifadə oluna bilər. Buna oxşar məhdudiyyətə Vyetnamın büdcə sistemi 

qanununda da rast gəlmək mümkündür. Qanunun 5-ci maddəsinə  əsasən, müvafiq 



qurumların ehtiyat fondundan müstəqil şəkildə istifadəsi bir milyon donq (Vyetnamın pul 

vahidi)


1

 ilə məhdudlaşdırılır. Qanuna görə ehtiyat fondlardan istifadə xərcləri bu məbləği 

keçdiyi təqdirdə, maliyyə nazirliyi və baş nazirin müvafiq icazəsi alınmalıdır.  

 

 



 

1.4 Şəffaflıq və hesabatlılıq  

 

 



Büdcənin digər bir çox maddələrində olduğu kimi, ehtiyat fondlarından istifadə 

olunan vəsaitlər üzrə  şəffaflıq və hesabatlılığın təmin olunması  zəruridir. Araşdırmaya 

cəlb olunmuş dövlətlərin büdcə sistemi haqqında qanunlarının təhlili göstərir ki, əksər 

ölkələrin qanunlarında ehtiyat fondlardan istifadə  səlahiyyətinə malik orqanların bu 

xərclərdən istifadə etmələrinə dair dövrü hesabat təqdim etmələri tələb olunur və bununla 

da şəffaflıq və hesabatlılıq bu və ya digər formada realizə edilir.    

Belə ki, əksər ölkələrin qanunlarında bu xərclərdən istifadəyə dair müvafiq 

orqanların qanunverici orqan (parlament) qarşısında hesabat verməsi nəzərdə tutulur. 

Belə ki, Albaniya, Ermənistan, Xorvatiya, Gürcüstan, Cənubi Afrika, İspaniya və 

Vyetnam kimi dövlətlərin büdcə qanunlarında nəzərdə tutulan müvafiq maddələrə görə, 

ehtiyat fondların istifadəsi barədə Parlamentə hesabat təqdim edilməlidir. Bəhreyn və 

İraq kimi dövlətlərdə isə, bu cür hesabatlar Nazirlər Kabinetinə  təqdim edilir. Bununla 

yanaşı, bəzi ölkələrdə (məs: Venesuela və Kanada) hesabatlılıq və  şəffaflıq ehtiyat 

fondun vəsaitlərindən istifadə barədə mətbuatda davamlı məlumatların dərc olunması ilə 

təmin edilir. Belə ki, Venesuelanın büdcə qanununun 53-cü maddəsinə  əsasən, ehtiyat 

fondun xərclərindən istifadəyə dair qərar dövlətin rəsmi qəzetində (“Official Gazette of 

the Bolivaria n Republic of Venezuela”) nəşr olunur. Buna baxmayaraq, bəzi dövlətlərdə 

(Makedoniya, Moldova və Birləşmiş  Ərəb  Əmirlikləri) bu cür hesabatlılıqla bağlı 

büdcədə  hər hansı bir spesifik tələb nəzərdə tutulmur. Bunu aşağıdakı  cədvəldən daha 

aydın görmək olar: 

 

 

                                      



1

 1000 Donq = 0,06 ABŞ dolları 




CƏDVƏL 2 

# Ölkənin adı Hesabatlılıq və şəffaflığın təmin olunması mexanizmi 

1 Albaniya 

 

Maliyyə Naziri ehtiyat fondlardan istifadəyə dair Parlamentə dövrü 



hesabat təqdim edir. 

2 Ermənistan Növbəti maliyyə ilinin May ayının 1-nə  qədər Nazirlər kabineti 

Parlamentə müvafiq əsaslandırma da daxil olmaqla ehtiyat fondlarından 

istifadəyə dair hesabat təqdim edir.  

3 Bəhreyn Ehtiyat 

fondlarda 

istifadə edildikdən sonra bir ay müddətində Nazirliklər 

bu cür xərclərə dair geniş hesabat hazırlayıb Nazirlər kabinetinə  təqdim 

edirlər.  

4 Xorvatiya 

Maliyyə nazirliyi ehtiyat fondlardan istifadəyə dair hökumətə aylıq, 

parlamentə isə rüblük hesabatlar təqdim edir.  

5 Gürcüstan 

Maliyyə nazirliyi Parlamentin maliyyə  və büdcə  işi üzrə komitəsinə 

ehtiyat fondlardan istifadəyə dair rüblük hesabatlar təqdim edir.  

İraq Ehtiyat 



fondlardan 

istifadəyə dair hesabatlar milli qanunverici orqana 

təqdim edilir. 

Serbiya  



Ehtiyat fondlardan istifadəyə dair hesabat Parlamentə təqdim olunur. 

8 Cənubi Afrika 

Ehtiyat  fondlardan  istifadə olunacaq məbləğ barədə Parlamentə  və Baş 

Auditora hesabat təqdim olunmalıdır. 

İspaniya Hökumət Xəzinə Nazirliyinin vasitəsilə ehtiyat fondlardan istifadəyə dair 



Parlamentə rüblük hesabatlar təqdim edir. 

10 Türkiyə 

İlin yekunlaşmasından sonra 15 gün müddətində Maliyyə Nazirliyi ehtiyat 

fondlardan istifadə olunmuş  xərclərin məzmunu, məbləğini və ondan 

istifadə etmiş təşkilatların adlarını elan edir 

11 Ukrayna 

Ukrayna 

Xəzinədarlığl ehtiyat fondlarından istifadəyə dair Ukrayna Ali 

radasına, Nazirlər Kabinetinə, Hesablama Palatasına və Maliyyə 

Nazirliyinə aylıq hesabat təqdim edir. 

12 Venesuela 

Ehtiyat 


fondlarından istifadəyə dair qərar milli qəzetdə dərc olunur. 

13 Vyetnam 

Ehtiyat 

fondlardan 

istifadəyə dair hökumət Parlamentin Mərkəzi Büdcə 

Ehtiyatı üzrə Komissiyasına aylıq, Parlamentə isə onun ən erkən keçirilən 

sessiyasında hesabat təqdim edir.   

 

 



 

Nəticə 

 



Beynəlxalq təşkilatların büdcə sistemi ilə bağlı tövsiyyələri və bir sıra dövlətlərin 

büdcə qanunlarının təhlili büdcədə  nəzərdə tutulan ehtiyat fondlar barədə  aşağıdakı 

qənaətlərə gəlməyə əsas verir: 

 

1)  Büdcədə  nəzərdə tutulan ehtiyat fondları mümkün qədər büdcənin kiçik bir 



hissəsini əhatə etməli və bu xərclərin həcmi büdcənin təqribən 1-3%-i həcmində 

olmalıdır; 

2)  Ehtiyat fondların istifadəsi ilə bağlı konkret məqsədlərin (əsasən gözlənilməyən 

fövqəladə halların aradan qaldırılması) nəzərdə tutulması  zəruridir; 

3)  Ehtiyat fondlardan istifadə zamanı hesabatlılıq,  şəffaflıq və  xərclərə  nəzarət 

baxımından ölkənin ali qanunverici orqanının, parlamentin, icazəsi zəruridir; 

4)  Ehtiyat fondlardan istifadəyə, xərclərin həcminə  və istiqamətlərinə dair sadəcə 

illik deyil, həmçinin rüblük və ya aylıq hesabatların təqdim olunması zəruridir; 

5)  Bununla yanaşı, şəffaflığın daha yüksək səviyyədə təmin etmək məqsədilə bu cür 

xərclərdən istifadəyə dair qərarlar, xərclərin həcmləri və  məqsədləri ilə bağlı 



məlumatlar mətbuatda davamlı şəkildə çap olunmalıdır. 

Yüklə 300,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə