Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə1/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
  1   2   3   4   5   6   7   8   9   ...   43
ümumi psixologiyaTSP


Ümumi psixologiya üzrə dövlət imtahan sualları

  1. Psixologiyanın predmeti

Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə fərqlənən bir dövrdür. Özünün qədim tarixiliyi ilə fərqlənən elm sahələri ilə yanaşı tamamilə yeni elmlərin meydana gəlməsi onları bir-birlərindən fərqləndirməyi, onlardan yerliyerində bəhrələnməyi tələb edir. Bu elmlərin bir çoxunun obyekti eyni olduğu halda, onlar öz predmetlərinə görə birbirlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus hadisələr təşkil edir. Bu hadisələrdən bəziləri olduqca mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ qədim zamanlardan insanların diqqətini cəlb etmiş, bu sahədə müxtəlif fikirlərin, görüşlərin meydana gəlməsinə səbəb olmuşdur. Psixologiyanın öyrəndiyi bu hadisələr psixi hadisələr adlandırılmışdır. Psixi hadisələrin təsnifi və onun strukturu müxtəlif mövqelərdən şərh olunmuşdur. Bu sahədə daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması ilə bağlı olan fikirlərdir: psixi proseslər, psixi hallar, psixi xassələr .
Psixi proseslər insan davranışının ilkin tənzimləyicisi kimi meydana çıxır. Psixi proseslərə duyğu, qavrayış, hafizə, diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi proseslərin müvafiq başlanğıcı, gedişi və sonu vardır. Məhz buna görə də psixoloqlar psixi proses termininin psixi faktın prosessuallığını nəzərə çarpdırmağını qeyd edirlər. Psixi prosesləri üç qrupa ayırırlar: idrak prosesləri, emosional və iradi proseslər.
Psixi hadisələrin quruluşu
İdrak prosesləri gerçəkliyi dərk etmək, gerçək aləm haqqında məlumatların qavranılması və işlənməsi ilə bağlı olan psixi proseslərdir. Bunlara duyğular, qavrayış, hafizə, diqqət, nitq, təfəkkür, təxəyyülü aid etmək olar.
Emosional proseslərə insanların gerçəkliyə münasibətləri ilə bağlı olan hisslər daxildir. Gerçək aləmdə baş verən hər hansı bir hadisə insanda müsbət və mənfi emosiya yarada bilir ki, bu da onun fəaliyyətinə müvafiq təsir göstərir.
nsanın həyat və fəaliyyətində iradi proseslərin də rolu az deyildir. İradi proses özünü insanın qərar qəbulu, çətinlikləri aradan qaldırmaq, öz davranışını idarə etmə şəraitində aydın şəkildə göstərir.
Psixi hallara gəldikdə onlar bütövlükdə insanın psixi vəziyyətini xarakterizə edirlər. Onlar da psixi proseslər kimi özlərinin dinamikliyinə, istiqamətinə, nisbi davamlılığına, intensivliyinə görə fərqlənirlər. Bununla yanaşı olaraq psixi hallar psixi proseslərin gedişinə və nəticələrinə təsir göstərə, fəaliyyəti gücləndirə və ya ləngidə bilər. Psixi hallara dirçəliş, məyusluq, qorxu, ümidsizlik, ruhdan düşmə, gümrahlıq və s. aid etmək olar
Psixi hadisələrin üçüncü qrupuna şəxsiyyətin psixi xassələrini aid edirlər. Şəxsiyyətin psixi xassələri özlərinin yüksək davamlılığı və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə şəxsiyyətin istiqamətini, temperament, xarakter və qabiliyyətləri aid edirlər. Psixoloqlar belə qənaətə gəlmişlər ki, bu xassələrin inkişaf səviyyəsi, eləcə də psixi proseslərin inkişaf səviyyəsi və psixi halların üstünlüyü insanın təkrarolunmazlığını, fərdiyyətini təmin edir.
Bütün qeyd olunanları nəzərə alaraq psixologiyaya bir elm kimi belə tərif vermək olar: Psixologiya obyektiv gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr, onların yaranma və inkişaf qanunları haqqında elmdir.



  1. Psixika və şüur

Şüur-psixikanın ən yüksək ictimai cəhətdən şərtlənmiş insanaməxsus formasıdır.
İnikasın yüksək formasına insan şüuruna keçid şəraiti-Psixikanın ən yüksək forması olan şüura keçid aşağıdakı şəraitlərlə şərtlənir.
1. İnsanın ayaq üsdə yeriməsi nəticəsində əllərinin azad olması və onun əlləri ilə müxtəlif manipulyasiyalar aparması. Ən manipulyativ davranış meymundadır.
2.Insanın əmək alətləri hazırlaması qoruması , təkmiləşməsi və onlardan istifadə etməsi.
3. Kollektiv həyat tərzi.

  1. Dildən ünsiyyət vasitəsi kimi istifadə etməsi.

Şüurun 2 forması ayrılır.
1. Fərdi şüur.
2. İctimai şüur.
Fərdi şüur- dedikdə konkret bir fərdi şüuru başa düşülür. Fərdi şüuru psixologiya elmi öyrənir. İctimai şüur- dedikdə müəyyən cəmiyyət üçün, sosiyal qrup üçün səciyəvi olan ideyalar və baxışlar məcmuyu başa düşülür. Məs.din,elm,fəlsəfə,əxlaq,incəsənət və.s.
Fərdi şüur insan dünyaya gəldiyi dövrdən ölənə qədər inkişaf yolu keçmişdir.
İctimai şüur isə nəsillərdən nəsillərə ötürülür. Hər ikisində inkişaf və dəyişmə mövcutdur.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə