Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə60/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

bütövlüyü,  təmizliyi  mühafizə  oluna  bilər.  Ümumi  və  yaxudda 
təbii problemlərə təbiətin bir çox kortəbii hadisələri ilə bağlı olan 
problemləri  misal  göstərmək  olar.  Çətinlik  və  qarşısı 
ahnmamazlıq  onunla  bağlıdır  ki,  təbiət  hadisələrinin  bir  çoxu 
gözlənilmədən olur. Onlar təbiətdə qəflətən baş verən fövqalədə 
dinamik proseslərdə bağlıdır. Təbii fəlakətlər baş verərkən çoxlu 
insan  itgisinə  səbəb  olur  və  iqtisadiyyata  böyük  zərər  vurulur. 
Fəlakətlə  nəticələnmiş  təbiət  hadisələri  rayonun  coğrafi 
şəraitindən, tarixi, .sosial və iqtisadi inkişafından da çox asılıdır. 
Dəhşətlisi  budur  ki,  təbii  fəlakətlər  iqtisadiyyata  xeyli  maddi 
ziyan  vurmaqla  yanaşı  çox  regionlarda  insanları  qorxu  altında 
saxlayır (vulkanlar, zəlzələlər, sellər, səhralaşma və s.)  
Orqanizmin  ekoloji  dözümlülük  həddi  daxilində 
böyüməsi  və  inkişafı  eyni  deyildir.  Orqanizm  üçün  hər  btr 
faktorun  zəiflədici təsir  bölgələri  arasında  optimal  təsir  bölgəsi 
yerləşir. Həmin optimal bölgədə orqanizm özünün ən yaxşı hiss 
edir.  Lakin  bəzi  növün  müəyyən  ekoloji  faktora  qarşı  optimal  
tələbi  onun  ekoloji  dözümlülük  həddi  diapozonu-  nun  orta 
hissəsinə yox, bir tərəfinə düşə bilər. Məsələn, qı- zılxallı (forel) 
balığın  körpələri  üçün  çayda  optimal  şərait,  oksigenin  orta 
miqdarda olduğu yer deyil, ən çox zəngin olduğu hissədir. 
Bioloji növ elə şəraitdə yaşayıb qala bilir ki, onu təşkil 
edən  fərdlər  ekoloji  dözümlülük  həddinin  optimal  bölgəsində 
yerləşmiş olsunlar. Belə şəraitdə həmin fərdlər mövcud olmaqla 
kifayətlənməyib,  nəsil  verə  bilirlər.  Məhz  optimal  ekoloji 
şəraitdə yerlqşmiş fərdlər xəstəliyə, parazitlərə, təbii düşmənlərə 
və  müxtəlif  antropogen  təsirlərə  müqavimət  göstərib  yaşaya 
bilirlər. 
Təbiətin  müasir  vəziyyəti  üç  qrup  qarşılıqlı  əlaqəli 
problemlərlə  səciyyələnir  ki,  bu  da  təbiəti  mühafizənin  əsas 
vəzifələrini  təyin  edir: 
təbii  ehtiyatların 
tükənməsi,  ətraf 
mühitin  çirklənməsi,  təsərrüfatla  əlaqədar  təbii  landşaftların 
dəyişməsi və antropogen landşaftların yaranması.  
200 


7.2.
 
Ətraf mühitin mühafizəsini təmin edən 
antropogen tədbirlər 
Ətraf  mühiti  mühafizəni  təmin  edən  antropogen 
tədbirlər  müxtəlifdir.  Bunların  içərisində  ətraf  mühiti  köklü 
dəyişdirən  amillərdən  biri  böyük  ərazilərdə  hidrotexniki 
qurğuların  tikilməsidir.  Bu  qurğular  tikilərkən  mütləq  təbiəti 
mühafizə tədbirləri nəzərdə tutulmalıdır. Bu qurğular tikildikdən 
sonra ətraf mühitə antropogen təsirlər daha da artır. Bu qurğular 
tikildikdən  sonra  münbit  torpaqlar,  meşələr  su  altında  qalır, 
balıqların  həyal  tərzi  dəyişir,  axın  tənzismləndiyi  üçün  tuqay 
meşçələri su almır və nəticədə quruyub məhv olur. K anallardan 
sızma  baş  verir,  torpaqların  şorlaşması  və  şorakətləşməsi,  bəzi 
yerlərdə  isə  bataqlaşma  baş  verir.  Ona  görə  də  hidrotexniki 
qurğuları  tikərkən  onun  törədə  biləcəyi  fəsadları  qabaqcadan 
proqnozlaşdırmaq  lazımdır.  Bu  qurğuların  törətdiyi  fəsadları  
başqa lədiıiəıdə qismən nizamlamaq mümkündür. 
BiUüıı  hidrotexniki  qurğular 
-  sututorlar,  kanallar, 
qurutma və suvarma sistemləri, təmizləyici qurğular təbii ərazi 
komplekslərinə  qüvvətli  təsir  göstərməklə,  onların  tam  və 
müəyyən dərəcədə yenidən qurulmasına səbəb olurlar. Ona görə 
də  hidrotexniki  sistemlər  təbiətin  dəyişdirilməsində  böyük  rol 
oynayırlar. 
Təbiəti 
mühafizə 
nöqteyi-nəzərindən 
bu 
dəyişdirmələr  həm  müsbət,  həm  də  mənfi  xarakter  daşıyır. 
Deməli,  təbiətə  hidroloji  təsir  göstərərək  hər  bir  layihə  nəinki 
mühəndisi,  həm  də  landşaft-ekoloji  ekspertizadan  keçməlidir. 
Yalnız  bu  şərtlər  yerinə  yetirməklə  təbiətdən  səmərəli  istifadə 
elməyə  və  bu  halda  bir  çox  səhvlərin  qarşısını  almaq 
mümkündür.  Həm  də  ki,  planlaşdırma  və  layihələşdirmə 
mərhələsində bir çox təbiəti mühafizə tədbirlərini planlaşdırmaq 
olar. 
Konkret  landşaft-coğrafi  xüsusiyyətlərdən  asılı  olaraq, 
hər  bir  hidrotexniki  sistem  təbii  şəraitə  müxtəlif  təsir  göstərir. 
Məsələn, meşə zonasında yaradılmış su anbarı 
201 


bataqlaşma, çöl zonasında yaradılmış su anbarı isə 
torpaqların şorlaşması ilə müşayiət olunur. Təmizləyici  
qurğular suyu təmizləməklə, su hövzələrinin təmizliyini  
təmin edirlər. Az sulu bölgələrdə hətta ən müasir təmizləyici  
qurğular belə su mənbələrinin keyfiyyətcə tükənməsinin 
qarşısını ala bilməz. Sözsüz ki, hər hansı hidrotexniki  
sistemin tikintisi nəticəsində baş vermiş dəyişikliyin  
proqnozlaşdırılması o zaman müsbət nəticə verə bilər ki,  
onlar konkret təbii ərazi komplekslərinə aid landşaft - 
coğrafi tədqiqatlara əsaslanmış olsun. 
Hər hansı bir hidrotexniki layihəni qiymətləndirər - 
kən, onun tikilməsi nəticəsində əmələ gələ biləcək geniş  
landşaft-ekoloji dəyişikliklər nəzərə alınmalıdır. Belə ekoloji 
ekspert qiymətləndirmə bir çox təbiəti mühafizə tədbirlərini  
həll etməyə imkan verir. Məsələn, XX əsrin 50-ci illərində 
Rusiyada Ob çayının aşağı axınlarında böyük su elektrik 
stansiyası və su anbarının layihəsi hazırlanmışdır. Lakin  
layihənin coğrafi ekspertizası göstərdi ki, bu layihə həyata  
keçərsə Qərbi Sibirin çox geniş ərazilərində təbii və 
təsərrüfat -iqtisadi şərait xeyli pisləşə bilər. Beləı ki, bu  
halda, çayın axım sürəti azalar ki, bu da balaqlaşmanın  
genişlənməsinə, o cümlədən də neft istehsal olunan 
ərazilərində bataqlaşmaya səbəb olar. Yaxşı kənd 
təsərrüfatı üçün yaralı geniş torpaq 
qalar, meşələrin vəziyyəti pisləşər 
korlanar. Ob çayının mənsəbində 
dənizində buzların qalma müddətini artırar ki, bu da nəinki  
Qərbi Sibirin, həm də, Şərqi-Avropa düzənliyinin geniş 
ərazilərində çox böyük, gözlənilməyən iqlim dəyişikliklərinə 
səbəb ola bilər. Bu layihənin bütün coğrafi-ekoloji və 
iqtisadi nəticələr verə biləcək qiymətini öyrənmək üçün  
kompleks ekspertiza göstərdi ki, bu layihənin nəticəsində 
təbii şəraitdə arzu olunmaz təsirlər çox ola bilər, xalq  
təsərrüfatı üçün onun zərəri-xeyrindən çox olur. Bunun 
nəticəsində, mühəndisi nöqteyi-nəzərdən çox səmərəli 
sahələri suyun altında 
bi;- çox landşaftlar və 
bəlkə də Karsk 
202 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə