uzun müddolo yavxşılaşdınimasına ŞvOrait yaradaraq, kənd
təsərrüfatı, meşə və su təsərrüfatının inkişafına və
məhsuldarlığına
müsbət
təsir
göstərir.
Meliorasiyanın
öyrənilməsinə ekoloji yanaşma iki sistem altında başa
düşülməlidir. Subyekt və obyekt (mühit, şərait, ehtiyatlar), onlar
arasında dinamik əlaqələr, mühitin obyektə təsiri (bitki,
heyvanat, insan kimi başa düşülür).
Kənd təsərrüfatında adətən üç cür meliorasiya tədbirləri
nəəqbul sayılır.
1.
Qurutma meliorasiyası. Yəni torpaqların həddən artıq
nəmlənməsi və bataqlaşması iqlim, hidroloji, hidrogeoloji və
geomorfoloji səbəblərdən yaranır. Belə hallar əsasən
mülayim qurşaqlarda bataqlıqların qurudulmasmdan sonra
istifadəsini nəzərdə tutur.
2.
Suvarma mlciorasiyası əsasən arid zonalarda (məsələn,
Azərbaycan, orta Asiya və s.) geniş tətbiq olunur. Suvarma
meliorasiyasının suvarma, yuma və başqa meliorativ
tədbirlərlə tənzim olunur. Suvarma üsulları aşağıdakı
növlərə bölünür: 1) aerozol (kiçik dirspersli), 2) səthi, 3)
yağış yağdırma, 4) torpaqdaxili, 5) yeraltı. Bunların hər biri
yerli təbii və təsərrüfat şəraitinə həmçinin kənd təsərrüfatı
məhsullarının
yetişdirilməsi
xüsusiyyətlərinə
uyğun
gəlməlidir.
3.
Fitomeliorasiya-bitkilərin köməyi ilə təbii şəraiti kökündən
yaxşılaşdırmaq qaydaları sistemidir (ağac, kol, ot örtüyü).
Fitomciiorasiya torpaqlarının duzlardan yuyulmasından
sonra ərazinin çılpaq qalmaması üçün tə.tbiq olunur, çünki
yuyulmuş ərazi qida elementlərini itirmiş olur, düşən günəş
radiasiyası işə yeri bərk qızdıraraq üzvi qalıqların yanmasına
(parçalanmasına), yəni humus əmələ gəlməsinə yox,
minerallaşmasma səbəb olur. Fitomciiorasiya təsərrüfat
dövriyyəsinə bir çox yararsız torpaqların qaytarılmasım,
çayların su rejiminin dəyi.şdirilməsini, axının azalmasına,
torpaq eroziyasına qarşı mübarizəni, kənd təsərrüfatında
206
məhsuldarlığının artırılmasını, insanların yaşayış tərzinin
yaxşılaşdırılmasını təmin edir.
Fitomeliorasiyanı iki əsas qrupa bölmək olar; a) meşə
meliorasiyası və b) ot örtüyünün köməyi ilə meliorasiya.
Azərbaycan Respublikası ərazisində yayılmış torpaqlar
arasında münbitliyi etibarı ilə ən pis şorlaşmış və şorakətləşmiş
torpaqlardır. Bu torpaqlarda əkilən bitkilərin məhsulu torpağın
şorlaşma və şorakətləşmə dərəcəsindən asılı olaraq, bəzən yox
dərəcədə olur. Belə torpaqlardan səmərəli istifadə etmək
məqsədilə onların əsaslı surətdə yaxşılaşdırılması lazımdır.
Azərbaycanda
meliorasiyanın
inki,şarmın
əsas
xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o tarixən möhkəm
elmi ,əsasa söykənir.
Azərbaycan ərazisində torpaqların meliorasiyasının və
suvarılmasının əsaslarının bizim eradan əvvəl qoyulduğunu
Muğan düzündə aşkar edilən kanal və kollektorlar təsdiq edir.
Dünyanın və Rusiyanın mütərəqqi zəkaları irric|asiyaya böyük
əhəmiyyət verdiklərindən XIX əsrin 60- cı illərində, ilk dəfə
olaraq Muğanda suvarma şəbəkəsi tikilmişdir. Kifayət qədər
elmi əsasa malik olmayan suvarma torpaqların şorlaşmasına
gətirmişdiki, bu cür problemlərin həlli XXI əsrdə də davam
etdiriləcəkdir.
Azərbaycanda meliorasiya sahəsində ilk tədqiqatlar
1914-cü ilə təsadüf edən Cəfərxan şoran stansiyasında həyata
keçirilən və müxtəlif şəraitdə şorlaşmanın genezisinin
öyrənilməsinə aiddir. Məmin dövrdən başlayaraq bu stansiyada
torpaqlarının ilkin mənimsənilməsinə, drenajın tikintisinə və
şorlaşmanın meliorasiyasına aid fasiləsiz olaraq kompleks
tədqiqatlar aparılır.
Müasir təsəvvürlərə görə torpaq örtüyü yerdə biosferin
komponenti olmaqla yanaşı qurunun bitki örtüyü ilə birgə
dünyanın torpaq-ekoloji sistemini təşkil edir.
Rekultivasiya tədbirləri.
Pozulmuş, əsasən də
207
insanların antropogen fəaliyyəti nəticəsində pozulmuş torpaqların
bərpası başa düşülür. Elmi-texniki inqilab dövründə faydalı
qazıntıların geniş ərazidə istismarı, sənaye müəssisələrinin,
texnikanın
müəyyən
ərazilərdə,
xüsusilə
şəhərlərdə
yerləşdirilməsi və əhalinin bu yerlərdə cəmləşməsi antropogen
landşaftın səciyyəvi xüsusiyyətidir. Yeraltı sərvətlərdən istifadə
etməklə onun mənzərəsini dəyişməklə təbiətə bir sıra mənfi təsir
göstərir. Həmin mənfi təsirlərdən biri də torpaq sərvətlərinin
korlanmasıdır. Bu yolla korlanmış, çirklənmiş, qazıntı və tullantı
materiallarını yaxşılaşdırıb istifadə etmək dövrümüzün mühüm
məsələlərindən biridir. Praktikada bu işlərlə məşğul olan elm
sahəsi rekultivasiya adlanır.
Azərbaycanda rekultivasiyaya ehtiyacı olan torpaqlar
antropogen
landşaftın
lexnogen
sahələrində,
faydalı
qazıntılardan, tikinti materiallarından istifadə edilən sahələrin,
sənaye obyektlərinin, şəhərlərin ətrafındadır. Sənaye tullantıları,
yeraltı sərvətlərin dağıntıları, qazıntı materialları vasitəsilə
basdırılmış və çirkləndirilmiş torpaqlar əsasən Abşeron
yarımadasında, Siyəzəndə, Kür-Araz ovalığında, neft mədənləri
sahəsində. Kiçik Qafqazın, qismən də Böyük Qafqazın
dağ-mədən sənayesi və böyük şəhərlər ətrafındadır. Hazırda
Abşeron yarımadasında neft və neft mənşəli tullantılarla
çirklənmiş, rekultivasiyaya ehtiyacı olan torpaqlar təkcə neft
rayonları və qəsəbələri arasında deyil, eyni zamanda da Bakı
şəhərinin ətraf hissəsində də geniş yayılmışdır ki, dəu da
şəhərsalma və yaşıllaşdırma işində, həm də yarımadada
kurort-sağlamlıq ocaqlarının yaradılmasına xeyli maneçilik
törədir. Torpağın pozulması faydalı qazıntıların yataqlarından
istifadə etdikdə (əsasən açıq üsulla), geoloji kəşfiyyat axtarış
işləri zamanı, tikintilər və s. işlərin nəticəsində baş verir.
Torpaqların rekultivasiyası adətən üç mərhələdə aparılır:
mexaniki və ya texniki; kimyəvi və bioloji
rekultivasiya.
208
Dostları ilə paylaş: |