Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə63/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

Birinci  mərhələ,  tədqiqat  Abşeron  yarımadasında 
aparılırsa,  əvvəlcə  neftlə  çirklənmiş  ərazilərə  gələn  bütün 
çirkabların,  neftli  suların  qarşısı  alınır,  ərazi  qurudulur,  sonra 
oradan daş, kəsək, truba, taxta və başqa əşyalar kənarlaşdırılır. 
Ərazidə neftlə bulaşmış qat çox qalınsa, qazılıb kənara çıxarılır, 
sonra  ərazi  şumlanır.  Bundan  sonra  kimyəvi  rekultivasiya 
mərhələsinə  başlanır,  torpağa  üzvi  və  mineral  gübrələr,  bioloji 
reogentlər  verilir,  torpaq  şumlanır,  xırdalanır,  malalanır,  bir 
sözlə  əkinə  hazırlanır.  Sonra  bioloji  rekultivasiya  başlayır. 
Buraya ot, kol və ağac bitkiləri mərhələ ilə əkilir, yəni torpağın 
üstü  yaşıl  bitki  ilə  örtülü  saxlanılır,  aqronomik,  aqrotexniki, 
fitomeliorativ,  meliorativ  vəs.  tədbirlərin  həyata  keçirilməsilə 
aparılır. 
Əgər bu tədbirlər faydalı qazıntılar çıxarılan ərazilərdə 
aparıhrsa(əsasən  açıq  üsulla),  rekultivasiya  nəticəsində  ərazidə 
su hövzələri, yaşıllıq, abadlıq işləri, istirahət guşələri, rekreasiya 
zonaları yaradır. 
Rekultivasiya  olunmuş  torpaqların  kənd  təsərrüfatında 
istifadə  növləri  və  istiqamətləri  əkin,  örüş,  biçənək,  çox  illik 
bitkilərin  sahəsi  ola  bilər.  Bu  torpaqlardan  on  çox  kənd,  meşə, 
balıqçılıq  təsərrüfatı,  eləcə  də  sanitar-gigiyena  və  rekreasiya 
məqsədilə istifadə olunması nəzərdə tutulur. 
7.3.
 
Ətraf mühiti mühafızod,-) beynəlxalq əməkdaşlıq 
Hazırki dövrdə ümumbəşəri, qlobal problemləri bir və ya 
bir qrup ölkələrin qüvvəsi ilə həll etmək mümkün deyil. Bu gün 
ictimai-siyasi  quruluşları  müxtəlif  olan  ölkələrdə  təbiəti 
mühafizə tədbirləri müxtəlif mərhələdədir. Lakin bununla yanaşı 
XX  əsrin  ikinci  yarısı  və  XXI  əsrin  başlanğıcında  elmi -texniki 
inqilabın  sürətli  inkişafı  və  eyni  zamanda  təbii  tarazlığın 
pozulma  hallarını  da  qlobal  problemlər  sırasına  çıxarılmışdır. 
Onun  üçün  dünya  səviyyəsində  və  bir  çox  ölkələrin  birgə 
konstruktiv  əmək-  vacibdir.  Həm  də,  bu  əməkdaşlıq  hər  bir 
dövlətin 
209 


müsləqilliyinə  hörmot  zəminində  olmalıdır.  Buna  görə  də 
dünyanın  mütərəqqi  ictimaiyyəti  ətraf  mühitin  qorunması  və 
mühafizəsinə  hər  şeydən  əvvəl  sosial  problemlər  kimi  baxaraq, 
onların  qorunmasını  tələb  edir.  Ekoloji  problemlərin  həllinə 
bütün  ölkələrdə  geniş  ictimaiyyət  qoşulmuşdur.  Çünki  Yer 
üzərində  insanların  sürətlə  artması  və  istehsalın  sürətlə  inkişafı 
ətraf  mühitin  qorunub  saxlanmasını  vacib  bir  problem  kimi 
qarşıya  qoyulur.  Bu  məsələlərin  geniş  həlli  yalnız  bütün 
dövlətlərin birgə səyi nəticəsində həyata keçirilə bilər. 
Beynəlxalq  əməkdaşlıq,  nəinki  razıkuşdırılmış  texniki 
tədbirlərin  qəbul  olunmasını  istiqamətləndirməli,  həm  də 
gərginliyin azaldılmasına və silahlanmanın tam dayandırılmasına 
yönəldilməlidir. Göründüyü kimi təmiz təbii mühitlə silahlanma 
bir araya sığmazdır. 
Beynəlxalq təbiəti mühafizə - insanların bu günü və sabahı 
naminə,  beynəlxalq  və  milli  tədbirlərin  bütün  dövlətlər  üçün 
təbiətin nemətləri və ehtiyatlarından hamının səmərəli istifadəsi 
istiqamətində aparılan işlərdir. Yaxın illərə kimi bu proseslər ik i 
ictimai  sistem  arasında  müstəqil  aparılırdı.  Aydındır  ki,  belə 
qlobal  problemləri  ayrılıqda  bir  ölkədə  və  ya  məhdud  ölkələr 
çərçivəsində həll etmək çox çətindir və praktiki olaraq mümkün 
deyil. 
Beynəlxalq  təşkilat  və  proqramlar  ətraf  təbii  mühitin 
mühafizəsi  problemlərilə,  o  cümlədən  YUNEP  (BMT-nin  ətraf 
mühitin  mühafizəsi proqramı, 1973-cü il), UDMT (Ümumdünya 
Meteoroloji  təşkilat),  YUNESKO  (BMT-nin  təhsil,  elm  və 
mədəniyyət məsələləri üzrə komitvəsi) və s. istiqamətdə fəaliyyət 
göstərir. 
Məlumdur ki, ətraf mühitin çirklənməsi yerli, regional və 
qlobal miqyasda baş verə bilər. Təbii və ekoloji proseslərin qlobal 
məsələləri nə milli, nə də inzibati sərhədlərlə məhdudlaşmır. Yer 
kürəsinin  bir  yerində  ətraf  mühitin  çirklənməsi  tədricən 
genişləndikcə regional ekoloji problemlərdən qlobal problemlərə 
çevrilir. Bir və ya bir 
210 


neçə qrup dövlətlər hamı üçün təhlükəli olan ekoloji prosesləri 
aradan  qaldırmaq  məqsədilə  öz  səylərini  birləşdirməli  olurlar. 
Baltik, Xəzər və Aralıq dənizlərinin, Kür, Reyn, Dunay və Tissa 
çaylarının  qorunması  məqsədilə  aidiyyatı  olan  ölkələrin  birgə 
əməkdaşlığını  təmin  edən  beynəlxalq  təşkilatların  yaranması 
deyilənlərə  əyani  misal  ola  bilər.  Xəzərətrafı  dövlətlərin 
(Rusiya, İran, Azərbayean, Qazaxıstan, Türkmənistan) yaratdığı 
beynəlxalq birlik Xəzər dənizinin flora və faunasının qorunması, 
çirklənmənin 
qarşısının 
alınması 
və 
dənizin 
dibinin 
sərvətlərindən  istifadə  etmək  sahəsində  vahid  proqramını 
üzərində  işləyirlər.  Belə  beynəlxalq  əməkdaşlıq  və  qərarlar 
göstərilən  təbii  məkanda  ətraf  mühitin  pisləşməsinin  qarşısının 
alınmasına yönəlsə də, öz məzmununa görə beynəlxalq xarakter 
daşıyır. 
İnsanlar sənaye və əkinçilik fəaliyyətləri nəticəsində Yer 
kürəsinin  vəziyyətinin  çətin  hala  düşməsindən  narahatdırlar. 
BMT-nin təşkilatları və alimlərin elmi ittifaqı artıq 30 -40 ildən 
çoxdur  ki,  müxtəlif  proqramlar  işləyib  hazırlayır  və  çoxsahəli 
elmi  tədqiqatların  qurunun,  atmosferin,  okeanın,  iqlimin  və 
planetin  canlı  aləminin  vəziyyətlərini  öyrənmək  sahəsindəki 
tədqiqatların nəticələrini müzakirə edirlər. 
İnsanı əhatə edən təbiətin vəziyyətini öyrənmək sahəsində 
-  biosfer  haqqında,  geokimya,  biogeokimya  elmlərinin  banisi, 
rus alimi V.İ.Vernadskinin böyük rolu olmuşdur.  
Rus  alimləri  V.İ.Vernadski,  A.E.Fersmanın,  V.M.Qold- 
şmitin, A.P.Vinoqradovun bu sahədəki tədqiqatları ikinci dünya 
müharibəsindən  sonra  40-60-cı  illərdə  bir  çox  ölkələrdə 
yayılmışdır. 
1946-cı  ildə  yuxarıda  qeyd  etdiyimiz  -  ölkələr  arasında 
mədəniyyət  və  incəsənət  sahəsində  əməkdaşlığa  xidmət  edən 
beynəlxalq təşkilat - YUNESKO (Paris) yaradılır. 
YUNESKO, FAO və s. tərəfindən 50-60-cı illərdə top 
211 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə