Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə56/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

sınaqdan  çıxarılması,  hərbi  münaqişələr  zamanı  dağıntılar, 
zəlzələlər,  vulkanlar,  sel  hadisələri  və  s.  təsirilə  əmələ  gələn 
tullantılar  artaraq  ümumbəşəri  təhlükə  xarakteri  almış  və  təbii 
tarazlığı  pozmuşdur.  Hazırda  müasir  sənaye  məhsulları  istehsal 
edən  müəssisələrin  hava  atmosferinə  buraxdığı  zəhərli  qazların 
(kükürd anhidridi, azot qazı, karbohidrogen və s.) miqdarı milyon 
tonlarladır.  İldə  orta  hesabla  inşaat  və  mədən  işləri  nəticəsində 
dörd  min  kub  kilometr  suxur  və  torpaq  qatı  yerin  təkindən 
çıxarılır. Hər il yeddi milyard ton yanacaq yandırılır, 800 milyon 
ton gübrə, dörd milyon ton zəhərli maddə səpilir, bütün bunların 
qarşılıqlı  təsiri,  atmosfer  təbəqəsində  təmiz  havaya  qarışması, 
tərkiblərində  olan  ağır  və  zəhərli  metalların  alt  təbəqəyə  (yer 
səthinə) çökməsi insanların həyatı üçün təhlükə yaradır. 
6.2.
 
Tükənən və tükənməyən ehtiyatların ekoloji 
xüsusiyyətləri və iqtisadi səmərəsi 
Canlı həyatın mövcudluğu təbii sistemlərdən asılıdır. Ona 
görə  də  insanların  tələbatını  ödəyən,  onların  maddi  rifahının 
yüksəlməsinə  xidmət  edən  və  hal-hazırda  istifadə  olunan 
ehtiyatlar real sərvətlərə aiddirlər. Elə təbii sərvətlər də vardır ki, 
onların  istifadəsi  bu  texnologiya  ilə  istifadə  edilə  bilməz.  Məs. 
Kosmik  şüalar,  meteorit  mənşəli  maddələr,  yer  maqnetizmi, 
atmosferin elektrik cərəyanı və s. istifadə etmək üçün tamamilə 
yeni növ texniki avadanlıq və texnoloji proseslər yaradılmalıdır. 
Təbii sərvətlər üçün bir neçə təsnifat mövcuddur. 
1)
 
Təbii  təsnifat.  Bu  təsnifata  aid  sərvətlər  təbii  qruplar 
üzrə paylanır, məs. suyun, havanın, torpağın, heyvanlar aləminin
bitkilərin, faydalı çöküntülərin və s. sərvətləri
2)
 
Təbii iqtisadi təsnifat. Bu təsnifat əsasən təbii ehtiyatlar 
onlardan istifadə olunma prinsipi üzrə paylanırlar. Məs. Real gəlir 
əldə etmək üçün istifadə olunan 
187 


(sənaye, kənd təsəri-üfatı) ehtiyatlar və s.; 
3)
 
Təbii ehtiyatların tükənib tükənməməsi təsnifatı. 
Tükənməz  sərvətlər  anlayışı  nisbidir  (çünki  təbiətdə 
tükənməz sayılan mənbə yalnız materiyadır ki, o da bir şəkildən 
başqa  şəklə  çevrilir).  Məhz  ona  görə  də  bu  qrupa  aid  ehtiyatlar 
mütləq və şərti tükənməz sərvətlərə bölünürlər. Mütləq tükənməz 
ehtiyatlardan  günəş  enerjisini,  kosmik  şüaları,  külək  enerjisini. 
Yerin  cazibə  qüvvəsini.  Yerin  təkindəki  istiliyi  və  s.  göstərmək 
olar. Şərti tükənməz təbii sərvətlərə isə təbii sular, torpaq, hava və 
s. daxildir. 
Tükənən təbii ehtiyatlar da öz növbəsində iki qrupa- bərpa 
olunmayan  və  bərpa  olunan  ehtiyatlara  bölünürlər.  Neft,  daş 
kömür,  torf,  təbii  landşaft  bərpa  olunmayan  bitki  və  heyvanat 
aləmi  və  s.  (əgər  tam  məhv  edilmirsə)  bərpa  olunan 
ehtiyatlardandır. 
Yer  qabığı  müxtəlif  geoloji  dövrlərdə  yaranmışdır. 
Maqmatik, çöküntü və metamorfık süxurlardan təşkil olunan bu 
qabıqda  bəşəriyyətə  lazım  olan  qiymətli  təbii-ehtiyatlar 
toplanmışdır.  Bu  ehtiyatlar  geoloji  axtarışlar  nəticəsində  yer 
səthinin  bu  və  ya  digər  rayonlarında  aşkarlanır  və  cəmiyyətin 
tələbatına uyğun olaraq istifadə olunur. 
Təbii 
ehtiyatların 
iqtisadi 
qiymətləndirilməsinin 
metodoloji əsasını müəyyən vaxt ərzində istehsal edilən məhsula 
çəkilən zəruri xərclər, o cümlədən də aşağı rentabelli obyektlərin 
məhsulları təşkil edir. İqtisadi qiymətləndirmənin göstəricisi kimi 
mədənlərin və təkrar xammal ehtiyatların regional xüsusiyyətləri
emal edilən xammalın həcmi və keyfiyyəti nəzərə alınmaqla onun 
kompleks  istifadə  edilməsindən  alınan  təssərrüfatı  səmərəsi 
götürülür. 
Təbii  sərvətlərin,  xüsusilə  faydalı  qazıntıların  iqtisadi 
qiymətləndirilməsinin 
əsas 
göstəricisi 
təkcə 
çıxarılan 
xammalların  dəyəri  deyil,  həm  də  onların  istifadəsindən  alınan 
iqtisadi səmərədir. Bu halda qiymət ölçü funksiyasını yerinə 
188 


yetirərək  həmin  növ  məhsulda  orta  məsrəf  göstəricilərini  əks 
etdirir. Bütün təbii ehtiyatlar - torpaq, su, meşə, bitgi örtüyü, balıq 
ehtiyatları,  yeraltı  sərvətlər  müəyyən  istehlak  dəyərinə  malikdir 
və buna görə onlar pul  ifadəsində qiymətləndirilə bilər.  Faydalı 
qazıntı  sərvətlərinin  qiymətləndirilməsi  problemi  həmin 
istiqamətdə müəyyən metodoloji tələblər irəli sürülür. 
Qiymətliliyi  və  faydahhğı  üç  aspektdə  başa  düşmək 
lazımdır:  a)  ilkin  xammalın,  təbii  sərvətlərin,  lom,  metal 
qırıntıları,  tullantıların  istehlak  dəyərinə  və  istehsalın  tələbatını 
ödəmək  qabiliyyətinə  görə,  sənaye  sahələrinin  inkişafı  və 
yerləşməsi  əhəmiyyətinə  görə  qiymətləndirilməsi;  b)  təbii 
sərvətlərə  çəkilən  məsrəflərə  görə  qiymətləndirilməsi;  v)  həmin 
sərvətlərin son istehsal nəticələrinə görə qiymətləndirilməsi. 
Beləliklə,  mineral  sərvətlərin  qiymətləndirilməsi  üç 
anlayışı  ehtiva  edir:  istehlak  dəyəri,  istehlak  qiyməti  və  əldə 
edilən  son  nəticəni  ifadə  edir.  İqtisadi  qiymətləndirmə  adi 
realizasiya qiymətinin müəyyən edilməsi demək deyildir. İqtisadi 
qiymətləndirmə sərf olunan əməyin kəmiyyətini müqayisə etmək 
üçün  deyil,  onun  təsərrüfat  kompleksində  istifadə  ediləcəyi 
təqdirdə verə biləcəyi iqtisadi səmərəni təyin etmək üçün başlıca 
meyardır. 
Torpaq,  su,  meşə  sərvərlərinin,  eləcə  də  faydalı  qazıntı 
mədənlərinin qiymətləndirilmənin əsası kimi sərf edilmiş canlı və 
maddiləşmiş  əməyin,  əsaslı  vəsait  qoyuluşlarının  yüksək 
səmərəsini müəyyən etmək mühüm məsələ kimi həll edilməlidir. 
6.3.
 
Təbii ehtiyatın səmərəli istifadə edilməsində elmi-texniki 
nailiyyətlərin rolu 
Mineral  xammalın  əsas  mühafizə  yolu  -  xammalın 
çıxarılmasının tempinin aşağı salınmasını nəzərdə tutan səmərəli 
istifadə, yeni ehtiyatların axtarılması, çıxarma vaxtı 
189 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə