Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə58/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

daha mükəmməl metodlar hazırlamaq çox mühüm vəzifədir. 
Mineral  ehtiyatlardan  kompleks  istifadə  edilməsi  faydalı 
qazıntı  itgisini  xeyli  azaldır,  xammal  bazasını  genişləndirir  və 
böyük  iqtisadi  səmərə  verir.  Son  illərdə  ölkəmizdə  bu  sahədə 
müəyyən 
müvəffəqiyyətlər 
qazanılmışdır.  Məs.; 
Gəncə 
alüminium zavodunda alüminium oksidi istehsalı prosesində hər 
il  xeyli  miqdarda  sulfatturşusu  və  qiymətli  mineral  kübrə  olan 
kalsium - sulfat alınır. 
Naxçıvan  duz  mədənlərində  on  illərdən  bəridir  ki,  ikinci 
duz layı istismar olunmur, xırda duzdan istifadə edilməsi nəzərdə 
tutulmur.  Nəticədə  çoxlu  Daş  duz  itgisinə  yol  verilir  ki,  bu  da 
çıxarılan duz kütləsinin 55%-ni təşkil edir. 
İstismar edilən başqa yataqlarda da itgilər çoxdur. Təkcə 
Qaradağ karxanaları, Qaradağ sement zavodunda istehsalın bütün 
həcmini təmin etmək üçün lazım olan qədər xammal itgisinə yol 
verirlər. 
İstisu, Sirab, Badamlı və başqa yataqlarda mineral su itgisi 
də olduqca çoxdur. 
Hazırda  fılizçıxarma  sənayesi  aktiv  surətdə  inkişaf  edir. 
Bununla  yanaşı  getdikcə  daha  çox  faydalı  qazıntı  yataqları 
istifadəyə  verilir,  dağ-mədən  müəssisələrinin  gücü  artırırılır  və 
qazmalar  dərinləşir.  Belə  şəraitdə  təkcə  dağ-  mədən  işlərinin 
görüldüyü  yer  deyil,  yaxınlıqdakı  geniş  sahələrdə  də  torpaq 
fondunu  qorumaq  və  min  illər  boyu  təşəkkül  tapmış  təbii 
kompleksin  pozulmasının  qarşısını  almaq  mühüm  vəzifələrdən 
biridir.  Dağ-mədən  işləri  aparılan  zaman  pozulmuş  torpaqların 
bərpa  edilməsi,  torpaq  sahələrinin  təhlükəsiz  vəziyyətə  və  xalq 
təsərrüfatına  istifadə  üçün  yararlı  hala  salınması  xüsusi 
əhəmiyyətə malikdir. 
Təbiidir  ki,  respublika  ərazisində  aparılan  mineral 
xammal  hasilatı  işləri  təkcə  faydalı  qazıntı  çıxarılan  yerlərdə 
yox, həm də bütövlükdə Respublika ərazisində ətraf mühitin  
193 


çirklənməsinin  başlıca  mənbəyi  olaraq  qalmaqdadır.  Belə  ki, 
həmin sahə ilə məşğul olan sənaye müəssisələri (neyt mədənləri, 
neft  emalı,  neft-kimya,  qara  və  əlvan  metallurgiya  zavodları  və 
s.)  təbii  kompleksinin  bütün  komponentlərinə  hərtərəfli  təsir 
göstərir. Ona görə də faydalı qazıntıların geoloji-kəşfiyyat işləri 
və  hasilatının  aparılması  ilə  məşğul  olan  təşkilat  və  idarələrin 
fəaliyyət  dairəsinə  bütün  təbii  ərazi  kompleksinin  istismarı  ilə 
bağlı  olan  təhlükə  və  ya  ziyanın  aradan  qaldırılması  da  daxil 
olmalıdır.  Faydalı  qazıntıların  istismarı  ilə  bağlı  olan  bütün 
mərhələlərdə  ətraf  mühitə  ziyan  vurulduqca  torpaq  örtüyünə, 
bitki  və  heyvanat  aləminə,  atmsoferə,  su  mənbələrinə  təsirlər 
yaranır. Təsirin ilk mərhələsi geoloji- axtarış zamanı başlanır. Bu 
zaman  müxtəlif  maşınlardan  istifadə  olunur,  yollar  çəkilir, 
axtarış  quyuları  qazılır,  ətrafa  çoxlu  yanacaqlar,  yuyucu 
məhlullar,  çirkli  sular  və  s.  atılır.  Bəzən  kəşfiyyat  quyuları 
sonralar doldurulmur, ona görə də həmin ərazidə torpaq eroziyası 
başlanır. 
Mineral-xammal ehtiyatlarının istismarı  zamanı da ətraf 
çirklənir,  yer  səthinin  torpaq  örtüyünün  quruluşu  pozulur, 
sürüşmələr  və  uçqunlar  baş  verir,  karxanalar  yaranır,  xırda 
təpələr əmələ gətirən çoxlu tullantılar yaranır. Respublikamızda 
ildə bütün tullatmlarm 70-80 faizi mineral-xammal ehtiyatlarının 
istismarından 
əmələ 
gəlir. 
Yerin 
təkindən 
çıxarılan 
qeyri-filizlərin çox hissəsi tullantıya gedir.  
Mineral ehtiyatın hasilatı və emalı atmosferə çoxlu zərər 
verir. Müxtəlif daimi qurğular, nəqliyyat vasitələri ildə atmosferə 
1959  min  ton  zəhərləyici  maddələr  buraxır.  Bakı,  Sumqayıt, 
Gəncə  kimi  sənaye  şəhərlərindən  atmsoferə  çirkləndiricilər 
atılmaqda davam edir. 
Beləliklə,  məlum  olur  ki,  respublika  ərazisində  dağ- 
mədən  sənayesinin  fəaliyyətilə  bağlı  ətraf  mühitə  böyük  zərər 
dəyir. Həmin tədbirlərin həcmi və təsiri ətraf mühitə sərf olunan 
kapital qoyuluşunun məbləğindən və onu 
194 


səmərəli  sərf  etməkdən  xeyli  dərəcədə  asılıdır.  Sənaye 
müəssisələrində  təmizləyici  qurğuların  yaradılması,  suya  və 
atmosferə atılan tullantıların təkrar istifadəsi respublikamız üçün 
ən mühüm problemlərdəndir. 
İndiki  dövrün  istehsal  üsulları  ilə  bütün  yerin  təki 
dağılaraq  təbiətin  min  illərlə  yaratdığı  təbii  vasitələr  ekstensiv 
yolla  istehsal  dövriyyəsinə  daxil  edilir.  İndiyə  qədər  təbii 
sərvətlərdən istifadə edilərkən onun tükənə biləcəyi ilə insanları 
qorxudurdular. Lakin müasir dövrdə bundan da qorxulu vəziyyət 
təbii  ehtiyatların  çıxarılması,  emalı  ilə  əlaqədar  olaraq  təbii 
şəraitin  sıradan  çıxması,  yerin  təkinin  pozulması,  biosferin 
məhsuldarlığının zəifləndiril- məsidir. 
195 


VII FƏSİL 
ƏTRAF MÜHİT HAQQINDA TƏLİMİN ELMİ VƏ 
TƏCRÜBİ MAHİYYƏTİ 
7.1. Ətraf mühiti mühafizənin problemləri 
İnsan  mühitlə hər  zaman əlaqədə olmasına baxmayaraq 
onun  təbiətə  təsiri  əsasən  təsərrüfat  fəaliyyəti  zamanı 
intensivləşir.  Təbiətə  güclü  antropogen  təsir  nəticəsində  ətraf 
mühit gərginləşir, sosial və təbii şərait mürəkkəb əlaqələr sistemi 
yaradır. İnsan cəmiyyəti və onu əhatə edən canlı və cansız aləmin 
(mühitin) qarşılıqlı əlaqələrindən bəhs edən geniş elm sahəsi hələ 
aydınlaşdırılmamış, 
onun 
predmeti 
tamamilə 
formalaşdırılmamışdır. 
Qeyd 
etməliyik 
ki, 
bioloqlar, 
coğrafiyaçılar,  geoloqlar,  kimyaçılar,  filosoflar  tərəfindən 
«təbiəti  mühafizə»,  «təbiətdən  istifadə»,  «təbii  sərvətlərdən 
səmərəli  istifadə»,  «ekologiya»  və  s.  ideyalar  ətrafında  təbiəti 
mühafizənin həm təbii, həm də sosial aspektləri barədə mühüm 
əhəmiyyət kəsb edən tədqiqatlar aparılmışdır. 
«Ətraf  mühit»,  «ekologiya»  anlayışlarındakı  ümumi  və 
fərqli cəhətləri də müəyyənləşdirməyə böyük ehtiyac vardır. Belə 
anlaşmalar  təbiət  və  cəmiyyət  haqqındakı  elmlər  sistemi 
daxilində  aparılmalı,  nəzəri  cəhətdən  isə  fəlsəfəyə  və  siyasi 
iqtisada  əsaslanmalıdır.  İstər  mühitin  mühafizəsi  və  istərsə  də 
ondan  istifadə  ətraf  mühitdə  gedən  kəmiyyət  və  keyfiyyət 
dəyişikliklərini müəyyən etməyi tələb edir. 
Bəzi  alimlərin  fikrincə  mühit  qeyri-üzvi,  üzvi  və 
antropogen  proseslərin  (hərəkətlərin)  nəticəsində  formalaşır. 
Deyilənlər  mühitin  qlobal  və  regional  əsaslarım  formalaşdırır. 
Mütəxəssislərin  fikrincə  ətraf  mühiti  mühafizə  dedikdə  əsasən 
aşağıdakılar nəzərdə tululur: təbii və sosial 
196 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə