Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə57/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

məhsulun  itirilməsinin,  israfçılığın  qarşısının  alınması,  təkrar 
istehsala keçilməsidir. 
Bir  çox  hallarda  itgi  istehsal  mədəniyyətinin  aşağı 
səviyyəsi  ilə,  elmi-texniki  və  təşkilatı  səbəblərlə  əlaqədar  olur. 
Bunların  qarşısı  alına  bilər.  Təbii  ehtiyatların  çıxarılmasının 
müasir  texnikası  və  texnologiyası  bir  çox  itgilərin  qarşısını 
almağa  tam  imkan  verir.  Bəzi  hallarda  metal  ehtiyatının  itgisi, 
ancaq ən məhsuldar filizin çıxarılması ilə əlaqələndirilir. 
Müxtəlif ölkələrdə polad əridilməsinin texnikasından asılı 
olaraq ikinci xammal (qalıq) bəzən 50% və daha çox olur. Bunun 
iqtisadi və ekoloji səmərəsi göz qabağındadır; 100 nıln-ton lom 
(qırıntı)  200  mln.  ton  filizə,  130  mln.  ton  kömürə,  40  mln.  ton 
yanacağa  qənaət  etməyə  imkan  verir.  İnkişaf  etmiş  ölkələrdə 
texniki  və  praktiki  cəhətdən  köhnəlmiş  maşınların,  gəmilərin, 
vaqonların təkrar istifadə olunması problemi artır. 
Bir  halda  ki,  sənaye  müəssisələri  yaxınlığında  yayılan 
torpaqların qiyməti yüksəkdir və sürətlə artır, ona görə də metal 
qırıntılarının  atılması  üçün  ərazilər  az  qalır.  Hərbi  sənaye  və 
müharibələrin  nəticələri  torpaq  üçün  daha  təhlükəlidir.  İkinci 
dünya  müharibəsi  zamanı  Dünya  okeanının  dibinə  getmiş 
minlərlə maşınları istifadə etmək olmur və yaxud çoxlu mərmilər, 
tarpedolar bütün dünyaya səpələnmişdir. 
Çoxlu  miqdar  metalları  toplamaq  mümkün  olmur. 
Məsələn,  Vetnama  ikinci  dünya  müharibəsi  zamanı  bütün 
cəbhələrdə çox bahalı metal hissələri düşmüşdür. 
Ölkəmizdə  təkrar  istehsalın  düzgün  təşkil  olunmasına 
misallar  vardır.  Kəşviyyat  üsullarının  təkmilləşdirilməsi 
nəticəsində  faydalı  qazıntıların  yeni  yataqlarının  tapılmasına 
imkan yaranır. Texnikanın inkişafı litosferin və Dünya okeanının 
dərin  qatlarından  filizlərin  çıxarılmasına  imkan  verir.  Nəhayət, 
kosmonavtikanm  inkişafı  kosmosda  metal  tullantılarının 
yayılmasına səbəb olmuşdur. 
190 


Yanacaq  -  enerji  resurslarının  qənaətinə  ikinci  enerji 
resrslarının istifadəsi kömək edə bilər. Yeni enerji mənbələrinin 
geniş  axtarılması  -  kömürün,  qazın,  neftin  və  s.  məhsulların 
qənaətinə  səbəb  ola  bilər.  Arid  zonalarda  günəş  enerjisindən, 
başqa  yerlərdə  -  küləyin,  dəniz  qabarmalarının,  isti  (termal) 
bulaqların və nüvə enerjisindən istifadə olunması perspektivlidir. 
Mineral ehtiyatların mühafizəsində  geoloji 
kəşfiyyat
 
işlərinin 
genişləndirilməsinin  və  yeni  ehtiyatların  aşkarlanması  böyük 
əhəmiyyət  daşıyır.  Çünki  Yer  kürəsinin  çox  rayonları,  xüsusilə 
Cənub-Şərqi  Asiyanın,  Latın  Amerikasının,  Afrikanın  geniş 
əraziləri geoloji nöqteyi-nəzərdən hələ tam öyrənilməmişdir. 
Dünya  okeanının  mineral  ehtiyatlarının  istifadə  olunması 
da perspektivlidir. İqtisadiyyatın mineral xammala olan tələbatını 
gələcək nəsillərin tələbatını nəzərə almaqla ödəmək üçün faydalı 
qazıntıları  tam  çıxarmaqla  və  sonrakı  məhsulların  alınması  ilə 
mümkündür.  Yerin  təkinin  mühafizəsi  və  səmərəli  istifadəsi 
nəinki  dövlət  orqanlarının  və  idarələrinin,  həm  də  ictimai 
təşkilatların üzərinə düşən çox mühüm vəzifədir. 
Son  vaxtlar  təbii  ehtiyatlardan  səmərəli  istifadə 
edilməsində elmi-texniki nailiyyətlərin rolu günü-gündən artır və 
günün ən aktual problemlərindən birinə çevrilmişdir. 
Hazırda  təbii  sərvətlərin  çıxarılmasında  inkişaf  etmiş 
ölkələrdə, həm də bizim respublikada elmi-texniki nailiyyətlərdən 
istifadə olunur. Bunun sayəsində yerin təkindən təbii sərvətlərin 
çıxarılmasının  keyfiyyəti,  çıxarılma  tempi,  ehtiyatların  bütün 
hamısının  çıxarılıb  insanların  istifadəyə  verilməsi  xeyli 
sürətlənmişdir.  Bunun  sayəsində  xalq  təsərrüfatı  milyonlarla 
manat gəlir əldə etmişdir. 
191 


6.4.
 
Azərbaycanın mineral sərvətlərinin mühafizəsi 
Azərbaycanın  ərazisi  müxtəlif  növ  faydalı  mineral- 
xammal ehtiyatları ilə zəngindir. Aparılan geoloji kəşfiyyat işləri 
nəticəsində həmin faydalı ehtiyatların çoxu artıq aşkarlanmış və 
istifadəyə verilmişdir. Bununla məhdudlaşmayaraq hazırda yerin 
daha  dərin  qatları  öyrənilir,  faydalı  qazıntıları  aşkarlamaq 
məqsədilə  dərin  quyular  qazılır,  müxtəlif  yeni  aeroksomik  və 
başqa metodlar tətbiq olunur. 
Aparılan  geniş  geoloji  axtarış  işləri  nəticəsində 
respublikamızın ərazisində və Xəzər dənizi akvatoriyasında yeni 
neft-qaz 
yataqları, 
qurğuşun, 
sink, 
kvars-molibden, 
kükürd-kolçedam,  polimetal,  civə,  daş,  duz,  dəmir,  alunıut, 
mineral tikinti materialları və müalicə suları yataqları kəşf olunub 
istifadəyə  verilmişdir.  Hazırda  respublikada  90-a  qədər  faydalı 
qazıntı yataqları respublika ərazisində qeyri-bərabər yerləşmişdir. 
Filiz  və  neft-qaz,  yod-brom,  bəzi  tikinıi  materialları  isə  düzən 
ərazilərdə yerləşmişdir. 
Göründüyü kimi, respublikanın faydalı qazıntı ehtiyatları 
başlıca  olaraq  onun  qərb  və  şərq  rayonlarında  və  qismən  də 
Naxçıvan Muxtar Respublikasında toplanmışdır. 
XX  əsrin  sonu,  XXI  əsrin  əvvəllərində  sənayenin, 
nəqliyyatın,  kənd  təsərrüfatının  sürətlə  inkişaf  etdiyi  və  təbii 
ehtiyatlardan  getdikcə  daha  çox  istifadə  olunduğu  bir  şəraitdə 
təbiətin  mühafizəsi  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə 
olunması respublikamız üçün də mühüm əhəmiyyət kəsb edir. 
Azərbaycan  Respublikasında  neft  və  qaz  yatvaqları  ilə 
yanaşı  mis,  molibden,  qurğuşun,  sink,  dəmir  filizi,  alüminium, 
civə, sement, üzlük daş və s. faydalı qazıntı yataqları da vardır. 
Faydalı qazıntıların keyfiyyətlə çıxarılması məqsədi ilə texnoloji 
üsüllarm  təkmilləşdirilməsi  əsas  məsələlərdən  biridir.  Yerin 
təkindən  istifadə  zamanı  ətraf  mühitə  göstərilən  zərərli  təsiri 
aradan qaldınnaq üçün 
192 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə