Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə5/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

18
İlkin atmosferdə sərbəst molekulyar oksigen olsa idi, nə baş verərdi? 
Fikirlərinizi müzakirə edin. 
F
Biopoez
 
I mərhələ: üzvi 
monomerlərin abiogen 
sintezi
 
II mərhələ: bioloji 
polimerlərin yaranması
 
III mərhələ: membran 
strukturlarının və ilkin 
birhüceyrəli orqanizmlərin 
formalaşması
O  dövrdə  atmosferdə  ozon  (O
3
)  qatı  olmadığından  Günəşin  ultrabənövşəyi 
şüaları planetə güclü təsir edirdi. Belə şəraitdə ultrabənövşəyi şüaların, ionlaşdı-
rıcı şüalanmanın, elektrik boşalmalarının və yüksək temperaturun təsiri ilə yalnız 
okean və dənizlərdə üzvi maddələr əmələ gələ bilərdi. 
1924-cü  ildə  yaranan  bu  nəzəriyyənin  çoxsaylı  tərəfdarları  oldu.  Onlardan 
biri də ingilis bioloqu C.Holdeyn idi. O, Oparin nəzəriyyəsi ilə tanış olmasa da, 
sanki onu təsdiqləmişdir. Onun fikrincə, Oparinin dediyi kimi, yaranan maddələr 
okean suyunda toplandıqda su “isti duru bulyon” şəklinə düşmüşdür. Bəlkə də, 
həyat belə bulyonda yaranmışdır. 
Biopoez* fərziyyəsi – Yer üzərində həyatın əmələ gəlməsi haqqında müasir 
fərziyyədir.  Onun  banisi  ingilis  alimi  C.Bernaldır.  O,  biopoezin  3  mərhələsini 
ayırd etmişdir. 
Alek sandr İva no viç Opa rin  
so vet bi olo qu və bi okim ya-
çı sı dır. Yer üzə rin də hə ya tın 
abi ogen yol la əmə lə gəl mə si 
nə zə riy yə si ni irə li 
sür müş dür.
Con Bernal ingilis fiziki və 
sosioloqudur. Elmin funksio-
nallığı və inkişafı, elmi 
fəaliyyətin quruluşu və 
dinamikası, elmin maddi və 
mənəvi aləmlə əlaqəsini 
öyrənmişdir.
Con Berdon Sanderson 
Holdeyn ingilis bioloqudur. 
Müasir populyasiya, riyazi, 
molekulyar və biokimyəvi 
genetikanın, həmçinin 
təkamül nəzəriyyəsinin 
banilərindən biridir.
  LAYİHƏ


19
1. Verilənlərdən ilkin atmosferdə olması güman edilən qazları seçib yazın. 
CH
4
, CO
2
, NH
3
, O
2
, H
2
, N
2
, O
3
, HSN, H
2
S
2. Cədvəli tamamlayın:
Biopoez
I mərhələ
II mərhələ 
III mərhələ
3. Açar sözləri yerinə qoymaqla cümlələri tamamlayın.
a)  Avtotrof görüş tərəfdarlarına görə, canlıların yaranması _________ başlayır. 
Onlara görə _________ maddələrdən _________ maddələr _________ olu-
nur. 
b)  İlkin  atmosferdə  _________  olmamışdır.  Çünki  o,  müxtəlif  _________  
əmələ gəlməsinə sərf olunurdu. 
  
1. sintez 
 
2. üzvi maddə   
3. qidalanma
 
4. qeyri-üzvi   
5. oksigen qazı   
6. oksidlər
4. Həyatın əbədiliyi fərziyyəsi ilə biogenez fərziyyəsini müqayisə edin.
T
  LAYİHƏ


20
Çikaqo Universitetinin əməkdaşı H.Yuri bir neçə milyon il bundan əvvəl Yer 
planetində hansı şəraitin ola biləcəyi barədə fikirləşir və üzvi birləşmələrin necə 
yaranacağı haqqında bəzi mülahizələr söyləyir. 

 
H.Yuri hansı mülahizələri irəli sürmüşdür?
Həyatın yaranmasının I mərhələsini, yəni abiogen sintezin hansı şəraitdə getdi-
yini 1953-cü ildə amerikalı alim S.Miller özünün düzəltdiyi aparatla isbat etməyə 
çalışmışdır. 
Şəklə əsasən həyat elementlərinin 
necə  əmələ  gəldiyi  haq qında  öz  fi-
kirlərinizi bildirin. 
  
5. Bioloji monomer və polimerlərin 
yaranması
Miller aparata su tökür və ora ilkin atmosferdə olduğu güman edilən qazları 
daxil edir. Su daima qızdırılır. Ondan su buxarları ayrılmağa başlayır. Su soyu-
ducu rolu oynayan hissədən keçib soyuyur və yenidən qızıb buxarlanır. O döv-
rün ildırım boşalmalarını əvəz edən qığılcım yaradan elektrodlar da daima qığıl-
cım  saçırdı.  Qaba  heç  bir  yerdən  hava  və  digər  maddələr  daxil  olmurdu. 
Təqribən bir həftədən sonra suyun rəngi dəyişməyə başlayır, onun içində amin 
turşuları,  aldehidlər,  spirtlər,  süd  turşusu  və  s.  maddələrin  olduğu  aşkar  edilir. 
Millerin təcrübələrini nəzərə alaraq, bəzi elm adamları bu yolla ilk üzvi polimerlə-
rin də ya randığı  fikrinə  gəlmişlər.  Bununla  belə,  bəzi  müasir  alimlər  belə  fikir 
irəli sürürlər ki, qədim atmosfer ilkin atmosferdə mövcud olduğu güman edilən 
qazlardan yox, N
2
,
 
 CO

və su buxarından ibarət imiş. Bu fikirlər S.Millerin fikir-
lərini şübhə altına alır. 
F
H
2
O
NH
3
CH
4
H
2
H
2
O
Elektrodlar
İstilik mənbəyi
Vakuum 
vannası
Soyuducu
Üzvi molekulların 
toplandığı sahə
Qığılcım
Sten li  Mil ler  hə-
ya tın ya ran ma sı sa-
hə sin də  araş dır ma-
lar apa ra raq məş-
hur laş mış dır. 
Araş dır ma  nə ti-
cə sin də  mə lum  ol-
muş dur ki, üz vi mad-
də lər  (o  cüm lə dən 
amin  tur şu la rı)  hə-
yatın yaranması zamanı qey ri-üz vi mad də-
lər dən əmə lə gəl miş dir.
M
  LAYİHƏ


21
Müasir təsəvvürlərə görə, həyatın əmələ gəlməsi 3 pillədə baş vermişdir.
Bu pillələrdə baş ve rən lər:
I pil lə. Bə zi fər ziy yə lə rə gö rə, ya ra nan bir ləş mə lə rin bir qis mi güc lü ener ji sa-
yə sin də par ça la nmışdır. Uçu cu olan bir ləş mə lər at mos fe rə, bir qi sim mad də lər isə 
su ya ke çmişdir, su da yağ tur şu la rı spirt lər lə bir lə şib li pid mo le kul la rı əmə lə gə ti-
rmişdir  ki,  bu  da  su yun  üzə rin də  pər də  əmə lə  gəlməsinə  səbəb  olmuşdur.  Su yun 
için də isə şə kər lər və azot lu əsas ların həll ol muş və ziy yət də olduğu fərz edilirdi. O 
dövr də müx tə lif su höv zə lə rin in şə ra iti və ener ji mən bə lə ri müx tə lif imiş. Bi opo li-
mer lərin da ha əl ve riş li bir mü hit də ya ra ndığı güman edilir. Bu nu ame ri ka lı alim S.
Foks öz təc rü bə lə rin də araş dır dı və bu nə ti cə yə gəl di ki, o dövr də oke an su la rın da 
zü lal lar da ya ra na bi lər di. O, güman edirdi ki, Günəş şüalarının və hava axınının tə-
sirindən su buxarlanan nohurlarda amin turşuları qatılaşaraq biopolimerləşmiş və 
zülalları əmələ gətirmişdir. O dövrdə yaranan zülalların bir qismi fermentlərə çev-
rilərək nuklein turşuları və polisaxaridlərin yaranmasını sürətləndirmişdir. 
II  pil lə   üz vi  mad də lə rin  qa tı laş ma sı  pro se si  he sab  olu nur. Alim lə rin  fik rin cə, 
ya ra nan mad də lə rin qa tı lı ğı art ma ğa baş la yırdı. Bu mad də lər bir-bi ri  ilə bir lə şib da-
ha yük sək qu ru luş lu mad də lə rə çev ri lə bi lər di lər. Be lə kol lo id məhlul la rı – ko aser-
vat lar
*
 ad lan dır mışdılar. Koaservat damlalarında canlıları xatırladan bir sıra xüsu-
siyyətlər olduğu güman olunur. Onlarda ət raf mü hit lə mad də lər mü ba di lə si get miş, 
yəni xa ri ci mü hit də olan bə zi mad də lə ri san ki ud muş, bəzi maddələri isə xaric et-
mişlər. Onlarda damcıların böyüməsi, bəzən də böyük damcıların kiçik damcılara 
parçalanması baş verirdi. An caq on lar da özü nü tö rət mə qa bi liy yə ti ol ma mış dır. 
III pillə özü nütö rədən maddələrin əmələ gəlməsidir. Gü man olu nur ki, il kin öz-
özü nü tö rət mə qa bi liy yə ti nə ma lik mad də lər po li nuk le otid lər ol muşdur. Po li nuk le-
otid lər ya ran dıq dan son ra öz-özü nü tö rət mə za ma nı bə zən “səhv lər” mey da na çı x-
mışdır ki, bu da mu ta si ya lar de mək dir. 
Əmələ  gələn  üzvi  birləşmələrin  sonrakı  aqibəti  necə  ola  bilərdi?  Fikirlərinizi 
müzakirə edin. 
F
Koaservat damlaları
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə