Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

36
Orqanizmlərdə yaranan yeni əlamətlərin bəziləri yaşamaq üçün həlledici hesab 
olunur, hətta əhəmiyyətsiz dəyişiklik belə onların həyat qabiliyyətinə təsir göstərir. 
Gələcəkdə mühit şəraitində baş verə biləcək gözlənilməz dəyişikliklər zamanı digər 
əlamətlər də yenidən formalaşa bilər.  
Orqanizmlərin mühitə uyğunlaşmasını sübut edən faktlar təsvir oluna bilməyə-
cək qədər çoxdur. Onlardan bəziləri aşağıdakılardır: 
1.  Morfoloji  uyğunlaşma.  Bu  cür  uyğunlaşmaya  orqanizmlərdə  rast  gəlinən 
müxtəlif rəng və bədən formalarını misal göstərmək olar.
Çöpcənin maskalanması 
(budağa oxşayır)
Qışda ağ dovşanda 
qoruyucu rəng
Parabüzənin 
xəbərdaredici rəngi
Mühitəuyğun  rəng.  Əgər  ətrafdakı  fon  yek-
rəngdirsə, açıq sahədə yaşayan növlərdə rəng eyni 
olur  (qışda  ağ  dov şanın  xəzinin  ağ  rəngi).  Əgər 
sahədə  işıq  və  kölgə  bir-birini  əvəzləyirsə,  rəng 
bölünmüş  (açıq  və  tünd  zolaqlar)  formada  olur. 
Qoruyucu  rəngin  əhəmiyyəti  müvafiq  davranışa 
uyğun  olaraq  güclənir.  Məsələn  bəzi  heyvanlar 
təhlükə zamanı yerində donub qalır ki, bu da on-
ları daha da görünməz edir.
Xəbərdaredici  rəng.  Əsasən,  mühafizə  va-
sitələrinə  malik  olan  növlərdə  (sanca  n  və  ya 
zəhərli  həşəratlar,  yeyilməyən  və  yandıran  bit-
kilər) rast gəlinir. Təbii seçmə prosesində onlarda 
zəhərli ifrazatla yanaşı, parlaq, adətən, qırmızı-qa-
ra, sarı-qara rənglər də (parabüzənlər, arılar, ağac 
qurbağaları)  əmələ  gəlmişdir.  Bu  cür  rənglərdə 
bəzi  heyvanlar  təhlükə  anında  yırtıcıya  parlaq 
ləkələri  göstərir,  hədələyici  vəziyyətdə  dayanır, 
bununla da düşməni çaşdırır və qorxudur.
Maskalanma.  Bədən  forması  vasitəsilə  qo-
runma  üsuludur.  İki  növ  maskalanma  mövcud-
dur.  Birinci  növ  maskalanma  zamanı  orqanizm 
öz xarici görünüşü ilə hər hansı hərəkət edə bil-
məyən əşyaya – budağa, daşa və s. oxşayır. Belə 
maskalanmaya  həşəratlardan  –  çubuq  həşəratda 
(çöp cə),  dəvədəlləyində,  balıqlardan  –  kambala, 
dəniz atı və s. rast gəlinir. 
  LAYİHƏ


37
Passiv  qoruma  vasitələri  orqanizmin  yaşamaq  uğrunda  mübarizədə  qorunub 
saxlanılması  ehtimalını  artırır.  Molyuskların  çanaqları,  kirpilərin  iynələri  onları 
düşmənlərdən qoruyur. Yemişanın tikanları bu bitkinin otyeyən məməlilər tərəfin-
dən yeyilməsinin qarşısını alır.
2.  Fizioloji  uyğunlaşma.  Bu  uyğunlaşma  maddələr  mü badiləsinin  özünütən-
zimləmə mexanizmi və enerjinin çevrilməsi hesabına orqanizmin qorunub saxlan-
masını təmin edir. Belə ki, havanın tempe-
raturu aşağı düşdükdə yarasalarda maddələr 
mübadiləsi  zəifləyir  və  onlar  qış  yuxusuna 
gedirlər.  Digər  məməlilərdə  isə  əksinə,  ha-
vanın  temperaturu  aşağı  düşdükdə  orqa-
nizmdə  maddələr  mübadiləsi  sürətlənir, 
daha  çox  enerji  ayrılır,  ancaq  istilikvermə 
zəifləyir. Yaxşı inkişaf etmiş dərialtı piy qatı 
və  sıx  tük  örtüyü  sayəsində  istiliyin  xaricə 
verilməsi azalır.
3. Biokimyəvi uyğunlaşma. Orqanizmin hüceyrələrində baş verən biokimyəvi 
reaksiyalarda özünü büruzə verir. Məsələn, eritrositlərdə yerləşən hemoqlobin mo-
lekullarının ancaq müəyyən hissəsi qazları birləşdirib daşımaq funksiyasını yerinə 
yetirir. Əgər hemoqlobinin bu cür dar biokimyəvi uyğunlaşması olmasaydı, onda 
oksigen hüceyrənin digər kimyəvi maddələrini oksidləşdirərdi, bu isə orqanizmdə 
bütün biokimyəvi reaksiyaların pozulmasına gətirib çıxarardı. 
4.  Etoloji  (davranış)  uyğunlaşma.  Bu 
cür uyğunlaşma sinir sistemi yüksək səviy-
yədə inkişaf etmiş heyvanlara xasdır. Hey-
vanların ayrı-ayrı fərdlərinin və ümumilik-
də  növün  sağ  qalmasına  yönələn  müxtəlif 
davranış  formalarında  özünü  büruzə  verir. 
Anadangəlmə və qazanılmış etoloji uyğun-
laşma mövcuddur. Anadangəlmə etoloji uy-
Qış yuxusu zamanı yarasa
Termal su mənbəyində qızınan 
yapon makakası
Adi gicitkən               Yandırıcı gicitkən
İkinci növ maskalanma – mi-
mikriya müdafiəsiz orqanizmlərin 
(təqlidçi)  müdafiə  olunanlara 
(modellərə)  oxşarlığına  əsaslanır. 
Belə ki, şüşə-kəpənək arıya oxşa-
yır,  adi  gicitkən  xarici  görünüşü 
ilə yandırıcı gicitkəni xatırladır.
  LAYİHƏ


38
ğunlaşmaya cütləşmə zamanı davranış, nəslin bəslənməsi və qorunması, yırtıcılar-
dan qorunmaq, miqrasiya və s. aiddir. Hey vanların həyatında qazanılmış etoloji uy-
ğunlaşma da mühüm rol oynayır. Məsələn, meymunların ən uzaq şimalda yaşayan 
növü – yapon makakası meymunlara xas olmayan həyat tərzinə keçib. Qışda soyuq-
lar  düşəndə  bu  heyvanlar  dağlardan  termal  su  mənbələrinə  düşür  və  burada  uzun 
müddət ilıq suda qızınaraq yaşayırlar.
Uyğunlaşmanın nisbi xarakteri. Orqanizmlərin bütün uyğunlaşmaları müəy-
yən mühit şəraitində təkamülün hərəkətverici qüvvələrinin (amillərinin) təsiri altın-
da yaranır. Əgər bu şərait dəyişərsə, uyğunlaşma orqanizmlər üçün az əhəmiyyət 
daşıyır,  hətta  başqa  sözlə  desək,  o,  nisbidir.  Canlılarda  tam  uyğunlaşma  yoxdur, 
orqanizmlər  həmişə  dəyişən  mühit  şəraitinə  uy-
ğunlaşmaq məcburiyyətindədirlər. 
Orqanizmlərin  nisbi  uyğunlaşmalarına  dair  
bəzi nümunələr:
1.  Orqanizmlərin  bir  düşməndən  qorunmaq 
üçün həyata keçirdiyi qoruyucu uyğunlaşma başqa 
düşmənlə qarşılaşan zaman təsirli olmur. Belə ki, 
zəhərli ilanları onların zəhərinə qarşı davamlı olan 
manqustlar,  kirpilər  yeyir.  Tısbağanın  zirehi  onu 
leşyeyən ağ qartalın hücumundan qorumur. Qartal 
tısbağanı göyə qaldırır, sonra isə onun zirehini qır-
maq və ətindən istifadə edə bilmək üçün bərk bir 
yerə çırpıb çanağı sındırır. 
2. Orqanizmlərin davranış məqsədəuyğunluğu  
bəzən faydalı olmaya bilər. Məsələn, ağ çiçəklər-
dən nektar toplayan gecə kəpənəkləri elektrik lam-
pasının  işığını  erkək  fərdlərin  onlara  göndərdiyi 
siqnallar  hesab  edir,  ona  doğru  uçur  və  nəticədə 
qanadları yanaraq tələf olur.
3. Bir şəraitdə faydalı olan orqan başqa bir şə-
raitdə  yararsız  ola  bilir.  Məsələn,  gövdənin  tünd-
ləşməsi  zamanı  kartof  bitkisi  tezliklə  quruyan  və 
düşən yerüstü yumrular əmələ gətirir.
Deməli,  təkamül  amillərinin  qarşılıqlı  əla-
qəsi  nəticəsində  yeni  uyğunlaşmalar  yaranır 
və ya mövcud olanlar təkmilləşir. 
Bir  populyasiyadan  olan  fərdlərdə  fərqlər 
o qədər azdır ki, sərbəst cütləşmə zamanı on-
lar növün uzun müddət qorunub saxlanmasını 
təmin  edir.  İzolyasiya  şəraitində  bu  fərqlər 
yeni  növlərin əmələ gəlməsinə gətirib çıxarır. 
Tısbağanı ovlamış qartal
İşığa doğru uçan kəpənək
Gövdənin tündləşməsi zamanı kartofun 
yerüstü yumrularının əmələ gəlməsi
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə