Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   47

26
Eukariot hüceyrələrin ehtimal olunan təkamül sxemi
HEYVANLAR
GÖBƏLƏKLƏR
ALİ BİTKİLƏR
Nüvə
Qamçılar
Mitoxondri
Bakteriya
Aerob
*
 bak te ri ya 
(ok sid ləş di ri ci)
Spiroxetə oxşar 
bakteriya
Xloroplast
İlkin eukariot 
bitki hüceyrəsi
Probiont
*
DNT-yə 
malik 
anaerob*
heterotrof
Aerob bak te ri ya
İlkin eukariot 
heyvan hüceyrəsi
İbtidai bitki 
hüceyrəsi
Qamçı
Sentriol
  LAYİHƏ


27
1.  Təkamül sxeminə baxın və rəqəmlərə uyğun gələn açar sözləri müvafiq olaraq 
boş xanalara yazın. 
aerob tənəffüs, qıcqırma, xemosintez, fotosintez
T
2. Prosesləri ardıcıl düzün. 
1. anaerob tənəffüs 
2. fotosintez 
3. xemosintez 
4. aerob tənəffüs 
5. sərbəst oksigenin əmələ gəlməsi
3.  Həyatın yaranmasının suda başlanması o dövrdə sudan fərqli olaraq quruda 
həyatın mümkün olmaması səbəblərini araşdırın və təqdimat hazırlayın. 
4. Sxemdə uyğun gələnləri yerləşdirin.
1
3
4
2
1
2
3
4
1
3
2
4
?
? ?
?
  LAYİHƏ


28
 
7. Təbii seçmənin formaları
Həyat  yarandıqdan  sonra  təkamül  nəticəsində  bir  çox  növlər  yaranmışdır. 
Müxtəlif dövrlərdə yaşamış insanlar müşahidə etmişlər ki, yaşamaq uğrunda mü-
barizədə daha güclü olanlar qalib gəlir, yaşayır və nəsil verirlər. Bildiyiniz kimi, 
təbiətdə gedən belə seçməni təbii seçmə adlandırırlar. 

 
Təbii seçmənin hansı formaları vardır?

 
Nəyə görə təbii seçmə bu şəkildə qruplaşmışdır? 
► 
Təbii seçmə formalarının təkamülün gedişində nə kimi əhəmiyyəti vardır?
M
Uyğunluğu müəyyən edin və fikirlərinizi əsaslandırın. 
•  
Həyat şəraitinin tədricən dəyişməsi zamanı növün fərdlərinin orta həddən 
kənara çıxan yeni formaları yaranır və seçilib saxlanılır.
• 
Dəyişməyən mühit şəraitində orta həddə daha uyğun olanlar seçilib saxlanılır.
• 
Eyni bir mühit şəraitində müxtəlif əlamətlərə malik formalar meydana çıxır. 
F
1
2
3
4
  LAYİHƏ


29
Təbii seçmənin formaları çoxdur. Onlardan ən əsasları – stabilləşdirici, hərə-
kətverici və parçalayıcı (dizruptiv) seçmədir.
Stabilləşdirici seçmə. Dəyiş-
məyən mühit şəraitində əlamətin 
orta  göstəricisindən  kənara  çıx-
mayan  canlılar  sağ  qalır. 
Məsələn,  fırtına  zamanı  İn-
giltərədə  uzun  və  qısaqanadlı 
sərçələr  məhv  olmuş,  orta  qa-
nadlı sərçələr salamat qalmışlar. 
Daha bir nümunəni nəzərdən ke-
çirək.  Boz  dovşanın  qulaq  sey-
vanının ölçüsü onların bədən öl-
çülərindən fərqli olaraq az dəyi-
şir. Demək olar ki, bu əlamət sa-
bitdir  və  istiliyin  tənzimlənməsi 
prosesi  dov şanların  qulaq  sey-
vanlarındakı qan kapilyarlarının fəaliyyəti ilə həyata keçirilir. Qısa qulaqlı dovşan-
lar yayda həddən artıq istidən, uzun qulaqlı dovşanlar isə qışda həddən artıq soyuqdan 
daha tez məhv olurlar. Seçici amil kimi, temperaturun mövsümi dəyişkənliyi əsas rol 
oynayır. 
Stabilləşdirici seçmənin digər bir nümunəsi reliktlərin və ya “canlı qazıntıla-
rın” milyonlarla il ərzində, demək olar ki, dəyişməməsidir: Məsələn, Yeni Zelandi-
yada hatteriya, sümüklü balıqlardan latimeriya, çılpaqtoxumlu bitki ginqko və s. 
belə  canlılardır.  Bu  növlərin  mövcudluğu  onların  yaşayış  şəraitinin  dəyişməməsi 
ilə əlaqədardır. 
Hərəkətverici seçmə. Hərəkətverici seçmə haqqında təsəvvürləri hələ Ç.Dar-
vin qeyd etmişdi. Buna görə də bəzən o, Darvin seçməsi adlandırılır. Bu seçmə 
nəticəsində ətraf mühitin dəyişkən şəraitində orqanizmlərdə köhnə əlamətlər təd-
ricən dəyişir və yeni əlamətlər əmələ gəlir. Bu zaman populyasiyada yeni şəraitə 
uyğunlaşan fərdlər sağ qalır və variasiya əyrisi müəyyən istiqamətdə yerini dəyişir. 
Hərəkətverici seçmə populyasiyada əvvəl müəyyən olunan əlamətin orta göstə-
ricisindən faydalı kənara çıxmaların olduğu fərdlərin xeyrinə seçmədir. Populyasi-
yada bu cür kənara çıxmalara daha çox heteroziqot fərdlər malikdir, buna görə də 
hərəkətverici seçməni heteroziqotların (Aa) xeyrinə seçmə adlandırmaq olar.
Hərəkətverici  seçmənin  təbiətdə  təsirinin  nümunəsi  kimi  tozağacı  qarışcası 
kəpənəyində  (gecə  kəpənəyi)  rast  gəlinən  sənaye  melanizmini  göstərmək  olar. 
Populyasiyada iki cür kəpənək mövcuddur: açıq və tünd rənglilər. Qanadları açıq 
rəngli kəpənəklər gündüz vaxtı yaşadığı ağacların qabığında rast gəlinən şibyələri 
təqlid edir. Şibyələrin bol yayıldığı kənd yerlərində tünd rəngli növlərdən daha 
çox açıq rənglilərə rast gəlinir. Lakin ən iri sənaye şəhərlərindən biri olan Man-
Boz dovşanların qulaq seyvanlarının 
ölçüsü stabilləşdirici seçməyə 
məruz qalan əlamətdir.
  LAYİHƏ


30
çesterin ətrafında populyasiyada 
tünd rəng li kəpə nəklər üstünlük 
təşkil  edir.  M əsələ  ondadır  ki, 
bu şəhərdə hava kükürd qazı və 
hislə olduqca çirklənmişdi. Nə-
ticədə  şibyələr  məhv  olmuş, 
ağacların  qabığı  isə  hisdən  qa-
ralmışdı. Təbii maskalayıcı fon 
yoxa çıxmış, açıq rəngli fərdlər 
tünd qabığın fonunda daha gö-
rünən  olduğundan  hə şərat ye-
yən  quşlar  onları  tünd  rəngli 
fərdlərdən daha çox yeməyə başlamışdır.
Hərəkətverici seçmənin digər nümunəsi bəzi xəstəliktörədən bakteriyalarda, 
zərərverici  həşəratlarda,  siçovul  və  siçanlarda  antibiotik  və  kimyəvi  zəhərlərə 
qarşı dözümlülüyün əmələ gəlməsidir. Tədqiqatlar göstərir ki, bu orqanizmlərin 
hər növbəti nəslində bu cür preparatlara qarşı həssaslıq daha da azalır. Bu halda 
antibiotiklər və kimyəvi zəhərlər yeni, daha davamlı populyasiyaların sağ qalma-
sını təmin edən seçici amillər kimi çıxış edir.
Deməli, bu cür seçmə xarici mühit şəraiti əhəmiyyətli dərəcədə dəyişən zaman 
fərdlərin əsas kütləsi bu şəraitə uyğunlaşa bilməyəndə təsir göstərir. Bu halda əlamə-
tin orta göstəricisindən son dərəcə kənara çıxmalara malik fərdlər üstünlük əldə edir. 
Belə fərdlər parçalayıcı və ya dizruptiv seçmənin materialı kimi çıxış edən yeni də-
yişkənliyə malik olur. Bu zaman əvvəlki əlamətin variasiya əyrisi ikiyə bölünür. 
Dizruptiv  (parçalayıcı)  seçmə
*
  –  populyasiyada  əvvəl  müəyyən  olunan  orta 
dəyərə  qarşı  əlamətin  ifadə  olunmasında  son  dərəcə  kənara  çıxmaların  olduğu 
fərdlərin xeyrinə seçimdir. Əlamətin orta göstəricisindən bu cür kənara çıxmalara 
ən çox mutasiyaya uğramış genotipləri olan homoziqot fərdlərdə rast gəlinir. Buna 
görə də parçalayıcı seçməni mutasiyaya uğramış homoziqotların (a´ a´ və ya A´A´) 
xeyrinə seçmə adlandırmaq olar. Bu cür seçmə bir ərazidə yaşayan populyasiyanın 
bir  neçə  qrupa  bölünməsinə,  bu  isə  yekunda  polimorfizmə
*
,  yəni  populyasiyada 
bir-birindən müəyyən əlamətə görə fərqlənən formaların (qrupların, variasiyaların) 
mövcud olmasına gətirib çıxarır. Parçalayıcı seçmənin təsiri ilk dəfə rus alimi Ni-
kolay Vasilyeviç Tsinger tərəfindən araşdırılıb. O, biçilən çəmənlərdə yarımparazit 
bitki çınqıllıqotunun iki variasiyasının mövcud olmasını aşkar edib. 
Tezçiçəkləyən bitkilər iyunda – biçin vaxtından əvvəl, gecçiçəkləyən variasi-
ya isə avqustda – biçin vaxtından sonra çiçəkləyir. Beləliklə, tezçiçəkləyən və 
gecçiçəkləyən çınqıllıqotunun populyasiyaları bir ərazidə yetişməsinə baxma-
yaraq, bir-birindən genetik təcrid olunmuşdur. 
Tozağacı qarışcası kəpənəyi
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə