Slama əsasən c ns h



Yüklə 132,62 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü132,62 Kb.
#5706


www.muselmanlar.com

 

 



 

SLAMA ƏSASƏN C NS  HƏYAT 



əllif: 

Ali Rza Dəmircan

 

Azərbaycan dilində çevirib uyğunlaşdıran Fəqani Bəylərov 



(fəlsəfə doktoru: fəlsəfə və 

ilahiyyat elmləri) 

 

B R NC  FƏS L 

 

C NS  TƏL M-TƏRB YƏ  LƏ MƏŞĞUL OLMAQ  SLAM 

D N NƏ ƏSASƏN VAC B B R MƏSƏLƏD R 

 

 



MÜHÜM B R QEYD 

nsan elə bir varlıqdır ki, Allah onu yaratdıqlarının böyük əksəriyyətindən üstün edib. 

Göylərdə və yerdə olan varlıqlar onun istifadəsinə verilib. 

Ş

übhə  yoxdur  ki,  insanın  cismani  xüsusiyyətləri  ruhi-mənəvi  üstünlükləri  ilə 



müqayisədə çox zəifdir. Cinsi ləzzətləri də mənəvi həzz və zövqlərinə nəzərən olduqca 

kobud və səthidir. 

Biz  bu  kitabımızda  slam  dininin  iki  əsas  mənbəyi  olan  Quran  və  Sünnəyə

1

  əsasən 



insanın intim dünyasını və cinsi həyatını izah etməyə cəhd göstərdik. 

Bu məsələni lazımi qaydada izah  etmək məqsədilə insanı müntəzəm olaraq seksual 

xüsusiyyətləri  baxımından  təhlil  etdik.  Quran  və  Sünnə  prinsiplərinin  məhz  seksual 

xarakterli məqamlarına xüsusi diqqət yetirməyə çalışdıq. 

Kitabımızı  oxuyan  və  Quran  və  Sünnənin  cinsi  həyatla  əlaqədar  qaydaları  ilə 

ardıcıllıqla  tanış  olan  oxucumuz:  “Məgər  Quran  və  Sünnə  ancaq  seksuallıqla 

ə

laqədardır?”,  -  kimi  bir  hissə  qapılmamalıdır.  Çünki  əvvəl  də  izah  etdiyimiz  kimi, 



kitabımızda təkcə cinsi həyat tədqiq olunur və buna görə də Quran və Sünnənin sadəcə 

olaraq intim münasibətlərlə bağlı prinsiplərinə yer verilir. 

Yaxşı bilmək lazımdır ki, Quran və Sünnə bəşəriyyətin yeganə həyat sistemidir. Bir-

birini  tamamlayan  bu  iki  müqəddəs  mənbə  ancaq  cinsiyyəti  deyil,  insanla  əlaqədar 

ə

qidəvi (etiqadi, inancla əlaqədar), siyasi, ictimai, iqtisadi, hüquqi, əxlaqi və sairə kimi 



məsələləri də əhatə edir. Beləliklə, insanı dünya və axirətdə xoşbəxtliyə çatdırmaq kimi 

bir xüsusiyyətə malikdir. 



Quran və Sünnə prinsiplərinə əsasən cinsi təlim-tərbiyə vacibdir 

“Belə dua et: Ey Rəbbim! Mənim elmimi artır!” (Taha, 20/114) 

                                                 

1

 Sünnə sözü Ərəb dilində adət-ənənə, gedişat, tutulub gedilən yol, cığır, qanun və rəvayət kimi müxtəlif 



mənalarda işlənir. Qurani-Kərimdə isə bu söz sabit qanunları bildirmək məqsədi ilə işlədilmişdir. Sünnə 

bir termin olaraq dini ədəbiyyatda həzrəti Muhəmmədin bütün kəlam (söz, nitq), davranış, mülahizə, fikir 

və rəylərinin məcmuyunu ifadə edir - tərcüməçinin qeydi. 



www.muselmanlar.com

 

 



 

slam dini prinsipləri Allah və Onun peyğəmbəri həzrəti Muhəmməd (əs) tərəfindən 



qoyulmuş bir yaşayış sistemidir. 

Uca Allahın insanları iman gətirmək və əməl etməklə cavabdeh saydığı bu müqəddəs 

din fərd və cəmiyyətin həyatını tamamilə əhatə edir. Bu din insanın həyatını hərtərəfli 

ə

hatə  etdiyi  kimi,  cinsi  həyatını  da  kənarda  qoymur;  qoruyucu  və  istiqamətləndirici 



qaydaları ilə onu da ibadət çərçivəsinə daxil edir. 

Seksual xarakterli vacib əməl və qadağaların tədris edilməsi fərzdir 

slam dininin iman əsaslarını, eləcə də insanı cavabdeh hesab edən bütün buyuruq və 

qadağalarını öyrənmək fərzi-eyndir.

2

 Yəni, mütləq surətdə yerinə yetirilməli olan islami 



bir tapşırıqdır. 

Öyrənilməsi  hər  bir  mömin  tərəfindən  fərzi-eyn  olan  məlumatları  öyrənməli 

olduğumuz kimi, şəxsən və yaxud ayrı-ayrı şəxs və müəssisələrin vasitəsilə oğlan və qız 

uşaqlarımıza öyrətmək də bizim borcumuzdur. 

slam alimləri bu məsələdə həmfikirdirlər. 

slamın  cinsi  həyatı  tənzimləyən  qaydalarının  böyük  əksəriyyəti  yerinə  yetirilməli 

olan  əmrlər  (fərz)  və  uzaq  durmaq  lazım  olan  qadağalar  (haram)  formasında  ifadə 

olunur.  Məhz  buna  görə  də  həmin  ilahi  əmr  və  qadağaların  müəyyən  etdiyi  tədris 

proqramı çərçivəsində cinsi təlim-tərbiyə vacibdir. 

Gəlin,  indi  də  qayda  halına  gətirdiyimiz  bu  həqiqətə  misal  vermək  üçün  dinimizin 

cinsi həyatla əlaqədar qadağalarının (haramlar) bir hissəsinə nəzər salaq: 

Seksual  arzu  ilə  -  şəhvətlə  baxmaq,  evlənməyin  mümkün  olduğu  bir  qadın,  yaxud 

kişi  ilə  xəlvəti  yerdə  -  baş-başa  qalmaq,  flirt,  cinsi  hisləri  təhrik  edən  musiqi,  zina, 

homoseksualizm, lezbiyanlıq, heyvanlarla seksual münasibət (zoofiliya), bədənin erotik 

yerlərini  və  örtülməli  olan  yerlərini  aşkar  etmək,  qadın  al-veri,  kimi  isə  zina  və 

homoseksuallıqla ittiham edib böhtan atmaq, cənabət olub kirləndikdən sonra qüslü bir 

namazın vaxtını keçəcək qədər təxirə salmaq, xədim etmək (axtalamaq), qısırlaşmaq, öz 

arvadı  ilə  olsa  belə,  heyz  (aybaşı)  və  zahılıq  günlərində  cinsi  əlaqəyə  girmək,  arvadla 

tərs yoldan (anal) cinsi əlaqədə olmaq, dini və tibbi cəhətdən hər hansı bir üzrlü səbəb 

olmadan ərin cinsi istəklərinə qarşı çıxmaq, həyat yoldaşı olan qadına fikir verməmək, 

həyat yoldaşının haqq və azadlıqlarını məhdudlaşdıran cinsi qısqanclıq, oral (ağız yolu 

ilə) cinsi əlaqə və sairə... 

Yuxarıda bəzilərini qeyd etdiyimiz Quran və Sünnəyə əsaslanan cinsi qadağaları və 

onlarla  bağlı  lazımi  məlumatları  öyrənmək  və  öyrətmək  şübhəsiz  ki,  vacib  bir 

məsələdir. 

Ə

gər bu haramlar öyrənilməsə və tədris olunmasa, insanlar tərəfindən nə cür bilinə 



bilər? Əgər bilinməyəcəksə, onlardan uzaq durmaq necə mümkün olacaq? Əlavə olaraq, 

qeyd etdiyimiz haramlarla  yanaşı, onlardan xeyli çox olan və seksual xarakter daşıyan 

bir çox vəzifəmiz var. 

Seksual xarakterli öhdəliklər və haramlar axirət həyatımızla sıx əlaqədardır 

Möminlərin  sabit  və  düzgün,  səviyyəli  və  problemləri  az  olan  bir  dünya  həyatı 

yaşamaqları  üçün  cinsi  haramları  bilməyə  və  onlardan  uzaq  durmağa  ehtiyacları  var. 

                                                 

Fərzi-eyn: Hər bir mömin tərəfindən şəxsən yerinə yetirilməli olan Allah və ya peyğəmbər əmri. 




www.muselmanlar.com

 

 



 

Onlar buna eyni zamanda Cəhənnəm əzabından qorunmaq üçün də möhtacdırlar. Çünki 



Allahın elçisi həzrəti Muhəmməd (əs) insanı Cəhənnəmə aparan əsas günahların dil və 

cinsiyyət  üzvü  ilə  edilən  günahlar  olduğunu  bildirib.  O,  Cənnətə  daxil  olmaq  üçün 

seksual cəhətdən haram olan şeylərdən qorunmaq lazım olduğunu belə izah etmişdir: 

   


 

     


       

   

“(Ey möminlər!) Kim mənə iki çənəsinin arasındakı dilini və iki budunun arasındakı 

orqanını

  (yalan  və  zina  kimi  haramlardan)  qoruyacağına  dair  təminat  verə  bilər?  Ki, 



mən də ona Cənnətə girəcəyinə dair təminat verim.”

3

 

Cinsi  həyatla  əlaqədar  məsələləri  öyrənmək  və  öyrətmək  təkcə  abır-həya 



çərçivəsində qiymətləndirilməməlidir 

Yuxarıdakı hədisdən də yaxşı məlum olur ki, Allahın elçisi həzrəti Muhəmməd (əs) 

cinsi  həyatla  bağlı  ilahi  əmr  və  qadağaların  öyrənilməsi  və  öyrədilməsinə  böyük 

ə

həmiyyət vermişdir. 



Allahın elçisi öz danışıq ədəb-ərkanı və ciddiliyini qoruyub saxlamaqla yanaşı, abır-

həya (utanmaq, ar etmək) hissini seksual təlim-tərbiyəyə maneə kimi görməmiş, insanı 

cahillik və nadanlığa məhkum edən utancaqlığı münasib bir hal hesab etməmişdir.

4

 



Məlumdur ki, insandakı utanma hissinin seksual məsələlərlə müəyyən bir əlaqəsi var. 

Seksual  məsələlər  də  öz  növbəsində  abır-həya  ilə  əlaqəlidir.  Ona  görə  də  gəlin,  bu 

faktoru nəzərə alıb həya məsələsinə bir aydınlıq gətirək. 

Həya  elə  bir  hisdir  ki,  insanı  pərt  olub  peşmanlıq  hissi  keçirəcəyi  söz,  hərəkət  və 

işlərdən  qoruyur.  Allaha  iman  və  Onun  dərgahında  haqq-hesab  ediləcəyinə  inanmaqla 

inkişaf edən həya hissi ilahi əmr və qadağalarla obyektiv bir hala gəlir. 

                                                 

3

 Buxari, Hüdud, 19; ət-Tac, 3/23, 5/62. Bu hədis bir növ Quranın Muminun surəsinin 5 və 6-cı ayələrinin 



şə

rhidir. 




Quran və Sünnənin cinsi həyatla əlaqədar üslubu 

Allahın elçisi tərəf-müqabilinin vəziyyətindən asılı olmaqla, əksər hallarda kişi-qadın münasibətlərindən 

üstüörtülü danışırdı. Çünki o, həyatının bütün mərhələlərində ona nazil edilən Qurana tabe olurdu. Eynilə 

bunun kimi, cinsi həyatla əlaqədar üslubunda da Qurana əsaslanırdı. 

Uca  Allah  Qurani-Kərimdə  cinsi  həyatla  əlaqədar  qadağaları  qoyub  izah  etdikdə  “seksual  birləşmə” 

haqqında  bir  sıra  üstüörtülü-məcazi  sözlər  işlədib.  Bu  sözlərdən  bəziləri  “bədəni  bədənin  üstünə 

qoymaq”,  “qadınlara  yaxınlaşmaq”,  “əkin-biçin  yerinə  istədiyi  kimi  gəlmək”,  “qadınlara  girmək”, 

“qadınlardan faydalanmaq”, “kişinin qadını möhkəmcə örtməyi” və sairə kimi ifadələrdir (Baxın: Bəqərə, 

2/187, 222-223; Nisa, 4/23-25; Əraf, 7/189). Ancaq bu ifadə və cümlələri hamı başa düşmür; hətta səhv 

anlayanlar olur. Ona görə də bütün müfəssirlər həmin ifadələri öz əsərlərində cima (cinsi əlaqə) və oxşar 

seksual münasibətlər kimi izah ediblər. 

Biz də müxtəlif mədəni səviyyələrdə olan insanların hamısını nəzərə aldığımız üçün bu kitabda mötəbər 

müfəssir  və  alimlərin  metodunu  tətbiq  etdik.  Belə  ki,  həm  ayə  və  hədislərin  şərhində,  həm  də  müxtəlif 

məsələlərin  izahında  sadə  və  açıq-aydın  bir  dil  və  üslub  işlətməyə  üstünlük  verdik.  Misal  üçün,  cinsi 

birləşməni  ifadə  etmək  məqsədilə  bəzən  “cinsi  əlaqə”,  bəzən  “intim  münasibət”,  bəzən  “seksual 

münasibət”,  bəzi  hallarda  isə  “cinsi  yaxınlıq”  ifadələrini  işlətdik.  Bu  elə  həssas  bir  sahədir  ki,  tədqiqat 

apardığımız  vaxt  lazımi  söz  və  ifadələri  işlətməli  olduq.  Çünki  onlar  olmadan  bu  yolda  müvəffəq  ola 

bilməzdik. 

Nəticə  olaraq  deyə  bilərik  ki,  kitabımızda  işlətdiyimiz  üslub  təfsir,  hədis  və  fiqh  ( slam  hüququ) 

kitablarımızda  istifadə  olunan  üslubdur.  Həqiqətən  də,  dini  ədəbiyyatımızda  (məsələn,  “kitabu-t-təharət 

(təmizlik  kitabı)”,  “kitabu-n-nikah  (nikah  kitabı)”,  “kitabu-l-həzri  və-l-ibahə  (qadağalar  və  mübahlar 

kitabı)”  kimi  əsərlərdə)  bu  üsluba  dair  çoxlu  misallar  var.  Qeyd  edək  ki,  biz  bu  kitabı  yazdığımız  vaxt 

Ə

rəb  dilində  və  Osmanlıca  olan  və  təzə  nəsil  tərəfindən  başa  düşülə  bilməyən  söz  və  ifadələri  də  ana 



dilimizə uyğun hala gətirdik. 


www.muselmanlar.com

 

 



 

Ə



sl cövhəri insanın təbiətində mövcud olan həya Allah, mələklər və insanlara qarşı 

həya olmaqla müəyyən hissələrə bölünür. 

Həya  hər  bir  növü  ilə  islamidir.  Bu  elə  bir  xüsusiyyətdir  ki,  ona  malik  olmaq 

vacibdir. Həya bir xeyirdir.  slam dininin bütün əmr və qadağalarını öyrənmək də böyük 

bir  xeyirdir.  Elə  isə  xeyir  xeyirə  mane  olmur;  əksinə,  onu  dəstəkləyir.  Həqiqətən  də, 

Allahın  elçisi:  Əsl  həya  ancaq  xeyir  gətirər”



5

,  -  deməklə  bunu  çox  gözəl  izah  edib. 

Buna  görə  də  həya  fərzi-eyn  olan  seksual  təlim-tərbiyənin  qarşısında  bir  maneə  kimi 

qəbul olunmayıb. Üstəlik bu, gözəl bir xislət kimi izah edilib. 

Ə

ziz peyğəmbərimizin möhtərəm xanımı, sevgili anamız həzrəti Aişə (ra) Mədinəli 



müsəlman qadınları tərifləmək üçün belə demişdir: 

“Onlar nə qiymətli qadınlardırlar. Həya hissi onlara dinlərini yaxşı-yaxşı öyrənməyə 

mane olmadı.”

6

 

slam  dininin  cinsi  həyatımızla  əlaqədar  əmr  və  qadağalarını  öyrəndikdə  və 



öyrətdikdə şübhəsiz ki, cinsiyyət üzvlərindən və onlardan xaric olan məni (sperm), məzi 

və  qan  kimi  mayelərdən  danışmaq  labüddür.  Eyni  zamanda  seksual  hislər  və  onları 

inkişaf etdirən hərəkətlərı tədqiq etmək lazımdır. Zina, homoseksualizm, oral cinsi əlaqə 

və  bu  kimi  qadağalar  da  araşdırılmalıdır.  Təbii  ki,  ər-arvad  arasındakı  seksual 

münasibətləri  doyğunluğa  çatdıran  və  onu  qoruyub  saxlayan  metodlar  da 

qiymətləndirilməlidir.  Seksual  çatışmazlıq  və  xəstəliklər  haqqında  məlumata 

yiyələnmək  üçün  cinsiyyət  üzvlərinin  fiziki  quruluşu  da  təfsilatla  araşdırılmalı  və 

müşahidə edilməlidir. Bu misalları çoxaltmaq da olar. 

Ə

gər bütün bunlar islami həyanın qadağan edici çərçivəsində olsaydı, bu uca din öz 



bütünlüyü daxilində ziddiyyət təşkil edərdi. 

Muhəmməd peyğəmbərin (əs) cinsi məsələlərlə əlaqədar təlim-tərbiyə işləri 

“Ey peyğəmbər! Rəbbin tərəfindən sənə nazil edilən buyuruqları təbliğ et! Əgə

onları  həqiqi  mənada  təbliğ  etməsən,  elçilik  vəzifəsini  layiqincə  yerinə  yetirmiş 

olmazsan. Vəzifəni yrinə yetirdikcə Allah səni insanlardan qoruyacaq. Şübhəsiz ki, 

Allah kafir tayfanı doğrulara çatdırmaz.” (Maidə, 5/67) 

Peyğəmbər Quran ayələrini təbliğ edir və açıqlayırdı 

Allahın elçisi həzrəti Muhəmməd cinsi həyatla əlaqədar Quran ayələri nazil olduqca 

onları  təbliğ  edirdi.  Həmin  ayələrlə  əlaqədar  lazımi  izahları  da  edirdi.  Məsələn,  Allah 

Bəqərə  surəsinin  qadınların  heyz  halı  ilə  əlaqədar  222-ci  ayəsini  endirdiyi  vaxt 

peyğəmbər onu təbliğ edib insanlara çatdırdı.  

Allahın  elçisi  bu  ayəni  təbliğ  etdi  və  möminlərə  buyurdu  ki,  heyz  halında  olan 

qadınlarla bir yerdə yeyib-içsinlər, evlərdə birlikdə oturub dursunlar. O, beləcə, onlara 

aralarında cinsi əlaqədən başqa hər növ adi münasibətləri qurmağı əmr etdi.

7

 

                                                 



5

 Buxari, Ədəb, 7; Müslim,  man, 60. 

6

 Müslim, Heyz, 13 (60/332); əl-Camiu-s-səğir, 1/153. Baxın: Ahmet Davudoğlu, Səhih Müslim tərcümə 



və şərhi, 2/547. 

7

 Tirmizi, Təfsiru-l-Quran, 2. Hədis nömrəsi 2981. 



Kitabımızda qeyd edilən ayə və hədislərin demək olar ki, hamısında cinsi həyatla bir əlaqə var. Amma bu 

o demək deyil ki, biz bütün bu ayə və hədislərlə cinsi həyatın arasında xüsusi bir əlaqə qurmağa çalışırıq. 

Bunun əsl səbəbi tədqiq etdiyimiz mövzu ilə (vasitəli və ya bilavasitə) əlaqədar olan ayə və hədisləri bir 



www.muselmanlar.com

 

 



 

Muhəmməd  peyğəmbər  (əs)  oxunan  vəhy  olan  Quran  ayələri  çərçivəsində  ona 



bildirilən  seksual  məzmunlu  ilahi  buyuruqları  da  izah  edir  və  cinsi  həyatla  əlaqədar 

təlim-tərbiyəni davam etdirirdi. Onun bir hədisində belə deyilir: 

   

     


   

       


 

 “(Allah,  mələklər  və  insanlara  qarşı)  həyalı  olun.  Yaxşı  bilin  ki,  Allah  həqiqətləri 



bildirib  əmr  etməkdən  həya  etməz,  çəkinməz.

  (Ey  möminlər!)  Qadınlarınıza  arxa 



tərəfdə

(anal) cinsi əlaqəyə girməyin.”



8

 

Peyğəmbər  (əs)  seksual  məsələləri  ondan  soruşulan  suallar  və  yaranan 



problemlərə əsasən izah edirdi 

Muhəmməd peyğəmbər (əs) ondan soruşulan suallara cavab verir və dolaylı formada 

üzə  çıxan  məsələlərə  aydınlıq  gətirirdi.  Beləcə  o,  cinsi  həyata  dair  təlim-tərbiyə  ilə 

məşğul olurdu. 

Misal üçün, o, uzun müddət səhrada qaldıqları üçün su tapmayan və cənabət halından 

azad  ola  bilməyən  insanlara  təyəmmüm  etməli  olduqlarını  bildirmiş  və  bunun  nə  cür 

edildiyini öyrətmişdi. 

Bir  dəfə  onun  yanında  qadının  döl  yatağından  kənara  boşalmaqla  hamiləliyin 

qarşısını  alan  metoddan  danışılırdı.  O  da  həmin  vaxt  Qurana  əsaslanaraq  bu  kimi 

tədbirləri  “uşağı  gizlincə  torpağa  basdırmaq”



  adlandırmış,  Allahın  qəza-qədər 

proqramında daxil etdiyi canlıların mütləq yaradılacağını bildirmişdi.

9

 

Ş



ahid olduğu hadisələri də şərh edirdi 

Belə ki, o, qarnı üstə yatan bir adamı gördüyü vaxt belə demişdi: 

 

 

 



   

 

“Bu cür yatmaq Allahın sevmədiyi bir şeydir

 (belə yatmayın).”

10

 

nsanlara öz hislərini əsas tutaraq da məlumat verirdi 

Allahın peyğəmbəri bir insan, eləcə də yetişmiş

 

bir kişi olaraq şəxsən keçirdiyi cinsi-



şə

hvani hislərin həddi-büluğa çatmış başqa kişilər tərəfindən də keçirildiyini bilirdi. O, 

bu  reallığa  əsaslanaraq  və  istiqamətləndirici  məlumatlar  verməklə  ilk  müsəlmanları 

cinsi cəhətdən tərbiyə edirdi. O, aşağıdakı sözü də bu məqsədlə demişdir: 



“Sizin aranızdan bir nəfər xoşuna gələn bir qadına görə şəhvət hissi keçirsə, dərhal 

arvadının yanına gedib cinsi əlaqəyə girsin. Bu cür hərəkət etmək onun içində meydana 

gələşeyi aradan qaldırır.”

11

 

Seksual məzmunlu təlim-tərbiyə qadınları da əhatə edirdi 

                                                                                                                                               

yerə  toplamağımızdır.  Buna  görə  də  oxucunun:  “Məgər  Quran  və  Sünnə  ancaq  seksuallıqla 

ə

laqədardır?”,

 - kimi bir düşüncə və tərəddüdə düşməyi düzgün deyil. 

8

 Məcməu-z-zəvaid, 1/261, 4/298. 



9

 Zadu-l-məad, 4/18. 

10 

Tirmizi,  Ədəb,  21  (hədis  nömrəsi  2769).  Üzü  üstə  yatmaq  digər  hədislərdə  Allahı  qəzəbləndirən, 



ş

eytani bir xüsusiyyət daşıyan və cəhənnəmlik insanların vərdiş etdikləri bir yatmaq forması kimi təsvir 

edilir. 

11

 ət-Tac, 2/331; Əlavə olaraq baxın: Müslim, hədis nömrəsi 1403. 




www.muselmanlar.com

 

 



 

Muhəmməd  peyğəmbər  (əs)  yuxarıda  toxunduğumuz  seksual  məzmunlu  təlim-



tərbiyəni təkcə kişilərə tətbiq etmirdi. Qadınlara da səslənir, onlara da məlumat verir və 

nəyin necə olduğunu başa salırdı. Onun birbaşa qadınlara müraciət edən hədisləri var. 

Biz burada həmin hədislərə aşağıdakı iki hədisi misal göstərə bilərik: 

   


 

     


 

   


     

     


“Hər  hansı  bir  qadın  ətir  vurub 

(evindən) bayıra çıxsa və ətirinin iyini alıb onunla 



maraqlansınlar  deyə 

(kişilərdən  ibarət),  bir  dəstənin  yanından  keçsə,  o  qadın  mənəvi 



olaraq zinakardır. 

(Baxılmağı haram olan orqanlara baxan) Hər göz də zinakardır.”



12

 

“Qadınların arasında lezbiyanlıq zinadır, haramdır.”

13

 

Bəzən cinsi təlim-tərbiyə işləri birlikdə görülürdü 

Muhəmməd peyğəmbər (əs) cinsi həyatla əlaqədar olaraq yerinə yetirilməli və uzaq 

durulmalı  olan  məsələləri  kişi  və  qadınlara  bizim  izah  etməyə  çalışdığımız  vasitələrlə 

ayrı-ayrı  öyrədirdi.  Bununla  belə,  onun  öyüd-nəsihət  və  tapşırıqları  ilə  camaat 

namazında  kişilərlə  yanaşı,  qadınlar  da  iştirak  edirdi.  Bu  səbəbdən  bəzi  hallarda  cinsi 

həyata dair təlim-tərbiyə işləri ümumi olaraq – kişi və qadınların bir yerdə olduqları bir 

şə

raitdə görülürdü. 



Aşağıdakı hədisi buna misal göstərmək mümkündür: 

Yezidin qızı Əsma (ra) şəxsən şahid olduğu bir hadisəni belə nəql etmişdir: 



“Peyğəmbərimiz  camaata  namaz  qıldırdıqdan  sonra  ətrafında  ayrı-ayrı  oturan  kiş

və  qadınlara  işarə  etdi  ki,  yerlərindən  durmasınlar.  Sonra  kişilərdən  belə  bir  sual 

soruşdu: 

“Deyəsən  sizin  aranızda  qapısını  örtüb  yoldaşı  ilə  əlaqədə  olduqdan  sonra  onunla 

gördüyü işi açıb danışan kişilər var. Eləmi?” 

Sonra üzünü qadınlara tutub soruşdu: 

“Sizin aranızda da əri ilə yaşadıqlarını danışan qadınlar var?” 

Camaatdan bir səs çıxmadı.  

Mən bunun üstündən belə dedim: 

“Bəli,  ey  Allahın  elçisi,  var!  And  olsun  Allaha,  kişilər  də,  qadınlar  da  belə  sözlə

danışırlar”. 

Mənim bu sözlərimdən sonra peyğəmbər (əs) səbəbini izah edib belə dedi: 

 

         



 

 

 



 

 

 



                                                 

12

  Feyzu-l-qədir, 3/147. Hədis nömrəsi 2971.  zah edilən məqsədə əsasən ətir vuran qadının zinakar kimi 



tərif  olunmağı  bu  cür  ətir  vurmağın  qadını  günahkar  hala  salacağını  bildirmək  və  onu  bundan  təkidlə 

uzaqlaşdırmaq üçündür. Halbuki (bu, xüsusi bir fəsildə izah ediləcəkdir) zina evlilikdənkənar cinsi əlaqə 

ilə baş verən bir hadisədir. 

13

 Feyzu-l-qədir, hədis nömrəsi 2942 (3/137). 




www.muselmanlar.com

 

 



 

“Cinsi həyatınızı aşkar edirmiş kimi danışmayın. Bu cür danışan kişi və qadın erkəyi 



dişisinə  rast  gələn  və  insanlar  onlara  baxdıqları  halda,  erkəyi  dişisinin  işini  bitirə

erkək və dişşeytanlar kimidirlər.”

14

 

Səhabələr aldıqları təhsilə müvafiq olaraq realist idilə

Allahın elçisi Muhəmməd (əs) insanın seksual ehtiyacları və onun həmin ehtiyacların 

ödənməyi  ilə  cismani  və  mənəvi  rahatlığa  çatmağına  dair  halal  hərəkətlərini  insan 

həyatının təbii bir hissəsi kimi qəbul edirdi. O, cinsi həyatla əlaqədar məsələləri də çox 

gözəl bir üslubla dilə gətirirdi.  

Bütün  bunlar  ilk  möminlər  olan  səhabələri  realist  insanlar  halına  gətirmişdi.  Bəli, 

onlar həqiqətən də, peyğəmbərdən aldıqları təlim-tərbiyənin sayəsində cinsi həyata dair 

məsələlərdə olduqca realist idilər. Məhz buna görə də öyrənmək istədikləri məqamları 

gəlib  peyğəmbərdən  rahatlıqla  soruşurdular.  Bununla  əlaqədar  olaraq  aşağıdakı  hədisi 

bir misal kimi qəbul etmək mümkündür: 

Cabir ibn Abdulla nəql edir: 

Səhabələrdən  biri  peyğəmbərdən  (əs)  (cinsi  əlaqə,  masturbasiya  və  ya  yuxuda 

kirlənmə  nəticəsində)  cünub  olan  insanın  vəziyyətinin  necə  olacağı  barədə  bir  sual 

soruşdu: 

“(Ya peyğəmbər,) Cünub olan şəxs (yuyunmamış) yata bilər? Yemək yeyə bilər? Ya 

da bir şey içə bilərmi?” 

Muhəmməd peyğəmbər (əs) cavab olaraq belə dedi: 



“Bəli, 

(cinsiyyət  üzvünü  yuduğu  və)  namaz  üçün  etdiyi  kimi  dəstəmaz  aldığı  vaxt 



yata bilər və nəsə yeyib-içə bilər.”

15

 

Səhabələr  öyrənmək  istədikləri  şeyləri  soruşduqları  kimi,  həyata  keçirdikləri  və 

günah  hesab  edib  narahat  olduqları  məsələləri  də  gəlib  peyğəmbərə  (əs)  danışır, 

beləliklə də nə etməli olduqlarını öyrənirdilər. 

Ömər ibn Xəttab (ra) peyğəmbərin yanına gəlib belə dedi: 

“Mən məhv oldum ey peyğəmbər!” 

Peyğəmbər (əs) ondan soruşdu: 

“Səni məhv edən nədir?” 

Ömər cavabında dedi: 

“Ya rəsulallah! Cinsiyyət orqanından, ancaq arxadan arvadımla əlaqədə oldum.” 

Həzrəti peyğəmbər (əs) ona bir söz demədi. Bu dəm Quranın Bəqərə surəsinin 223-

cü ayəsi nazil oldu: 



“Qadınlarınız  sizin  tarlanız  -  əkin  yerlərinizdir.  O  halda  məhsul  götürəcəyiniz 

orqandan  istədiyiniz  kimi  əlaqədə  olun.  Nəfsləriniz  üçün  (dua,  bismilah  demək  və 

sevişməyi)  qabağa  salın.  Allahın  əmr  və  qadağalarına  zidd  düşməkdən  çəkinin. 



Onun  dərgahına  gedəcəyinizi  də  bilin!  (Ey  peyğəmbər!  Heyz  halında  əlaqə  və  tərs 

yoldan cinsi münasibət kimi haramlardan uzaq duran) möminlərə müjdə ver.” 

                                                 

14

 Məcməu-z-zəvaid, 4/294; Əbu Davud, Nikah, 49 (rəvayətlər birləşdirilib). 



15

 Buxari, Qüsl, 27. 




www.muselmanlar.com

 

 



 

Muhəmməd peyğəmbər (əs) bu ayəni təbliğ etdikdən sonra bütün möminlərə səslənib 



belə dedi: 

“Qabaqdan  və  ya  arxadan  yaxınlaşaraq,  amma  mütləq  cinsiyyət  üzvündən  olmaq 

şə

rti  ilə  cinsi  əlaqədə  ol.  Arxadakı  orqandan 

(anus  dəliyi)  və  heyz  halında  olan 

arvadınla cinsi əlaqədə olma, bundan uzaq dur!”

16

 

Beləliklə,  səhabələr  Allahın  elçisi  Muhəmməd  peyğəmbərə  (əs)  “həyatın  rəhbəri” 



kimi inanır və üzləşdikləri bütün problemləri, o cümlədən cinsi həyatla bağlı çətinlikləri 

də  ona  danışırdılar.  Onlar  üçün  siyasi  və  ya  iqtisadi  bir  problemlə  cinsi  bir  problemin 

arasında  bir  fərq  yox  idi.  Əlavə  olaraq,  problemlərin  həllini  öyrənmədikcə  bir  iş 

görmürdülər. 



Qadınlar da seksual məsələlərdə reallıqdan çıxış edirdilər 

Ə

vvəl  də  qeyd  etdiyimiz  kimi,  Muhəmməd  peyğəmbəri  (əs)  cinsi  həyatla  əlaqədar 



ilahi  buyuruqları  kişilərlə  yanaşı,  qadınlara  da  təbliğ  edirdi.  Beləcə,  bu  sahədə 

qadınların  da  müəyyən  bir  cavabdehliyinin  olduğunu  deyirdi.  Bu  da  öz  növbəsində 

qadınları  cinsi  həyatla  maraqlanmağa  sövq  edirdi.  Nəticə  etibarilə  qadınlar  da 

peyğəmbərin  yanına  gedir,  ondan  müxtəlif  suallar  soruşurdular.  Həmin  sualların 

arasında  elələri  var  idi  ki,  bir  qadının  intim  dünyasının  ən  məhrəm  cəhətlərini  açıq-

aydın ifadə edirdi. 

Ümmü  Süleym  adlı  qadın  peyğəmbərin  xanımlarından  biri  olan  Ümmü  Sələmənin 

(ra) qonşusu idi. Vaxtaşırı olaraq ona baş çəkirdi. Bu ziyarətlərin birində peyğəmbər də 

gəldi. Bu dəm Ümmü Süleym ondan soruşdu: 

“Ya  rəsulallah,  yuxusunda  ərinin  (və  ya  başqa  bir  kişinin)  onunla  cinsi  əlaqədə 

olduğunu görən bir qadın yuyunmalıdır? Bu barədə nə deyərdiniz?” 

(Bu cür bir sualı eşitdiyi üçün utanan) həzrəti Ümmü Sələmə üzünü Ümmü Süleymə 

tutub gileyləndi: 

“Allah  sənə  yaxşılıq  etsin!  Baltanı  daşa  vurdun  ay  xanım!  Allahın  elçisinin 

qarşısında qadınları pis vəziyyətə saldın.” 

Ümmü Süleym isə ona belə cavab verdi: 

“Şübhə yoxdur ki, Allah həqiqəti bildirib əmr verməkdən həya etməz və utanmağı da 

buyurmaz.  Odur  ki,  bizim  dəqiq  bilmədiyimiz  şeyləri  peyğəmbərdən  soruşmağımız 

həmin məsələləri bilməməyimizdən xeyirlidir (daha yaxşıdır). 

Muhəmməd  peyğəmbər  (əs)  (Ümmü  Süleymin  sualının  və  sualı  nə  üçün 

soruşduğunun düzgün olduğunu təsdiq etmək üçün) sözə qarışıb belə dedi: 

“Allah  əslində  sənə  yaxşılıq  etsin  ey  Ümmü  Sələmə!  Əsl  çıxılmaz  vəziyyətə  düşən 

sənsən.” 

Sonra da Ümmü Süleymin sualına aşağıdakı kimi cavab verdi: 

                                                 

16

 Tirmizi, Təfsiru-l-Quran, hədis nömrəsi 2984. 



Həzrəti Ömər  (ra) kimi kamillik dövrünə çatan səhabələr ös sözləri, eləcə də hərəkətləri ilə ancaq Allahın 

razılığını qazanmaq istəyirdilər. Lakin bəzən bir şeyin günah olduğunu da düşünüb şübhələnirdilər. Onlar 

bu kimi hallarda Muhəmməd peyğəmbərin (əs) yanına gəlib əhvalatı ona danışırdılar. Bu cür hallarda nə 

etməli  olduqlarını  ondan  öyrənirdilər.  Peyğəmbər  (əs)  də  ondan  soruşulan  sualları  təbii  qarşılayır  və 

cavab  verirdi.  Buna  görə  də  bəzi  həssas  möminlərin  güman  etdikləri  kimi  bu  sualların  soruşulmağında 

səhabələrin nüfuz və xətir-hörmətlərinə xələl gətirən bir çatışmazlıq yoxdur. 




www.muselmanlar.com

 

 



 

“Bəli, yuxusunda orqazm olub kirlənən qadın boşaldıqda yuyunmalıdır (qüsl). Əgər 



belə bir şey baş verməyibsə, yuyunmağa ehtiyac yoxdur.”

17

 



Ə

nsar


18

  qadınlarından  başqa  bir  qadın  da  eyni  sualı  soruşduğu  vaxt  həzrəti  Aişə 

anamız  bunu  Ümmü  Sələmə  anamız  kimi  qadınları  pis  vəziyyətə  salan  bir  sual  olaraq 

qiymətləndirdi. Bu vaxt peyğəmbər (əs) ona belə dedi: 



“Ey  Aişə!  Qadının  sözünə  müdaxilə  etmə.

  Qoy,  istədiyini  soruşsun.  Çünki  Ənsarın 



qadınları

 (müsəlman qadınların)  bilməli olduqları məsələləri soruşurlar (yəni, bu, çox 

təbii bir haldır)”.

19

 



Qeyd edək ki, utandığına  görə peyğəmbərdən sual soruşa bilməyən qadınlar da var 

idi.  Onlar  da  araya  peyğəmbərin  xanımlarını  qoyurdular.  Cinsi  həyatla  əlaqədar 

məlumatları onların vasitəsilə öyrənirdilər. 

Peyğəmbərimizin  xanımlarından  biri  olan  Ümmü  Sələmə  (ra)  belə  bir  əhvalat  nəql 

etmişdir: 

Mədinəli möminlər – Ənsarın kişiləri öz qadınları ilə arxadan yaxınlaşmaqla, ancaq 

cinsiyyət üzvündən olmaq şərti ilə cinsi əlaqədə olurdular. Bunu eşidib bilən yəhudilər 

belə deyirdilər: 



“Arvadı ilə arxadan yaxınlaşıb qabaqdan cinsi əlaqə yaradan adamın uşağının gözü 

çaş olur.” 

Mühacirlər  Məkkədən  hicrət  edib  Mədinəyə  gəldikləri  vaxt  Ənsarın  qadınları  ilə 

evləndilər. Onlar qadınlara arxadan yaxınlaşıb cinsi əlaqədə oldular. Amma yəhudilərin 

müsəlmanlara  vurduqları  tənələrin  təsirinə  düşən  bir  Ənsar  qadını  ərinin  ona  bu  cür 

yaxınlaşmağına etiraz edib belə dedi: 

“Yaxşı  bil  ki,  mən  gedib  peyğəmbərdən  bu  məsələni  dəqiqliklə  öyrənənə  qədər 

mənimlə bu cür əlaqədə ola bilməyəcəkən!”. 

Sonra bu qadın durub Ümmü Sələmənin yanına getdi. Əhvalatı ona danışdı. Ümmü 

Sələmə  də  ona  dedi  ki,  peyğəmbər  evdə  deyil,  qayıdana  qədər  gözlə.  Bir  qədər 

keçdikdən  sonra  peyğəmbər  (əs)  gəldi.  Həmin  qadın  bu  sualı  birbaşa  peyğəmbərdən 

soruşmağa  utandı.  Durub  bayıra  çıxdı  ki,  sualı  onun  əvəzinə  Ümmü Sələmə  soruşsun. 

Ümmü  Sələmə  məsələni  peyğəmbərə  açdı.  Peyğəmbər  (əs)  ona  dedi  ki,  qadını  içəri 

çağır.  Beləcə,  qadın  təzədən  evə  daxil  oldu.  Həzrəti  peyğəmbər  ona  Bəqərə  surəsinin 

223-cü ayəsini oxudu. Ardınca da belə dedi: 



Ərin sənə cinsiyyət üzvündən olmaq şərti ilə istədiyi kimi yaxınlaşa bilər.

20

 

                                                 

17

 Buxari, Elm, 130. 



Qüslün vacib olmağı üçün qadın yuxuda ikən cinsi əlaqədə olmalı və boşalmalıdır. 

18

  Ənsar  dini  ədəbiyyatda  həzrəti  Muhəmmədin  sağlığında,  yəni,  slamın  erkən  dövrlərində  müşriklərin 



onlara  verdiyi  əzab-əziyyətdən  qaçıb,  Məkkədən  Mədinəyə  hicrət  etmiş  mühacirlərə  yardım  edən  və 

peyğəmbərə yaxınlıq göstərən mədinəli müsəlmanlara verilən ümumi addır. Ənsar sözünün mənası kömə



edənlər,

 mühacir kəlməsinin mənası isə hicrət edənlər, qaçanlardır - tərcüməçinin qeydi. 

19 

Müsnəd, 6/377; Məcməu-z-zəvaid, 2/268. 



Həzrəti Ümmü Sələmə və həzrəti Aişə analarımızın bu kimi tənqidvari müdaxilələri göstərir ki, ilk  slam 

cəmiyyətində qadınların peyğəmbərdən sual soruşmaqları təkcə kişilər deyil, qadınlar tərəfindən də qəribə 

qarşılanıb. Halbuki peyğəmbər özü ondan bu cür suallar soruşmağı adi bir hal hesab etmiş, beləliklə də, 

bunu  qəribə  qarşılayanlara  müsbət  yanaşmamışdır.  Deməli,  şifahi  Sünnənin  bir  nümunəsi  belə,  cinsi 

təlim-tərbiyənin nə dərəcədə əhəmiyyətli olduğunu kifayət qədər izah edir. 

20

 Müxtəsəri ibn Kəsir, Bəqərə, 233. Əlavə olaraq baxın: əl-Lu-lu-u və-l-mərcan, Nikah, 16-cı bab. 




www.muselmanlar.com

 

 



10 

 

Burada  xüsusi  diqqət  yetirilməli  olan  məsələ  budur:  Peyğəmbərimiz  utandığı  üçün 



sualını birbaşa soruşa bilməyən qadına məhz özü cavab vermişdir. 

Seksual problemlərini açıq-aydın danışan qadınlar da var idi 

Yuxarıda  qeyd  etdik  ki,  qadınlar  Muhəmməd  peyğəmbərdən  (əs)  şəxsən  və  ya  bir 

vasitəçinin  köməyi  ilə  müxtəlif  suallar  soruşurdular.  Onlar  eyni  zamanda  seksual 

problemlərini  də  peyğəmbərə  bildirirdilər.  Bilavasitə  peyğəmbərə  bildirilən 

problemlərin  arasında  ərinin  cinsi  iqtidarsızlığı  (impotentlik)  ucbatından  boşanmaq 

istəyən bir qadının tələbi də var idi. Aşağıdakı hədisi buna maraqlı bir misal təşkil etdiyi 

üçün sizə də təqdim edirik: 

Həzrəti Aişə (ra) belə nəql edir: 

Rifaa əl-Qurəzinin arvadı peyğəmbərin yanına gəlib belə dedi: 

“Ya  rəsulallah!  Mən  Rifaanın  arvadı  idim.  Məni  boşadı.  Mən  də  Abdurrahman  ibn 

Zəbir ilə evləndim. Amma Abdurrahman ibn Zəbirin cinsiyyət üzvü paltarın saçağı kimi 

yumşaqdır. Mənimlə cinsi əlaqədə ola bilmir.”

21

 

Qadının bu sözlərini eşidən peyğəmbər gülümsədi və belə dedi: 



“Sən Rifaanın yanına qayıtmaq istəyirsən

 (təzədən ona ərə getmək istəyirsən)? Xeyr, 



sən  ərə  getdiyin  (indiki)  kişinin  balından,  o  da  sənin  balından  dadmadıqca

  (aranızda 

cinsi əlaqə baş vermədikcə)  birinci ərin Rifaaya ərə gedə bilməzsən.”

22

 

Biz  bu  kimi  hadisələrdən  bir  ibrət  dərsi  almağımız  lazımdır.  Belə  ki,  biz  Allahın 



elçisi  Muhəmməd  peyğəmbər  (əs)  kimi  həqiqətpərəst  olmalı,  reallığa  əsaslanmalı  və 

cinsi  həyatla  əlaqədar  məsələlərin  müzakirə  edilməyini  təbii  və  adi  bir  hal  kimi  qəbul 

etməliyik. 

Cinsi  təlim-tərbiyə  təxirə  salına  bilməz  və  ona  mənfi  yanaşmaq  (pis  baxmaq) 

düzgün deyil 

stər kişi, istərsə də qadın olsun, həddi-büluğ dövrünə çatan hər bir müsəlmanla bağlı 

ilahi buyuruq və qadağaların əsas hissəsi seksual hislər, onları formalaşdıran hərəkətlər, 

cinsiyyət üzvləri və cinsi fəaliyyətlə əlaqədardır. Məhz buna əsasən Quran və Sünnənin 

meyarları çərçivəsində cinsi təlim-tərbiyə fərzdir. Başqa sözlə, bu, vacib bir məsələdir. 

Ümumiyyətlə  bu  cür  bir  təlim-tərbiyə  ancaq  və  ancaq  Quran  və  Sünnənin  müəyyən 

etdiyi qaydaları əsas tutan bir təhsil sistemi daxilində həyata keçirilə bilər. Bu, olduqca 

təbii bir haldır. 

Cinsi  təlim-tərbiyə  sahəsində  Quran  və  Sünnənin  müəyyən  etdiyi  və  slam 

alimlərinin  öz  əsərlərində  qeyd  etdikləri  məsələləri  deyil,  elm  və  əxlaqdankənar 

nəşrlərin  nümayiş  etdirdiyi  sui-istifadə  və  seksual  münasibətlərin  ekranlaşdırılmasını 

(şəkil,  film  və  sairəni)  başa  düşənlər  üçün  “cinsi  təlim-tərbiyə  ifadəsi  ilə  “fərzlik-

                                                 

21 


Həqiqətpərəst  qadınlar:  Şübhəsiz  ki,  Rifaanın  arvadı  kimi  həya  hissi  öz  problemini  açıb  deməyinə 

mane  olmayan  həqiqətpərəst  qadınlar  çox  az  idi.  Əlavə  olaraq,  kişilər  qadınların  bu  cür  danışmağına 

etiraz edirdilər. 

Belə  ki,  peyğəmbərin  hüzuruna  daxil  olmaq  üçün  eşikdə  gözləyən  Xalid  ibn  Səid  həmin  qadının 

danışığını eşitmişdi. Vəziyyəti belə gördükdə özünü saxlaya bilmədi və peyğəmbərin yanında olan həzrəti 

Ə

bu Bəkrə üz tutub belə dedi: 



“Bu  qadının  Allahın  elçisinin  yanında  bu  cür  danışmağına  mane  ol!”  (Baxın:  Ahmet  Davudoğlu,  Səhih 

Müslim tərcümə və şərhi, 7/314-315; əl-Lu-lu-u və-l-mərcan, hədis nömrəsi 908). 

22

  bn Macə, Nikah, 32, hədis nömrəsi 1932; Müsnəd, 6/37. 10-cu fəsildəki Hullə bölməsinə baxın. 




www.muselmanlar.com

 

 



11 

 

vaciblik”

  ifadəsinin  birlikdə  işlədilməsi,  üstəlik  də  hökm  qoyan  bir  üslubla  istifadə 

olunmağı  qəribə  qarşılana  bilər.  Ancaq  yaddan  çıxartmamaq  lazımdır  ki,  həqiqət  elə 

həqiqətdir. 

Bu  məsələnin  çox  vacib  olan  digər  bir  cəhəti  də  var:  Bizim  xaricimizdəki  bəzi 

insanlar cinsi həyatdan sui-istifadə edirlər deyə, yaxud da bunu bəzi müsəlmanlar dərk 

edə  bilmirlər  deyib  vacib  olan  bir  təlim-tərbiyə  işini  təxirə  salmaq  olmaz.  Bu  sahədə 

səhlənkarlıq  etmək  qətiyyən    olmaz.  Çünki  bunun  təxirə  salınmağı  cinsi  həyatı  ibadət 

həyatının  bir  tərkib  hissəsi  olmaqdan  uzaqlaşdırır  və  günahla  dolu  bir  yaşayış  halına 

salır. Bu isə amansız bir ilahi əzaba düçar olmaqla nəticələnir. 

Ə

lavə  olaraq,  düzgün  məlumatların  doldurmadığı  boşluqları  batil  fikirlər  və  səhv 



məlumatlar tutur. Hal-hazırda vəziyyət belədir. Bu əsassız və batil şeylər eyni zamanda 

ibadət və əxlaqımıza mənfi təsir edir. Beləliklə, imanımıza ağır zərbələr vurur. 

Ş

übhəsiz ki, adi bir tədqiqat aparılsa, məlum olacaq ki,  slam dininin qadağan etdiyi 



çılpaqlıq,  siğə  (müvəqqəti  nikah),  heyz  halında  cinsi  əlaqə,  pronoqrafik  nəşrlər  və  bu 

kimi şeyləri təbii qarşılayan və islami boşanma qaydasını, eləcə də məhdudlaşdırılmaq 

şə

rtilə çox evliliyə (poliqamiya) verilən icazəni  qeyri-mədəni adlandırmaqla kafirləşən 



çoxlu müsəlman da var. 

Odur ki, biz burada sadə bir həqiqəti qısa şəkildə belə ifadə etmək istəyirik: Bu kitab 

bu  cür  bir  müşahidə  aparıldığına  görə,  əlavə  olaraq,  müəllif  (bir  müsəlman  kimi) 

bundan narahat olduğu üçün yazılmışdır. 



Yüklə 132,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə