Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması


Həyatın yaranması haqqında fərziyyələr



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

11
 
2. Həyatın yaranması haqqında fərziyyələr
Həyatın yaranması haqqında ən qədim fikirlər “öz-özünə yaranma” fərziy-
yəsidir. 

 
Sizcə, həyat öz-özünə necə yarana bilərdi? 

 
Həyatın yaranması haqqında hansı fərziyyələr mövcuddur? 
Keçmişdə insanlar böcəklərin yemək artıqlarından, güvələrin yundan, qur-
bağaların lildən, siçanların buğdadan və çirkli paltardan əmələ gəldiyinə inanır-
dılar.  Hətta  bəzi  səyyahlar  getdikləri  yerlərdə  ağaclar  üzərində  yemişəbənzər 
meyvələrin  içərisində  quzuların  yetişdiyini  deyirdilər.  Sonralar  həyatın  əmələ 
gəlməsi haqqında müxtəlif təsəvvürlər yaranmağa başladı.
1. 
Vulkan püskürməsi: İlk üzvi maddələr ara-
sıkəsilmədən püskürən vulkanların yaratdığı isti bu-
laqlarda  qeyri-üzvi  maddələrdən  yaranmışdır.  Ha-
zırda ABŞ-da milli parkların birində isti bulaqlarda 
yaşayan  qədim  orqanizmlər  (arxebakteriyalar
*
) ta-
pılmışdır. Bu, dolayı yolla deyilənləri təsdiqləyir. 
2. 
Buzlaqlar: Fərziyyələrə görə, Yer kürəsinin 
müəyyən  yerlərini  örtən  buzlaqların  altında  həyat 
əmələ  gələ  bilərdi.  Onlar  belə  şəraitdə  qədim  at-
mosferi  təşkil  edən  qazların  və  sianid  duzlarının 
qarşılıqlı təsirindən amin turşularının, hətta zülalla-
rın  yaranmasını  da  söyləmişlər. Yara nmış  maddələri 
Günəşin ultrabənövşəyi şüalarından buz qatının qo-
ruduğu güman edilirdi. 
F
Elm adamlarından Van Helmont siçanların 
çirkli  paltarlardan  yarandığını,  həkim-kimya-
gər  Parasels  isə  “ho munkulus”,  yəni  insanın 
süni hazırlanması fikrini irəli sürmüşdür. 
Bu haqda fikirlərinizi bildirin və əsaslan-
dırmağa çalışın. 
Parasels
Van Helmont
M
  LAYİHƏ


12
1.  Cansızlardan  canlının  yarana  biləcəyini  qəbul  etmək  olarmı?  Fikirlərinizi 
əsaslandırın. 
2.  Arxebakteriyalar haqqında məlumat toplayın və onların “ən qədim bakteriya-
lar” adlandırılmasının səbəblərini araşdırıb təqdim edin. 
T
3.  Şəkildə həyatın yaranması haqqında qədim fər-
ziyyələrdən hansı əks oluna bi lər? İzah edin.
3. 
Dağlar  ətəyində  su:  Bəzi  fərziyyələrə 
görə, həyat ilk dəfə daha mülayim iqlimdə, da-
yaz  nohurlarda,  dənizlərin  dayaz  yerlərində 
əmələ  gəlmişdir.  Belə  şəraitdə  sadə  qeyri-üzvi 
birləşmələr  nuklein  turşularının  sələfləri  olan 
mad dələri əmələ gətirə bilərdi. 
4. 
Kosmosdan  gəlmələr:  Planetimizdə  hə-
yatın  yaranması  haqqındakı  fərziyyələrdən  biri 
də  “panspermiya”  fərziyyəsidir.  Bu  fərziyyəyə 
görə, həyat bizim planetə digər planetlərdən gəl-
mişdir. 
Bunların  hansının  daha  düzgün  olmasını 
söyləmək mümkün deyil. Hətta bu fikirlər bəzən 
bir-birini təkzib edir.
Arxebakteriya
Müasir bakteriya
  LAYİHƏ


13
  
3. Həyatın yaranması haqqında 
təsəvvürlərin inkişafı
Həyatın  qədim  dövrlərdə  əmələ  gəlməsi  haqqında  öyrəndiyiniz  təsəvvürləri 
yada salın və fikirləşin.

 
Digər planetlərdə həyat yarana bilərdimi?

 
Bu planetlərdən Yer kürəsinə həyat “rüşeymləri” necə daxil ola bilərdi? 
Abiogenez. Həyatın yaranması haqqında ilk fərziyyəni irəli sürənlərdən biri 
Aristotel  olmuşdur. Abiogenez  adlandırılan  fərziyyəyə  görə,  canlılar  cansızlar-
dan yaranmışdır. Burada cansızların daxilində bir aktiv gücün olduğu və bunun 
canlıya  çevriləcəyi  fikri  əsas  yer  tuturdu. Aristotel  bu  aktiv  gücü  maddə  kimi 
yox,  işgörmə  qabiliyyəti  kimi  qəbul  etmişdir.  O,  canlının  sadədən  mürəkkəbə 
doğru inkişaf etdiyi fikrini də irəli sürmüşdür. 
Sxemdə göstərilən həyatın yaranması təsəvvürləri haqqında bildiklərinizi ümu-
miləşdirib müqayisəli şəkildə təqdim edin.
biogenez
*
abiogenez
*
yaradılış
heterotrof
avtotrof
panspermiya
həyatın yaranması
F
Aristotel –  qədim yunan filosofu, klassik yu-
nan fəlsəfəsinin Sokrat və Platondan sonra üçün-
cü  nümayəndəsidir.  Aristotelə  görə,  ideyalar  və 
gerçək  dünya  bir-birindən  fərqli  məkanlarda 
mövcud  ola  bilməz.  Çünki  hər  bir  şeyin  kölgəsi 
onun özü ilə eyni məkanda olur. Elə bu baxımdan 
da onlar birlikdə vəhdət təşkil edirlər. Aristotelə 
görə, həyat öz-özünə (spontan) yaranmışdır.
M
  LAYİHƏ


14
Panspermiya. Alman alimi H.Rixter panspermi-
ya fərziyyəsinin yaradıcısıdır. Onun fikirləri ilə razı-
laşan alimlərdən biri S.Arreniusdur. S.Arreniusun fi-
kirlərini V.İ.Vernadski də müdafiə etmişdir. 
Bəzi  alimlərin  fikirlərinə  görə,  həyat  bizə  digər 
planetlərdən meteoritlər vasitəsilə gəlib. Digər alim-
lər isə bunun işıq şüalarının təsiri altında baş verdiyini 
söyləyirlər. 
Laboratoriyalarda aparılan tədqiqatlar nəticəsində aydın olmuşdur ki, bitkilə-
rin  sporları  və  toxumları  əlverişsiz  mühitə  qarşı  çox  davamlıdır.  Onlar  maye 
azot da, yaxud oksigendə saxlandıqda uzun müddət həyat qabiliyyətlərini saxla-
yırlar. Ancaq son illərin araşdırmalarına görə, bizim planetə digər planetlərdən 
toxum və ya sporların gəlməsi qeyri-mümkündür. 
Həyatın əbədiliyi fərziyyəsi: Alman alimi Preyer 
və biosfer təliminin müəllifi V.İ.Vernadski tərəfindən 
yaradılan fərziyyədir. Preyer qeyd etmişdir ki, həyat 
əbədidir. Çünki cansızlar da canlılardan əmələ gəlib. 
Ona  görə  Yer  kürəsini  formalaşdıran  nəhəng  közər-
miş  kütlələr  belə  canlı  orqanizmlərə  oxşardır.  Guya 
onlar Yer soyuduqca hissələrə parçalanır və əsas küt-
ləyə  birləşə  bilmədiyi  üçün  dövriyyədən  çıxır  və 
qeyri- üzvi maddələrə çevrilirlər. Beləliklə, həyat da-
vam edir. 
Biogenez  fərziyyəsi:  Bu  fərziyyənin  tərəfdarları 
abiogenez  fərziyyəsi  tərəfdarlarının  fikirlərinə  qarşı 
çıxmış  və  cansızdan  canlıların  yarana  bilməsini 
qeyri- mümkün  hesab  etmişlər.  Bu  fikrin  tərəfdarla-
rından biri də italyan həkim F.Redi olmuşdur. O, təzə 
ət parçalarını şüşə qablara qoymuş və onlardan yarı-
sının üstünü açıq saxlamış, digər yarısının isə üstünü 
örtmüşdür. Bir neçə gündən sonra ağzıaçıq qablarda 
milçək sürfələri görünmüşdür. Ağzıörtülü qablarda isə heç bir canlı yaranmamış-
dır. Beləliklə, o, müəyyən etmişdir ki, cansızlardan canlı yaranmır.
Marsda tapılan meteorit
Yumurta
F.Redinin təcrübəsi
Pup
Yetkin 
fərd
Sürfə
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə