Stress-test üçün fərziyyələr aşağıdakılardan ibarət ola bilər



Yüklə 56,5 Kb.
tarix14.09.2018
ölçüsü56,5 Kb.
#68446

1. Likvidlik və likvidlik riski haqqında ümumi anlayışlar

-Likvidlik – bankın balans və balansarxası öhdəliklərini (bundan sonra - öhdəliklər) yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və/və ya gözlənilən dəyişiklikləri effektiv tənzimləmək, habelə əlavə xərclərə yol vermədən aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyətidir.

-Likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, həmçinin bankın aktivlərinin minimal zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir.

-Likvidliyin təhlil edilməsi üçün ödəniş müddətlərinin bölgüsü - ödəniş müddəti eyni dövrə düşən aktiv və öhdəliklərin bölgüsüdür.

-Likvidlik «qəpi» - eyni ödəniş müddətinə aid olan aktiv və öhdəliklərin fərqidir. Aktivlərin məbləği öhdəliklərin məbləğindən çox və ya az olduqda müsbət və ya mənfi likvidlik «qəpi» yaranır.

Filial tərəfindən onun fəaliyyətinin müxtəlif sahələrinin idarə edilməsi və nəzarəti üzrə ən azı aşağıdakıları əhatə edən likvidliyin idarə olunması prosesi formalaşdırılır:


  • Aktivlərin idarə olunması üzrə:

  • müxbir hesablardakı qalıqların monitorinqi;

  • kreditləşmə həcminin monitorinqi;

  • kredit portfelinin keyfiyyətinin monitorinqi;

  • kreditlər üzrə faiz dərəcəsinin monitorinqi;

  • bankın qiymətli kağızlar portfelinin monitorinqi;

  • repo əməliyyatları üzrə alınmış qiymətli kağızların monitorinqi;

  • təminat qismində istifadə oluna bilən aktivlərin monitorinqi;

  • likvidliyin adekvat səviyyədə saxlanması məqsədilə satıla bilən əsas və digər qeyri-likvid vəsaitlərin monitorinqi.

        • Öhdəliklərin idarə olunması üzrə:

  • son illərin tendensiyaları, faiz dərəcəsinin dəyişdirilməsinə həssaslıq və digər makroiqtisadi amillər nəzərə alınmaqla, bank tərəfindən cəlb edilmiş vəsaitlərin həcminin monitorinqi;

  • depozitlərin həcminin monitorinqi;

  • depozit və digər öhdəliklər üzrə ödəmə müddətlərinin monitorinqi;

  • bankın əsas öhdəliklərinin kreditorları üzrə daimi monitorinqin aparılması və onlarla əlaqələrin dəstəklənməsi;

  • öhdəliyin növü, öhdəlik üzrə kreditor və onun yerləşdiyi ərazi nəzərə alınaraq öhdəliyin mənbələri üzrə cəmləşmənin monitorinqi;

  • balansarxası öhdəliklərin monitorinqi.


Likvidlik “qəp”lərinin bankdaxili təhlili. Bankın fəaliyyətinin xüsusiyyətləri, aktiv və öhdəliklərinin strukturu və tərkibi və digər amillər nəzərə alınaraq likvidlik “qəp”lərinin bankdaxili təhlili ayda bir dəfədən az olmamaq şərti ilə aşağıdakı kimi aparılır:

Qəp” təhlilinin aparılması zamanı bank müddətli öhdəlikləri müvafiq müddətlərə tam məbləğdə və ya onların dəyərinin real likvid həcmində aid edilir. Bank öhdəliyinin müvafiq ödəniş müddətində real likvid həcmi onun həmin müddətdə bankın hesab etdiyi ən yüksək ehtimalla icra oluna biləcək hissəsidir. Öhdəliklərin real likvid həcminin müəyyən edilməsi üçün bank öhdəliklərin hər bir növü üzrə müvafiq meyarlara, keçmiş dövrlərin statistik məlumatlarına və tarixi meyllərin təhlilinə əsaslanmalıdır. Meyarların adekvatlığının təmin edilməsi üçün onlara bankın rəhbərliyi tərəfindən mütəmadi olaraq yenidən baxılır.

-Vaxtı keçmiş kreditlər, əsas vəsaitlər, qeyri-maddi aktivlər, digər hüquqi şəxslərdə investisiyalar, digər müddətsiz aktivlər və bankın kapitalının tərkib maddələri “qəp” təhlilində sonuncu (ən uzunmüddətli) ödəniş müddətinə aid edilir.

- bank xarici valyutada olan likvidlik mövqeyinə nəzarəti həyata keçirmək məqsədilə xarici valyuta üzrə ayrıca “qəp” təhlili aparmaqla, ödəniş müddətlərinin bölgüsü cədvəlində manat ekvivalentində əks etdirməklə, habelə xarici valyutaya olan ümumi tələbatı qiymətləndirilir.

Xarici valyuta üzrə “qəp” təhlilinin nəticələrini nəzərə alaraq bank xarici bazarlardan borc vəsaitlərini əldə etmə imkanına, yerli bazarda müvafiq valyutanın mənbəsinin mövcud olmasına, bir valyutanın digər valyutaya dərhal konvertasiya edilməsi imkanlarına, məzənnənin dəyişməsinə və bununla bağlı aktivlərin qiymətində baş verən mənfi meyllərə daimi monitorinqi həyata keçirilir.

- “Qəp” təhlili aparılarkən fərdi və kumulyativ mənfi likvidlik qəpləri təhlil olunur .



Ani likvidlik əmsalı üzrə normativ. Hər bir bank yüksək likvidli aktivlərin orta gündəlik qiymətinin yüksək likvidli (cari) öhdəliklərin orta gündəlik məbləğinə olan nisbət əmsalını ən azı 30 faiz səviyyəsində saxlanılır.

Yüksək likvidli (cari) öhdəliklər kimi təsnifləşdirilmiş ödəniş müddəti 8 gündən 30 günədək olan öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar) bankın ani likvidlik əmsalının hesablanmasında nəzərə alınmır.



Likvidlik əmsallarının təhlili. Likvidlik riskinin profilindən asılı olaraq likvidlik mövqeyinin və likvid vəsaitlərə tələbatın qiymətləndirilməsi, hərtərəfli təhlili, habelə təhlilin nəticələrinin rəhbərliyə təqdim edilməsi üzrə bank tərəfindən prosedurlar müəyyən edilır.

-Əmsal 1: Yüksək likvidli aktivlərin ümumi aktivlərin məbləğinə olan nisbəti.

  • Əmsal 2: Cari aktivlərin yüksək likvidli (cari) öhdəliklərə olan nisbəti (cari likvidlik əmsalı). Cari aktivlərə yüksək likvidli aktivlərdən əlavə ödəniş müddəti 30 gün, yaxud bundan az olan aktivlər daxildir.

1-ci və 2-ci əmsalların azalma meylləri yüksək keyfiyyətli aktivlərin azalmasını, yaxud bankın adətən qısa müddətlərə cəlb edilmiş dəyişkən vəsait mənbələrinə daha çox arxalanmasını göstərir. Bu azalma təkcə likvidlik vəziyyətinin pisləşməsi meylini deyil, həmçinin maliyyələşdirmə strategiyasında baş vermiş məqbul hesab edilən dəyişiklikləri də göstərilir.

  • Əmsal 3: Yüksək likvidli (cari) öhdəliklərin aktivlərin ümumi məbləğinə olan nisbəti. Bu əmsal aktivlərin qısamüddətli öhdəliklərlə maliyyələşdirilməsi səviyyəsini ölçür. Bu rəqəmin yüksək olması bankın qeyri-sabit maliyyələşmə mənbələrindən yüksək asılı olmasını göstərir.

  • Əmsal 4: Yüksək likvidli (cari) öhdəliklərin ümumi öhdəliklərin məbləğinə olan nisbəti. Bu əmsal ilk problemlər yarandıqda bankı tərk edə biləcək vəsaitləri qiymətləndirir.

  • Əmsal 5: Kreditlərin depozitlərə olan nisbəti. Bu əmsalda kreditlərə banklararası kreditlər istisna olmaqla digər müştərilərə verilmiş xalis kreditlər (zərərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatlar çıxılmaqla), depozitlərə isə bankların depozitləri istisna olmaqla bankda olan müştərilərin depozitləri aiddir. Bu əmsal bankın hesabına kredit portfelinin maliyyələşdirilməsi səviyyəsini qiymətləndirir. Əmsalın artımı bankın daha çox qeyri-sabit maliyyələşmə mənbələrinə (məsələn, qısamüddətli borclar) üstünlük verdiyini göstərir.

  • Əmsal 6: Girov qoyulmuş qiymətli kağızların bütün qiymətli kağızlara olan nisbəti. Bu əmsal likvidliyə olan tələbatı ödəmək üçün istifadə edilə bilməyən, girov qoyulmuş qiymətli kağızların faizlə ifadəsini göstərir.

  • Əmsal 7: Yerli maliyyə bazarlarından cəlb olunmuş vəsaitlərin cəminin xarici bazarlardan cəlb olunmuş vəsaitlərin cəminə olan nisbəti. Bu əmsal bankın yerli və xarici bazarlardan cəlb edilmiş vəsaitlərinin cəmləşməsinin tənzimlənməsi üçün nəzərdə tutulur.

  • Əmsal 8: Tələbli depozitlərin və bankların müxbir hesablarının sabit qalıqlarının cəminin öhdəliklərin ümumi məbləğinə nisbəti. Bu əmsal tələbli depozitlərin və müxbir hesabların sabit qalıqlarının öhdəliklərin hansı hissəsini təşkil etdiyini müəyyən edir. Sabit qalıq dedikdə bir il ərzində hesabda sabit olaraq qalan və hesabdan çıxarılmayan məbləğ başa düşülür.


Stress-test və ssenarilərin təhlili. Bankın likvidlik mövqeyinin effektiv proqnozlaşdırılması üçün bank ayda bir dəfədən az olmayaraq likvidlik vəziyyətinin stress-testi həyata keçirilir.

Stress-test üçün fərziyyələr aşağıdakılardan ibarətdir:



  • Aktivlər üzrə stress-test:

  • kreditlərin vaxtında qaytarılmaması və ya gecikdirilməsi (kredit riski ilə əlaqədar yaranan likvidlik riski);

  • mərkəzi Bank tərəfindən məcburi ehtiyat normasının dəyişdirilməsi;

  • bankda likvid aktivlərin həcminin azalması;

  • bazarda likvid aktivlərin dəyərində dəyişikliklərin müşahidə olunması.

  • Öhdəliklər üzrə stress-test:

  • müddətli öhdəliklərin sahibləri tərəfindən vəsaitlərin vaxtından əvvəl geri götürülməsi;

  • cari və müxbir hesablarda vəsaitlərin azalması;

  • müştərilərin depozitlərinin valyutasının dəyişdirilməsi;

  • iri depozitlərin geri çağırılması;

  • banklar və digər maliyyə qurumlarından alınmış vəsaitlərin vaxtından əvvəl geri çağırılması;

  • kredit xətləri üzrə müqavilə şərtlərinin pozulması (vaxtından əvvəl bağlanması, nəzərdə tutulmuş vəsaitlərin tam həcmdə və ya vaxtında ayrılmaması).

  • Aktiv və öhdəliklərə təsir edən fərziyyələr:

Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə