Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə55/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________243________________________ 
 
Texnoloji  səviyyə  müəyyən  texnoloji  parametrlərlə 
təyin edilir ki, bunlara da sistemin cəldliyi, yaddaş resursu, 
rabitə kanalının növü və verilənlərin ötürülməsi sürəti və 
s. aiddir. 
Operativ (əməli) səviyyə şirkətdə sadə və bezdirici, 
lakin  olduqca  vacib  əməliyyatlar  icra  edilən  bölmələrdə 
formalaşır.  Bu  bölmələr  müştərilərlə  birbaşa  kontakt 
(təmas) yaradan, sifariş qəbul edən, hesab çıxarışı verən, 
anbardakı material resursları sərfini qeydiyyata alan, nağd 
vəsaitlər verən iş yerləridir. Operativ səviyyədə idarəetmə 
qərarı  qəbul  edən,  məsələn,  nağd  pul  götürmək  üçün 
Əmanət bankının şöbəsinə müraciət edir. Operator təqdim 
edilən sənədlər əsasında əmanətin vəziyyətini yoxlayır və 
tələb edilən pul məbləğini verib-verməmək barədə qərar 
qəbul edir.  
Taktiki səviyyə bizim üçün daha maraqlıdır. Çünki bu 
səviyyədə inzibati və analitik işlə məşğul olan orta səviyyə 
menecerləri işləyir. İnzibati iş xeyli bezdiricidir və formal 
xarakter  daşıyır.  Bu  səviyyədə  bütün  tabe  bölmələrdən 
informasiya toplayıb şirkətin normal fəaliyyəti təmin edilir 
və  bu  vəziyyət  nəzarət  altında  saxlanır.  Orta  səviyyə 
menecerlərinin  inzibati  işi,  adətən,  strukturlaşdırılmış 
məsələlərin həllindən ibarət olur. Taktiki səviyyədən gələn 
informasiya bir qayda olaraq, bölmələrdə işlərin vəziyyəti 
barədə  dövri  informasiyadan  ibarət  olur.  Buna  misal, 
sexlərin, təmir bölmələrinin həftəlik, ongünlük, aylıq və s. 
hesabatları göstərilə bilər. 
Taktiki  səviyyədə  icra  edilən  analitik  iş  daha  çox 
strukturlaşdırılmamış  məsələlərin  həllindən  ibarət  olur. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________244________________________ 
 
Belə məsələlərin həlli üçün adətən dəqiq alqoritm və və 
ya dəqiq informasiya çatışmır. 
İdarəetmə  qərarı  aydın  olmadıqda  məsələni 
modelləşdirmək  və  müxtəlif  variantları  yoxlamaq  lazım 
gəlir. Belə məsələlərə aşağıdakılar aiddir: 
 Məhsulun satış qiyməti 15% artırılarsa, satış həcmi 
necə dəyişər? 
 Sifarişlər portfelinin necə tərtib etməli ki, mənfəət 
maksimum olsun? 
Qeyd  edək  ki,  inzibati  işin  icrası  üçün  şirkətdaxili 
informasiya  kifayət  edir.  Analitik  iş  isə  həm  xarici 
məlumatlara,  həm  də  operativ  səviyyədə  yaranan 
informasiyaya ehtiyac duyur. 
Biliklərin emalı da taktiki səviyyədə həyata keçirilir. 
Bu  işlə  şirkətin  2  tip  bölmələri:  sənəd  emalı  (sənədin 
alınması, qeydiyyatdan keçirilməsi, saxlanması, tələb üzrə 
təqdim edilməsi və ləğv edilməsi) ilə məşğul olan ümumi 
bölmələr  və  yeni  məhsul  modelləri  hazırlayan  layihə 
büroları məşğul olur.  
Strateji səviyyədə yuxarı səviyyə menecerləri şirkətin 
uzunmüddətli inkişafı problemlərini həll edir və həmçinin, 
ətraf aləmdə baş verən dəyişikliklərin meyllərini izləyirlər. 
Bunların  əsas  vəzifəsi  ətraf  aləmdə  baş  verən 
dəyişikliklərin şirkətin biznes fəaliyyəti üçün təhlükəli olan 
məqamlarını  (Şirkətin  biznes  fəaliyyətində  uduzmalara 
səbəb  ola  biləcək  yeni  materialların,  məhsulların, 
texnologiyaların  meydana  çıxması)  aşkarlamaqdan 
ibarətdir. 
Strateji  səviyyədə  həll  edilən  məsələlərə  nümunə 
olaraq aaşağıdakıları göstərmək olar: 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________245________________________ 
 
 Şirkət  yaxın  illərdə  hansı  məhsulları  istehsal 
edəcəkdir? 
 5 ildən sonra şirkətə hansı mütəxəssislər və hansı 
ixtisas  səviyyələrinə  malik  mütəxəssislər  lazım 
olacaqdır? 
 Şirkətin  əsas  rəqibləri  hansı  məhsulun  istehsalı 
strategiyasını seçmişlər? 
Aydındır  ki,  strateji  səviyyə  üçün  əsasən  xarici 
informasiya tələb olunur ki, bunu da əldə etmək həmişə 
mümkün  olan  iş  deyildir.  Məsələn,  rəqiblərin  strateji 
istehsal planları çox gizli saxlanır.  
Qeyd  edək  ki,  hər  bir  idarəetmə  və  qərar  qəbulu 
səviyyəsinin özünəməxsus funksional məsələləri vardır.  
Məsələn, neft-qaz sahəsində “İstehsal” funksionallığı 
üçün həll edilən məsələlərə nümunə olaraq aşağıdakıları 
göstərmək olar. 
Operativ  səviyyədə  daxilolan  logistika  üzrə  istehsal 
resurslarının  mövcudluğu,  çıxan  logistika  üzrə  isə 
istehsalın  gedişi  və  hazır  məhsul  anbarındakı  vəziyyət 
barədə verilənlər daimi və müntəzəm surətdə emal edilir. 
Neft-qaz sahəsi üçün daxil olan logistika axınları müxtəlif 
diametrli  borulardan  və  qazma  qurğularından  ya  təmir 
işlərini  aparmaq  üçün  lazım  olan  xırda  bolt  və 
qaykalaradək minlərlə addan ibarət nomenklaturanı, çıxan 
logistika  axınları  isə,  şirkətin  neft  anbarlarını  və  topdan 
ticarət  müəssisələrinə  müxtəlif  markalı  benzin,  yağ, 
mazut,  dizel  yanacağı  göndərən  neft  emalı  zavodlarının 
hazır məhsulları anbarlarını əhatə edir.  
Biliklərin  emalı  səviyyəsində  yeni  məhsulların 
hazırlanması  məsələləri  həll  edilir,  həmçinin  mövcud 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________246________________________ 
 
normativlərə  uyğun  icra  edilən  reqlamentli  işlər 
(mexanizmlərə profilaktik baxış, texnoloji xətlərin təmiri) 
görülür.  Neft-qaz  sahəsi  üçün  reqlamentli  işlər  dedikdə, 
quyuların təmiri üçün profilaktik dayandırılması, neft nəqli 
borularının  yoxlanması  nəzərdə  tutulur.  Neft-qaz 
sahəsində yeni məhsul yaradılması nadir hadisə olsa da, 
yeni  xidmət  növlərinin  yaranması  tez-tez  baş  verən 
hadisədir.  Misal  üçün,  müasir  benzin  doldurma 
stansiyalarının  müşayiətedici  mağazalar,  emalatxanalar 
və  kafelər  yığını  ilə  layihələşdirilməsi  yeni  xidmət 
növlərinin yaradılması məsələlərindəndir.  
Taktiki  səviyyədə  şirkətin  bölmələrində  istehsal 
planının  yerinə-yetirilməsi  barədə  müntəzəm  hesabatlar 
tərtib edilir və həmçinin istehsal məsələlərinin (məsələn, 
istehsal  resursları  ehtiyatlarının  optimallaşdırılması)  həlli 
variantları  hazırlanır.  Orta  səviyyə  menecerləri  operativ 
səviyyədən  daxil  olan  informasiya  əsasında  ayrı-ayrı 
quyular və ya bir-neçə quyu barədə, həmçinin bütövlükdə 
neft-qaz çıxarma müəssisələri üzrə hesabatlar hazırlayır. 
Analitiklər  bu  informasiyanı  neft  hasilatı  ilə  sərf  olunan 
resursların 
(elektrik 
enerjisinin, 
suyun, 
təmir 
materiallarının)  müqayisəli  təhlili  üçün  istifadə  edə 
bilərlər. Bu təhlil əsasında ayrı-ayrı quyular və ya bir-neçə 
quyu  barədə,  həmçinin  bütövlükdə  neft-qaz  çıxarma 
müəssisələri  üzrə  işlərin  səmərəliliyini  əks  etdirən 
informasiya rəhbərliyə təqdim edilə bilər. Bu informasiya 
əsasında  xərci  çox,  hasilatı  az  olan  quyunun  və  ya 
quyuların,  həmçinin  müəssisənin  işinin  dayandırılması 
barədə qərar qəbul edilə bilər.  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə