Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə54/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________238________________________ 
 
MRPII-sistemi, 
ilk 
növbədə, 
şirkətin 
daxili 
informasiya  mənbələrindən  daxil  olan  verilənləri  və 
informasiyanı emal edir. ERP-sistemi isə həm daxili, həm 
də xarici informasiya mənbələrinin informasiyası ilə işləyir. 
ERP-sistemi  daha  çox  maliyyə  məsələlərinin  həlli  ilə 
məşğul  olur.  Bunlar  beynəlxalq  standartlara  uyğun 
hesabatlar tərtib etməyə və mühasibat sənəd dövriyyəsini 
avtomatlaşdırmağa imkan verir. ERP-sisteminin köməyi ilə 
maliyyə  planı  tərtib  edilir  və  onun  icrasına  nəzarət  icra 
edilir. ERP-sistemi transmilli şirkətlərin idarə edilməsi üzrə 
bütün  mexanizmlərə  malikdir.  Belə  ki,  ERP-sistemi  bir-
neçə  valyuta  və  dillərlə,  müxtəlif  mühasibat  uçotu 
sistemləri  ilə,  müxtəlif  hesabat  tərtibi  qaydaları  ilə,  real 
vaxt rejimində və müxtəlif saat qurşaqlarında, 24x365  - 
günboyu və ilboyu fasiləsiz iş rejimində işləyir.  
ERP-sistemi  müəssisədə  mövcud  olan  bütün 
altsistemlərlə inteqrasiya olunmağın ən ciddi tələblərinin 
hamısına cavab verir. Odur ki, ERP-sistemi iri müəssisənin 
bütün  informasiya  strukturunun  məntiqi  və  fiziki  əsasını 
təşkil etməklə, “təməl şəbəkəsi” və ya bekbon (backbone) 
rolunu oynayır. 
Beləliklə,  ERP-sistemi  dedikdə,  özünəməxsus 
funksional  altsistem  modulları  olan  iri  müəssisə  və  ya 
şirkətin  inteqrasiya  edilmiş  idarəetmə  sistemi  (İNEDİS) 
nəzərdə tutulur.  
 
TƏKAMÜLÜN PERSPEKTİVLƏRİ 
 
Gartner  Group  şirkəti  ERP-sistemin  inkişaf  etdirilib 
ERPII-sisteminə  çevriləcəyi  barədə  proqnoz  vermişdir. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________239________________________ 
 
Müasir  ERP-sistemi  müəssisədaxili  biznes-prosesləri 
avtomatlaşdırmaq üçündür. ERPII-sistemi elektron-biznes 
sistemləri  və  alıcılarla  münasibətlərin  dəstəklənməsi 
sistemləri 
ilə 
inteqrasiya 
əsasında 
informasiya 
sistemlərinin  rolunu  artırmaq  məqsədi  güdür.  ERPII 
(ERPII – Enterprise Resurce & Relationship Processing) -
sistemi, mahiyyətcə, “resursların və xarici əlaqələrin idarə 
edilməsi  sistemi”dir.  Yəni,  ERPII  şirkəti  özünün  biznes-
partnyorları ilə inteqrasiya edən sistemdir.  
Müasir  ERP-sistem  istehsalçılarının  liderləri  öz 
məhsullarının imkanlarını genişləndirməklə, partnyorlar və 
müştərilərlə  İnternet  vasitəsilə  qarşılıqlı  əlaqələr 
yaradılmasını  reallaşdırırlar.  Lakin  ERP-sistemin  bu  cür 
texnoloji 
gücləndirilməsi 
konsepsiyanın 
zahiri 
təzələnməsindən  başqa  bir  şey  deyildir.  Əslində  isə, 
sahəvi ixtisaslaşmanın dərinləşdirilməsi və “maraqlar üzrə 
qruplar”  yaradılması  və  bu  qrup  üzvləri  arasında  xüsusi 
informasiya münasibətlərinin yaradılması nəzərdə tutulur. 
Çünki  bu,  həmin  qrup  üzvlərinin  rəqabət  qabiliyyətini 
artırmaq məqsədi güdür.  
 
ERP-SİSTEMLƏRİN SATIŞI   
 
XX əsrin sonlarında ERP-sistem bazarı həddən artıq 
genişlənsə də, XXI əsrin başlanğıcında ciddi geriləmə baş 
verdi. İnkişaf etmiş ölkələri bürüyən iqtisadi böhran ERP-
sistem bazarına öz mənfi təsirini göstərdi. AMR tədqiqat 
şirkətinin  hesablamalarına  görə,  1998-ci  ildə  ERP-
sistemləri bazarı 18,7 mlrd. dollar təşkil etmişdi. 2003-cü 
ildə bu rəqəm 13,4 mlrd. təşkil etmişdi. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________240________________________ 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________241________________________ 
 
ŞİRKƏTİN İNFORMASİON 
İNFRASTRUKUTURU  
   
Şirkətin informasion infrastrukturu maliyyə, istehsal
 
və  kadrların  strateji,  taktiki  və  operativ  (əməli) 
səviyyələrdə  informasiya  texnologiyalarının  dəstəyi  ilə 
aşağıdan-yuxarı verilənlərin biliklərə, yuxarıdan-aşağı isə 
qərarların  informasiyaya  çevrilərək  hərəkət  dövranını 
əhatə  edir.  Burada  “istehsal”  strukturun  mərkəzinə 
qoyulmuşdur.  Bu  struktur  real  iri  ERP-sistemlərin 
fəaliyyətini  daha  gerçək  təsvir  edir.  Bu,  bir  də  onunla 
bağlıdır  ki,  şirkət,  mahiyyətcə,  ya  dəyər  yaradan,  ya  da 
dəyər əlavə edəndir. 
Şirkətin  informasion  infrastrukturunun  “İstehsal” 
elementi aşağıdakıları əhatə edir: 
 Daxil olan və çıxan logistika; 
 İstehsal prosesinin və ya tsiklinin özü; 
 Marketinq və istehsal edilən məhsulun satışı; 
 
Satılmış  məhsula  servis  dəstəyi  göstərilməsi  üzrə 
xidmətlər. 
 
Daxilolan  logistika  istehsal  üçün  materialların 
axtarışı,  alınması  və  saxlanması  proseslərini  birləşdirir. 
Çıxan  logistika  isə  hazır  məhsulun  saxlanması  və 
göndərilməsi  proseslərini  əhatə  edir.  Marketinq  və  satış 
məhsulun bazarda hərəkətini təmin edir. Satışdan sonrakı 
xidmətlər isə zəmanət və məsləhət xidmətləridir. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________242________________________ 
 
Beləliklə, şirkətin informasion infrastrukturu dedikdə, 
şirkətdə mövcud olan ayrı-ayrı bölmələr arasındakı üfqi və 
şaquli informasiya axınları sistemi nəzərdə tutulur. 
 İdarəetmə və qərar qəbulu İNTEX bazasında, daha 
dəqiq  desək,  texniki  təməl  üzərində  həyata  keçirilən 
informasiyanın  yığılması,  emalı,  saxlanması  və  qərar 
qəbulu  üçün  ötürülməsi  kimi  prosedurlar  zəncirindən 
ibarət texnoloji prosesin fiziki təməli üzərində reallaşdırılır. 
Texnoloji səviyyədə kompüterlər, rabitə xətləri, verilənlər 
bazaları  və  çoxsaylı  sistem  və  tətbiqi  proqramlar 
sayəsində  informasiya  proseslərinin  paralel  baş  verməsi 
təmin  edilsə  də,  heç  bir  iqtisadi  məsələ  və  ya  biznes 
məsələsi  həll  edilmir.  Burada  təqdim  edilən  yanaşmaya 
görə,  informasiya  texnologiyaları  informasiyanın  həm 
mənbəyi, həm də ünvanı olan funksional altsistemlər üçün 
təməl  təşkil  edir.  Lakin  unutmaq  olmaz  ki,  informasiya 
texnologiyaları  həm  də  hər  yerdə  və  şirkətin  bütün 
iyerarxiya  səviyyələrində  qərar  hazırlanması  və  qəbulu 
mühitidir. Bununla belə, bu mühitin konkret vəzifəsi yalnız 
informasiya  proseslərini,  yəni  informasiyanın  yığılması, 
saxlanması,  ötürülməsi,  emalı  və  təqdim  edilməsi 
proseslərini  təmin  etməkdən  ibarətdir  və  informasiya 
texnologiyaları bilavasitə qərar qəbulu prosesində iştirak 
etmir. Lakin bu heç də o demək deyildir ki,  informasiya 
texnologiyaları  qərar  qəbuluna  təsir  etmir.  Bunu  yəqin 
etmək 
üçün 
müxtəlif 
səviyyəli 
informasiya 
texnologiyalarına əsaslanan qərarların keyfiyyətinə nəzər 
salmaq  kifayətdir.  Belə  ki,  müasir  infirmasiya  sistemləri 
daha çox həll variantlarını daha sürətlə təqdim etdiyindən, 
seçim üçün daha geniş imkan yaradır. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə