Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə21/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   212

"Danabaş  kəndinin məktəbi" fikir və ideya baxımından "Eşşəyin itməkliyi" povestinin 

dramaturji variatsiyasıdır. Cəlil Məmmədquluzadə  əvvəlcə bu əsərin hekayə variantını yazıb və 

sonra onun əsasında məzhəkə işləyib. 

Başqa bir məsələ. Müəllif pyesin remarkasında yazıb ki, "əhvalat vaqe olur İrəvan 

quberniyası, Danabaş kəndində, miladi tarixinin 1895-ci ilində". Bilirik ki, nəinki Azərbaycanın bir 

parçası olmuş  İrəvan quberniyasında, hətta cəmi məmləkətimizdə Danabaş  kəndi adlı  məkan 

olmayıb. Mirzə  Cəlilin qənaətində bu ad rəmzi məna daşıyır və nadanlığın, geriliyin, dar 

düşüncənin, kütbeyinliyin, əbləhliyin toplumu kimi verilib. 

Cəlil Məmmədquluzadənin bu komediyasının kompozisiya qurumu məsxərə, qaravəlli, 

hoqqa,  şəbədə, məzhəkə xalq oyun-tamaşalarının estetik prinsiplərinə uyğundur. Pyesdə  həm 

ləzzətli, gülməli vəziyyət komediyasının ruhu, həm sarsıdıcı satirik komediya ahəngi, həm karnaval 

estetikasının məzəli personajları, həm də dövrün tipik vəziyyətlərini təcəssüm etdirən tip-obrazlar 

var. Xüsusən işinin mənasını padşaha dua oxumaqda görən Qazı, yaltaq və  səriştəsiz  İnspektor, 

əsilində millətin idrak işığına barınaq tıxayan Naçalnik, maarif və  mədəniyyətin mənasını 

anlamayan Mirzə Məhəmmədqulu, xalqın psixologiyasından bixəbər Uçitel Həsənov, həqiqəti şallaq 

gücündə axtaran Pirverdi bəy, nadanlıq və avamlıq həyatının mənasına çevrilmiş Qasım kişi 

surətləri düşüncə tərzlərinə, primitivliklərinin görünüşünə və cəmiyyətin hansı təbəqəsinin təmsilçisi 

olmalarına görə  fərqlənsələr də, ümumi gülüş estetikasının koloriti baxımından bir-birinə 

doğmadırlar. Dramaturq bu əsərində "camaat" məvhumunu vahid və ümumiləşdirilmiş obraz kimi 

götürüb. 

Cəlil Məmmədquluzadənin janr təyininə görə "Dəli yığıncağı" komediyadır. Beş  pərdədən 

ibarət olan əsər mahiyyətcə psixoloji satiradır, fəlsəfi kinayədir və müəyyən mənada da gülməli 

faciədir. Dramaturq bu komediyanı 1927-ci il-də (bəzi mənbələrdə 1926-cı il göstərilib) yazıb. Əsər 

ilk dəfə 1936-cı ildə çap edilib. 

Dramaturqun pyesin remarkasında yazdığına görə,  əsərdə  təsvir olunan hadisələr Cənubi 

Azərbaycandan götürülüb. Lakin mənəvi dəyərlər, zehni şikəstlik, xurafatın vəhşətlə tüğyan etməsi 

baxımından "Dəli yığıncağı" pyesi Mirzə  Cəlilin digər  əsərlərinin mövzusu və ideyası ilə 

həmahəngdir. Dramaturq "dəli kimdir?" fəlsəfi sualı ilə  cəmiyyətin  ən müxtəlif zümrələrini bədii 

mühakiməyə  çəkir. Abdal, məsləksiz,  əqidəsiz, dini hərraca qoyan hacılarla, Kərbəlayılarla 

mühakimələrində arif, səlist və  ağıllı "dəliləri" dramatik süjet axarında qarşılaşdırır. Bu 

qarşılaşdırmada kəskin ictimai-sosial konflikt və  təzadlı  əxlaqi görüşlər, mənəvi aləmlərin fərqli 

mürəkkəbliyi süjetin əsasında durub. 

Pyesin qəhrəmanı Molla Abbas obrazı özünün fəlsəfi yükünə, millət kədəri çəkMəsmə, 

qaranlıq içində zəka işığı saçmasma görə kefli İsgəndərin yeni təqdimidir. Bu surətin də fəryadları 

dramaturqun daxili təlatümünün hayqırtıları kimi görünür. "Dəlixananın" sakinlərindən olan Pırpız 

Sona cəmiyyətin mənəvi dəyərlərinə və xurafatda siğənin sürüklədiyi əxlaqsızlığa qarşı qoyulub. O, 

özünün səmimi davranışı, əri Molla Abbasa sədaqəti ilə seçilir. Qaynı, onu zor gücünə özünə övrət 

etmək istəyən Fazil Məhəmmədə qarşı  mətanətlə  çıxır. Bu mənəvi üsyan da Cəlil 

Məmmədquluzadənin yazıçı  fəryadıdır və  ədibin hekayə, feylyeton və pyeslərinin ana xəttində 

dayanıb. Məhz Molla Abbasla Pırpız Sonanın "dəlilik" kimi görünən insani pakiıqlarının 

müqabilində  Həzrət  Əşrəfin, Hacı Nayibin, Hacı Xudaverdi Şürəkanın, Fərraş  Şimrəlinin, Fazil 

Məhəmmədin çürük mənəviyyatları, din pərdəsi altında törətdikləri fitnəkarlıqlar daha qabarıq 

şəkildə ifşa hədəfində durub. 

Cəlil Məmmədquluzadə bir dramaturq kimi sovet həyat tərzinin, kənddə riyakar 

inzibatçılığın, primitiv düşüncə  tərzü idarəçiliyin, nadanlıqdan doğan rəzalətlərin tənqidinə  də 

xususi diqqət yetirib. Bu baxımdan onun "Yığıncaq" məzhəkəsi maraq doğurur. Təəssüf ki, bu əsər 

yarımçıq qalıb, tamamlanınayıb. Onu qeyd etmək lazımdır ki, "Danabaş  kəndinin məktəbi" 

komediyasındakı nadanlıq təmsilçilərini "Yığıncaq"da Həsənəli, Zeynal, Süleyman, Kəbla Salah, 

Cabbar obrazları başqa forma və məzmunda əvəz edirlər. 



Dramaturq Cəlil Məmmədquluzadə 1928-ci ildə "Qəmərin toyu" adlı dram-məsxərə yazıb. 

Lakin  əsər tamamlanandan sonra müəllifin özünün xoşuna gəlməyib və o, əl yazılarını  cıraraq 

yandırıb. 

Cəlil Məmmədquluzadə mükəmməl dramaturji üslubu, zəngin mövzu variatsiyaları olan, 

silsilə tipik və real həyati xarakterlər yaratmış, xalqın mənəvi faciələrini ürəyinin qanı ilə  qələmə 

almış qüdrətli dramaturqdur. 

 

 

 



ƏBDÜRRƏHİM  BƏY HAQVERDİYEV 

(17.5.1870-11.12.1933) 

 

Realist Azərbaycan  ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy 



Haqverdiyevdir. Yaradıcılığa on doqquzuncu əsrin doxsanıncı illərində başlayıb. Ədəbiyyat tarixinə 

klassik hekayələri və faciə əsərləri ilə daxil olub. Görkəmli teatr təşkilatçısı idi və Azərbaycanın ilk 

peşəkar rejissoru sayılır. Dili son dərəcə  zəngindir, xalq danışığına, folklor ədəbiyyatına yaxındır. 

Milli mədəniyyətimizə nasir, dramaturq, publisist, teatr xadimi, rejissor, tərcüməçi kimi dəyərli 

töhfələr verib. Lap gənc yaşlarından ömrünün sonuna qədər maarifçiliyin alovlu təbliğatçısı  və 

təmsilçisi olmuş, səmərəli pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının  əməkdar 

incəsənət xadimi fəxri adı ilə təltif edilib (1928). 

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının 

Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əsəd bəy qəza dəftərxanasında katib işləyib. 

Əbdürrəhim bəy üç yaşında atadan yetim qalıb və əmisi Əbdülkərim bəy onu himayəyə götürüb. İki 

il sonra əmisi nəsil davasında yerli bəylər tərəfindən qətlə yetirilib. Əbdürrəhim bəy əmisi arvadının 

ona verdiyi işgəncə  və sitəmlərdən qurtulmaq üçün təzə  ər evində yaşayan anasının yanına gəlib. 

Atalığı H.Sadıqbəyov ona oğul məhəbbəti bəsləyib, uşağın təhsil almasının qeydinə qalıb, 

şirindilliyi və səmimiyyəti ilə ailədə hörməti uca tutulub. 

On yaşı olanda atalığı  Əbdürrəhim bəyi  Şuşada Yusif bəy Məliknəzərovun müvəqqəti yay 

məktəbinə qoyub. O, burada qısa müddətdə rus dilini öyrənib, dünya ədəbiyyatını mütaliəyə 

başlayıb. On dörd yaşında Şuşa şəhərində yerli ziyalıların göstərdikləri "Xırs quldurbasan" (Mirzə 

Fətəli Axundzadə) komediyasma baxıb. Bu, onun gördüyü ilk səhnə əsəri idi və bundan təsirlənən 

gənc Əbdürrəhim bəy Axundzadənin komediyalarını mütaliə edərək "Hacı Daşdəmir" adlı məsxərə 

yazıb.  İlk qələm təcrübəsini oxumaq üçün müəlliminə verib və sonra ondan müəyyən məsləhətlər 

alıb. 

Şuşa  şəhərindəki altıillik realnı  məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də 



Tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla 

imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. Səkkiz il bu ali təhsil ocağında oxuyub və 

eyni zamanda universitetin şərq fakültəsində azad müdavim kimi mühazirələri dinləyib. Ədəbiyyata 

qızğın maraq göstərib və  həmin dövrdə Rusiyanın  ən qabaqcıl sənət ocaqlarından sayılan 

Aleksandrinsk teatrının tamaşalarını müntəzəm izləyib. Qəlbində dramaturgiyaya güclü maraq 

oyanıb. Dünya dramaturgiyasının klassik nümunələrini mütaliə edib. 

Təhsilini yüksək qiymət göstəriciləri ilə başa vuraraq 1899-cu ildə Peterburqdan Şuşaya 

qayıdıb.  İki il burada yaşayıb,  şəhərdə teatr tamaşalarının hazırlanmasında iştirak edib, xalq 

yaradıcılığının nümunələrini toplayıb.  İki il sonra isə Bakıya gəlib, burada "Müsəlman artistləri 

dəstəsi"nin baş rejissoru kimi çalışıb. 1904-cü ildə Şuşa şəhəri idarəsmə üzv seçilərək oraya gedib. 

Bir il sonra Gəncə quberniyasından Rusiya Dumasma deputat seçilib və Peterburqa yollanıb. Duma 

dağılandan sonra bir müddət orada yaşayıb və yazacağı "Ağa Məhəmməd  şah Qacar" faciəsinə 

materiallar toplayıb. Bu işi İranın Mazandaran şəhərində də davam etdirib. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə