Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə23/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   212

kasıbların mənəviyyatlarını alçaldan mülkədar-rəiyyət münasibətlərinə qarşı çıxır. İradə və qüvvəsi 

bu mübarizə yolunda tab gətirməyib sarsılan və faciəyə  məruz qalan Fərhad maraqlı dramaturji 

obrazdır. 

Mənəviyyatca, cəmiyyətin problemlərinə baxışlarına görə  Fərhadla  əks qütbdə dayanan 

əmisi Hacı  Səməd ağa, anası Mehri xanım, xidmətçi Mirzə Qoşunəli,  əmisi oğlu Çingiz milli 

dramaturgiyamızda təravətli bədii personajlar kimi yaşayırlar. 

Dramaturq özü etiraf edib ki, "Pəri cadu" faciəsini alman dramaturqu Herhart Hauptınanın 

simvolizm ədəbi cərəyanının parlaq nümunəsi olan "Qərq olmuş can" dramının təsiri ilə yazıb. Yəni 

bu təsir süjet, mövzuya fəlsəfi münasibət eyniliyi kimi deyil, sırf janra yanaşma tərzi baxımından 

nəzərə çarpır.  Əbdürrəhim bəy fəlsəfi mistikanı "Pəri cadu" faciəsində mücərrəd xəyalət aləmi ilə 

bağlasa da, dramaturq qayəsinin  əsasında real dövrün müxtəlif sosial zümrələrə  məxsus həyati 

obrazlarının təsviri durub. Bu baxımdan ailəsini atıb varlı qadın Hafizə ilə eyş-işrətə qurşanınış 

odunçu Qurbana qarşı Pərinin qısqanclığı, keçirdiyi daxili sarsıntılar və psixoloji iztirablar həyatidir, 

təsiredicidir və insani hisslərlə çuğlaşıb. 

Əbdürrəhim bəy "Pəri cadu" faciəsində real həyat hadisələrilə mistik obrazları (Pəri,  İblis, 

Əcinnə,  Şamama cadu) dramaturji konfliktə  çəkinəklə, maraqlı  fəlsəfi qənaətə  gəlib. Bu qənaət 

aydın, ifadəli və  həyatidir.  Əxz olunan ideya budur: nəfsi-əmmarənin qulu olmayan insanın 

xoşbəxtliyi onun halal zəhmətindədir. 

Müliyyətcə azərbaycanlı olan, İranda şahlıqları yüz otuz il davam edən qacarilər sülaləsinin 

banisi Məhəmməd Qacar obrazını  ədəbiyyatımıza ilk dəfə  Əbdürrəhim bəy gətirib. O, "Ağa 

Məhəmməd şah Qacar" faciəsində təkcə əsərin qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər 

olmuş  Cəfərqulu xanın,  Əliqulu  xanın, Mürtəzaqulu xanın,   Mustafa xanın, Rzaqulu xanın,  Əli 

xanın, vəzir Hacı  İbrahim xanın, II İraklinin, Tavad keyxosrov Avelianinin zəngin bədii səciyyəli 

xarakterlərini təsvir etmişdir. 

Faciənin ən dolğun obrazları Qacar və İraklidir. Dramaturq həmin surətlərin təsvirində faciə 

janrının psixoloji-fəlsəfi, psixoloji-dramatik xüsusiyyətlərindən yüksək sənətkarlıqla bəhrələnə 

bilmişdir. Belə  bədii təsvirdə tirançılıq ideyaları, vətən və  vətənpərvərlik anlayışları, zəka və güc, 

vicdan və əxlaq təsəvvürlərinin dramaturji təqdimi daha bədii möhtəşəmliklə təcəssüm tapıb. 

Əbdürrəhim bəy Haqverdiyevin faciə qəhrəmanları zaman və cəmiyyət problemlərinin qlobal 

tərəflərinə baxış prizmasından işlənilib. Onun komediya və məzhəkələrində, məsxərələrində və bəzi 

məişət dramlarında boşboğaz "millət qəhrəmanları" ("Millət dostları"), simasız ziyalılar ("Ac 

həriflər"), eybəcərliyə aparan ailə qalmaqallarının sosial zəmini ("Yeyərsən qaz ətini, görərsən 

ləzzətini"), nağılvarı süjetdə kasıb və varlı münasibətində ailə namusu mövzusunun bədii təsviri 

("Padşahın məhəbbəti") ön plandadır. Dramaturqun məişət komediya obrazları canlı, ifadəli, təbii 

yumorlu real insan surətləri təsiri bağışlayır. 

Əbdürrəhim bəy Haqverdiyevin, hətta səhnəcik tipli birpərdəli məsxərələrində də (məsələn, 

"Ədalət qapıları") insan amili ilkindir. 

Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd  şah Qacar", "Pəri cadu", "Köhnə 

dudman", "Baba yurdunda" dram əsərləri ictimai-sosial konfliktin kəsərinə, ehtiraslı xarakterlərinə, 

romantik-dramatik ruhuna görə monumental-romantik teatr məktəbinin tərəqqisində mühüm rol 

oynayıb. 

Onun "Ac həriflər", "Millət dostları" səpkili komediyaları realist aktyor məktəbinin 

formalaşmasında teatrların repertuarlarında dəyərli yer tutub. 

Milli səhnə estrada janrında yazan ilk dramaturqların sırasında  Əbdürrəhim bəy 

Haqverdiyevin öz şərəfli mövqeyi var. Bakı Azad Tənqid və  Təbliğ Teatrında onun məzhəkə-

intermediyaları uğurla oynanılıb.  

 

 

 




NƏRİMAN NƏRİMANOV 

(14.4.1870-19.3.1925) 

 

İik növbədə maarifpərvər ziyalı  və yazıçı olan Nəriman Nərimanov, həmçinin görkəmli 



siyasi və ictimai xadim, dövlət rəhbəri, teatr fədakarı idi. Mütəfəkkir yazıçı kimi dövrün ictimai 

ədalətsizliklərini, nadanlığı, dini xurafatı, cəmiyyətin mənfur qanunlarını, mənəvi rəzilliyi, 

istibdadm faciələrini tənqid edib. Maarifçiliyin, vətənpərvərliyin, azadlıq ideyalarının təbliği 

uğrunda yorulmaz mübariz olub. Mirzə  Fətəli Axundzadə realist ədəbi məktəbinin ləyaqətli 

davamçılarından idi. Milli ədəbi irsimizin möhtəşəm, bəşəri, mütərəqqi ideyaların təbliği ilə 

zənginləşməsində böyük işlər görüb. Alovlu publisist, qeyrətli tənqidçi, obyektiv teatrşünas və 

ədəbiyyatşünas fəaliyyəti var. Azərbaycan teatr mədəniyyətini Volqaboyu müsəlman ölkəİərində, 

xüsusən Hacıtərxan (Həştərxan) şəhərində geniş təbliğ edib. 

Nəriman Nəcəf oğlu Nərimanov 1870-i il aprel ayının 14-də Tiflis şəhərində anadan olub. 

Atası Kərbəlayı Nəcəf maarifə və mədəniyyətə meyilli adam idi və həlim xasiyyətli anası Həlimə 

xanım oğluna xüsusi məhəbbət bəsləyirdi. Kiçik yaşlarında Nəriman yazıb-oxumağı  əmisindən və 

qardaşından öyrənib. Elə uşaq yaşlarından da ədəbiyyata güclü maraq göstərib. Fərdi yolla müəyyən 

ibtidai təhsil alandan sonra 1882-ci ildə Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər 

Seminariyasma daxil olub. Burada klassik dünya ədəbiyyatı nümunələri ilə ilk tanışlığı başlayıb və 

yazıçı kimi özünün birinci bədii yaradıcılıq nümunələrini yazıb. 

İyirmi yaşında seminariya təhsilini başa vuran Nəriman Nərimanov Tiflis quberniyası 

Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim göndərilib. Bir ildən sonra o, Bakıya gəlib. Burada bir 

ziyalı dövlətlinin  şəxsi progimnaziyasında dərs deyib. Sonra şəhərin realnı  məktəbində 

(gimnaziyasında) sinif mürəbbisi (tərbiyəçisi) işləyib. Burada geniş siyasi-ictimai və mədəni-maarif 

işlərinə başlayıb. 1894-cü ildə Bakıda ilk kütləvi qiraətxana-kitabxana açıb. Azərbaycan və rus 

dillərini öyrənənlərdən ötrü dərsliklər tərtib edib, müntəzəm  ədəbi yaradıcılığa başlayıb, dilimizə 

əsərlər tərcümə edib (məsələn, Qoqolun "Müfəttiş" komediyasını). 

O, 1902-ci ildə Bakıdakı mütərəqqi üsullu gimnaziyaya ekstern üsulla imtahanlar verib və 

buranı qurtarınaq barədə Kamal attestatı alıb. Həmin il Odessa şəhərinə gəlib və burada Novorossiya 

Universitetinin tibb fakültəsinə qəbul olunub. Oranı ali təhsilli mütəxəssis kimi 1908-ci ildə bitirib 

və Bakıya gələrək  şəhər xəstəxanasında həkimlik edib. Xalq arasında "doktor Nəriman" kimi 

tanınıb. Bir ildən sonra siyasi hadisələrlə bağlı Tiflisə  gəlib. Burada həkim işləyib, lakin inqilabi 

fəaliyyətinə görə  həbs olunub. 1913-cü ildə yenidən Bakıya gəlib və Qara şəhərdəki xəstəxanaya 

həkim götürülüb. 

Getdikcə "Hümmət" siyasi təşkilatında fəaliyyətini gücləndirən Nəriman Nərimanov 1919-cu 

ildə Hacıtərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar seçilib. Həmin il Moskvaya 

yüksək vəzifəyə  dəvət alıb. 1920-ci ildə Azərbaycanda  şura hökuməti yaradılması ilə  əlaqədar 

əvvəlcə İnqilab komitəsinin Sədri, sonra isə Xalq komissarları Sovetinin Səd-ri seçilib. 1922-ci ilin 

dekabrında SSRİ Məraəzi İcraiyyə Komitəsinin Sədri seçilib (ZSFSR tərəfindən). 

Tezliklə bütün ölkədə böyük nüfuz qazanan Nəriman Nərimanov 19 mart 1925-ci ildə 

qəflətən vəfat edib. Məzarı Moskvanın Qızıl meydanında, Kreml qalasının divarları yanındadır. 

 

* * * 


  

Nəsr, publisistika (xüsusən felyeton), ədəbi-bədii tənqid yaradıcılığı ilə yanaşı, Nəriman 

Nərmanov dramaturgiya və teatr ilə daha ciddi məşğul olub. Onun ilk dram əsəri "Nadanlıq" 

komediyasıdır. Müəllif bu əsərini 1894-cü ildə yazıb və elə həmin il də Bakı şəhərində Dəmirovun 

mətbəəsində çap etdirib. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə