Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə20/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   212

Cəlil Məmmədquluzadə 1932-ci il yanvar ayının 4-də Bakıda vəfat edib. Məzarı  Fəxri 

xiyabandadır. 

 

* * * 


 

Cəlil Məmmədquluzadə Azərbaycan nəslinə "Danabaş  kəndinin  əhvalatları" ("Eşşəyin 

itməkliyi"), "Qurbanəli bəy", "Usta Zeynal", "Poçt qutusu", "Bəlkə  də qaytardılar", "İranda 

hürriyyət", "Zırrama", "Saqqallı  uşaq", "Kişmiş oyunu", "Konsulun arvadı", "Yan tütəyi", 

"Pirverdinin xoruzu", "Xanın təsbehi", "Taxıl həkimi", "Quzu" kimi klassik nəsr nümunələri bəxş 

edib. Yazıçının onlarca felyetonu bədii-estetik məziyyətləri, dil-ifadə vasitələrinin zənginliyi, forma 

orijinallığı ilə bu gün jurnalistika yaradıcılığı üçün örnəkdir. 

Bununla belə, dram əsərləri yazıçının yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Cəlil 

Məmmədquluzadə yalnız adi dram əsərləri yazınayıb. Onun müxtəlif mövzulu pyesləri forma və 

məzmun xüsusiyyətlərinə, estetik səciyyələrinə, xarakterlərinin əlvanlığına və bədii kamilliyinə görə 

milli dramaturgiya tariximizdə mühüm yer tutur. 

Cəlil Məmmədquluzadə  ədəbi yaradıcılığa pyeslə başlayıb. Bu yaradıcılıq  şərti olaraq iki 

dövrə bölünür. 

Birinci dövr: 1889-1906-cı illər; 

İkinci dövr: 1909-1928-ci illər. 

Onun ilk qələm məhsulu "Çay dəstgahı" (1889) alleqorik dramıdır.  Əsər birpərdəlidir və 

nəzınlə yazılıb, süjeti sadədir, dramatik mübarizə bəsit şəkildədir. Bu pyes milli dramaturgiyamızda 

alleqorik janrda yazılmış ilk səhnə  əsəridir. Bəlkə  də bunun üçün müəllifin eyhamlardan, rəmzi 

işarələrdən istifadə etMəsmə baxmayaraq, dramın janr xüsusiyyətləri cəhətdən bədii zəiflikləri 

vardır. Əsərin qüsurlarını hiss edən dramaturq onu çapa verməyib. 

Müəllif  hadisələri  Samovar, Padnos, Çaynik, İstəkan, Nəlbəki, Qaşıq, Maşa, Truba, Nökər 

obrazları  əsasında qurub. "Çay dəstgahı" oxumaq üçün pyes qrupuna aiddir. Mükalimə  şəklində 

qələmə alınmış təmsili də xatırladır. 

Cəlil Məmmədquluzadə ruhən satirik zəmində köklənmiş yazıçı idi. Bu keyfiyyət onun ikinci 

dram əsəri olan "Kişmiş oyunu" məzhəkəsində özünü müəyyən mənada göstərib. Nəsrlə yazılan bu 

əsər mövzu, dramatik konflikt, üslub baxımından yenidir. Lakin pyes Cəlil Məmmədquluzadənin 

zəngin irsinin ümumi fonunda böyük sənət nailiyyəti kimi dəyərləndirilə bilməz. Yəqin buna görə 

də dramaturq "Kişmiş oyunu" məzhəkəsini 1892-ci ildə yazıb və onun səhnədə oynanılmasma cəhd 

göstərməyib. Mirzə Cəlil sonralar həmin əsəri hekayə janrında da işləyib. 

Yaradıcılığının ikinci dövrü ədibin təkamül dövrüdür və bu mərhələ bilavasitə "Molla 

Nəsrəddin" jurnalının yaranması ilə bağlıdır. Həmin dövrdə yazılan pyeslər bədii dəyərinin hüsnü və 

dramaturji prinsiplərinin estetik yenilikləri ilə diqqətəlayiqdir. 

Mərhələnin ilk nümunəsi "Ölülər" dram əsəridir. Pyes milli dramaturgiyamızda ilk 

traglkomediya janrlı  əsərdir. Dörd pərdədən ibarət olan "Ölülər" dramı 1909-cu ildə yazılıb. 

Xurafata, nadanlığa, rəzilliyə, mənəvi naqisliyin zehniyyatda yaratdığı faciələrə, mövhumat 

dələduzlarının ifşasma həsr edilmiş dram əsərləri içərisində "Ölülər" traglkomediyasma (daha çox 

satirik komediyadır) tay ola biləcək pyes yoxdur. Camaatın nadanlığından istifadə edərək və dini 

əldə  dəstavüz tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı  Şeyx Nəsrulla, onun 

köməkçisi  Şeyx  Əhməd cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan kefli 

İsgəndər, "ölü dirilərmi?" xofunda çaş-baş qalmış Hacı  Həsən ağa Azərbaycan dramaturgiyasında 

yeni tipli bədii personajlardır, ümumiləşdirilmiş tipik xarakterlərdir. 

Qəbiristanlıq səhnəsi, yəni Şeyx Nəsrullanın "ölü diriltmə" epizodu dünya dramaturgiyasında 

analoqu olmayan bədii ifadə vasitəsidir. Mirzə Cəlil məhz həmin üslub-fəndlə cəmiyyətin rəzilliyini, 

cəhalətin faciələrini dramaturji ideyanın münaqişə cazibəsinə  çəkib. Ölülər aləmi küll halında 

dramaturqun  ən kamil rəmzi obrazıdır. Məhz həmin surətin bədii məziyyətləri, psixoloji tutumu, 



tipik səciyyələri ilə "ölülər" və "diri ölülər" dünyasının mahiyyətləri qarşılaşdırılır. Qarşılaşıb 

toqquşmada Cəlil Məmmədquluzadənin kütləvi nadanlığa, qaragüruh cəhalətə, məfkurəvi rəzalətə 

qarşı  mənəvi harayı qroteskii faciə notlarında oxuculara çatdırılır.  İsgəndərin mənəvi harayı 

cahilliyin, qürurunu, ləyaqətini itirmişlərin ifşasma yönəlir. 

İsgəndər ziyalıdır, cəsarətlidir, gözüaçıqdır, həqiqət carçısıdır, mühakimələrində  kəskin 

olduğu qədər də  mənən vüqarlıdır, kinayəli sözləri real ünvanlıdır.  Şərəf və  ləyaqət hissini 

itirmişlərə qarşı ürək göynərtisi ilə etiraz səsini ucaldır. Kütləvi surət olan "ölü canlarla" mübarizədə 

tək və yenilməzdir, qətiyyətlidir. 

Şeyx Nəsrulla məhəlli yox, zaman üçün təhlükəli olan, beynəlxalq səciyyəli fırıldaqçı  və 

avantüristdir, riyakardır, mənəvi pozğun və dini dəllaldır. Bəlkə  də  ağılagəlməz dərəcədə geniş 

imkanlara malik "Kəşfiyyatçıdır" və məhz bu səriştəsi sayəsində əvvəlcədən hadisənin baş verdiyi 

İrəvan kəndlərindən biri barədə müfəssəl məlumat toplayıb. Bir neçə il əvvəl rəhmətə getmiş 

Kərbəlayı  Fətulla haqqında, onun qohumları, Hacı  Həsən ağa, kənd sakinləri Mir Bağır ağa, Hacı 

Baxşəli, Kərbəlayı Vəli, onların ölmüş qohum-əqrəbaları barədə kifayət qədər bilgisi olduğuna görə 

də qəbiristanlıqda ölü "diriltınəyə" cəsarətlə girişir. 

"Anamın kitabı" dramı 4 pərdəlidir. Dramaturq bu əsərini 1919-cu ildə yazıb. İdeya və qayə, 

məfkurəvi tutum, ictimai-sosial məna baxımından "Anamın kitabı" satirik komediyası "Ölülər"in 

davamıdır. Pyes ilk növbədə milli ruhun müqəddəsliyini uca tutması  və doğma ana dilinin 

təravətinin, pakiığının qorunmasını  təbliğ etməsi, kökə bağlılıq probleminə  fəlsəfi yanaşması ilə 

qiymətlidir. Bu mövzu da ümumilikdə Cəlil Məmmədquluzadə yaradıcılığının qeyrət damarını təşkil 

edir və yazıcının bütün janrlı əsərlərində özünü bədii məntiqlə büruzə verir. 

Əsilini danmağın insanı haramzadəliyə aparması ideyasını dramaturq bir ailənin üç övladının 

timsalında verib. Böyük oğul Rüstəm bəy rus darülfünununda təhsil alıb və ona görə də özünü rus 

intelligenti kimi göstərir, bu mədəniyyətin təbliğçisidir. Ortancıl övlad Mirzə  Məhəmmədəli  İran 

ürəfası libasındadır və bilavasitə farsca danışır, bu mədəniyyətin carçısıdır. O, elmi-ilahi 

müəllimidir.  İstanbulda  ədəbiyyat dərsi almış  Səməd Vahid türk dili müəllimidir, osmançılığın 

alovlu tərəfdarıdır. Qardaşların üçü də öz dillərində danışmağa sanki çirkinirlər. Hətta anaları Zəhra 

bəyimlə, iyirmi yaşına çatmış, Kamallı bacıları Gülbaharla davranışlarında da hərəsi özünün çürük 

həyat "fəlsəfəsini" diktə edir. Dramaturq çobanlıq edən Qənbər, Qurban və Zaman surətlərini 

səmimiyyətin təmsilçiləri, sadə xalqın nümayəndələri, kökə bağlılığın müqəddəsliyi kimi yaradıb. 

"Anamın kitabı" pyesinin adı bir neçə  rəmzi məna daşıyır. Dramaturqun məntiqinə görə, 

anaya məhəbbət  ən müqəddəs kitabdır. Doğma dilə  məhəbbət ana sevgisinin bir mərhələsidir. 

Nəhayət, "anamın kitabı" deyimi dünyasını  dəyişmiş atanın öz övladları üçün yazıb qoyduğu 

vəsiyyətnamənin ruhu və canıdır. Məhz həmin vəsiyyətnaməni oxumaqla Gülbahar öz qardaşlarını 

ana məhəbbətinə sığınmağa, milli kökə bağlanmağa səsləyir. 

"Kamança" faciəsi bir pərdədən ibarətdir. Cəlil Məmmədquluzadə bu əsəri 1920-ci ilin 

yanvar ayında  Şuşa  şəhərində  qələmə alıb.  Əsər milli zəmin  əsasında yazılmış psixoloji faciədir. 

Müəyyən mənada da mükalimə  səpkisində yazılmış  qəmli, dramatik əhvalat-hekayətdir. 

Kiçikhəcmli olmasma və dialoqların azlığına baxmayaraq, pyesin konflikti kəskin ictimai-sosial 

məzmun daşıyır. Qəhrəman yüzbaşı, Qaraş, Zeynəb, kamançaçı Baxşı surətləri dolğun və bitkin, 

dramaturji cəhətdən  əsaslı xarakter təsiri bağışlayırlar. "Kamança"da dramaturqun həyat 

müdrikiiyinin, insani bütövlüyünün yeni tərəflərini görmək olur. 

Cəlil Məmmədquluzadə 1921-ci ildə pyes kimi qələmə verilən "Lal" əsərini və 4 pərdəli 

"Danabaş  kəndinin məktəbi" komediyasını yazıb. "Lal" həm də ssenari adlandırılıb. Lakin 

dramaturq özü səhifə yarımlıq bu əsərini "teatr üçün bir pərdə" janrında təqdim edib. "Lal" 

dialoqsuzdur və bir məkanda beş fraqment-epizodun təsvirindən ibarətdir.  Əsilində bu əsər 

pantomima janrı üçün işlənmiş fəlsəfi-psixoloji mətndir. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə