Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə24/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   212

Pyesin adı onun ictimai mahiyyətinə, sosial konfliktinə, xarakterlərinin dəyər və  mənasına 

sanki bir kod-açardır. Dramaturqun nadanlığa qarşı mübarizəsi, milli şüuru xurafat buxovlarının   

zəncirlərindən xilas etmək ideyalarının təbliği onun maarifçilik arzularının parlaq nümunəsidir. 

Nəriman Nərimanov komediyanın ilk çapının müqəddiməsində əsərin yazılmasının qayə və 

məqsədini sərrast açıqlayaraq göstərib: "Hər millətin qabağa getməyinə  səbəb mədəniyyətdir. Və 

məlumdur ki, biz müsəlman millətinin arasında mədəniyyət və  mərifət nəhayətdə az yayılıbdır... 

Əsəri yazınağıma səbəb Qafqaz müsəlmanlarının əksəriyyətinin bimərifət və nadanlığı oldu. Hənuz 

əsər çöl xalqının zindəganına dair olan əhvalatdır. Bu qissədən oxuyanlarım aşkar yəqin edirlər ki, 

nadanlıq həqiqətdə insanı heyvan edərmiş". 

"Nadanlıq" pyesinin kompozisiya elementlərində  və struktur qurumu ilə mövzunun estetik 

dramaturji təqdimində faciə elementləri də vardır. Dramaturq nadanlığın dramatik konfliktini Hacı 

Abdullanın iki oğlu, oxumuş Ömər ilə nadan Vəli arasındakı həyata təzadlı baxışlar əsasında işləyib. 

Ata da öz nadan oğlu Vəli ilə fəxr edir, onun nahaq yerə adam öldürüb qaçaq düşməsindən qürur 

duyur. Ömər isə millətin tərəqqisi yolunda özünü fəda edir, qonşu kənddə  məktəb tikintisinə  əl 

tutınağa çalışır, hənikəndhlərini qəflət yuxusundan ayıltmağa səy göstərir. Dramaturq nadanlığın 

faciələrini sadə  kəndli, elmə  tərəddüd göstərən Qurbanəlinin və mühafizəkar dindar Ağakişinin 

timsallarında problemə yeni baxım bucağından təqdim edib. 

Nəriman Nərimanov ikinci dram əsəri "Şamdan bəy"i də komediya janrında yazıb. 1895-ci 

ildə tamamlanmış komediyanın adı  ədəbiyyatşünaslıqda və teatr afişalarında "Dilin bəlası", 

"Şamdan bəy, yaxud dilin bəlası", "Dilin bəlası, yaxud Şamdan bəy" kimi də göstərilib. Müəllif bu 

komediyanı milyonçu Ağa Musa Nağıyevin maddi yardımı ilə Bakıda, Quberniya idarəsi 

mətbəəsində ayrıca kitab şəklində çap etdirib. 

Dramaturq "Şamdan bəy"in ilk çapma da müqəddimə yazıb və orada özünün yazıçı amalmı 

belə göstərib: "Hənuz bu komediyanın əsil məqsədi budur ki, şəxs gərəkdir dilinin sahibi olub, onu 

pis-pis sözlərdən saxlasın. Zira necə ki, zindəganlığımızda, insan çox vaxt tövrbətövr bəlalara 

giriftar olur, ancaq dilinin səbəbinə... Və dəxi şəxs gərəkdir dilinin gücünə ümid bağlayıb bir işdə ki, 

ondan ona xeyir gələcəkdir, yoldaşa və ya qeyri adamlara xəyanət etməsin". 

Bu sözlər komediyanın ideya kəsərini, tərbiyəvi əhəmiyyətini çox dürüst və aydın ifadə edir. 

Nəriman Nərimanov "Şamdan bəy" komediyasında obrazların psixoloji təqdimini 

məmləkətdə kapitalizmın sürətlə inkişafının törətdiyi mürəkkəb insani münasibətlər əsasında verib. 

Var-dövlət hərisliyinin, haram pul qazanınaq ehtirasının həyat və  məişətdə yaratdığı fitnəkarlıqlar 

satirik boyalarla təsvir olunub. Dramaturq pyesdə üç hadisə  xəttini müxtəlif mövzu-ideyaya 

bağlılıqda işləyərək, onları bir kompozisiya daxilində qələmə alıb. Yusif - Xədicə saf məhəbbət xətti 

psixoloji dramatizmlə və bir qədər lirik səpkidə işlənib. Xəbis qəlbli, rəzil düşüncəli, gopçu Şamdan 

bəyin dostu, xeyirxah qəlbli, sadə duy-ğulu, maarifpərvər ruhlu, fədakar Yusifi aldatması, ona 

xəyanət etməsi tənqidi sarkazmla və dramatik gərginliklə  qələmə alınıb. Hər iki xətt isə bir 

məcradan başlayır. Pul ehtirasının və  ləyaqətsizliyin, nadanlığın təmsilçisi olan, 

mənəvaiyyatsızlıqda  Şamdan bəylə eyni rəngdə görünən Hacı  İbrahimlə (Xədicənin atası) bağlı 

hadisələr üçüncü xətt kimi səciyyələnib. 

Dramatik xətlərin reallıqla sona çatması  və  həqiqətə söykənməklə obrazların xarakterlərini 

açması üçün dramaturq mənəviyyatlı, qürurlu və vicdanlı Niyaz bəy (o, Xədicənin dayısıdır) surətini 

yaradıb. Məhz Niyaz bəy  Şamaxıdakı  məsləkdaşları vasitəsilə başda dostu Yusif olmaqla, həmin 

fitnəkar yalanları ilə aldadan Şamdan bəyin kimliyini müəyyənləşdirir, onun əsil mənfur simasını 

açır. 


Ilk komediyasından fərqli olaraq, "Şamdan bəy"  əsərində dramaturq, zəif də görünsə

nadanlığa qarşı  çıxan, mütərəqqi fikirlərlə yaşayan, dostluqda fədakarlığa hazır olan və 

səmimiyyətlə davranan, sağlam düşüncəli gənclər Sultan, Murad, Rəsul, Yusifin nökəri Qulu kimi 

real obrazlar yaradıb. Niyaz bəy də dramaturqun arzularının təmsilçisi mövqeyində canlı  bədii 

personajdır. Bunların bədii təqdimində tüfeyliliklə yaşamağa, haram pulla hansısa mənsəbə çatınaq 



cəhdlərinə, qeyrətsiz ziyalıların ictimai passivliklərinə qarşı dramaturqun tutduğu vətəndaş və yazıçı 

mövqeyi sağlam, aydın və təsiredici görünür. 

Tipik xarakterlərin tipik şəraitdə verilməsi və obraz əlvanlığı yaradılması baxımından Pərzad 

qarı,  şəhər sakinləri Rza bəy, Nəcəf bəy, Heydər bəy, Hacı  İbrahimin nökəri Cəfər, arvadı Nigar, 

onun qulluqçusu Nazlı surətləri maraq doğurur. Bədii təsvirlərində  və dramatik inkişafla 

əlaqələndirilməsində müəyyən qüsurlarına baxmayaraq, həmin obrazlar komediyaya canlılıq və təbii 

reallıq ahəngi aşılayıb. 

Azərbaycan dramaturgiyasında tarixi dram və tarixi faciə janrında ilk səhnə əsərini Nəriman 

Nərimanov yazıb. "Nadir şah" (bəzən "Nadir şah Əfşar" kimi verilib) faciəsi, eyni zamanda Nəriman 

Nərimanovun dramaturgiya yaradıcılığının zirvəsi sayılır. Bu ilk tarixi dramı  ədib 1899-cu ildə 

yazıb. Həmin il də milyonçu Hacı Zeynalabdin Tağıyevin xərci ilə "Aror" nəşriyyatında kitab 

şəklində çap olunub. On dörd ildən sonra faciəni təzə çapa hazırlayan dramaturq onun üzərində 

yenidən işləyib, bəzi epizodları, ayrı-ayrı dialoqları ixtisar və əlavələrlə təzələyib, hətta remaraalarda 

dəyişikliklər edib. "Nadir şah"ın həmin variantı 1923-cü ildə Bakıda Orucov qardaşlarının elektrik 

mətbəəsində çap olunub. 

Faciənin mövzusu İran hökmdarı, soy kökü Azərbaycan türklərinin qolundan olan, şöhrəti 

bütün Şərqə yayılmış Nadir şahın (1688-1747) həyatından götürülüb. Dramaturq öz əsərini yazınaq, 

Nadir  şahı ictimai və siyasi xadim kimi vermək üçün müxtəlif müəlliflərin "Tarixi-Nadir" 

salnamələrindən istifadə edib, şahın müharibə tarixlərini dəqiq öyrənib. Buna görə  də dramaturq 

tarixi  şəxsiyyətlərin (Nadir şah, onun oğlu Rzaqulu, Şah Təhmas, Cəfər xan, Məhəmməd xan, 

Ədhəm) timsalında dövrün ictimai-siyasi panoramını, zamanın sosial xarakterini yarada bilib. Bədii 

təxəyyülün məhsulu olan, ümumiləşdirilmiş tip-obrazlar səpkisində verilən yaraqlı qaçaqlar, 

yolçular, müqərrəblər (şaha yaxın adamlar), kənd adamları personajları epizodik və yardımçı 

səciyyə daşısalar da, əsərin reallıq və həyatilik ruhunu artırmışlar. 

Nəriman Nərimanov "Nadir şah" faciəsində  əvvəlki iki komediyasından fərqli olaraq, 

hadisələri monumental həyat lövhələri ilə, obrazları coşğun ehtiraslarla, kənd mühitini dramatik 

psixologizınlə, müxtəlif cəmiyyət zümrələrinin həyat görüşlərini, hakim və hakimiyyət problemini 

realhğa əsaslanan romantik-dramatik vüsətlə təsvir edib. Təmkinli epik lövhələr psixoloji-dramatik 

epizodları, məişət səhnələri monumental problemlərdən  şirələnən mərhəmət və itaət anlayışmı 

qabardan dialoqları əvəzləyir. Həmin dramaturji zəmində şah və rəiyyət münasibətləri, hökmdar və 

səltənətin idarə olunması problemi, qatil ata və gözü çıxarılan zavallı övlad faciəsi problemləri 

qabarıq və ifadəli, bədii və inandırıcı təsir bağışlayır. 

Nəriman Nərimanov bu faciəsində Nadirin mürəkkəb xarakterli tarixi şəxsiyyət olduğunu 

hərtərəfli göstərmək məqsədilə onun şahlıq səltənətində atdığı mütərəqqi addımları da təsvir edib. 

Müsəlmançılığın şiə və sünnilik kimi iki təriqətə ayrılmasını Nadir şah pisləyib və bunu dövlətçilik 

sütunlarının laxlamasma gətirib çıxaracağını göstərib. Dramaturq Nadir şahın bu flkrinə  və dinin 

dövlətdən ayrı olmasma çalışması  səyinə pyesdə xüsusi bədii lövhə, xüsusi məntiqi inkişaf xətti 

ayırıb. Həmin xətdə Nadir şahın  əqəliyyət (azlıq) təşkil edən xristianlara xüsusi fərmanla dini 

azadlıq verməsi, müqəddəs "İncil"i tərcümə etdirmək səyində olması da dramaturji hadisələrə  və 

əsas ideyaya bağlanıb. 

Dramaturq bütün bunları, yəni sərt və amansız, qanlar tökən və  məmləkətin sərhədlərini 

genişləndirmək naminə müharibələr aparan Nadir şahın reformalarının mütərəqqi xüsusiyyətlərini 

da dramaturji konfliktin mərkəzinə  çəkib. Bununla da Nadir şah həm xaraktercə ziddiyyətli, 

gözlənilməz addımlar atan tarixi şəxsiyyət, həm də möhtəşəm, mürəkkəb bədii-dramatik obraz kimi 

yadda qalır. 

Nəriman Nərimanovun son dram əsəri 1915-ci ildə yazdığı "Bahadır və Sona" faciəsidir. 

Dramaturq bu əsərini özünün eyniadlı romanı əsasında yazıb, daha doğrusu, səhnələş-dirib. "Bahadır 

və Sona" romanının birinci hissəsi isə 1896-cı ildə Bakıda və ikinci bölümü 1900-cü ildə Yelendorf 

şəhərində (indiki Xanlar rayonu) çap edilib. İkinci hissə  səkkiz səhifədən ibarətdir və bunu 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə